Məhkəmə qərarları › İş №2(006)-2750/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2750/2022

27.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2750/2022 27.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti üçüncü şəxs qsimində cəlb edilməklə) «əmək müqaviləsinə xitam verilməsi bildirişinin göndərilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2018-ci ildə bağlanmış əmək müqaviləsinə öz xahişi ilə işdən azad olunmaqla xitam verilmiş hesab edilməsi və bu barədə bildirişin X1 sisteminə daxil edilməsinin X3 Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, İddiaçı, xx.xx.2018-ci ildə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əmək müqaviləsi bağlamaqla işə qəbul edilmişdir. Lakin xeyli vaxtdır ki, əmək müqaviləsinə xitam vermək üçün həmin işəgötürəni tapa bilmir. Bu isə onun bəzi hüquqlarını pozur. Ona görə də məcbur olub, X2 müraciəi etmişdir. Həmin idarədən ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Daha sonra İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar məlumatların X1 sisteminə daxil edilməsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinin həvalə edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarda qeyd edilən məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia təmin edilməlidir. Əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı müddətsiz əmək müqaviləsinə əsasən xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də “usta” məşğulluq təsnifatı üzrə 250 manat əmək haqqı ilə işə qəbul olunmuşdur. İşəgötürən – Nümayəndədur. 2079628 nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-yə usta vəsifəsinə, xx.xx.2019-cu il tarixdə iqtisadçı vəzifəsi üzrə işə qəbul edilmişdir. Həmçinin həmin əmək kitabçasından görünür ki, İddiaçı Əmək Məcəlləsininin 68.2-ci bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Likal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixə olan uçot məlumatlarına əsasən "xxxx" MMC (VÖEN **********) xx.xx.2005-ci il tarixdə vergi orqanında uçota alınmışdır. Cəmiyyətin fəaliyyəti və digər vergi tutulan əməliyyatları hal-hazırda aktivdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu rayon Pİ-dən tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs Nümayəndə 14 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkir. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, İddiaçı xx.xx.2018-ci il tarixdə usta vəsifəsinə, xx.xx.2019-cu il tarixdə isə iqtisadçı vəzifəsi üzrə "xxxx" MMC-yə işə qəbul olunmuşdur. Onun tərəf olduğu əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilmişdir. İddiaçının bağladığı əmək müqaviləsinə faktiki xitam verilmiş olduğu işin mübahisələndirilməyən hallarına aid olmasına baxmayaraq müvafiq məlumatlar X1 sisteminə daxil edilməsi mümkün olmamışdır. Belə ki, məhkəmə baxışı zamanı "xxxx" MMC-nin qanuni nümayəndəsi olan Nümayəndə hal-hazırda 14 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatına alınması üçün ərizədə qeyd olunmuş işçilərlə ilk dəfə əmək müqaviləsinin bağlanması elektron informasiya sistemində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən elektron qaydada təqdim olunan məlumatlar əsasında qeydiyyata alınır. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını, habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Bu Məcəllənin 12 maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə bu Məcəllənin 7ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin yuxarıda sadalanan normalarından göründüyü kimi əmək müqaviləsi bildirişininin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesb edir ki, tərəflər arasındakı əmək münasibətlərinə Əmək Məcəlləsində nəzərdə tutulan tələblərə uyğun şəkildə xitam verildiyindən, işəgötürən "xxxx" MMC-nin qanuni nümayəndəsi olan Nümayəndə hal-hazırda 14 saylı Çəzaçəkmə Müəssisəsində cəza çəkdiyindən və beləliklə də həmin vəzifənin onun tərəfindən icra edilməsi mümkün olmadığından məhkəmə hesab edir ki, "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsininin 68.2-ci bəndinə əsasən xitam verilməsi ilə əlaqədar məlumatların X1 sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidmətinə həvalə edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə ediməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və MPM-nin 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən xitam verilməsi ilə əlaqədar bildirişin “X1” sisteminə daxil edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X3 Xidmətinə həvalə edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar