Məhkəmə qərarları › İş №2(006)-2911/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2911/2021

31.05.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2911/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, İsmayılova Səbinə İmran qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «cavabdehin üzərinə öhdəlik qoyulması, pul, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «cavabdehin üzərinə öhdəlik qoyulması, pul, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18.04.2020-ci il tarixə iddiaçıya müəyyən araşdırmalardan sonra məlum olmuşdur ki, cavabdeh olaraq «xxxx» QSC qanunla qorunan iddiaçının vətəndaş hüquqlarını kobud şəkildə pozaraq iddiaçda xəbərsiz adını 2006-cı ildən Cəmiyyətin Baş Ələt stansiyasının işçisi olaraq işə qeydiyyata alınmış və 14 il bu hal gizli şəkildə davam etdirilmişdir. Belə ki, iddiaçıya məxsus əmək kitabçasının surətindən də göründüyü kimi sonuncu iş yeri 2005-ci ildə öz öz ərizəsi ilə çıxmış olduğu iş yeri olub. Azərbaycan Respublikası Prezidentinin COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020-ci ili naprel ayında məlum sərəncamı ilə təyin edilmiş birdəfəlik hər ay 190 manat olmaqla müavinətdən 3 azyaşlı uşaq anası olaraq yararlanmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaratmış olduğu sayt vasitəsilə həmin nazirliyə müraciət etmişdir. Lakin müraciət etdiyində nazirlik tərəfindən SMS vasitəsilə iddiaçıya bildirdi ki, aktiv əmək müqaviləsi olduğuna görə bu birdəfəlik ödəmədən yararlana bilməz və bu səbəbdən iddiaçı həmin sosial yardımdan yararlana bilmədi. Belə bir məlumatdan sonra tam araşdırlmaların nəticəsində qeyd etmiş olduğu hal ortaya çıxmış olmuşdur. Buə mək müqaviləsi iddiaçının xəbərsiz Cəmiyyət tərəfindən yaradılmış, adına iddiaçıdan xəbərsiz 14 il əmək haqqı yazılaraq mənimsənilmişdir. Bu hal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışının surətindən də aydın görsənir. Əmək fəaliyyətinin iddiaçıdan xəbərsiz olaraq davam etdirilməsinə görə iddiaçı 2006-cı ildən 30 aprel 2020-ci ilə kimi aktiv əmək müqaviləli şəxs sayılmaqda olmuşdur. 2006-cı ildən «xxxx» QSC tərəfindən gizli şəkildə işə alındığından, adı Baş Ələt stansiyasında vəzifə Vaqon baxıcısı kimi şhtat cədvəlində qeyd olunmaqdadır. Bundan sonra 2014-cü ildə bütün respublika üzrə işçilərin siyahısının ümumi sistemləşdirilmiş mərkəzi yaradılanda da 06.08.2014-cü ildə iddiaçının yenə xəbəri olmadan cavabdeh əmək müqaviləsini yeniləyərək ümumi sistemə buə mək müqaviləsini daxi etmiş, adına sosial şəhədətnamə də (SSN**********405 nömrəli) açılmışdır. Bu müqavilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin portalında görsənməkdədir. Bütün bunlarla yanaşı iddianın adına əmək haqqı yazılaraq mənimsənildiyi halda bu əmək haqqından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Müdafiə Fonduna bu illər ərzində heç bir ödəniş edilməyib. Bu şəxsin adına əmək haqqı yazılsın, lakin onun adına heç bir sosial və digər vergi ödənişləri edilməsin, bu da özü özlüyündə cavabdeh tərəfindən gizli görülmüş bir cinayət halıdır. Bu baxımdan işin bu tərəfinin müstəqil tərəf olaraq ƏƏSMN yanında Sosial Müdafiə Fondu tərəfindən araşdırılmasına da böyük ehtiyac yananır. Bütün bu qanunsuzluqları öyrənib biləndən sonra Cəmiyyətin İnsan Resursları İdarəsinə zəng edərək öz etirazını bildirdikdə, onlar bildirmişlər ki, bu səhv olaraq onlar tərəfindən edilib və məsuliyyəti boyunlarından ataraq, tezliklə buə mək müqaviləsinə xitam verəcəklərini qeyd etmişlər. İddiaçı tərəfindən buna qəti şəkildə etiraz edilməsinə baxmayaraq 22.04.2020-ci ildə yenidən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci (əmək müqaviləsinə xitam verilməsinin əsasları), 70-ci (işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları) və 77-ci maddələrinin (əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları) tələbləri kobud şəkildə pozularaq, buə mək müqaviləsinə qanun pozuntusu formasında xitam verilmiş olunub. Buna görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi iddiaçının şikayəti əsasında «xxxx» QSC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 06.10.2020-ci il tarixli MN0646450 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Cavabdehin hərəkətləri nəticəsində iddiaçı arzuolunmaz vəziyyətə düşmüş, xüsusilə vətəndaş hüquqlarının və mənafeyin pozulması ilə ona həm maddi, həm də mənəvi istirablar formasında mənəvi zərər vurulmuşdur. Belə ki, bu gün iddiaçıya məlum olmuşdur ki, 2018-ci ildə iş üçün müraciət etdiyində onun həmin işə götürülməməsi məhz bu səbəbdən olmuşdur. Bu səbəbdən COVİD-19 koronavirus pandemiyası ilə əlaqədar birdəfəlik hər ay üçün müəyyən edilmiş müavinətdən 3 azyaşlı övlad anası olaraq yararlana bilməmişdir. Adına illərlə əmək haqqı yazılaraq mənimsənilmişdir. Bunlardan başqa, ən əsası olanı isə cavabdeh Əmək Məcəlləsinin tələblərinin kobud şəkildə pozulması ilə xəbəri olmadan iddiaçının adından, şəxsi imzasından istifadə edərək qanunla qorunan vətəndaş hüquqlarının da kobud şəkildə pozulması ilə nəticələnən bu saxtakarlıqla özbaşına bağlanmış və onun tərəfindən aşkarlandından sonra yenə qanun pozuntusu olaraq birtərəfli şəkildə xitam verilmiş bu əmək müqaviləsi ilə bu günə kimi iddiaçıya həm maddi ziyan vurulmaqla, həm də mənəvi iztirab verməkdədir. Ona görə də Azərbayxan Respublikası Mülki Məcəlləsinin 23-cü (şərəfin, ləyaqətin və işgüzar nüfuzun müdafiəsi) və 1097-ci (mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları) maddələrinə əsasən cavabdeh iddiaçının adından gizli istifadə etməklə şərəf və hüquqlarını alçaldaraq hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Göstərilənləri nəzərə alaraq «xxxx» QSC-nin Əmək Məcəlləsinin tələblərinin süurlu şəkildə dəfələrlə pozmasını, buna görə də qanunla qorunan şərəf və hüquqlarının pozmasını sübutlara əsasən etiraf etməsi üçün caabdehin üzərinə bir vəzifə olaraq qoyulması, 14 il ərzində hər ay 143.89 manat, ümumilikdə 24.173 manat olmaqla iddiaçının adına yazılaraq mənimsənilmiş əmək haqqı cavabdehdən iddiaçının xeyrinə tutulması, eyni zamanda gələcəkdə pensiya təminatı üçün həmin illərin sığorta stajı hesablanaraq əmək kitabçasına qeyd etməsini, bununla yanaşı Əmək müqaviləsinə xitam verilməsi ilə işçi təminatı və işsizlik sığortası haqqında tələblərini düzgün yerinə yetirmədiyindən bu tələblərdən də iddiaçıya dəymiş ziyanın hesablanaraq iddiaçıya ödənilməsi cavabdehin üzərinə öhdəlik kimi qoyulması, cavabdehdən iddiaçının xeyrinə 50.000 manat miqdarında dəymiş mənəvi zərərin əvəzi tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilənləri təsdiq edərək bildirmişdir ki, iddiaçı həyat yoldaşıdır və iddiaçı bu xəbəri sonradan müəyyən etmişdir. İddaçı tərəfindən işdən əvvəlllər azad olunandan sonra yenidən iş yerinə getməmişdir. Odur ki, tələbin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddia qəbul etməyərək, iddia ərizəsinə etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, Azərbaycan Dövlət Dəmir Yolunun Keşlə stansiyasında EHM operatoru vəzifəsində işləmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 31.10.2005-ci il tarixdə öz ərizəsinə əsasən xitam verilmiş, əmək kitabçası və son haqq-hesab ona təqdim edilmişdir. Həmin müddətdən bu günədək İddiaçı ilə cavabdeh «xxxx» QSC arasında hər hansı əmək münasibətləri olmamış, onun adına heç bir ödənişlər aparılmamışdır. 2014-cü ildə ölkə üzrə elektron hökümət portalı sisteminin tətbiqi ilə əlaqədar Cəmiyyətin bütün əməkdaşlarının əmək müqavilələrinin vahid elektron hökümət portalına işlənilməsi zamanı əməliyyat səhvi nəticəsində 06.08.2014-cü il tarixdə İddiaçı da elektron informasiya sistemində qeydiyyatı aparılmışdır (Yük daşımaları departamentinin Baş Ələt stansiyasının vaqon hərəkət sürətinin tənzimləyicisi vəzifəsinə). Elektron informasiya hər hansı əsasverici sənəd olmadan (əmək müqaviləsi, əmr və s.) qeydiyyat aparılmışdır, qeydiyyat məhz əməliyyat səhvi nəticəsində baş verdiyindən aşkar olunmamış və bu səbəbdən əməliyyat dərhal ləğv edilməmişdir. İddiaçı «xxxx QSC üzrə mövcud işlərin siyahısına daxil edilməmiş və onun adına hər hansı ödənişin aparılması həyata keçirilmmişdir. Qeyd olunan əməliyyat səhvi aşkar olunduğu zaman, yəni 22.04.2020-ci il tarixdə aradan qaldırılmış və bu barədə iddiaçıya məlumat verilmişdir. İddiaçı özü də iddia ərizəsində qeyd etmişdir ki, 31.10.2005-ci il tarixdə öz ərizə ilə işdən azad edilmiş və bu günədək «xxxx» QSC ilə heç bir əmək münasibəti olmamışdır. Belə olan halda iddiaçı tərəfindən işləmədiyi dövrlər üzrə əmək haqqı tələb edilməsi əmək qanunvericiliyinin normalarına ziddir. Əmək qanunvericiliyinin normasından da göründüyü kimi, işçinin əmək haqqı tələb etmək hüququ o zaman yanarar ki, işçi müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmiş olsun. Digər tərəfdən iddiaçının 50.000 manat miqdarında mənəvi ziyan tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçının adının Cəmiyyətin vahid elektron hökümət portalında əməliyyat səhvi nəticəsində işlənməsi, onun mənəvi sarsıntı keçirtməsinə və ya fiziki əzab çəkməsinə əsas vermir. Göstərilənlərə əsasən cavabdehn nümayəndəsi iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan «xxxx» QSC ilə X3 arasında bağlanılmış 17.03.2003-cü il tarixli əmək müqaviləsinə (kontraktına) əsasən Ş.Abbasova 17.03.2003cü il tarixdən 1 il müddətinə Keşlə stansiyasında EHM operatoru vəzifəsinə işə qəbul edilmişdir. İş materiallarında olan X1 31.10.2005-ci il tarixli ərizənin surətindən görünür ki, o, 31.10.2005-ci il tarixdən öz xahişi ilə işdən azad edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Dəmir Yolunun Keşlə stansiyasının əmək müqaviləsinin dayandırılması haqqında 31.10.2005-ci il tarixli 98 saylı əmrin surətindən görünür ki, yardımçı təsərrüfat qulluqçu operatoru X3 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasə (öz xahişi ilə) tutduğu vəzifədən azad edilmişdir. Əsas: ərizə. İş materiallarında olan Keşlə stansiyası tərəfindən verilmiş arayışdan görünür ki, X3 ilə əmək müqaviləsinə 31.10.2005-ci ildə xitam verilməsi ilə bağlı ona son haqq-hesabı təqdim edilmişdir. İş üzrə əmək kitabçasının surətindən görünür ki, Azərbaycan Dəmir Yolunun Keşlə Stansiyasının 19 saylı, 17.03.2003-cü il tarixli əmrinə əsasən X3 EHM operatoru vəzifəsinə işə qəbul edilmiş, 31.10.2005-ci il tarixli əmrinə əsasən X3 AR Əmək Məcəlləsinin 69-cu maddəsinə (öz xahişi ilə) əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan nikah haqqında AZ-İ 211630 nömrəli şəhadətnamənin surətindən görünür ki, X6 ilə X3 nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 09.01.2006-cı il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş üzrə xxxxxxx000100 saylı, 06.08.2014-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinin bağlanması ilə bağlı bildiriş 12.08.2015-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı «xxxx» QSC-nin Yük Daşımaları Departamentinin Baş Ələt Stansiyasında vaqon hərəkət sürətinin tənzimləyicisi vəzifəsində işləyir. İş üzrə xxxxxxx0001X0 saylı, 06.08.2014-cü il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı bildiriş 22.04.2020-ci il tarixdə sistemə daxil edilmişdir. Həmin bildirişdən görünür ki, İddiaçı ilə əmək müqaviləsi 06.08.2014-cü il tarixdə bağlanılmışdır. İş materiallarında olan «xxxx» QSC tərəfindən X4 ünvanlanmış 22.05.2020-ci il tarixli məktubun surətindən görünür ki, həyat yoldaşı İsmayılova (əvvəlki Abbasova) Şəlalə Səxavət qızı ilə bağlanmış əmək müqaviləsinə 31.10.2005-ci il tarixli şəxsi ərizəsinə uyğun olaraq Azərbaycan Dəmir Yolunun Keşlə Stansiyasının müvafiq əmrinə əsasən 31.10.2005-ci ildə xitam verilmiş, əmək kitabçası və son haqq-hesabı ona təqdim edilmişdir. 2014-cü ildə ölkə üzrə elektron informasiya sisteminin tətbiqi ilə bağlı olaraq Cəmiyyətin bütün əməkdaşlarının əmək müqavilələrinin Cəmiyyətin vahid elektron hökümət portalına işlənilməsi zamanı əməliyyat səhvi nəticəsində həmin tarixə qüvvədə olan hər hansı əsasverici sənəd olmadan (əmək müqaviləsi, əmr və s.) İddiaçı 06.08.2014-cü il atrixdə Cəmiyyətin Yük Daşımaları Departamentinin Baş Ələt stansiyasının vaqon hərəkət sürətinin tənzimləyicisi vəzifəsinə elektron informasiya sistemində qeydiyyatı aparılmışdır. Qeydiyyat məhz əməliyyat səhvi nəticəsində həyata keçirildiyindən və aşkar olunmadığından, əməliyyat dərhal ləğv edilməmiş, eyni zamanda İddiaçı adı Cəmiyyət üzrə mövcud işçilərin siyahısına daxil edilməmiş, həmçinin onun adına hər hansı ödənişin aparılması həyata keçirilməmişdir. Əməliyyat səhvi aşkar olunduğu tarixdə aradan qaldırılması və bu barədə N.İsmayılova məlumat verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı, surəti X7 Xidmətinin rəisinə ünvanlanmış 19.11.2020-ci il tarixli məktubun surətindən görünür ki, müəssisə rəhbərliyi tərəfindən təqdim edilən sənədlərdən, eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək müqaviləsi bildirişi» alt sisteminə baxış keçirilərkən İddiaçı ilə «xxxx» QSC arasında bağlanmış elektron əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələbləri gözlənilmədən xitam verildiyi məlum olmuşdur. Qeyd olunanlar nəzərə alınaraq cəmiyyətin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə əsasən 06.10.2020-ci il tarixli MN0646450 saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 17.03.2003-cü il tarixdən «xxxx» QSC-nin Keşlə Stansiyasının EHM operatoru vəzifəsinə işə qəbul edilmiş, 31.10.2005-ci il tarixə öz xahişi ilə işdən azad olunmuş, onunla bağalanılmış əmək müqaviləsinə xitam verilmiş, əmək kitabçası və son haqqı hesabı təqdim edilmişdir. 2014cü ildə ölkə üzrə elektron hökümət portalı sisteminin tətbiqi ilə əlaqədar əməliyyat səhvi nəticəsində 06.08.2014-cü il tarixdə iddiaçının elektron informasiya sistemində qeydiyyat aparılmış, lakin iddiaçı «xxxx» QSC üzrə işçilərin siyahısına daxil edilməmiş və onun adına hər hansı ödəniş aparılmamışdır. Əməliyyat səhvi aşkar olunduğı zaman 22.04.2020-ci il tarixdə aradan qaldırılmışdır. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, 2005-ci ildən öz ərizə ilə işdən azad olunmağına baxmayaraq 2006-cı ildən 2020-ci ili aprel ayınadək ona heç bir məlumat verilmədən cavabdehin Baş Ələt stansiyasında işçi kimi qeydiyyata alınmış və bu müddət ərzində onun adına əmək haqqı hesablanaraq mənimsənilmişdir. Bu səbəbdən cavabdeh tərəfindən 14 il ərzində hər ay 143,89 manat olmaqla, ümumilikdə 24173 manat mənimsənilmiş əmək haqqının, eyni zamanda gələcəkdə pensiya təminatı üçün həmin illərin sığorta stajının hesablanaraq əmək kitabçasına qeyd edilməsini və 50.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci bəndinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, işçinin əmək haqqı tələb etmək hüququ o zaman yana bilər ki, işçi müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmiş olsun. Bunun əskini sübut edən iddiaçının nümayəndəsinin məhkəmə iclasında çıxışı zamanı həqiqətəndə iddiaçının iş yerində olmadığı, faktiki əmək funskiyasını həyata keçirmədiyini bildirmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iddianın “xxxx” QSC tərəfindən İddiaçı şərəf hüquqlarının pozulmasını etiraf etməsi hissəsində qeyd edir ki, iddia tələbi iddiaçı tərəfindən sübuta yerilə bilmədiyidən, yaranmış hadisənin texniki səhvlik səbəbindən baş verdiyini və iddiaçının bununla bağlı olan şərəf hüquqlarının pozulduğunu təsdiqləyə bilmədiyindən iddia tələbi bu hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinad edərək bildirir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məlum olduğu kimi, hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Göründüyü kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2020-cu il tarixli Qərarı). Qeyd olunanlardan bu nəticəyə gəlmək olar ki, mülki məhkəmə icraatı zamanı qanunvericiliklə məhkəmənin üzərinə “obyektiv həqiqət”in deyil, “formal həqiqət”in müəyyən edilməsi, yəni işdə olan sübutlar əsasında nəticəyə gəlmək vəzifəsi qoyulmuşdur. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Məhkəmə iddianın iddiaçının pensiya təminatı üçün sığorta stajının hesablanaraq əmək kitabçasına qeyd etməsini, və bununla bağlı dəymiş ziyanın hesablanaraq ona ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi digər hissələrdə təmin olunmadığından, digər hissələri sübuta yetirilə bilmədiyindən prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissədə də təmin oluna bilməz. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Bundan əlavə, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin hərəkətləri nəticəsində 50000 manat mənəvi ziyan çəkməsini göstərsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin hissədə də tələb əsassızdır və təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «cavabdehin üzərinə öhdəlik qoyulması, pul, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" QSC-yə qarşı «cavabdehin üzərinə öhdəliyin qoyulması qoyulması, pul, maddi və mənəvi ziyanın ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ramin Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar