Məhkəmə qərarları › İş №2(006)-287/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-287/2024

23.01.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-287/2024 23.01.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Qiyasova Səbinə Ağacan qızının katibliyi, İlk iddia üzrə cavabdeh birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 iştirakı ilə, İlk iddia üzrə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması", birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsində müəyyən müddətə istifadə hüququnun saxlanılması" tələblərinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X2 və xx.xx.2021-ci il təvəllüdlü X6 ona məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili boşaldaraq həmin mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil onun xüsusi mülkiyyətindədir. X1 ilə Cavabdeh xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar, Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4, xx.xx.2021-ci il təvəllüdlü X8 anadan olmuşdur. Nikaha daxil olduqdan sonra bugünədək onlar iddiaçıya məxsus ünvan 2 ünvanında yerləşən 6 saylı mənzildə yaşayırlar. Hazırda X1 ilə Cavabdeh ayrılmaq ərəfəsindədirlər və nikahın pozulması ilə bağlı artıq məhkəməyə müraciət etmək istiqamətində addımlar atılır. Cavabdeh faktiki olaraq oğlu ilə ayrılmış, lakin mənzildə yaşamağa davam edərək, mülkiyyətçi kimi onun evindən sərbəst istifadə etməyinə maneəçilik törədir. Onun sahiblik, istifadə və sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən pozulmuş hüquqlarımın bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsində müəyyən müddətə istifadə hüququnun saxlanılması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 3 ünvanına istifadə hüququnun 3 (üç) il müddətində saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışlar ki, o cavabdehin X1 ilə xx.xx.2015-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X8 adlı övladları var. Nikaha daxil olduğları vaxtdan bu günədək mübahisəli ünvan 3 ünvanında yaşayır. Hazırda İddiaçı ona qarşı iddia ərizəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun azyaşlı uşaqları ilə birlikdə mübahisəli ünvan 3 ünvanından çıxarılmağını xahiş etmişdir. Hazırda maddi vəziyyəti və diqqətə layiq digər hallar Cavabdeh özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən, qanunvericiliyə əsasən keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bildiyindən, Cavabdeh ailə üzvü kimi azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış sahəsində yaşadığından mübahisəli mənzildən onun müvəqqəti istifadə hüququ saxlanılmalıdır. Nəzərə alınmalıdır ki, iddiaçının hazırda azyaşlı övladları ilə birlikdə yaşamağa başqa yeri yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4830/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsində müəyyən müddətə istifadə hüququnun saxlanılması" tələbinə dair iddiası üzrə 2(006)-4830/2023 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Əfsanə Heydərovanın icraatında olan İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma" tələbinə dair iddiası üzrə 2(006)-3790/2023 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. İlk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı vəkili məhkəməyə ərizə ünvanlayaraq, işi onun iştirakı olmadan keçirlənməsini, iddia tələbini müdafiə etdiyindən tam təmin olunmasını və cavabdeh Əliyev Elnarənin ona qarşı olan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh və onun vəkili Vəkil1 iddia tələbinin təmin olunmasını və cavabdeh İddiaçı ona qarşı olan iddia tələbinin rədd edilməsini xahiş etmişdirlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2017-ci il tarixli Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, X7 ilə Cavabdeh arasında xx.xx.2015-ci il tarixdə Nəsimi rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 148 saylı qeyd edilmiş nikahın pozulması, tərəflərin övladları xx.xx.2017-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X6 anaları Cavabdeh yanında qalması və iddiaçı X3 hər ay qazancının 1/3 hissəsi miqdarında hissəvi aliment, habelə hər iki uşaq üçün 237 manat sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan ödəniş qəbzlərindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 dövlət rüsumu ödənilmişdir. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, ünvan 1 ünvanında yerləşən 6 saylı mənzil ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı xüsusi mülkiyyətindədir və o, müvafiq iddia tələbi irəli sürmək üzrə subyektiv hüquqa malikdir. İlk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh , X7 ilə nikaha girərək xx.xx.2015-ci il tarixdən ailə üzvü kimi həmin yaşayış sahəsinə köçərək orada yaşamışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-310/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında olan nikah pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarına görə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin göstərilən halları ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 oktyabr 2013-cü il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə görə əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Göstərilən münasibətlər razılaşma ilə tənzimlənmədikdə, ailə münasibətlərinə xitam verilməsi keçmiş ailə üzvü tərəfindən yaşayış sahəsindən istifadə hüququnun itirilməsi üçün əsasdır, bu da öz növbəsində Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə nəzərdə tutulmuş digər qaydaların tətbiqini mümkün edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi ona məxsus əmlak üzərində öz mülahizəsinə əsasən sahiblik edir, onun barəsində sərəncam verir və ondan istifadə edir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əiaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Həmin Qanunun 9-cu maddəsinin 5-ci bəndəinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında çıxarılır. Həmçinin, Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Qanunun tələbinə görə yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Lakin hazırki işdən görünür ki, Cavabdeh mülkiyyətçinin gəlini, mülkiyyətçinin evdən çıxarılma tələbi yönəltdiyi xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X8 isə onun nəvələridir. Göründüyü kimi Cavabdeh X8 ilə ailə münasibətlərində olduğu müddətdə mübahisəli mənzildən istifadə etmişdir. Odur ki, məhkəmə qeyd edir ki, ilk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı gəlini, xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 isə ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdehin nəvələri olduğunu və həmin ailə üzvlərinin Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinə məxsus olan yaşayış sahəsində birlikdə yaşayan ailə üzvlərinə aid edilmədiklərini nəzərə alaraq hesab edir ki, Cavabdeh və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 ilə xx.xx.2021-ci il təvəllüdlü X6 ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı məxsus olan evdən istifadə hüquqları yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, ilk iddia üzrə İddiaçı Cavabdeh qarşı "mənzildən çıxarılma və mənzilin boşaldılması" tələbi təmin edilməli, Cavabdeh və onun uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4və xx.xx.2021-ci il təvəllüdlü X8 ona məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzili boşaldaraq həmin mənzildən çıxarılmalıdır, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı "yaşayış sahəsində müəyyən müddətə istifadə hüququnun saxlanılması" tələbi isə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. İlk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh və uşaqları xx.xx.2017-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X8 ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən 6 saylı mənzildən çıxarılsınlar. İlk iddia üzrə cavabdeh, birləşdirilən iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, birləşdirilən iddia üzrə cavabdeh İddiaçı qarşı "yaşayış sahəsində müəyyən müddətə istifadə hüququnun saxlanılması" tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar