Məhkəmə qərarları › İş №2(006)-2757/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2757/2024

05.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2757/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsı̇ nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və pul" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsı̇ nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və pul" tələbinə dair iddia ərizəsi ilə məhkəməsinə müraciət etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1989-cu il tarixdə Ağdam rayonunun Qalayçılar kəndində doğulmuşdur. Ağdam rayonunun bir hissəsinin erməni silahlı birləşmələrinin işğalı nəticəsində iddiaçı yaşadığı kəndi uşaq yaşlarında tərk etmək məcburiyyətində qalaraq məcburi köçkün həyatı yaşamışdır. İddiaçı 24 iyul 2009-cu il tarixdə İsmayılova (Osmanlı) Türkan Yusif qızı ilə rəsmi qaydada nikaha daxil olmuş, həmin nikahdan xx.xx.2018-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il tarixli X12 doğulmuşlar. İddiaçının qayınatası X2 Qoşunların N nömərli hərbi hissəsinin tərkibində torpaqların ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. İddiaçı 2009-cu ildən etibarən Ağcabədi X6 mülki mühafizəçisi vəzifəsində işləmişdir. İddiaçı 2024-cü ilin yanvar ayında övladlarının yüksək hərarətinin, səhhətlərində kəskin pisləşmənin olması ilə əlaqədar mühafizəçi kimi çalışdığı iş yerini tərk etmək məcburiyyətində qalaraq icazənin alınması üçün müvafiq cavabdeh şəxsin mobil telefon nömrəsinə zəng etsə də, zənginə cavab verilmədiyindən övladlarını xəstəxanaya aparmaq üçün iş yerini məcbur qalaraq tərk etmişdir. Bu addımına görə işlədiyi şöbənin rəhbərliyi tərəfindən tənbeh edilsə də, sonradan işinə çıxmağa davam etmişdir. Lakin həmin şöbədə iddiaçıya münasibət dəyişmiş və onun iş yerindən kənarlaşdırılması prosesinə start verilmişdir. Nəticə etibarilə iddiaçı Azərbaycan Respublikası Cavabdeh 3-13-17/Ə63/2024 nömrəli, xx.xx.2024-cü il tarixli Əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Hesab edilir ki, işəgötürənin qeyd edilən əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçı işə bərpa edilməli və ona əmək müqaviləsinə xitam verildiyi tarixdən, yəni xx.xx.2024-cü il tarixdən işə bərpa edilən tarixə qədər məcburi iş buraxma dövrü üçün orta əmək haqqı məbləğləri hesablanaraq iddiaçıya ödənilməlidir. Hazırkı iddia ərizəsi ilə mübahisələndirilən əmrdə qeyd olunur ki, Ağcabədi X6 mühafizəçisi Ruslan Osmanov əvəllər intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk etmişdir. Halbuki, iddiaçı 2009-cu ildən işlədiyi Ağcabədi X6 mühafizəçisi olaraq əvvəllər heç vaxt intizamsızlığa yol verməmiş və intizam məsuliyyətinə cəlb edilməmişdir. Həmin Şöbənin rəisi, polis polkovnik-leytenantı Rauf Süleymanovun 26 yanvar 2024-cü il tarixdə, yəni iddiaçının əmək müaviləsinə xitam verilməzdən 1 aydan da az bir müddət əvvəl iddiaçı barədə verdiyi xidməti xasiyyətnamədən görünür ki, mülki mühafizəçi İddiaçı tutduğu vəzifəsində 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü bacarıqlı, işgüzar, nizam-intizamlı bir əməkdaş kimi göstərməklə komandirlər tərəfindən verilən tapşırıqlara məsuliyyətlə yanaşmış və həmin tapşırıqların yerinə yetirilməsi üçün bütün bilik və bacarığından istiafə etmişdir, vətəndaşlarla ünsiyyət yaratmağı bacarır, qüvvədə olan intizam tənbehi yoxdur. Göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrdəki əsaslandırma iddiaçının fəaliyyət göstərdiyi Ağcabədi X6 rəisi tərəfindən verilmiş xidməti xasiyyətnamə ilə təsdiq edilmir, əksinə təkzib olunur. Bundan əlavə, Ağdam rayonunda yerləşən Medilife Klinikasından verilmiş 04 mart 2024-cü il tarixli 126 və 1268 nömrəli arayışlardan görünür ki, iddiaçının övladları X11 xx.xx.2024-cü il tarixində Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmiş, xx.xx.2024-cü il tarixində ara yoxlanış üçün dəvət olunmuş, X12 isə xx.xx.2024-cü il tarixdə Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmişdir. Həkim pediatr Azər Məmmədov tərəfindən iddiaçının övladlarına yazılmış reseptlər də əlavə olunur. İşin faktiki hallarından görünür ki, iddiaçı faktiki olaraq iş yerinə gəlmiş, öz vəzifə borcunu yerinə yetirməyə başlamışdır. Həyat yoldaşı tərəfindən aldığı zəng nəticəsində övladlarının hərarətinin yüksək, səhhətlərində fəsadların olmasından məlumat almış, onun övladlarını təxirəsalınmadan tibbi müəssisəyə aparması zərurəti yaranmışdır. İddiaçı müvafiq cavabdeh şəxsə zəng etsə də, onun mobil telefon nömrəsinə zəng çatmadığından iddiaçı məcbur qalaraq iş yerini tərk etmiş və övladlarını tibbi müəssisəyə çatdırmış, iş yerində olmadığı müəyyən edildikdən sonra iş yerindən ona zəng edilmiş, iddiaçı iş yerini tərk etmək məcburiyyətində qaldığını, bunun səbəblərini bildirmiş, bundan sonra yenidən iş yerinə qayıtmışdır. Təqdim edilmiş tibbi arayışlardan görünür ki, iddiaçının uşaqları xəstələndiyindən, hərarəti yüksək olduğundan və nəticə etibarilə onlarda qızılca xəstəliyi müəyyən edildiyindən iddiaçı iş yerini tərk etməyə məcbur qalmışdır. Faktiki olaraq iddiaçı iş yerinə gəlsə də, uşaqlarının xəstələnməsi səbəbindən iş yerini tərk etməyə məcbur qalmışdır və əmək qanunvericiliyinə əsasən onun iş yerini tərk etməsi üzrlü hesab olunmalı olduğu halda işəgötürən həmin normanın tələblərinə zidd olaraq işçi barədə yanlış qənaətə gəlmişdir. Göstərilənlərə əsasən, əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 nömrəli əmrin ləğv edilməsi, iddiaçının X7 Şöbəsinə işə bərpa edilməsi, iddiaçının işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ödənilməsi və işə baxılması ilə əlaqədar məsrəflərə daxil olan mediasiya xidməti üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən çıxarılma əmrinin ləğv edilməsi, tutduğu vəzifəyə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edilir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13- 17/Ə63/2024 saylı Əmri ilə Ağcabədi RMŞ-nin mülki mühafizəçisi İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. MMX üzrə mühafizəçi, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixindən Ağcabədi RMŞ-nin mülki mühafizəçisi kimi xidmət etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13:56 radələrində o, şöbədə keçirilən xidmət qabağı təlimatda iştirak edərək, şöbə tərəfindən mühafizə olunan Ağdam rayonunun Xındırıstan kəndində yerləşən 110 kvluq yarımstansiyasına xidmətə təyin edilmişdir. Manqa komandiri tərəfindən yoxlanılarkən onun postda olmadığı müəyyən edilmişdir. Beləliklə, o xidmət apardığı postu ataraq, yaşadığı Ağdam rayon, Quzanlı qəsəbəsinə getmişdir. O, izahatında bu xüsusatları təsdiq etmişdir. İddiaçı xidmətdə mənfi xarakterizə olunur. Aparılan araşdırma nəticəsində onun qəbahətləri hissənin yerli Həmkarlar Təşkilatının yığıncağında müzakirə edilmiş, eləcə də Azərbaycan Respublikası DİN-in xx.xx.2015-ci il tarixli 10 nömrəli Qərarı ilə təsdiq olunmuş Mülki Mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimafın tələblərini və əmək müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Belə ki, Ağcabədi X6 mühafizəçisi İddiaçı əvvəllər intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk etmişdir. Mühafizəçi İddiaçı xidmətdə yol verdiyi nöqsanlar hissənin yerli Həmkarlar İttifaqının yığıncağında geniş müzakirə edilmiş və xidməti postu tərk etməklə üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Baş İdarə rəhbərliyi qarşısında vəsatət qaldırılmışdır. BMİ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 saylı Əmri ilə müəyyən olunur ki, o verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da «Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimatın və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli «Həmkarlar Təşkilatının yığıncağının qərarı da nəzərə alınmaqla və DİN-in X4 Komitəsi ilə razılaşdırılmaqla X6 mülki mühafizəçisi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci bəndinə əsasən xitam verilmişdir. Beləliklə, iddiaçı xidməti postu tərk etməklə üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə əmək müqaviləsinin ləğv edilməsinə dair qəbul edilmiş əmr qanuna zidd sayıla bilməz, iddiaçının əmrin ləğv edilməsi barədə tələbi əsassızdır. Odur ki, İddiaçı cavabdeh Daxı̇ li İşlər Nazı̇ rlı̇ yı̇ nin Baş Mühafı̇ zə İdarəsı̇ nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa, pul" tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 4.Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı 2009-cu ildən bəri cavabdeh orqanda mülki mühafizəçi vəzifəsində çalışmışdır. İddia ərizəsində qeyd edildiyi kimi postu tərk etməsi halı isə məhz azyaşlı övladlarının qızılca xəstəliyə tutulması ilə bağlı yüksək hərarəti səbəbindən xəstəxanaya çatdırmaq məcburiyyətindən qaynaqlanmış və müvəqqəti xarakter daşımışdır. Belə ki, iddiaçı iş yerini tərk edərək onu xəstəxanaya çatdırmış və dərhal iş yerinə qayıtmışdır. O çıxmazdan öncə bununla bağlı məlumat verməli olduğu manqa komandiri Vüqar Quliyevlə əlaqə saxlamağa cəhd göstərsə də, buna nail ola bilməmiş və məhz bu səbəbdən iş yerini icazəsiz tərk etmək məcburiyyətində qalmışdır. Qarşı tərəfin məhkəməyə təqdim etdiyi rəy və əmrdə daha öncə də dəfələrlə ona xəbərdarlıqlar olunması və onun intizam tənbehinə cəlb edilməsi göstərilsə də, bu tam yalandır. İddiaçı 15 ildə heç vaxt bu cür tədbirlərə cəlb edilməmişdir. Həmçinin, qarşı tərəf bunu iddia etsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Təqdim edilmiş iddiaçı barədə cavabdeh qurumun tərtib etdiyi xidməti xasiyyətnamədə iddiaçı yalnız müsbət xarakterizə olunmuşdur. Yalnız nə hikmətsə bu xasiyyətnamədən əlavə cavabdeh qurum elektron kabinet vasitəsi ilə məhkəməyə başqa bir xasiyyətnamə də təqdim etmişdir ki, həmin xasiyyətnamə birinci ilə ziddiyyət təşkil edir. Həmin sənədi ümumiyyətlə mötəbər sübut kimi qəbul etmirlər. Odur ki, qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edlməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 5.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxlmasını mümkün hesab etmişdir. 6.Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 7.Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı 2009-cu il tarixdən Ağcabədi X6 mülki mühafizəçisi vəzifəsində işləmişdir. AR Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-17/763/2024 nömrəli əmri ilə əmək vəzifələrini kobud şəkildə pozması ilə əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası kimi iddiaçının xidməti postu özbaşına tərk etməsi göstərilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmri qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin tələblərindən qərəzli olaraq istifadə etmiş və onun əmək hüquqlarını pozmuşdur. Bu səbəbdən də hazırda iddiaçı xx.xx.2024-cü il tarixli, 3- 13-17/763/2024 saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, cavabdeh tərəfindən ona məcburi işburaxma müddəti üçün orta aylıq əmək haqqı məbləğlərinin hesablanaraq ödənilməsi, 60 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. b) Mülki işin materialları: 8.Mülki işin materiallarında olan AZ-İ seriyalı, 499652 nömrəli nikah haqqında şəhadətnamənin kserosurətindən görünür ki, X1 Türkan Yusif qızı ilə 24 iyul 2009-cu il tarixində Ağdam R.İ.H.B-nın Seyidli Ərazi Nümayəndəliyində nikaha daxil olmuşdur. 9.Mülki işin materiallarında olan AA seriyalı, 423515 nömrəli X8 surətindən görünür ki, İddiaçı 1989-cu il tarixdə Ağdam rayonunda anadan olmuş, 1993-cü il tarixdə Ağdam rayonundan məcburi köçkün düşmüş, müvəqqəti olaraq Tərtər rayonunun Köçərli kəndində məskunlaşmışdır. 10.Mülki işin materiallarında olan AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon Şöbəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, X2 Qoşunların N nömrəli hərbi hissəsinin tərkibində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və xx.xx.1993-cü il tarixdə Ağdam rayonunun Qalayçılar kəndi uğrunda gedən döyüşlərdə həlak olmuşdur. 11.Mülki işin materiallarında olan Ağcabədi RMŞ-nin xx.xx.2024-cü il tarixli, 3-13-17xx/xx/2024 nömrəli məktubu ilə Baş İdarəyə daxil olmuş material əsasında aparılmış araşdırmanın nəticəsinə dair xx.xx.2024-cü il tarixli Rəyin surətindən görünür ki, “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli “Həmkarlar Təşkilatının yığıncağı”nın qərarı da nəzərə alınmaqla X9 Şöbəsinin MMX üzrə mühafizəçisi X13 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsi, Ağcabədi RMŞ-in rəhbərliyindən (R.Süleymanov) xidmətin apaılması və ona nəzarət olunması, nizam-intizamın möhkəmləndirilməsi, təlim-tərbiyənin yüksəldilməsi istiqamətində konkret tədbirlərin görülməsinin tələb edilməsi, əmr layihəsinin hazırlanması, toplanmış materialın katiblikdə işə alınması məqsədə-müvafiq hesab edilməsi təklif edilmişdir. 12.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Cavabdeh xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətindən görünür ki, verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etmədiyinə, bununla da “Mülki mühafizə xidməti fəaliyyətinin təşkilinə dair Təlimat”ın tələblərini və üzərinə götürdüyü əmək müqaviləsinin şərtlərini pozduğuna görə hissənin yerli “Həmkarlar Təşkilatının yığıncağı”nın qərarı da nəzərə alınmaqla və DİN-nin X4 Komitəsi ilə razılaşdırmaqla X9 Şöbəsinin mülki mühafizəçisi X13 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. 13.Mülki işin materiallarında olan Ağcabədi X6 rəisi Polis polkovnik-leytenantı R.Süleymanov tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, mülki mühafizəçi X14 tutduğu vəzifəsində 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü bacarıqlı, işgüzar nizam-intizamlı bir əməkdaş kimi göstərməklə komandirlər tərəfindən verilən tapşırıqlara məsuliyyətlə yanaşmış və həmin tapşırıqların yerinə yetrilməsi üçün bütün bilik və bacarığından istifadə etmişdir, vətəndaşlarla ünsiyyət yaratmağı bacarır. Mühafizəçi İddiaçı xidməti işinə dair əmr və normativ aktları öyrənməyə səy göstərir və onlardan gündəlik işində düzgün istifadə edir. Xidməti zərurətlə əlaqədar qarşıya çıxan çətinlikləri müsbət həll etmək qabiliyyətinə malikdir. İşlədiyi müddətdə rəhbərliyin və kollektivin dərin hörmətini qazanmışdır. Mühafizəçi İddiaçı dövləti və xidməti sirri qorumağı bacarır, məxfiçiliyə ciddi riayət edir, xarici görnüşü səliqəli, fiziki cəhətdən sağlamdır. Qüvvədə olan intizam tənbehi yoxdur. Xasiyyətnamə ANAMA-ya təqdim etmək üçün verilmişdir. 14.Mülki işin materiallarında olan “Medilife” tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 126 nömrəli Arayışdan görünür ki, X11 xx.xx.2024-cü il tarixində Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmiş, xx.xx.2024-cü il tarixdə ara yoxlanış üçün dəvət olunmuşdur. 15.Mülki işin materiallarında olan “Medilife” tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 1268 nömrəli Arayışdan görünür ki, X15 xx.xx.2024-cü il tarixdə Ağdam Medilife klinikasının pediatriya kabinetində müayinə olunmuş, “Qızılca” diaqnozu ilə evə göndərilmişdir. 16.Mülki işin materiallarında olan Ağcabədi X6 rəisi Polis polkovnik-leytenantı R.Süleymanov tərəfindən İddiaçı verilən xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədən görünür ki, İddiaçı tutduğu vəzifədə 2009-cu ildən xidmət edir. Xidmət etdiyi müddət ərzində o, özünü yaxşı cəhətdən göstərməmiş və üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməmişdir. Bunun nəticəsidir ki, o dəfələrlə komandirlər tərəfindən şifahi xəbərdarlıq edilmişdir. Mühafizəçi İddiaçı məsuliyyətsiz və intizamsız əməkdaşdır. Edilmiş şifahi xəbərdarlıqlardan düzgün nəticə çıxarmır, daima AR DİN-in BMİ-nin qüvvədə olan əmr və tələblərini pozur. Üzərinə düşən öhdəliyi layiqincə icra etmir, xarici görünüşü səliqəsizdir, qüvvədə olan intizam tənbehi yoxdur. Xasiyyətnamə DİN-in Baş Mühafizə İdarəsinə təqdim etmək üçün verilmişdir. 17.Mülki işin materiallarında olan xidmətin aparılmasının yoxlanmasına dair sənəddən görünür ki, xx.xx.2024-cü il tarixində saat 13:56-da xidməti post özbaşına tərk edilmişdir. 18.Mülki işin materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının MŞB/2-0347/2024 saylı, xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, xx.xx.2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iddiaçı O.Ruslan iştirak edərək 60 manat məbləğində mediasiya xərcini ödəmiş, lakin AR Cavabdeh mediasiya prosesində iştirak etməmişdir (Mediator:R.Yolçuyev). c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 19.Məhkəmə ilk növbədə iddia tələbinin “cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-13- 17/Ə63/2024 №-li əmrinin ləğv edilməsi, X7 Şöbəsinə işə bərpa edilməsi, işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi və mediasiya xidməti üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələbin “cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli, 3-13-17/Ə63/2024 №-li əmrinin ləğv edilməsi” hissəsi əsas, qalan “X7 Şöbəsinə işə bərpa edilməsi, işdən çıxarıldığı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün orta aylıq əmək haqqı məbləğinin hesablanaraq ödənilməsi və mediasiya xidməti üçün ödənilmiş 60 manat pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissələri isə ondan törəmə tələblərdir. Buna görə də tələbin “əmrin ləğv edilməsi” barədə olan hissəsi məhkəmə qaydasında müfəssəl araşdırılmalı, digər tələblərə də həmin tələbin əsaslı olub-olmaması nəticəsində müvafiq hüquqi qiymət verilməlidir. 20.Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 4-cü maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllə, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra ismin müvafiq halında «müəssisələr»), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir. 21.Həmin Məcəllənin 9-cu maddəsinin “q” bəndinə görə, əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biridir. 22.Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “b”, “c” və “e” bəndlərinə və 2-ci hissəsinə görə, bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələrindəndir. İşçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. 23.Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 24.Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 25.Sözügedən Məcəllənin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 26.Həmin Məcəllənin Məcəllənin 72-ci maddəsində qeyd edilmişdir ki, aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. 27.Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından sui-istifadə edilməsinə mane olur. 28.Hazırki iş üzrə cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verilmişdir. Lakin hazırki işin materiallarından iddiaçı tərəfindən özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və yaxud da əmək vəzifələrini kobud şəkildə pozması halları aşkar edilməmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh iddiaçının verilmiş intizam tənbehlərindən nəticə çıxarıb xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verərək təyin olunduğu postu tərk edərək mühafizə olunan obyektin etibarlı mühafizəsini təmin etməməsi əsası ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə əmr vermişdir. 29.Məkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən iddiaçının intizamsızlığa yol verərək təyin edildiyi postu özbaşına tərk etməsini əsas gətirərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı O.Ruslan xx.xx.2024-cü il tarixində saat 13:56 radələrində xidmətdə olduğu zaman xidməti postunu məcburi və üzrlü səbəbdən o şəkildə tərk etmək məcburiyyətində qalmışdır. İddiaçının qeyd etdiyinə görə o, postu tərk etməmişdən öncə müvafiq məsuldar şəxsə postu tərk etməsi ilə bağlı zəng etsə də, onun telefonuna zəng çatmamış və iddiaçı bundan sonra postu tərk etmişdir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçı həmin gün ərzində işinə geri qayıtmışdır. Yəni, iddiaçı işə gəlib, sonradan müəyyən müddətə işi tərk etmək məcburiyyətində qalmış, daha sonra isə işinə yenidən qayıtmışdır. Bundan əlavə isə iddiaçının xidməti yerini tərk etməsi öz övladının həmin tarixlərə düşən ölkə ərazisində yayılmış qızılca xəstəliyi olmuşdur ki, bu səbəbdən övladını müvafiq xəstəxanaya çatdırmışdır. Yəni iddiaçı xidməti postunu daimi (bütöv gün olmamaqla) yox, üzrlü səbəbdən, hətta məlumat verməklə (telefon zəngi etməklə) tərk etmişdir. 30.Əmək Məcəlləsinin 72-ci maddəsində işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulmasının konkret halları nəzərdə tutulmuşdur. Lakin, hazırki iş üzrə iddiaçı tərəfindən iş vaxtı ərzində qeyd edilən maddə üzrə əmək vəzifələrinin kobud şəkildə pozulması hallarından hər hansısa biri aşkar edilməmişdir. 31.Eyni zamanda, məhkəmə mübahisələndirilən Əmrin O.Ruslanın əvvəl intizam məsuliyyətinə cəlb olunmasına baxmayaraq xidmətində əsaslı dönüş yaratmaq əvəzinə yenidən intizamsızlığa yol verməsi əsasına münasibətdə qeyd edir ki, cavabdeh tərəf iddiaçının daha əvvəl intizam məsuliyyətinə cəlb olunmasını qeyd etsə də, məhkəmə tərəfindən bu hal da aşkar edilməmişdir. 32.Belə ki, Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: töhmət vermək; sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək və əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 33.Həmin Məcəllənin 187.1-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 34.Həmin Məcəllənin 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. 35.Hazırki iş üzrə iddiaçıya daha əvvəl intizam tənbehi verilməmişdən öncə ondan yazılı izahatın alınması, onun həmin izahatın verilməsindən imtina etməsi, işəgötürənin bununla bağlı əmrinin olması və s. cavabdeh tərəfindən sübuta yetirilə bilməmişdir. 36.Məhkəmə bu yerdə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçının xidməti vəzifələrini layiqincə yerinə yetirməməsi ilə bağlı sübut olaraq təkcə iddiaçıya məxsus xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamə təqdim edilmişdir ki, həmin xidməti xasiyyətnamə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, həmin xidməti xasiyyətnamə iddiaçının postu tərk etdiyi gün verilmiş, orada iddiaçının özünü yaxşı cəhətdən göstərmədiyi, üzərinə düşən vəzifəni öhdəsindən layiqincə gəlmədiyi, dəfələrlə komandirlər tərəfindən onun şifahi xəbərdarlıq edildiyi, məsuliyyətsiz, intizamsız əməkdaş olması, AR DİN BMİ-nin qüvvədə olan əmr və tələbləri pozduğu, həmçinin qüvvədə iddiaçı barəsində intizam tənbehinin olmaması qeyd edilmişdir. Halbuki, bundan 4 gün əvvəl, yəni xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamədə isə tam əksi olaraq iddiaçı barəsində müsbət fikirlər qeyd edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə Əmr verilənə qədər iddiaçı barəsində hər hansı tənbeh tədbiri olmamış, xx.xx.2024-cü il tarixli xidməti xasiyyətnamə isə məhkəmənin düşüncəsinə görə iddiaçının postu tərk etdiyi gün qərəzli olaraq cavabdeh tərəfindən yazılmışdır. 37.Bundan başqa, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-3-cü bəndlərinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. 38.Halbuki, cavabdeh iddiaçının əmək müqaviləsinə ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam versə belə, cavabdeh iddiaçının qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulmuş olması və ya işəgötürənin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi də məhkəmə tərəfindən müəyyən edilməmişdir (cavabdeh tərəf əksini sübuta yetirə bilməmişdir). 39.Beləliklə də göstərilənlərə əsasən, məhkəmə cavabdeh Azərbaycan Respublikası Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tariхli, 3-13-17/Ə63/2024 №-li əmrin qanunvericiliyin tələblərinə uyğun olmadığını müəyyən edərək hesab edir ki, iddia həmin hissədə təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2024-cü il tariхli, 3-13-17/Ə63/2024 nömrəli əmri ləğv edilməlidir. 40.Məhkəmə həmçinin, iddianın iddiaçının əvvəlki işinə bərpa edilməsi hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Belə ki, tələbin əmrin ləğv edilməsi hissəsi təmin edildiyindən, avtomatik olaraq əmr ləğv edilərkən əvvəlki vəzifəsinə iddiaçı bərpa olunduğundan, yenidən mübahisə varmış kimi məhkəmə tərəfindən hüquqi qiymət verilməsinə də zərurət qalmamışdır. 41.Məhkəmə iddianın məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsinə münasibətdə isə qeyd edir ki, əsas tələb təmin edildiyindən, digər tələb olan məcburi iş buraxma üçün əmək haqqının ödənilməsi hissəsi təmin edilməli, İddiaçı məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. 42.Belə ki, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə görə, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. 43.Daha sonra məhkəmə iddia tələbinin ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutulması hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir. 44.Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 45.Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Hazırki iş üzrə iş materiallarından göründüyü kimi hazırki iddianın qaldırılması üçün iddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Odur ki, ödənilmiş 60 manat mediasiya xərcinin əvəzi cavabdeh Azərbaycan Respublikası Cavabdehndən iddiaçının xeyrinə tutulmalıdır. 47.Beləliklə, məhkəmə göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Cavabdeh xx.xx.2024-cü il tariхli, 3-13- 17/Ə63/2024 nömrəli əmri ləğv edilməli, məcburi işburaxma müddəti üçün ödənilməmiş əmək haqqı cavabdeh Azərbaycan Respublikası Cavabdehndən tutularaq İddiaçı ödənilməli, həmçinin iş üzrə ödənilmiş 60 AZN (altmış manat) mediasiya xərcinin əvəzi cavabdeh Azərbaycan Respublikası Cavabdehndən İddiaçı xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.

48. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 49.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 50.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 51.Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 52.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 53.Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 54.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Cavabdeh İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2024-cü il tariхli, 3-13-17/Ə63/2024 nömrəli əmri ləğv olunsun. İddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilsin. Ödənilmiş 60 AZN (altmış manat) mediasiya xərcinin əvəzi cavabdeh Azərbaycan Respublikası Cavabdehndən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar