Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2927/2022 02.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə, “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə, “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 10 iyun 2021-ci ildə doğulmuş Tamerlanın atasının X12 olmasının müəyyən olunması, Tamerlanın doğum akt qeydlərində qeyd edilərək atası qrafasında X12 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 5 il müddətində mərhum X12 ilə birlikdə faktiki olaraq ər-arvad münasibətində olmuşlar. Həmin münasibətdən 10 iyun 2021-ci ildə doğulmuş Tamerlan adlı bir övladları vardır. O, səhhətində olan problemdən dolayı hamilə qalmağını çox gec başa düşmüşdür. Artıq uşağın cinsiyyəti bəlli olduğundan aborta getmək mümkün olmamışdır. Mərhum isə onun hamilə olduğunu biləndən aborta getməyi üçün ona qarşı təzyiqləri artırdı. O isə artıq bunun mümkün olmadığını demiş və bu uşağı dünyaya gətirəcəyini söyləmişdir. Uşaq dünyaya gələndən sonra uşağın atası olaraq Rövşən ona öz adını və familiyasını verəcəyini söyləmişdir. Ancaq bununçün bir az gözləməyini xahiş etmişdir. O, bunu ipoteka ilə əlaqədar olaraq söyləmişdir. Lakin, o artıq uşağın böyüməsini, onun sənədləri olmadığı üçün peyvəndlərini etdirə bilmədiyini, poliklinikaya qeydiyyata salmaqda çətinliklərlə üzləşdiyini söyləsə də mərhum ona ancaq gözləməyini deyirdi. Oktyabr ayında o, Nizami Rayon Məhkəməsinə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə 2(007)-4421/2021 saylı mülki işə hazırlıq iclası təyin edildi. Lakin, həmin işə X5 xx.xx.2021-ci il tarixdə saat 15.13-də rəhmətə getdiyi üçün xitam verildi. Körpə Tamerlan mənəvi olaraq ata qayğısına, ata adına möhtacdır. Uşağın gələcək taleyi var, uşaq gələcəkdə bağçaya, məktəbə gedəcək. Mərhum bir ata kimi övladı qarşısında öhdəliklər daşıyırdı və bunları həyata keçirməyə borclu idi. Buna görə də 10 iyun 2021-ci ildə doğulmuş Tamerlanın atasının X12 olmasının müəyyən edilməsi, buna uyğun olaraq doğum akt qeydlərində qeyd edilməsi zəruridir. Məhkəmə baxış iclasında iştirak edən Ərizəçi iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxış iclasında iştirak edən ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək, 10 iyun 2021-ci il tarixdə anadan olmuş Tamerlanın atasının X12 olmasının, Tamerlanın doğum akt qeydlərində atası qrafasında X5 yazılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində bildirdi ki, o həm Ərizəçi, həm də mərhum X8 tanıyır. Ülviyyə xanımı daha əvvəldən tanıyırdı. Ülviyyə xanım və Rövşən bəyi o və onun işlədiyi yerdə bir xanım var idi (Aliyə xanım), o tanış edib. 5 ildir ki, onlar bir yerdə yaşayırlar. Ülviyyə xanım və Rövşən bəy ilk dəfə Ülviyyə xanımın ad günündə tanış olublar. Ad gününü restoranda keçirmişdi. O, Aliyə xanım və Ülviyyə xanımın əvvəlki evliliyindən doğulmuş uşağı da orada idi. Tanış olduqdan sonra o da arada onlarla görüşürdü. X19 Şöbəsində işləyirdi. Uşaq 10 iyun 2021-ci il tarixdə anadan olmuşdur. Adı Tamerlandır. Poladov Rövşən xx.xx.2021-ci ildə qəflətən iş yerində rəhmətə getmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin izahatlarını, əvvəlki məhkəmə iclasında iştirak edən şahidin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Doğum Haqqında Tibbi Şəhadətnamədən görünür ki, ərizədə adı çəkilən uşaq xx.xx.2021ci il tarixdə anadan olmuş, “Ana haqqında məlumat” qrafasında anası Ərizəçi, “Ata haqqında məlumat” qrafasında isə heçnə yazılmamışdır. “Uşaq haqqında məlumat” qrafasında uşağın soyadı kimi Xankişiyev, adı və ata adı qeyd edilməmişdir. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli, AZ-İV № 703607 seriyalı 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin qanunla müəyyən olunmuş qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 10 iyun 2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası Ərizəçidır. İş materiallarında olan 11 oktyabr 2021-ci il tarixli, MŞ 2021-004258 №-li Arayışdan görünür ki, bu X1 Ərizəçi tərəfindən təsvir edildiyi kimi, ailə mübahisəsi üzrə xx.xx.2021-ci il tarixində, 16:00-16:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etməkçün verilmiş, X12 ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 5 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmışdır. Ərizəçi ilkin mediasiya sessiyasında iştirak etmişdir (Mediator: N.Mirzəyeva). İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-4421/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh X9 qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Hazırki ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Maddənin məzmunundan göründüyü kimi, burada söhbət doğum faktının özünün deyil, həmin faktların Qeydiyyat orqanlarında qeydə alınmasının müəyyən edilməsindən gedir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməlidir və ya qeyri məhkəmə (inzibati) qaydasında müəyyən edilməlidir. Şərh edilən maddə hətta inzibati qaydanın mövcud olduğu halda belə bu və ya digər səbəblərdən hüquqmüəyyənedici sənədin alına bilməyəcəyi təqdirdə, hüquqi faktların məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutur. Ərizəçinin müvafiq sənədləri başqa qaydaya ala bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması (məsələn, öhdədə olma faktı), ya faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü (məsələn, bədbəxt hadisə faktı ilə bağlı aktın tərtib edilməməsi və hazırda onun tərtibinin mümkünsüzlüyü), ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılmalıdır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan (verən) müvafiq orqanın (məsələn, Qeydiyyat orqanı) həmin sənədin dublikatının verilməsi imkanının olmaması başa düşülməlidir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədlərin dublikatının verilməsi imkanının mümkünsüzlüyü. Hazırki mübahisəni araşdıran zamanı məhkəmə mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edir və qeyd edir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar, şahid ifadələri əsas götürülür, məhkəmənin gəldiyi nəticənin həqiqətə uyğuluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halın-faktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Həmin qərarın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Məhkəmə baxışı zamanı müəyyən olundu ki, Ərizəçi 5 il müddətində mərhum X12 ilə birlikdə faktiki olaraq ər-arvad münasibətində olmuşlar. Həmin münasibətdən 10 iyun 2021-ci ildə Tamerlan adlı uşaq doğulmuşdur. Ərizəçi oktyabr ayında Nizami Rayon Məhkəməsinə “atalığin müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və xx.xx.2021-ci il tarixdə 2(007)-4421/2021 saylı mülki işə hazırlıq iclası təyin edildi. Lakin, həmin işə X5 xx.xx.2021ci il tarixdə saat 15.13-də rəhmətə getdiyi üçün işə xitam verilmişdi. Hazırda Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək 10 iyun 2021-ci ildə doğulmuş Tamerlanın atasının X12 olmasının müəyyən olunması, Tamerlanın doğum akt qeydlərində qeyd edilərək ata qrafasında X12 yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə ilə bağlı məhkəmə qeyd edir ki, Ərizəçi X5 10 iyun 2021-ci ildə Tamerlan adlı uşağın atası olması bildirsə də, bunu kifayət qədər təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmiş, həmçinin bu faktlar məhkəmə tərəfindən dindirilmiş şahid ifadəsində də öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «hüquqi faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə, “hüquqi faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2927/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2927/2022
02.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver