Məhkəmə qərarları › İş №2(006)-2857/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-2857/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-2857/2023 08.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Güldanə Coşqun qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Əfəndı̇ yev Vüqar Rəfael oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Əfəndı̇ yev Vüqar Rəfael oğlu Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fonduna qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun adına olan bank əməliyyat sistemində əsassız borc qalıqlarının silinməsi vəzifəsinin cavabdehə həvalə olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə dəqiqləşdirmə ilə müraciət edərək cavabdehi əsl cavabdehlə əvəz edərək Cavabdeh2 ASC-nin ləğvedicisi Əmanətlərı̇ n Sığortalanması Fondunu əsl cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edərək bildirmişdir ki, iddiaçı 2013-cü ildə avtomobil almaq qərarına gəlmiş və bunun üçün cavabdeh şirkətə müraciət etmişdir. İddiaçı ilə cavabdeh arasında bu məqsədlə xx.xx.2013-cü il tarixdə təminatlı kredit müqaviləsi bağlanmış və iddiaçıya 39500 manat kredit verilmişdir. Həmin pulun əvəzi olaraq “Mersedes Benz-GLK220CDİ” markalı maşın verilmiş və maşın ipoteka ilə yüklü edilmişdir. Daha sonra iddiaçıya məlum olmuşdur ki, qeyd edilən avtomobil beynəlxalq axtarışdadır. Bundan sonra həmin avtomobil iddiaçının təkidi ilə “Mersedes ML” markalı avtomobil ilə əvəz edilmişdir. İddiaçı həmin maşın üçün bütün ödənişləri vaxtlı-vaxtında ödəmiş və borcunu tam bağlamışdır. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində onun barəsində qətnamə çıxarılmışdır. Həmin qətnaməyə əsasən “Mersedes Benz-GLK220CDİ” markalı avtomobilin satılması və əldə olnmuş vəsaitin Cavabdeh2 ASC-yə ödənilməsi müəyyən edilmişdir. Daha sonra iddiaçının cavabdeh şirkətə şikayətləri əsasında cavabdeh tərəfindən qeyd edilən məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqsi üzrə icraata xitam verilməsi barədə icra şöbəsinə məktub göndərmişdir. Daha sonra cavabdeh iddiaçını əmin etmişdir ki, heç bir problem olmayacaq, ancaq bundan bir müddət sonra Cavabdeh2 ASC ləğv edildikdən sonra onun ləğvedicisi ƏSF-u iddiaçıya məktub ünvanlayaraq banka borcu olduğunu bildirmişdir. Araşdırma nəticəsində avtomobilin satışından əldə olunan pulun banka ödənilmədiyi faktında cinayət əməlinin əlamətləri olduğu müəyyən olunmuş və həmin iş araşdırılması üçün AR Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə göndərilmişdir. Müəyyən etmişdir ki, adıçəkilən avtomobil borc ödənilmədən girovdan azad edilmiş və bankın əməkdaşları tərəfindən satılaraq əldə olunan pul vəsaiti mənimsənilmişdir. Daha sonra iddiaçı tərəfindən banka müraciət olunmuş və adına hesablanmış borcun silinməsini tələb etmiş, lakin qarşı tərəf bundan imtina etmişdir. İmtina əsassızdır. Ona görə ki, əgər iddiaçının banka həqiqətən borcu olmuş olsaydı yuxarıda adıçəkilən avtomobil girovdan azad olunaraq başqa adama satılmazdı. Həmçinin kredtin təminatı olan avtomobil ümumiyyətlə iddiaçıda olmamışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qətnaməsinə əsasən iddiaçının həqiqətən banka borcu olduğu müəyyən olunmuşdur. Onlar iddiaçı tərəfin qeyd etdiyi hallarla bağlı AR Baş Prokurorluğu yanında Korrupsiya ilə Mübarizə Baş İdarəsinə sorğu ilə müraciət etsələr də, indiyənə kimi onlar tərəfindən hər-hansı cavab verilməmişdir. Əgər həqiqətən qeyd edilən hallar vardırsa, tərəflərindən zəruri tədbirlər görüləcəkdir. Məhkəmə tərəflərin izahatların dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarının araşdırması zamanı məlum olmuşdur ki, tərəflər arasında məhkəmənin qanuni qüvvəyə minmiş 2(004)-4997/2014 saylı, 29 avqust 2014-cü il tarixli məhkəmə aktı mövcuddur. Həmçinin mülki işin materiallarında olan ləğv prosesində olan Cavabdeh2 ASC-nin məhkəməyə ünvanlanmış 03 iyul 2023-cü il tarixli etirazından görünür ki, hazırki iddiaçının xx.xx.2014-cü il tarixli qətnamə ilə banka 31.118,06 manat borc öhdəliyi mövcuddur. Bu isə onu deməyə əsas verir ki, iddia tələbinin mahiyyətinin təşkil edən borcun silinməsi sırf bu qətnamənin icrası mərhələsində həll edilməli məsələdir (müvafiq mühasibatlıq ekspertizasınən təyin edilməsi və s sübutlar əldə edilməklə) . Məhkəmə hesab edir ki, iddiaçının tələbinə məhkəmə qaydasında baxılmalı deyil, həmin məsələ icra mərhələsində həll olunmalı olan məsələlərə aiddir. Belə olan halda, iddiaçının sözügedən qətnaməni mübahisələndirmək və ya məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iddiaçı Əfəndı̇ yev Vüqar Rəfael oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə yekun məhkəmə qərarı olduğundan və Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Əfəndı̇ yev Vüqar Rəfael oğlunun cavabdeh ləğv prosesində olan Cavabdeh2 ASC-yə qarşı "əsassız hesablanmış borcun silinməsi" tələbinə dair mülki işin icraatına xitam verilsin. İddiaçıya hazırki məsələ ilə bağlı müvafiq icra qurumuna müraciət etmək hüququ izah edilsin. İddiaçıya həmçinin izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (gün) müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar