Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2767/2022 06.07.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək kitabçasına düzəliş edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «əmək kitabçasına düzəliş edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında kadrlar şöbəsi (səh. 50-51) xx.xx.2008-ci il tarixli əmr 201/K əmrdə səhvən yazılmış yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinistini yeraltı əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti ilə əvəz edilməsinin cavabdeh "xxxx" QSC-yə həvalə edilməsi; mediasiya xidmətinə ödənilmiş 50 manat rüsumun cavabdeh "xxxx" QSC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci il tarixdə doğulmuşdur. xx.xx.2006-cı il tarixdə (əmr 55/K, xx.xx.2006-cı il) «Azərtunelmetrotikinti» SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 3-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) dağ-mədən fəhləsi peşəsinə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdən (əmr 171/K, xx.xx.2008-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunmuşdur. xx.xx.2008-ci il tarixdən (əmr 201/K, xx.xx.2008-ci il) 3-cü dərəcə ilə (yerüstü əmək şəraiti üzrə) nasos maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdən (əmr 39/K, xx.xx.2010-cu il) 3-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) şit maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdən (əmr 29/K, xx.xx.2012-ci il) 4-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) X3 Kompleksinin (TQMK) maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixdən (əmr 202- 64/K, xx.xx.2014-cü il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmuşdur. xx.xx.2014-cü il tarixdən (əmr K-486, xx.xx.2014-cü il) "xxxx" QSC-nin 3 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) X3 Kompleksinin (TQMK) maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdən (əmr Ş-5133/28, xx.xx.2017-ci il) 2 saylı Tunel Tikinti dəstəsinə 4cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) X3 Kompleksinin (TQMK) maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdən (əmr X-417/1, xx.xx.2018-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarın 1 nömrəli siyahısında qeyd olunan (********) 2. Tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər, (1010300a) fəhlələr, (1010300a - 13910) nasos qurğularının maşinistləri peşələri İddiaçı işlədiyi peşəyə uyğundur. "xxxx" QSC DSMF Yasamal rayonu üzrə sosial təminat şöbəsinə təqdim etmək üçün verdiyi 21 may 2019-cu il tarixli, A/240 saylı arxiv arayışı qəbul edilsə də, cavab verilməmişdir. Səbəb kimi DSMF Yasamal rayonu üzrə sosial təminat şöbəsindən bildirilir ki, arxiv arayışı səhv məlumatlarla tərtib edilmişdir. Əmək kitabçasında kadrlar şöbəsi (səh. 50-51) xx.xx.2008-ci il tarixli, əmr 201/K əmrdə səhvən yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti qeyd etmişdir. Həmin qeydin yeraltı əmək şəraiti üzrə əvəz edilməsinə dair ərizəsi qəbul edilsə də, düzəliş edilməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, yerüstü yox, yeraltı şəraitdə nasos maşinisti işləmişdir. Qrunt suyunun vurulması üçün nəzərdə tutulan nasos 25-30 metr dərinlikdə qoyulur. Arxiv arayışının dəyişdirilməsi ilə bağlı təkrar müraciət etsə də, verilən cavab DSMF Yasamal rayon şöbəsi tərəfindən qəbul edilmir. "xxxx" QSC sənədini düzəltmədiyindən güzəştli şərtlərlə 1-ci siyahı üzrə ona pensiya təyin edilmir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etmədi məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür. 21 oktyabr 1978-ci il tarixdə doldurulmağa başlayan, İT-İ seriyalı ******* saylı əmək kitabçasından görünür ki, iddiaçı həmişə yeraltı iş üzrə peşələrdə çalışmışdır. Yalnız 16 dekabr 2008-ci il tarixli 201/K saylı əmr əmək kitabçasına işlənərkən səhvə yol verilmiş, 3cü dərəcə ilə yerüstü əmək şəraiti üzrə nasos maşinisti peşəsinə qəbul edilməsi qeyd edilmişdir. "xxxx" QSC tərəfindən verilmiş 21 may 2019-cu il tarixli A/240 saylı arxiv arayışında qeyd olunmuşdur ki, iddiaçı xx.xx.2006-cı il tarixdə (əmr 55/K, xx.xx.2006-cı il) «Azərtunelmetrotikinti» SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 3-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) dağ-mədən fəhləsi peşəsinə qəbul edilmişdir. xx.xx.2008-ci il tarixdən (əmr 171/K, xx.xx.2008-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «b» bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması) işdən azad olunmuşdur. xx.xx.2008-ci il tarixdən (əmr 201/K, xx.xx.2008-ci il) 3-cü dərəcə ilə (yerüstü əmək şəraiti üzrə) nasos maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixdən (əmr 39/K, xx.xx.2010-cu il) 3-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) şit maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2012-ci il tarixdən (əmr 29/K, xx.xx.2012-ci il) 4-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) X3 Kompleksinin (TQMK) maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2014cü il tarixdən (əmr 202-64/K, xx.xx.2014-cü il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmuşdur. xx.xx.2014-cü il tarixdən (əmr K-486, xx.xx.2014-cü il) "xxxx" QSC-nin 3 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) X3 Kompleksinin (TQMK) maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixdən (əmr Ş-5133/28, xx.xx.2017-ci il) 2 saylı Tunel Tikinti dəstəsinə 4-cü dərəcə ilə (yeraltı əmək şəraiti üzrə) X3 Kompleksinin (TQMK) maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixdən (əmr X- 417/1, xx.xx.2018-ci il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 «a» bəndinə əsasən (öz təşəbbüsü ilə) işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və «Azərtunelmetrotikinti» SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. İddiaçı yeraltı şəraitində işlədiyi peşələr üzrə əmək stajı 21 il 03 ay 16 gün təşkil edir. Arayış DSMF-in Yasamal rayonu üzrə sosial təminat şöbəsinə təqdim etmək üçün verilmişdir. İddiaçı "xxxx" QSC-yə 18 fevral 2021-ci il tarixdə ərizə ilə müraciət edərək, yuxarıdakı xüsusatları QSC rəhbərliyinin nəzərinə çatdıraraq, əmək kitabçasında yol verilmiş səhvə görə əmək pensiyasına çıxa bilmədiyini qeyd etmiş, əmək kitabçasında yol verilmiş səhvin aradan qaldırılmasını xahiş etmişdir. Həmin ərizədə həmçinin vurğulanmışdır ki, həmin dövrdə metronun «Azadlıq» stansiyasının tikintisi aparılmışdır, nasos platformanın altında yerləşmişdir, həmin nasos yer üstündə heç cür ola bilməzdi, çünki həmin nasos qrunt sularının çəkilməsi üçün nəzərdə tutulmuşdu. "xxxx" QSC-nin 26 aprel 2021-ci il tarixli 40N-10/5-34 saylı məktubundan görünür ki, iddiaçının 18 fevral 2021-ci il tarixli C-72 saylı məktubuna aidiyyəti üzrə baxılmışdır. Cavab olaraq bildirilmişdir ki, işdən çıxan əməkdaşların şəxsi işləri müvafiq qaydada arxivə təhvil verilir. Müraciətlə bağlı arxivə sorğu verilmiş, şəxsi işindəki sənədlər araşdırılmış və müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli 201/K saylı əmrlə xx.xx.2008-ci il tarixdən 58 saylı əmək müqaviləsi ilə «Azadlıq» stansiyasına yerüstü iş şəraiti üzrə 3-cü dərəcəli nasos maşinisti qəbul edilmişdir. Qeyd olunanların nəzərə alınması iddiaçıdan xahiş edilmişdir. İddiaçı qeyd olunan məktubu aldıqdan sonra, mediatora müraciət etmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 22 dekabr 2021-ci il tarixli MŞİH-09005 saylı arayışından görünür ki, iddiaçı və cavabdehin nümayəndəsi xx.xx.2021-ci il tarixdə 15:00-16:00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Məhkəmə qeyd edir ki, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır. İşə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır. Əmək müqaviləsinin, əmrin (sərəncamın) itdiyi və saxlanmadığı digər hallarda iş haqqında düzəliş başqa təsdiqedici sənədlərə əsasən aparılır. Şahid ifadələri əsasında əmək kitabçasında düzəlişlər edilməsinə yol verilmir. Yuxarıda qeyd olunan qaydalar «İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları»nda təsbit olunmuşdur. Vurğulanmalıdır ki, məhkəmə iddianı təmin etmək qənaətinə gələrkən işin faktiki hallarını əsas götürür. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı işəgötürənlə əmək müqaviləsi üzrə əmək münasibətlərində olduğu bütün dövr ərzində yeraltı əmək şəraiti üzrə peşələrdə işləsə də, digər hallarda müvafiq əmrlər verilərkən və əmək müqavilələri tərtib olunarkən səhvə yol verilməsə də, xx.xx.2008-ci il tarixli 201/K saylı əmrlə xx.xx.2008-ci il tarixdən 58 saylı əmək müqaviləsi ilə «Azadlıq» stansiyasına yeraltı iş şəraiti üzrə 3-cü dərəcəli nasos maşinisti qəbul edilərkən, əmrdə, daha sonra isə əmək kitabçası doldurularkən səhvə yol verilmiş, iş şəraiti yerüstü kimi qeyd olunmuşdur. Əmək kitabçasında olan əmrlərə diqqət yetirdikdə yuxarıda qeyd olunanları aşkar şəkildə görmək mümkündür. Bundan başqa, iddiaçı işəgötürənə ünvanladığı ərizəsində həmin dövrdə tikilməkdə olan metronun «Azadlıq» stansiyasının tikintisi aparılmışdır, nasos platformanın altında yerləşmişdir. Həmin nasos yer üstündə olmamış, platformanın altında olmaqla, qrunt sularının çəkilməsi üçün nəzərdə tutulmuşdur. İddiaçı əmək vəzifələrini yeraltı şəraitdə icra etmişdir. Əmək kitabçasında yol verilmiş yanlışlığa görə, iddiaçının pensiya almaq hüququ məhdudlaşır və bu səbəbdən o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçıya məxsus olan əmək kitabçasında kadrlar şöbəsi (səh. 50-51) xx.xx.2008-ci il tarixli 201/K saylı əmrdə səhvən yazılmış yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinistini yeraltı əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti ilə əvəz edilməli, həmin əvəzetmənin (düzəlişin) icra edilməsi cavabdeh "xxxx" QSC-yə həvalə edilməli, 50 manat mediasiya xərci cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus olan əmək kitabçasında kadrlar şöbəsi (səh. 50-51) xx.xx.2008-ci il tarixli 201/K saylı əmrdə səhvən yazılmış yerüstü əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinistini yeraltı əmək şəraiti üzrə 3-cü dərəcə üzrə nasos maşinisti ilə əvəz edilsin. Həmin əvəzetmənin (düzəlişin) icra edilməsi cavabdeh "xxxx" QSC-yə həvalə edilsin. 50 manat mediasiya xərci cavabdeh "xxxx" QSC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2767/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2767/2022
06.07.2022 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver