Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2749/2023 29.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, şəxsiyyət vəsiqəsinin olmadığı üçün doğum haqqında şəhadətnaməmin bərpa edilməsinin Maraqlı şəxs üzərinə vəzifə qoyulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 17 fevral 1987-ci ildə Bakı şəhərində Nəsimi rayonunda doğulmuşdur. Daha sonra valideynləri ilə birlikdə Masallı rayonu, Tətiyan kəndinə köçmüşlər. Təxminən 1997-ci ildə Masallıda evlərinin yanması nəticəsində bütün sənədləri, eyni zamanda doğum haqqında şəhadətnaməsi də yanmışdır. Nənəsigildə Maraqlı şəxs tərəfindən verilmiş 369600 №-li doğum haqqında şəhadətnamənin surəti qalmışdır. Hazırda şəxsiyyət vəsiqəsi yoxdur. Şəxsiyyət vəsiqəsinin alınması üçün doğum haqqında şəhadətnamənin bərpa olunmasına ehtiyac vardır. Doğum haqqında şəhadətnamənin təkrar alınması ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri, Nəsimi rayon Qeydiyyat Şöbəsinin 12 aprel 2023-cü il tarixli, 3-16-5/8-15-632/23 №-li cavab məktub ilə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamə verilə bildiyini, və həmin “Qayda”nın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarınnın dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verildiyi və göstərilənlərlə bağlı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmadığı bildirilmişdir. Doğum haqqında təkrar şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən məhkəmə qaydasında hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmədir. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizəsini dəqiqləşdirərək, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulması, soyadının “Kiçibəyova”, adının “Ellada”, ata adının “Əfqan”, milliyətinin “Azərbaycanlı”, atasının “X5”, milliyətinin “Azərbaycanlı”, anasının “X3”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək, izahatında qeyd etdi ki, o, haqqında şəhadətnamənin alınması məqsədi ilə qeydiyyat şöbəsinə müraciət etmiş, lakin qeydiyyat şöbəsi onun doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmir. Göstərilənlərə əsasən məhkəmədən ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 bildirdi ki, o, ərizəçinin anasıdır. Qızı xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Rayondakı evləri yandıqdan sonra bütün əşyaları məhv olmuşdur. Sonradan Bakıya köçmüşlər. Yanğın zamanı qızının doğum haqqında şəhadətnaməsinin yanması səbəbindən şəxsiyyət vəsiqəsi ala bilmir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X6 bildirdi ki, o, ərizəçinin xalasır. Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bacısının ailəsi Masallıda yaşamışdır. Evlərində yanğın olması səbəbindən evlərindəki bütün əşyalar doğum haqqında şəhadətnamə də daxil olmaqla tamamilə yanmışdır. Sonradan Bakı şəhərinə köçmüşlər. Hazırda ərizəçi doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi ala bilmir. Maraqlı şəxs məktubla məhkəməyə müraciət edərək, işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi xx.xx.2023-cü il tarixdə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.7-ci bəndinə əsasən 13 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. Eyni zamanda həmin “Qayda"nın 1.14cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr, barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Göstərilənlərlə bağlı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə hazırda doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. İş materallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X5, milliyəti-azərbaycanlı, anası X3, milliyəti-azərbaycanlı. İş materallarına əlavə olunan və ərizəçinin anası X1 məxsus olması bildirilən AЗ №476275 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1963cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X8, anası X4r. İş materallarına əlavə olunan və ərizəçinin xalası X2 məxsus olması bildirilən AZ-İİİ №615375 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1970-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun atası X8, anası X4r. İş materallarına əlavə olunan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X7 xx.xx.1982-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Kiçibəyov, arvada Kiçibəyova soyadı verilmişdir. Beləliklə, ərizəçinin izahatı, şahid ifadələri və işin materialları ilə Ərizəçi xx.xx.1987-ci il tarixində Bakı şəhərində anadan olması, milliyyətinin Azərbaycanlı olması, atasının X5, anasının X3 olması tam sübuta yetirildi. Mülki işin materiallarından da görünür ki, ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin bu müvafiq sənədlərlə təsdiq olunmadığına görə onun doğum akt qeydinin bərpasından imtina olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin Qərarın 4.1-ci bəndində göstərilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin şəhadətnaməsinin olmaması ona sənədləşmə işlərində çətinliklər törətdiyindən, qeydiyyat şöbəsinin doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində ərizəçinin göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, doğum haqqında müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduğundan Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Eyni zamanda vətəndaşlıq vəziyyəti aktları qeydini bərpa etməli olan yeganə orqan qeydiyyat şöbəsi ərizəçinin doğum akt qeydinin bərpa etməkdən və ona yeni doğum haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, ərizəçinin doğumunun qeyd edilmə faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin Ərizəçi doğum akt qeydinin bərpasından imtina etməsi nəticəsində o, öz adına doğum haqqında şəhadətnaməni başqa qaydada əldə edə bilmədiyindən, habelə Ərizəçi xx.xx.1987-ci il tarixində Bakı şəhərində doğulması, atasının X5-milliyyətinin azərbaycanlı, anasının X3-milliyyətinin azərbaycanlı olması ərizəçi tərəfin izahatı, şahid ifadəsi və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə qeyd edir ki, hazırki qətnamə Ərizəçi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə tələbi təmin edilsin. Ərizəçi xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulması, soyadının “Kiçibəyova”, adının “Ellada”, ata adının “Əfqan”, milliyətinin “Azərbaycanlı”, atasının “X5”, milliyətinin “Azərbaycanlı”, anasının “X3”, milliyətinin “Azərbaycanlı” kimi qeyd edilməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-2749/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2749/2023
29.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver