Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2744/2024 20.06.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Kərı̇ mova Aygün Yaqub qızının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və X1 mübahisə predmenti barədə üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "əmək müqaviləsinə xitam verilməsi, bildirişin elektron informasiya sisteminə daxil edilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı Kərı̇ mova Aygün Yaqub qızı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidməti və X1 mübahisə predmenti barədə üçüncü şəxs qismində cəlb edilməklə cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ nə qarşı "əmək müqaviləsinə xitam verilməsi, bildirişin elektron informasiya sisteminə daxil edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2021-ci ilin may ayında işə düzəlmək üçün "xxxx" MMC-yə müraciət etmişdir. Şirkətin rəhbəri Əlikram Qəniyev iddiaçını qəbul etmiş və işə qəbul edəcəyini bildirmişdir. İddiaçı ilə şirkət arasında xx.xx.2021-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmış və məşğulluq təsnifatı üzrə xadimə olaraq işə başlamışdır. Həmin şirkətdə 4 ay işləmişdir və bu müddətdə əmək haqqı vaxtında ödənilmirdi. Bu səbəbdən öz ərizəsi ilə işdən çıxmaq qərarında gəlmişdir. Ərizə ilə müraciət etdikdə şirkətin mülkiyyətçisi və təsisçisi əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdi. Bu hadisə 2022-ci ilin yanvar-fevral ayında olmuşdur və iddiaçı həmin vaxtdan sonra heç bir yerdə rəsmi işə daxil olmadığı üçün müqaviləyə xitam verilib-verilməməsi ilə bağlı maraqlanmamışdır. 2024-cü ilin yanvar ayında yeni iş üzrə əmək müqaviləsi bağlamaq zərurəti yarandıqda ona əvvəlki iş yeri ilə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilmədiyi və hazırda da müqavilənin qüvvədə olduğu məlum olmuşdur. Halbuki, iddiaçı öyrənmək üçün əvvəlki şirkətin təsisçisi ilə telefon vasitəsilə əlaqə saxlamağa çalışmış, lakin onun telefonunu başqa şəxs cavablayaraq ona şirkətin təsisçisinin, yəni Əlikram Qəniyevin həbsdə olduğunu bildirmiş, iddiaçı da onunla görüşməyə cəhd etmiş, lakin bu mümkün olmamışdır. Belə olan halda şirkətin hüquqi ünvanına məktub ünvanlayaraq iddiaçı ilə aralarında bağlanılmış müqaviləyə xitam verilməsini xahiş etmişdir. Lakin məktub “həmin ünvanda şirkət mövcud deyil” qeydi ilə geri qayıtmışdır. Bu zaman məsələnin həlli üçün X2 Xidmətinə ərizə ilə müraciət edərək həmin şirkət ilə bağlanılmış müqaviləyə xitam verilməsini xahiş etmişdir. Müraciətə cavab olaraq məsələnin məhkəmə qaydasında öz həllini tapdığını, məhkəməyə müraciət etməyi bildirmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən, iddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 3.Məhkəmə iclasında iddiaçı Kərı̇ mova Aygün Yaqub qızı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətı̇ ilə arasında xx.xx.2021-ci il tarixli müddətsiz əmək müqaviləsi bağlanmış və həmin şirkətdə xadimə kimi fəaliyyətə başlamışdır. 4 ay orada çalışmışdır. Lakin əmək haqqının vaxtlı-vaxtında verilməməsi səbəbindən öz ərizəsi əsasında işdən çıxmışdır. Bu zaman şirkətin təsisçisi Əlikram Qəniyev həmin ərizə əsasında əmək müqaviləsinə xitam veriləcəyini bildirmişdir. O da buna inanmışdır. Həmin vaxtdan sonra əmək fəaliyyəti ilə məşğul olmadığından əmək müqaviləsinə xitam verilib-verilmədiyi ilə maraqlanmamışdır. 2024-cü ilin yanvar ayında isə yeni əmək müqaviləsi bağlamaq istəyərkən cavabdeh şirkətlə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilmədiyi bildirilmişdir. Bununla bağlı Əlikram Qəniyevlə əlaqə saxlamağa çalışmışdır. Bu zaman məlum olmuşdur ki, o həbsdədir. Dəfələrlə şirkətin ünvanına rəsmi məktublar göndərsə də, şirkətin həmin ünvanda mövcud olmaması əsası ilə məktublar geri qaytarılmışdır. Daha sonra bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidmətinə müraciət etsə də, ordan bunun onların səlahiyyətinə aid olmaması və bununla bağlı məhkəməyə müraciət etməyi bildirilmişdir. O da məcbur qalıb məhkəməyə müraciət etmişdir. Əlavə olaraq bildirmişdir ki, sonuncu dəfə 2021-ci ilin sentyabr ayında əmək haqqı almışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 4.Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X2 Xidməti, X1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 5.Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 6.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində əmək müqaviləsi bağlanılmışdır və iddiaçı həmin cəmiyyətdə əmək müqaviləsi üzrə «xadimə» olaraq işə qəbul edilmişdir. Müqavilə müddətsiz bağlanılmış və əmək haqqı 250 manat məbləğində təşkil etmişdir. İddiaçı öz xahişi ilə işdən çıxması barədə ərizə ilə cavabdehə müraciət etsə də, iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməmişdir. Müəyyən edilmişdir ki, cavabdehin qanuni təmsilçisi X1 həbsdədir, cavabdeh şirkət isə hazırda mövcud deyildir. Beləliklə də, hazırki vaxtadək tərəflər arasında bağlanmış əmək müqaviləsi qüvvədədir. Hazırda iddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsinin X2 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Mülki işin materialları: 7.İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidməti tərəfindən Kərı̇ mova Aygün Yaqub qızına ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubun kserosurətindən görünür ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi X2 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir, Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəsi ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.1- 1.2-ci maddəsinə əsasən fiziki şəxs olan işəgötürən həbs edildiyi təqdirdə əmək müqaviləsinə əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana işçinin müraciəti əsasında xitam verilir. Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya onun işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə X2 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilərək, əmək müqaviləsi məhkəmə tərəfindən qüvvədən salınmış hesab edilməli və əmək müqaviləsinin qüvvədən salınması ilə bağlı məlumatların “Əmək və məşğulluq” altsisteminə daxil edilməsi hüququ X2 Xidmətinə həvalə edilməlidir. 8.İş materiallarında olan Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən verilən xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00398 saylı arayışın surətindən görünür ki, həmin tarixdə keçirilən mediasiya sessiyasında cavabdeh "xxxx" MMC-nin nümayəndəsi iştirak etməmişdir. 9.İş materiallarında olan Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2021-ci il tarixdə işəgötürən X1 tərəfindən xadimə olaraq müddətsiz əmək müqaviləsi əsasında işə qəbul edilmişdir. 10.İş materiallarında olan Kərı̇ mova Aygün Yaqub qızı tərəfindən "xxxx" MMC-nin mülkiyyətçi və təsisçisi Əlikram Qəniyevə ünvanlanan ərizədən görünür ki, xx.xx.2021-ci il tarixdə onun mülkiyyətçisi olduğu şirkət ilə aralarında əmək müqaviləsi bağlanılmışdır. Müqavilə bağladığı tarixdən həmin şirkətdə işə başladı və 3 ay sonra öz ərizəsi ilə işdən çıxmaq qərarına gəldi, işdən çıxdığı vaxt şirkətin mülkiyyətçisi və təsisçisi olaraq ona şirkət ilə bağladığı əmək müqaviləsinə xitam veriləcəyini bildirməsinə baxmayaraq hazırda ona məlum olub ki, şirkət ilə aralarında bağlanılmış əmək müqaviləsinə xitam verilməyib. Hazırda başqa şirkətdə işə qəbul olmaq üçün müraciət etmək istəyir, lakin əmək müqaviləmə tərəfindən xitam verilmədiyi üçün bu mümkün deyil. Qeyd etdiklərini nəzərə alaraq şirkət ilə aralarında bağlanılmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixədək xitam verilməsini xahiş etmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 11.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 12.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. 14.Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 15.Həmin maddənin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 16.Göründüyü kimi tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir.
17. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1, 2 və 3-cü bəndlərin əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. 18.Əmək qanunvericiliyinin yuxarıda göstərilən tələblərindən göründüyü kimi, işəgötürən Əmək Məcəlləsinin 68 və 69-cu maddələrinin tələblərini pozmuşdur. Nəticədə, bu hal iddiaçının başqa bir işdə çalışmasına maneə törədir və onun hüquqlarının pozulmasına gətirib çıxarır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə tələbi tam əsaslıdır və təmin edilməlidir. 19.Bundan əlavə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci madəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəd. 20.Eyni Məcəllənin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. 21.Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin «h» bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindən biridir. 22.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli № 183 qərarı ilə təsdiq edilmiş «Əmək Müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar»ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi «Elektron hökümət» portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürənin tərəfindən və ya «Elektron hökümət» portalında yerləşdirilmiş «Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi» xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. 23.Qanunvericiliyin göstərilən tələbinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və ya xitam verilməsi barədə məlumatlar işəgötürən tərəfindən elektron informasiya sistemində qeydiyyata alınmalıdır. 24.Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı əmək müqaviləsi üzrə sonuncu dəfə əmək haqqı xx.xx.2021-ci il tarixində verildiyindən və sonradan iddiaçı tərəfindən ərizə ilə cavabdehin qanuni təmsilçisinə işdən çıxma barədə ərizə ilə müraciət edildiyindən, lakin buna baxmayaraq hələ də iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmədiyindən və cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi hazırda həbsdə olduğuna və cavabdeh şirkətin hazırda mövcud olmadığına görə iddia tələbi təmin edilməli, İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilməli və bununla bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi vəzifəsi X2 Xidmətinə həvalə edilməlidir. 25.“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azaddırlar. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi təmin edilsin. İddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2021-ci il tarixində bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdən xitam verilmiş hesab edilsin. Əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar olaraq əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi hüququ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.