Məhkəmə qərarları › İş №2(006)-2823/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2823/2024

12.08.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2823/2024 12.08.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğumun qeyd edilmə faktının müəyyən olunması və doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X9 Regional Maraqlı şəxs1ndə notariat ofisini və Ağcabədi rayon İcra Hakimiyyəti başçısı aparatı yanında Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 1929-cu il təvəllüdlü X12 doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinə dəqiqləşmə barədə ərizə ilə məhkəməyə müraciət edərək, atası 1929-cu il təvəllüdlü X12 doğumunun qeyd edilmə faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi babası X13 1966-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 21.12.2*23-cü il tarixdə 1234 nömrəli qeyd aparılmışdır. Ölüm faktı Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsində qeydə alınmış və 347637 nömrəli ölüm haqqında şəhadətnamə verilmişdir. X1 və X14 təxminən 1931-194*-cı illər arasında nikaha daxil olmuşlar. Mərhumların nikahından 1929cu ildə ərizəçinin atası X2 rayonunda doğulmuşdur. Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Ağcabədi şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən 3*.*1.2*24cü il tarixdə verilmiş arayışda qeyd olunmuşdur ki, 1966-cı ildə X1 vəfat etmiş, ölüm gününədək Ağcabədi şəhəri T.İsmayılov küçəsində daimi qeydiyyatda olmuş, yaşamış və ailə tərkibi 26.*8.1997-ci ildə vəfat etmiş mərhum X1*, xx.xx.1998-ci ildə vəfat etmiş mərhum X3, *7.*2.2**4-cü ildə vəfat etmiş mərhum X15 və *7.*1.2*15-ci ildə vəfat etmiş mərhum X7 ibarət olmuşdur. Hazırda mərhum 1966-cı il tarixdə vəfat etmiş X4 vərəsəlik işinin açılması üçün 19.*3.2*24-cü il tarixdə Ağcabədi Regional «ASAN ximdət» mərkəzində notariat ofisinə müraciət olunmuşdur. Lakin notariat ofisi tərəfindən 18.*3.2*24-cü il tarixdə verilmiş məktubda qeyd olunmuşdur ki, vərəsə tərəfindən miras qoyanla qohumluq və digər münasibətləri müəyyən edən sənədlər təqdim edilməmişdir. Həmçinin məlum olmuşdur ki, mirasın qəbulu üçün müəyyənləşdirilmiş müddət gecikdirilmiş, həmin müddət ərzində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə dair sübutlar təqdim olunmamışdır. Həmin məktubda qeyd olunanları nəzərə alaraq, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Ərizəçi atası X12 doğum aktı barədə məlumatların alınması üçün Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Maraqlı şəxs2nə müraciət etmişdir. Lakin Maraqlı şəxs2 tərəfindən 12.*3.2*24-cü il tarixdə təqdim olunmuş məktubda qeyd olunmuşdur ki, Maraqlı şəxs2ndə mühafizə olunan 1935- 1946-cı il dövrləri əhatə edən Ağcabədi doğum aktı kitabına və 1921-1957-ci illər arası anadan olmuş vətəndaşların Ağcabədi yaşı müəyyən komissiyasının 195*-1953-1957-ci il protokol kitablarına baxış keçirilərkən orada X12 doğum tarixi ilə bağlı hər hansı bir məlumat aşkarlanmadı. Ağcabədi rayonu İcra Hakimiyyəti Başçısı Aparatı yanında Maraqlı şəxs2 tərəfindən 13.*7.2*23-cü il tarixdə Ağcabədi Maraqlı şəxs1nə göndərilmiş məktubda qeyd olunmuşdur ki, arxivdə saxlanılan sabiq Ağcabədi şəhər Sovetinin arayış xarakterli arxiv sənədləri yoxlanıldı və yoxlama zamanı məlum oldu ki, Ağcabədi şəhər sovetinin 1966-1968-ci illərə aid 1 saylı təsərrüfatbaşına torpaq kitabının 4* saylı təsərrüfatında X4 adına *.1* ha torpaq sahəsi verilməsi barədə qeydiyyatı var. Həmin əmlaka dair yuxarıda qeyd olunan səbəblərə görə vərəsəlik işi açıla bilmir. Vətəndaş vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 13-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadığı ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş qeydin bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktı məhkəmə tərəfindən müəyyən edilir. Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Ağcabədi rayon Qeydiyyat şöbəsi *2 avqust 2*24-cü il tarixli 3-16-5/8- 13-814/2*24 saylı məktubla məhkəməyə müraciət edərək, mülki işə nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs Ağcabədi Regional Maraqlı şəxs1ndə notariat ofisi məktubla məhkəməyə müraciət edərək, nümayəndələrinin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş və mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Maraqlı şəxs2 məktubla məhkəməyə müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar nümayəndələrinin məhkəmə iclasında iştirak edə bilmədiyini qeyd etmiş və mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq mülki işə maraqlı şəxslər Maraqlı şəxs2 nümayəndəsinin, Ağcabədi rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin və Ağcabədi Regional Maraqlı şəxs1ndə notariat ofisinin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. İş materialları: 27 dekabr 1954-cü il tarixli 13 nömrəli evlənmə aktının qeydinin təsdiqli surətindən görünür ki, X25 ilə X5 ilk dəfə nikaha daxil olmuşlar. 19 may 1963-cü il tarixli 5* nömrəli evlənmə aktının qeydinin surətindən görünür ki, İ- ИЕ 381 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən, 1929-cu il təvəllüdlü X25 ilə 1 aprel 1938-ci il təvəllüdlü X16 birgə nikahda olmuşlar. 26 avqust 1997-ci il tarixli 15* nömrəli ölüm haqqında akt qeydinə əsasən, 1929-cu il təvəllüdlü X24 24 avqust 1997-ci ildə vəfat etmişdir. Nəsimi RPİ tərəfindən verilmiş 2*.*4.2**9-cu il tarixli AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1958-ci il təvəllüdlü olub, ünvan 1 ünvanda qeydiyyatdadır. Ağcabədi rayon Qeydiyyat Şöbəsinin *3 iyul 2*24-cü il tarixli 3-16-5/8-13-683/69 saylı arayışdan görünür ki, X25 ilə X8 arasında nikah 27 dekabr 1954-cü il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində 13 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Ağcabədi rayon Qeydiyyat Şöbəsinin *3 iyul 2*24-cü il tarixli 3-165/8-13-683/69 saylı arayışından görünür ki, X25 ilə X18 arasında nikah 19 may 1963-cü il tarixdə Ağcabədi rayon Qeydiyyat şöbəsində 5* saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Quliyeva soyadı verilmişdir. Qeyd: Ş.B.Quluyev 14.*8.1997-ci il tarixdə, K.M.Quliyeva *5.*1.2*17-ci il tarixdə vəfat etmişdir. Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş *2.*5.2*23-cü il tarixli *5/7*- 1196/69 saylı arayışdan görünür ki, X24 24 avqust 1997-ci il tarixdə hipertoniya xəstəliyindən vəfat etmişdir, bu barədə 26.*8.1997-ci il tarixdə 15* saylı akt qeydi aparılmışdır. 21 dekabr 2*23-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 347637 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 1966-cı ildə Ağcabədi rayonunda vəfat etmişdir, bu barədə 21.12.2*23-cü il tarixdə 1234 saylı akt qeydi aparılmışdır. 24 yanvar 2*24-cü il tarixdə verilmiş AZ-İİ seriyalı 382962 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.1998-ci il tarixdə Ağcabədi rayonunda kəskin miokard infarktından vəfat etmişdir, bu barədə xx.xx.1998-ci il tarixdə 226 saylı akt qeydi aparılmışdır. Ağcabədi RİHB-nin Ağcabədi şəhər İƏD üzrə nümayəndəsinin 3* yanvar 2*24-cü il tarixli 436 saylı arayışından görünür ki, 1966-cı ildə X1 vəfat etmiş, ölüm gününədək Ağcabədi şəhəri T.İsmayılov küçəsində daimi qeydiyyatda olmuş, yaşamış və ailə tərkibi 26.*8.1997-ci ildə vəfat etmiş mərhum X11, xx.xx.1998-ci ildə vəfat etmiş mərhum X3, *7.*2.2**4-cü ildə vəfat etmiş mərhum X15 və *7.*1.2*15-ci ildə vəfat etmiş mərhum X7 ibarət olmuşdur. Maraqlı şəxs2 12 mart 2*24-cü il tarixli 21 saylı məktubundan görünür ki, Maraqlı şəxs2ndə mühafizə olunan 1935-1946-cı il dövrləri əhatə edən Ağcabədi doğum aktı kitabına və 1921-1957-ci illər arası anadan olmuş vətəndaşların Ağcabədi yaşı müəyyən komissiyasının 195*-1953-1957-ci il protokol kitablarına baxış keçirilərkən orada X17 doğum tarixi ilə bağlı hər hansı bir məlumat aşkarlanmadı. Maraqlı şəxs2 12 mart 2*24-cü il tarixli 22 saylı məktubundan görünür ki, Arxivdə mühafizə olunan VVAQ şöbəsinin 1931-194*-cı illəri əhatə edən nikahın bağlanmasına dair kitablara baxış keçirilərkən X13 və X6 nikahları haqqında heç bir qeydiyyat aşkarlanmamışdır. Ağcabədi Regional Maraqlı şəxs1ndə notariat ofisinin 18 mart 2*24-cü il tarixli 475 saylı məktubundan görünür ki, Ərizəçi 1966-cı il tarixdə vəfat etmiş X4 vərəsəlik işi ilə əlaqədar müraciətinə həmin notariat ofisində baxılmışdır. Mülki Məcəllənin 1243, 1246, 1248-ci maddələrinə, «Notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 99, 1*2, 13-cü hissələrinə istinad olunaraq bildirilmişdir ki, qeyd olunanları nəzərə alaraq məhkəməyə müraciət etməsi tövsiyə olunur. Məhkəmənin sorğusuna cavab olaraq Maraqlı şəxs2 17.*5.2*24-cü il tarixli 44 nömrəli məktubuna əlavə edilmiş Ağcabədi kənd sovetinin təsərrüfatbaşına kitabından çıxarışın təsdiqli surətindən görünür ki, 1889-cu il təvəllüdlü X4 ailə üzvü kimi 1884-cü il təvəllüdlü X14 qeyd edilmişdir. Maraqlı şəxs2 13 iyul 2*23-cü il tarixli 13 saylı məktubundan görünür ki, arxivdə saxlanılan sabiq Ağcabədi şəhər Sovetinin arayış xarakterli arxiv sənədləri yoxlanılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, Ağcabədi şəhər sovetinin 1966-1968-ci illərə aid 1 saylı təsərrüfatbaşına torpaq kitabının 4* saylı təsərrüfatında X4 adına *.1* ha torpaq sahəsi verilməsi barədə qeydiyyatı var. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin *8 iyul 2*24-cü il tarixli 18/2-18648/2*24 saylı məktubundan görünür ki, 1929-cu ildə Ağcabədi rayonunda doğulmuş X25 27.*1.1979-cu il tarixdə Ağcabədi RDİŞ tərəfindən ona verilmiş İX-JQ seriyalı 687793 nömrəli keçmiş SSRİ nümunəli pasportla 28.*2.1979-cu ildən ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və ona məxsus SSRİ nümunəli pasportun verilməsinə əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir. Azərbaycan Respublikası DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 26 iyul 2*24-cü il tarixli 18/2-2*845/2*24 saylı məktubundan görünür ki, 1929-cu il təvəllüdlü X25 26.*2.1979-cu il tarixdən ünvan 3 ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır. Ağcabədi rayon Qeydiyyat Şöbəsinin *4 iyun 2*24-cü il tarixli məktubundan görünür ki, Ərizəçi ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi «Vətəndaşlıq vəziyyəti aktları» AQİS-ə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və mərhum atası X17 doğum haqqında akt qeydi aşkar olunmamışdır. Müvafiq qaydaların 13-cü bəndinə istinad edilərək bildirilmişdir ki, kifayət qədər əsaslar olmadığı üçün 1929-cu il təvəllüdlü mərhum atası X17 doğum faktının müəyyən edilməsi rayon qeydiyyat şöbəsində mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin: 3*7.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2, 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 12 aprel 2*19-cu il tarixli 3 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeyə görə, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2**6-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2**8-ci il 3* iyul tarixli Qərarında ifadə etdiyi hüquqi mövqeyinə əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 22*.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Məhkəmə iclasında müəyyən edildi ki, atası X13, anası X14 olan X25 1929-cu il tarixdə Ağcabədi rayonunda doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınmışdır. Həmin faktı təsdiq edən sənəd əsasında X2* SSRİ pasportu, eləcə də digər sənədlər təqdim edilmişdir. Ərizəçi atasının doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, ərizə təmin edilməli, atası X13, anası X14 olan X17 1929-cu ildə Ağcabədi rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilməli və X17 doğum akt qeydi bərpa olunmalı; X17 adına doğum haqqında şəhadətnamə verilməli; doğum haqqında şəhadətnamədə adı Şəmil, soyadı Quliyev, ata adı Bəyiş, doğum tarixi 1929-cu il, doğum yeri Ağcabədi rayonu, ata qrafasında ata adı X13, ana qrafasında ana adı X14, milliyyətləri azərbaycanlı kimi qeyd olunmalı; doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*, 227, 233, 36*-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X17 1929-cu ildə Ağcabədi rayonunda doğumunun qeyd edilmə faktı müəyyən edilsin və X17 doğum akt qeydi bərpa olunsun. Doğum haqqında şəhadətnamədə adı Şəmil, soyadı Quliyev, ata adı Bəyiş, doğum tarixi 1929-cu il, doğum yeri Ağcabədi rayonu, ata qrafasında ata adı X13, ana qrafasında ana adı X14, milliyyətləri azərbaycanlı kimi qeyd olunsun. Doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar