Məhkəmə qərarları › İş №2(006)-2856/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2856/2023

15.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2856/2023 15.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlunun (həmçinin ilkin iddia üzrə iddiaçı Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızının nümayəndəsi) iştirakı ilə İddiaçılar Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu və Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızının cavabdeh "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "mülkiyyətdən istifadə edilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan olunması və s." tələbinə dair ilkin və "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu, Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızı və X1 qarşı "yeni mənzilin və kirayə haqqının ödənilməsi şərti ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu və Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızının cavabdeh "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "mülkiyyətdən istifadə edilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan olunması və s." tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Öz növbəsində "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti İddiaçı1, İddiaçı2, X2 qarşı “yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi ilə mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu məhkəməyə ərizə təqdim edərək hazırda zərurət olmadığını bildirərək iddia tələbinin baxılmamış saxlanılmasını xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, tərəflər arasında razılıq əldə edilmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddia ərizəsinin baxılmadan geri qaytarılmasına dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinin tələblərinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Bundan əlavə, həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** saylı qəbzdən aydın olur ki, hazırkı iddia tələbinin irəli sürülməsi üçün ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Göstərilənlərə əsasən iddiaçılar Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu və Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızının cavabdeh "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "mülkiyyətdən istifadə edilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan olunması və s." tələbinə dair ilkin və "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu, Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızı və X1 qarşı "yeni mənzilin və kirayə haqqının ödənilməsi şərti ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılmalı, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən onlara geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 170, 263- 264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu və Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızının cavabdeh "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "mülkiyyətdən istifadə edilməsinə mane olan hərəkətlərin cavabdehə qadağan olunması və s." tələbinə dair ilkin və "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlu, Qulı̇ yeva Zoya Bəxtı̇ yar qızı və X1 qarşı "yeni mənzilin və kirayə haqqının ödənilməsi şərti ilə mənzilin boşaldılaraq təhvil verilməsi" tələbinə dair iddia ərizələri və ona əlavə edilmiş sənədlər tərəflərə geri qaytarılsın. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qulı̇ yev Mehdı̇ Arı̇ f oğlunun nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) "İnvest.M Construction" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyəti tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən ona geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar