Məhkəmə qərarları › İş №2(006)-2814/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2814/2022

23.06.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2814/2022 23.06.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə olan 02 mart 2022-ci il tarixli əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2014-cü ildən Cavabdeh MMC-yə həkim vəzifəsinə təyin edilmiş, işlədiyi müddət ərzində işə davamiyyətli, intizamlı və məsuliyyətli olmuşdur. Lakin Cavabdeh MMC tərəfindən 02 mart 2022-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilir. Halbuki, İddiaçı tərəfindən əmək funksiyalarının pozulması hallarına yol verilməmişdir. Cavabdeh MMC-nin direktoru Samir Alışov İddiaçı xəbəri olmadan, eyni zamanda heç bir hüquq pozuntusuna yol vermədiyi halda əmək müqaviləsinə birtərəfli qaydada xitam vermişdir. İddiaçı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət olunmuş, cavabdeh xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyasına dəvət olunmuş, lakin tərəflər prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilsə də, İddiaçı məhkəməyə gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili-nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək bildirdi ki, İddiaçı işdən azad edilməsi barədə olan 24 fevral 2022-ci il tarixli 06/2022 nömrəli əmri Cavabdeh MMC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən ləğv edilmişdir. Həmçinin cavabdeh İddiaçı hamilə olması barədə Cavabdeh MMC-də məlumat olmamışdır. Odur ki artıq mübahisə öz həllini tapdığından və işə məhkəmədə baxılmasına ehtiyac qalmadığından mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını, vəkilin çıxışını dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Mülki işin materiallarında olan kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında sənəddən görünür ki, Cavabdeh MMC-nin (VÖEN: **********) qanuni təmsilçisi X1r. Mülki işin materiallarında olan əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən Cavabdeh MMC tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə xitam verilmiş, bu barədə bildiriş elektron informasiya sisteminə isə xx.xx.2022-ci il tarixdə daxil edilmişdir. Mülki işin materiallarında olan Bakı 2 saylı Mediasiya Təşkilatının xx.xx.2022-ci il tarixli MŞB/2-00648 tarixli arayışından görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işə götürən Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, İddiaçı həmin MMC-yə əlavə iş yeri üzrə həkim stomatoloq vəzifəsinə qəbul edilmişdir. Cavabdeh MMC tərəfindən təqdim edilmiş “işdən azad olunma barədə” əmrin ləğv edilməsi haqqında xx.xx.2022-ci il tarixli 07/2022 №-li əmrdən görünür ki, Cavabdeh MMC-nin 06/2022 nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edilmiş, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət üçün əmək haqqı ödənilməsi əmr edilmiş, onun işə çıxma tarixi xx.xx.2022ci il hesab edilmişdir. İş materiallarında olan İddiaçı Cavabdeh MMC-yə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, başqa işəgötürən ilə əmək müqaviləsi bağlaması ilə əlaqdar Cavabdeh MMC-də tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı Cavabdehnə qarşı onun Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi barədə mübahisələndirdiyi əmr 24 fevral 2022-ci il tarixdə çıxarılmış, elektron informasiya sisteminə isə 02 mart 2022-ci il tarixdə daxil edilmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, İddiaçı 2014-cü ildən İddiaçı Cavabdeh MMC-yə həkim vəzifəsinə təyin edilmişdir. Lakin 24 fevral 2022-ci il tarixdə Cavabdeh MMC tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən İddiaçı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı işdən azad edilməsi barədə 24 fevral 2022-ci il tarixli əmrin ləğv edilməsini tələb edir. Məhkəmə araşdırmaları zamanı isə həmin əmrin Cavabdeh MMC tərəfindən ləğv edildiyi müəyyən edilmişdir. Hazırda isə İddiaçı Cavabdeh MMC-yə müraciət edərək başqa işəgötürən ilə əmək müqaviləsi bağladığını bildirərək tutduğu vəzifədən azad edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırkı iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinin tələbinə uyğun olaraq xitam verilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Beləliklə məhkəmə hesab edir ki, hazırda iş üzrə iddiaçının 24 fevral 2022-ci il tarixli əmrin ləğv edilməsi barədə iddia tələbi öz həllini tapdığından (mübahisələndirilən əmr artıq mövcud olmadığından), yəni hazırda Cavabdeh MMC tərəfindən 06/2022 nömrəli xx.xx.2022-ci il tarixli əmri ləğv edildiyindən, eyni zamanda iddiaçı hazırda başqa işəgötürən ilə əmək müqaviləsi bağladığını qeyd edərək Cavabdeh MMC-yə tutduğu vəzifədən azad edilməsi ilə bağlı ərizə ilə müraciət etdiyindən, bununla da iddiaçının artıq mübahisəyə dair marağının olmadığından, habelə yaranmış mübahisə aradan qalxdığından mülki iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2, 262, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar