Azərbaycan Respublikası adından ƏLAVƏ QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2929/2021 12.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, iddiaçı Bank “xxxx” ASC-nin Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə əlavə qətnamənin çıxarılması məsələsinə xx xxxx 2021-ci il tarixdə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxxx” ASC Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi və mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması, Cavabdeh 20,40 manat dövlət rüsumunun tutuloaraq ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5017/2020 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş, iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması, Cavabdeh 20,40 manat dövlət rüsumunun tutularaq ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı Bank “xxxx” ASC-nin X12 Departamentinin direktoru Nihad Abbasov xx xxxxxx 2021-ci il tarixdə əlavə qətnamənin çıxarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, X3 övladları X6 və X5 Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi barədə əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx xxxxxxx 2020-ci il tarixli iddianın həcmi artırılması barədə ərizədən görünür ki, iddiaçı Bank “xxxx” ASC həmçinin X3 övladları X6 və X5 da Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsini xahiş etmişdir.Lakin məhkəmə qətnamə çıxararkən bu fakta toxunmamış, X11 oğlunun övladları X6 və X5 mənzildən istifadə hüquqlarına xitam verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X9 ərizənin məzmununa uyğun izahat verərək, təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Ərizəni nəzərdən keçirən, iddiaçının nümayəndəsinin izahatını dinləyən məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, MPM-nin 229.1-ci maddəsinə əsasən iş üzrə qətnamə çıxarmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi ilə və ya onları xəbərdar edərək öz təşəbbüsü ilə aşağıdakı hallarda əlavə qətnamə çıxara bilər: 229.1.1. işdə iştirak edən şəxslər tələblərdən hər hansı biri üzrə sübutlar təqdim etmiş və izahatlar vermişlərsə, bu tələblər barədə qətnamə çıxarılmamışsa; 229.1.2. hüquq barədə məsələ həll etmiş hakim alınmalı məbləğin, verilməli əmlakın miqdarını, yaxud cavabdehin etməli olduğu hərəkətləri göstərməmişsə; 229.1.3. məhkəmə xərcləri haqqında məsələ hakim tərəfindən həll edilməmişsə. Həmin Məcəllənin 229.2-ci maddəsinə əsasən əlavə qətnamənin çıxarılması barədə məsələyə qətnamənin qanuni qüvvəyə minməsinə qədər baxıla bilər. Həmin Məcəllənin 229.3-cü maddəsinə əsasən əlavə qətnamə çıxarmaqdan imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət verilə bilər. Qüvvədə olan mülki-prosessual qanunvericilik məhkəmə qətnaməsinin məzmunca müfəssəl olmasını, məhkəmə baxışının predmeti olmuş bütün tələblərə həlledici cavab verməsini və beləliklə də, işə yenidən baxılmasının tələb olunmamasından ötrü tərəflər arasındakı mübahisəli hüquq münasibətlərinə tam aydınlıq gətirilməsini tələb edir. Bu tələb qətnamənin tamlığını şərtləndirir. Məhkəmənin qətnaməsi tam olmadıqda, yəni qətnamə ilə həll edilməli olan məsələlər aydınlaşdırılmadıqda, qanunvericilik qətnamənin bu çatışmazlığın aradan qaldırılmasının üsulu kimi əlavə qətnamənin çıxarılmasını nəzərdə tutur. Əlavə qətnamənin çıxarılmasının qanunvericilikdə nəzərdə tutulmuş əsaslarından biri işdə iştirak edən şəxslər tələblərdən hər hans sübutlar təqdim etmiş və izahatlar verildiyi halda, bu tələblər barədə qətnamənin çıxarılmamasıdır. Əlavə qətnamənin çıxarılması iş üzrə qətnamə çıxarmış hakimin öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin ərizəsi ilə mülki məhkəmə icraatının ümumi qaydalarına əsasən həyata keçirilir. Əlavə qətnamə məsələnin məhkəmə iclasında müzakirəsindən sonra məhkəmə tərəfindən çıxarılır. İşdə edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilirlər, lakin onların gəlməməsi əlavə qətnamənin çıxarılması haqqında məsələyə baxmağa mane olmur (MPM-in 229.1-ci və 229.2-ci maddələri, “Məhkəmə qətnaməsi haqqında» AR Ali Məhkəməsi Plenumunun Qərarının 15.3-cü bəndi). Məhkəmə əlavə qətnamə çıxarılması haqqında məsələyə baxılma nəticəsi olaraq iki növ məhkəmə aktı: əlavə qətnamənin çıxarılması imtina barədə qərardad və ya əlavə qətnamə çıxara bilər. Əlavə qətnamə çıxarılması haqqında ərizə tam və ya qismən təmin olunduqda, bu barədə əlavə qətnamə çıxarılır və əlavə qətnamənin nəticə hissədində ərizənin təmin edilən və edilməyən hissəsi göstərilir. İşdə iştirak edən şəxslər əlavə qətnamənin çıxarılmasından imtina barədə qərardaddan və ya əlavə qətnamədən şikayət vermək hüququna malikdirlər. Şərh olunan maddədə əlavə qətnamədən də şikayət vermək hüququ nəzərdə tutulsa da, bu hüququn hansı qaydada realizə edilməsi haqqında məsələyə aydınlıq gətirilmir. Mülki-prosessual qanunvericiliyə görə, məhkəmənin qəbul etdiyi məhkəmə aktlarından yalnız qərardadlar, məhkəmə əmrləri və qiyabi qətnamələr barəsində bu aktları qəbul etmiş məhkəmə özünə şikayət (qiyabi qətnamənin ləğvi üçün ərizə, məhkəmə əmrinə qarşı etiraz) vermək qaydası nəzərdə tutulmuşdur. Əlavə qətnamə bu növ məhkəmə aktlarına aid edilmədiyi üçün, ondan şikayət hüququ ümumi qaydada həyata keçirilməlidir və qətnamədən şikayət apelyasiya şikayəti kimi 1 ay müddətində bu qətnaməni çıxarmış birinci instansiya məhkəməsi vasitəsilə müvafiq apelyasiyası məhkəməsinə verilməlidir. Əlavə qətnamədən ayrıca və ya qətnamə ilə birlikdə apelyasiya şikayəti verilə bilər. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-5017/2020 saylı qətnaməsi ilə iddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən Cavabdeh istifadə hüquqlarına xitam verilməsi və mənzilin boşaldılması qət edilsədə, məhkəmə Bank “xxxx” ASC tərəfindən verilmiş iddia tələbinin həcminin artırılması barədə ərizəyə aydınlıq gətirilməmişdir. Azərbaycan Respublikası “İpoteka haqqında Qanunun” 59.3-cü maddəsinə əsasən İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1. yaşayış evi və mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2-cü maddəsinə görə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. İş materiallarından göründüyü kimi, X1 həmin tələblərinə riayət etməklə iddiaçıya notariat qaydada təsdiq edilmiş ərizə vermişdir. Məhkəmə, iddia ərizəsində X3 yetkinlik yaşına çatmayan 2007-ci il təvəllüdlü X6 və 2011-ci il təvəllüdlü X5 da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməsi tələbinə gəldikdə qeyd edir ki, həmin uşaqlarda valideyni ilə birlikdə həmin mənzildə yaşamışlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 20-ci maddəsənin 1-ci hissəsində qeyd olunmuşdur: “hər bir uşağın mənzil hüququ vardır. Uşaqların yaşadıqları mənzil sahəsinə ailənin digər üzvləri ilə bərabər hüquqları vardır.” Azərbaycan Respublikası MM-nin 27.2-ci maddəsinə görə isə 14 yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır. Odur ki, 2007-ci il təvəllüdlü X6 və 2011-ci il təvəllüdlü X5 da Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən istifadə hüquqlarına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İddiaçı Bank “xxxx” ASC-nin mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 saylı evin, 22 saylı mənzilindən X3 övladları X6 və X5 istifadə hüquqlarına xitam verilsin. Əlavə qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-2929/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Əlavə qətnamə — İş №2(006)-2929/2021
12.03.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver