Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2770/2023 04.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim – İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi – Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi – Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «doğum faktının müəyyən olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs olmaqla «doğum faktının müəyyən olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-nin Amasiya rayonunda Güllücə kənində doğulması, adının Afəl, soyadının Cəfərov kimi yazılması, atasının X7, anasının isə X5 olması, atasının milliyətinin azərbaycanlı, anasının milliyətinin azərbaycanlı yazılmaqla doğum faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə Ermənistan SSRnin Amasiya rayonunda doğulmuş və 1971-ci ildə Ermənistan SSR-nin Güllücə kənd Soveti tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış Ermənistan SSRdən qaçqın düşmüş şəxslərin siyahısındadır. Oradan qaçqın düşdükdən sonra özünə aid bir çox sənədləri, o cümlədən, doğum haqqında şəhadətnaməni də gətirmişdir. Lakin qaçqınlıq həyatı sürdüyü üçün və bu səbəbdən də yaşayış yerini bir neçə dəyişdiyi üçün doğum haqqında şəhadətnaməni harada itirdiyini xatırlaya bilmir. Hazırda da arxivə müraciət edə bilmir. Ona görə ki, Ermənistana gedə bilmədiyi üçün “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas Müddəaların 13-cü bəndinə əsasən yaşadığı yerin qeydiyyat şöbəsinə müraciət etmiş və doğum akt qeydinin bərpa olunmasım istəmiş, lakin oradan bildirdilər ki, doğum haqqında şəhadətnamə təqdim olunmadığı üçün ərizənin təmini şöbədə mümkün olmamışdır. Hamıya bəlli olan fakt bundan ibarətdir ki, Qarabağ münaqişəsinə görə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında hər hansı rəsmi-diplomatik münasibətlər təsis edilməyib. Əgər belə bir münasibət mövcud olsaydı, onun doğum akt qeydinin Azərbaycanda bərpasına ehtiyac da qalmazdı. Məhz bu səbəbdən, Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər olmadığından onun Azərbaycanda doğum akt qeydinin bərpa olunmasına zərurət yaranıb. Doğum haqqında şehadətnamənin olmasını şəhadətnaməni görən şahidlər də təsdiq edə bilərlər. Təkrarən doğum şəhadətnaməsi almaq üçün 1 Saylı Bakı «ASAN xidmət» X4 müraciət etmiş, lakin əsaslı sənədlər olmadığı üçün doğum haqqında şəhadətnaməni verməkdən şöbədə imtina etmişlər. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadə verərək bildirdi ki, ərizəçi qardaşıdır. Ailədə yeddi uşaq olmuşlar. Üç qardaşı vəfat etmişdir. X1, anası X3r. Qardaşı Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllücə kəndində doğulmuşdur. X2 ifadə verərək bildirdi ki, ərizəçi qardaşıdır. Ailədə altı qardaş, bir bacı olmuşlar. Üç qardaşı vəfat etmişdir. X1, anası X3r. Qardaşı Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllücə kəndində doğulmuşdur. İş materiallarına əlavə olunmuş: AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə doğulmuşdur. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 3-16-5/8-xx-xx/2023 saylı məktubundan görünür ki, doğumunuz haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Nəsimi rayon qeydiyyat şöbəsinə daxil olmuş ərizənizə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir.İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı nəzərinizə çatdırılmışdır ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda. vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). İş materialları ilə tam sübuta yetirildi ki, xx.xx.1971-ci il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunun Güllücə kəndində doğulmuş, X1, anası isə X3r. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğumun qeyd edilməsi faktını müəyyən edən sənədi verən və ilkin akt qeydi aparan orqan Ermənistan SSR-in ərazisində olmuşdur, ərizəçinin adına doğum haqqında aparılmış akt qeydi barədə məlumat alınması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunun Güllücə kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli, Ərizəçi barəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilərək soyadı Cəfərov, adı Afəl, ata adı Hidayət, doğum tarixi xx.xx.1971-ci il, doğum yeri Ermənistan SSR Amasiya rayonunun Güllücə kəndi, ata qrafasında X7, milliyyəti azərbaycanlı, ana adı qrafasında X5, milliyəti azərbaycanlı qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1971-ci il tarixdə Ermənistan SSR, Amasiya rayonunun Güllücə kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi barəsində aparılmış doğum haqqında akt qeydi bərpa edilərək soyadı Cəfərov, adı Afəl, ata adı Hidayət, doğum tarixi xx.xx.1971-ci il, doğum yeri Ermənistan SSR Amasiya rayonunun Güllücə kəndi, ata qrafasında X7, milliyyəti azərbaycanlı, ana adı qrafasında X5, milliyəti azərbaycanlı qeyd edilməklə yeni doğum haqqında şəhadətnamənin verilməsi Maraqlı şəxsnə həvalə edilsin. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2770/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2770/2023
04.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver