Məhkəmə qərarları › İş №2(006)-2909/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2909/2020

12.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2909/2020 12.11.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil və ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı "yaşayış sahəsinə istifadə hüquqlarının itirilməsi və yaşayış sahəsindən çıxarılma" tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh uşağı X6 ilə birlikdə Bakı şəhəri, A.Mustafayev küç, ev 37, mənzil 35-ə dair olan istifadə hüququna xitam verilməsi və qeyd edilən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Cavabdeh uşağı X6 ilə birlikdə Bakı şəhəri, A.Mustafayev küç, ev 37, mənzil 35-ə dair olan istifadə hüququnun olmaması və qeyd edilən mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil ilkin iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, A.Mustafayev küç, ev 37, mənzil 35 28.07 kv.metr sahədən ibarət mənzil Bakı Şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 042616 saylı qeydiyyat vəsiqəsi ilə İddiaçı xüsusi mülkiyyətindədir. Qeyd edilən mənzildə İddiaçı 2003-cü ildən qeydiyyata düşərək yaşamağa başlamışdır. X14 xx xxxxx 2015-ci ildə Cavabdeh ilə ailə həyatı qurmuşdur. Həmin tarixdən etibarən cavabdeh həmin evə qeydiyyata düşərək mübahisə predmeti olan evdə qısa müddət yaşamağa başlamışdır. Ancaq 2016-cı ilin noyabr ayından faktiki olaraq cavabdeh həmin evdə yaşamamışdır. Onlar ilkin iddia üzrə iddiaçının oğlu X7 ilə birlikdə ABŞ-a köçüb orada yaşamağa başlamışlar. Oğlu ilə aralarında yaranmış mübahisə ilə əlaqədar olaraq cavabdeh xarici ölkədən qayıtmış və 2019-cu ilin noyabr ayından mübahisə predmeti olan evə gəlib yenidən orada yaşamağa başlamış və iddiaçının qeyd edilən evə daxil olmağına maneələr yaratmışdır. Aralarında mübahisə yaranmasın deyə İddiaçı qeyd edilən evə daxil olmur. Ancaq cavabdeh isə qeyd edilən mənzildə yaşayır. Digər tərəfdən Cavabdeh qızı X6 ilə qeyd edilən mənzildə pasport qeydiyyatında olması iddiaçının bir mülkiyyətçi kimi qeyd edilən mənzilə sərəncam vermək hüququnun həyata keçirilməsini imkansız edir. Bu da mənzilə mülkiyyət hüququnun həyata keçirilməsini məhdudlaşdırır. Göstərilənlərə əsasən ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, ev 37, mənzil 35 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququ və cavabdehdən onun Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, ev 37, mənzil 35 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququna xitam veriləcəyi təqdirdə 16200 AZN məbləğində kompensasiya məbləğinin və mübahisəli mənzilə təmir üçün xərclədiyi 18000 AZN pulun əvəzinə amortizasiya xərci çıxılmaqla 5000 AZN məbləğində təmir xərci ilə birlikdə cəmi 31200 AZN məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev, ev 37, mənzil 35 ünvanında iki azyaşlı övladı ilə yaşama və istifadə hüququ barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, o, qarşılıqlı iddia üzrə cavabdehin oğlu olan X5 ilə 2015-ci il aprel ayında rəsmi nikaha daxil olaraq İddiaçı və İddiaçı digər ailə üzvlərinin arzusu və icazəsi ilə sözü gedən mənzilə gəlin köçmüş və sözü gedən mübahisəli mənzil İddiaçı mülkiyyətində olmasına baxmayaraq həyat yoldaşı və onun istifadəsinə verilmişdir. Yeni ailə qurduqları zaman yoldaşının imkanı zəif olmasından şəraitlərinin yaxşılaşdırılması üçün valideynlərm tərəfindən sözü gedən mənzilin əsaslı təmirinə 18.000 AZN-dən çox vəsait sərf edilmişdir və mübahisəli mənzildə bütün ev məişət, yataq, qonaq, mətbəx əşyaları nə varsa hamısı ona məxsus cehiz əşyalarıdır. Sözü gedən mənzildə xx.xx.2015-ci il təvəllüdlü qızı X8 dünyaya gəlmişdir. Ailə vəziyyətinin aşağı gəlirli olması səbəbindən 2016-cı ildə işləmək üçün ilk həyat yoldaşı Şirəliyev Elşad ABŞ-a getmiş və 2016-cı ilin axırlarında təxminən onun gedişindən 6-7 ay sonra 2016-cı ilin axırlarında onu yanına müvəqqəti kömək üçün çağırmışdır. Orada ona məlum olmuşdur ki, Şirəliyev Elşad orada siyasi sığınacaq istəmiş özünü müxalifət qüvvələrinə qoşmuşdur. O, Şirəliyev Elşada anasının, bacısının, atasının Azərbaycan Respublikasının çörəyini yeyərək ölkəmizə etdiyinin xəyanət olmasını bildirsə də, mütəmadi olaraq döyülüb vurulmuşdur. Buna görə ABŞ-da polisə belə şikayət etmişdir. Bundan sonra əlinə imkan düşən kimi Elşaddan orada olan övladını çıxarma izni aldığı vaxtdan Azərbaycan Respublikasında daimi yaşadığı əhəmiyyətli dərəcədə valideynləri tərəfindən təmir olunmuş və bərabər təsərrüfat apardığı mənzilə maneəsiz qayıdıb yaşamağa davam etmişdir. Qarşılıqlı iddia üzrə cavabdeh oğlunun arzu olunmaz müxalifətçilərə qoşulması və onunla birgə yaşamaq istəməməsini bildiyindən onu mənzildən iki azyaşlı övladı ilə çıxarmaq istəyir. Sözügedən mənzilin mülkiyyətçisinin cavabdeh olması və onun vaxtı ilə şəxsən icazəsi ilə mənzilin yalnız onlar tərəfdən idarə olunması onların olmadıqları vaxt kommunal xərclərin təqribi sıfırı göstərməsidir. Yuxarıda yazdıqları, cavabdehin ailə üzvü olaraq birgə təsərüfat aparmalarını, külli miqdarda təmirə pul qoymaları, onu və mülkiyyətçinin icazəsi ilə qeydiyyata düşmələri mənzildən istifadə və mənzildə yaşamaq hüququ yaratmışdır. Göstərilənlərə əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri rədd edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2020-ci il tarixli, ******* saylı arayışından görünür ki, İddiaçı xx.xx.2003-ci il tarixdən Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi, ev 37, mənzil 35 ünvanında qeydiyyatdadır. Cavabdeh, X8 və X5 həmin mənzildə qeydiyyatda olan digər şəxslərdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş ÖM seriyalı, 042616 saylı qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, ev 37, mənzil 35 İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə xx.xx.2000-ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxxxx 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 018979 nömrəli nikah haqqında şəhadətnaməmin surətindən görünür ki, X5 ilə Cavabdeh xx xxxxx 2015-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx xxxxx 2015-ci il tarixdə 785 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Şirəliyev, arvada Nəsirova soyadı verilmişdir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş AZ-T seriyalı 104030 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X6 xx xxxx 2015-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında X5, ana qrafasında Cavabdeh göstərilmiş və bu barədə doğum haqqında akt qeydləri kitabında xx xxxxxxx 2015-ci il tarixdə 6210 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2145/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında xx xxxxx 2015-ci il tarixdə 1 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsində 785 № ilə bağlanılmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx xxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılması, xx xxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 xx.xx.2020-ci il tarixdən hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1-3)- 6674/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(006)-2145/2020 saylı qətnaməsinin mübahisələndirilən- “xx xxxx 2015-ci il təvəllüdlü X6 və xx xxxxxxx 2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X1 xx.xx.2020-ci il tarixdən hər uşağa görə 170 manat, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh ödənilməsi hissəsində” ləğv edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair“ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun x xxxxxxx 2013-cü il Qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2015-ci ildə yarandığından mübahisəyə xx xxxxxxx 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsini tətbiq edilməlidir. Belə ki, Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Həmin Məcəllənin 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarındakı hüquqi mövqelərə görə, “...Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də, həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz”. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin müraciətinə dair” xx.xx.2015-ci il tarixli Qərardadında isə Konstitusiya Məhkəməsinin Palatası qeyd etmişdir ki, “Mənzil Məcəlləsinin 30.4-cü maddəsi ilə təsbit olunan yaşayış sahəsindən istifadə hüququnun saxlanılmasından yalnız mülkiyyətçinin keçmiş ailə üzvü yararlana bilər. Bu mənada hansı şəxslərin ailə üzvü dairəsinə aid olmasını müəyyən edərkən məhkəmələr həmin Məcəllənin 30.1-ci maddəsini, habelə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014cü il tarixli Qərarında əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar”. Göründüyü kimi, Cavabdeh ilə X5 arasında olan nikaha məhkəmə qətnaməsi əsasında xitam verilmiş və beləliklə də İddiaçı ilə evdən yaşayış sahəsi kimi istifadə edən ilkin iddia üzrə Cavabdeh arasındakı ailə münasibətlərinə son qoyulmuşdur. İddiaçı ilə Cavabdeh arasında, sonuncunun mübahisəli evdən istifadə qaydalarını tənzimləyən hər hansı razılaşma bağlanmadığından bu o deməkdir ki, Cavabdeh ilkin iddia üzrə iddiaçının yaşayış sahəsindən istifadə hüququ həmin dövrdən itirilmişdir. Həmçinin, Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərinə uyğun olaraq məhkəmə hesab edir ki, Cavabdeh mübahisəsi gedən evin mülkiyyətçisi İddiaçı özünün saxlanılmasını tələb etmək hüququ olmadığından, yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də ola bilməz. Məhkəmə həmçinin qeyd edir ki, Cavabdeh mübahisəli mənzildə hazırkı dövrədək qeydiyyatda qalması da onun həmin ünvana istifadə hüququnun olması mənasına gəlmir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər”. Bu mənada qeyd olunmalıdır ki, Cavabdeh istifadə hüququna malik olmadığı halda İddiaçı mülkiyyətindəki mənzildə qeydiyyatda qalmaqda davam etməsi mülkiyyətçinin mülkiyyət hüququnu pozan hal kimi qiymətləndirilə bilər və buna görə də hazırkı qətnamə Cavabdeh mənzildən qeydiyyatdan çıxarılması üçün əsas təşkil etməlidir. Məhkəmə ilkin iddia tələbinin xx xxxx 2015-ci il təvəllüdlü X4 aid hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir-birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Belə ki, ilkin iddia üzrə cavabdehin qızı xx.xx.2014-cü il təvəllüdlü X6 ilkin iddia üzrə iddiaçının nəvəsi olduğundan onun “ailə üzvləri dairəsinə” aid edilmiş olsa da nəzərə almaq lazımdır ki, o, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən anasının himayəsinə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilkin iddia təmin edilməli, ilkin iddia üzrə Cavabdeh övladı X6 ilə birlikdə Bakı şəhəri, A.Mustafayev küçəsi, ev 37, mənzil 35-dən istifadə hüquqlarının olmaması müəyyən edilməli, onlar həmin mənzildən çıxarılmalı, qarşılıqlı iddia isə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilsin. Cavabdeh və X3 Bakı şəhəri, A.Mustafayev küçəsi, ev 37, mənzil 35-dən istifadə hüququnun olmaması müəyyən edilsin. Cavabdeh xx xxxx 2015-ci il təvəllüdlü X6 ilə birlikdə Bakı şəhəri, A.Mustafayev küçəsi, 37 saylı evin 35 saylı mənzilindən çıxarılsın. Qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh ilkin iddia üzrə İddiaçı qarşı "mənzilə istifadə hüququnun tanınması və s." tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar