Məhkəmə qərarları › İş №2(006)-2934/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2934/2023

11.10.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2934/2023 11.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-ya qarşı «işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-ya qarşı «işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ-nın əmək müqaviləsinin ləğv edilməsinə və onun işdən azad olunmasına dair 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi, onu işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh PHŞ-nin onun işdən azad edilməsi barədə 02 may 2018-ci il tarixli 119 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, hüquqlarının pozulmasına dair tarixi xronologiya aşağıdakı kimidir – o, uzun müddət, yəni 2001-ci il tarixdən əvvəlcə Xətai rayonu 2 nömrəli X1, daha sonra isə 2007-ci ildən müəssisənin adı dəyişdirilərək Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi (bundan sonra: Yaradıcılıq Mərkəzi) adlandırılan müəssisədə dərnək rəhbəri kimi çalışmışdır. Yaradıcılıq Mərkəzinin xx.xx.2017-ci il tarixli 93 nömrəli əmrinə əsasən dərnək rəhbərinin sosial məzuniyyəti uşağın xəstəliyi ilə əlaqədar 6 ay müddətinə, yəni xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək uzadılmışdır. Lakin buna baxmayaraq Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi əvvəlcə xx.xx.2017-ci il tarixdə 96 nömrəli əmr verərək 23 nömrəli Yaradıcılıq Mərkəzi üzrə işçilərlə, o cümlədən analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsini ləğv etmişdir. Halbuki o, həmin vaxt qanuni əsaslarda uzadılmış sosial məzuniyyətdə olmuşdur. xx.xx.2017-ci il tarixdə isə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi 98 nömrəli əmrlə 96 nömrəli əmri etibarsız hesab etmiş və bu zaman artıq ləğv edilmiş Yaradıcılıq Mərkəzinin işçiləri ilə, o cümlədən analıq məzuniyyətində olduğu halda onunla bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən yenidən ləğv etmişdir. Demək, xx.xx.2018-ci il tarixədək sosial məzuniyyətdə oldmağına dair hüquqi fakt yenə də nəzərə alınmamışdır. X29 yenidən səhvə və qanun pozuntusuna yol vermiş olmuşdur. Yuxarıda qeyd etdiyi 96 və 98 nömrəli əmrlərdən qabaq, yəni xx.xx.2017-ci ildə Təhsil Nazirinin 233 nömrəli əmri ilə Yeniyetmələrin 23 nömrəli Yaradıcılıq Mərkəzi artıq ləğv edilmiş və bir neçə yaradıcılıq mərkəzlərinin bazası əsasında 1 nömrəli Respublika X14 (bundan sonra: Respublika İnkişaf Mərkəzi) yaradılmışdır. Lakin Nazirin 233 nömrəli əmrində 1 nömrəli X6 yaradılması barədə heç bir bənd olmadığı kimi, belə bir müəssisənin adı da yoxdur. Yəni Nazirin məlum əmrinə görə belə bir müəssisə yaradılmamışdır. Lakin Nazirliyin saytında Nazirliyin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin siyahsı verilmiş və həmin siyahıda 1 nömrəli X6 adı yer almışdır. Bu da suallar doğurur. Məktəbdənkənar təhsil müəssisələrinin Nümunəvi Əsasnaməsinin 36-cı bəndinə görə, bu müəssisələr hüquqi statusuna görc hüquqi şəxslərdir. Lakin 1 nömrəli X15 isə publik hüquqi şəxsdir. Buna görə də, qeyd edir ki, burada ziddiyyətlər var ki, bu da hüquqlarının müdafiəsini çətinləşdirir. Bundan başqa, bu müəssisəyə rəhbərlik etmiş şəxs Nazirin məlum 233 nömrəli əmrinin imzalanması tarixindən, əmrdə qeyd edildiyi kimi, 3 aylıq müddətin keçməsinə baxmayaraq, ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin adını müəssisə ləğv ediləndən 9 ay sonra rəsmi blanklarda saxlamaqla həmin ləğv edilmiş müəssisənin möhüründən istifadə etmiş və özünü həm də ləğv edilmiş müəssisənin direktoru kimi təqdim etməklə onun adından çıxış etmiş və faktiki olaraq iki müəssisəni bir müəssisə kimi təqdim etmiş və hüquqi müəyyənlik prinsipini pozmuşdur. Bu isə tamamilə qanunsuzdur və nazirin əmrində adı olmayan 1 nömrəli X14 və artıq ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəz adları altında fəaliyyət göstərmiş qanunsuz müəssisənin bütün sənədləri - əmr və sərəncamları, o cümlədən barəsində verilmiş əmrlər etibarsız hesab edilməli, yazdığı və imzaladığı bütün əmr və göstərişlər, o cümlədən barəsində verilmiş əmrlər ləğv edilməlidir. Bununla da, xx.xx.2018-ci il tarixdən işə bərpa olunması barədə yeni əmr verilməlidir. Yuxarıda qeyd etdiyi bu qanunsuzluq möhürün içində yazılmış yazılarla da sübut olunur. Bu qanunsuzluq həm də onunla sübut olunur ki, 1 nömrəli X12 işə götürülməsi barədə müəssisə direktorunun xx.xx.2018-ci il tarixli 37 nömrəli əmrinin yazıldığı rəsmi blankda 1 nömrəli X7 adı ilə yanaşı Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin də adı qeyd edilmişdir. Bu da Mülki Məcəllənin 61ci maddəsinin tələblərinə ziddir. Hüquqi faktdır ki, xx.xx.2018-ci il tarixədək sosial məzuniyyətdə olduğu zaman xx.xx.2017-ci il tarixli 98 nömrəli əmrin ona da şamil edilməsi qanun pozuntusu idi. Bu barədə o zaman Təhsil Nazirliyinə, Ombudsmana, Həmkarlar İttifaqına çoxsaylı şikayətlər ünvanlamışdır. Buna görə də, çoxsaylı şikayətlərdən sonra xx.xx.2018-ci ildə onu yeni yaradılmış, lakin nazirin 233 nömrəli əmrində adı qeyd edilməyən 1 nömrəli X12 (bundan sonra: İnkişaf Mərkəzi) dərnək rəhbəri kimi işə qəbul etmişlər və sözügedən Mərkəzin o zamankı rəhbəri Kəmalə Cəfərzadə ona öz imzası və artıq 6 ay qabaq ləğv edilmiş Estetik Tərbiyə üzrs Respublika Tədris-Metodik Mərkəzinin möhürü ilə müvafiq sənədlər verərək tapşırmışdır ki, dərnək təşkil edəcəyi hər hansı tam orta məktəbi seçib, əmək fəaliyyətini davam etmək üçün həmin tam orta məktəbin direktoru ilə yeni qaydalara uyğun olaraq müqavilə bağlamalıdır. Həmin müqavilənin əsli və müqaviləyə aid məlumat sənədi də indiyə kimi ondadır. Nazirin 233 nömrəli əmrində adı olmayan 1 nömrəli X7 direktoru ona şifahi bildirmişdir ki, İnkişaf Mərkəzinin qaydasına görə müqavilənin qüvvəyə minməsi və onun dərnək rəhbəri kimi seçdiyi məktəbdə işə başlaması üçün mütləq seçdiyi məktəbin direktoru müqaviləni ikinci tərəf kimi imzalamalıdır. Əgər imzalamaqdan imtina edərsə, İnkişaf Mərkəzinin işçisi gedib başqa məktəb direktoruna müraciət etməlidir. Lakin bu qayda heç bir yerdə təsbit edilməyib, yəni yazılı bir qayda və ya təlimat yox idi. Sadəcə bu «qayda» sözügedən İnkişaf Mərkəzinin direktorunun şifahi göstərişlərinə əsaslanırdı. Nazirin 233 nömrəli əmri ilə yaradılmış X8 əslində məktəbdənkənar təhsil müəssisələri olaraq Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərirlər. Əvvəllər dərnəklər onların yaradıcılıq mərkəzlərinin binasındakı sinif otaqlarında təşkil olunurdu. Lakin Nazirin 233 nömrəli əmrindən sonra dərnəklər İnkişaf Mərkəzlərinin və Yaradıcılıq Mərkəzlərinin müəllimləri tərəfindən ayrı-ayrı məktəblərdə təşkil olunmağa başlanılmışdır. Məktəb(lər)də təşkil olunan bu dərnəklərdə şagirdlər adətən dərsdən əlavə gəlib, dövlət vəsaiti hesabına məşğul ola və bilik-bacarıqlarını artıra bilirlər. Buna məktəbdənkənar təhsil deyilir. O da, Bakı şəhərində aşağıda göstərdiyi bir sıra tam orta məktəblərə dəfələrlə gedib, Nazirin 233 nömrəli əmrində qeyd edilməyən 1 nömrəli X7 direktorunun imzaladığı və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin möhürü ilə möhürlədiyi müqaviləni müraciət etdiyi məktəb direktorlarına təqdim edirdi və bildirirdi ki, İnkişaf Mərkəzinin işçisi kimi həmin məktəblərdə şagirdlər üçün dərnək təşkil etmək və fəaliyyətə başlamaq İstəyir. Məktəb direktorlarının və işlədiyi İnkişaf Mərkəzinin direktorlarının hərəkətsizliyi ilə bağlı qeyd edir ki, tam orta məktəblərin direktorlarına (86, 245, 249, 254, 116 və s.) dəfələrlə müraciət etsə də, onlar İnkişaf Mərkəzinin direktorunun (o zaman X28 idi) imzasının olduğu müqaviləni ikinci tərəf kimi imzalamaq istəməmişlər və müxtəlif bəhanələr gətirmişlər. Bunun səbəbi ona aydın deyildi və heç bir direktor da bunun əsl səbəbini ona demirdi. Getdiyi məktəblərdən 116 nömrəli məktəbin direktoru demişdir ki, hazırda bu il üçün sinif otaqları çatışmır və məsləhət görmüşdür ki, növbəti il onlara bu müqavilə ilə müraciət etsin. Daha sonra 245 nömrəli məktəbin direktoru bildirmişdir ki, onlarda məktəbdə uşaq sıxlığı olduğu üçün ona dərnək təşkil etmək üçün sinif otağı təqdim edə bilməyəcək və məsləhət görmüşdür ki, başqa məktəblərə müraciət etsin. 285 nömrəli məktəbin direktoru bildirmişdir ki, onlarda artıq yer yoxdur və mövcud olmayan İnkişaf Mərkəzinin digər dərnək rəhbərləri artıq onlarda fəaliyyətə başlayıblar. O da məsləhət görmüşdür ki, başqa bir məktəbə müraciət etsin. Sonra 86 nömrəli məktəbin direktoru tamamilə başqa bir yanaşma ortaya qoymuş və demişdir ki, sinif otağını ona arendaya verə bilər. Hətta demişdir ki, idman müəllimlərinə arendaya vermişdir. O, ayrı-ayrı məktəb direktorları ilə danışıqlar apardığı və buna həftələrlə vaxt sərf etdiyi zaman İnkişaf Mərkəzinin direktoru ondan tələb edirdi ki, o, tezliklə hər hansı bir məktəb tapıb müqaviləni imzalasın. X30 direktoru demişdir ki, əgər müqavilə bağlaya bilməsə və dərnəyi təşkil edə bilməsə, ona əmək haqqı hesablanmayacaq. O da, məktəblərlə apardığı danışıqlar və mövcud vəziyyət barədə direktorua məruzə edirdi və hətta sonuncudan xahiş edirdi ki, direktor kimi, o özü digər məktəblərin direktorlarına zəng etsin və müqavilənin imzalanmasını təşviq və xahiş etsin. Direktorları isə bildirirdi ki, o zəng etməməlidir, çünki onun rəhbərlik etdiyi müəssisə birbaşa Təhsil Nazirliyinə tabedir və digər məktəblər onlara hörmət etməli və müqaviləni imzalamağa borcludurlar. Nə qədər xahiş etsə də, direktor heç bir köməklik göstərmək istəməmişdir. Bununla da, direktorları onu pis vəziyyətdə qoymuşdur və ona demişdir ki, o, müqaviləni imzalatdırmağı bacarmır. Getdiyi 220 nömrəli məktəb-liseyin direktoru isə tamamilə fərqli bir yanaşma ortaya qoymuş və demişdir ki, müqavilənin imzalanması üçün İnkişaf Mərkəzinin direktoru mütləq 220 nömrəli məktəb-liseyə məktubla müraciət etməlidir və ya ən azından onlara zəng etməlidir. İnkişaf Mərkəzinin direktoru isə ona bildirmişdir ki, o belə bir məktub yazıb göndərməyə borclu deyil, yəni dediyinə görə belə bir məktubun göndərilməsi və ya zəng edilməsi nəzərdə tutulmayıb. Lakin o, oxşar bir məktubun surətini yaxın yoldaşlardan əldə etmişdir. Bu məktub Bakı şəhəri təhsil idarəsinin müdir müavini Nərgiz Səfərovanın ümumtəhsil məktəblərinin direktorlarına Bakı şəhər təhsil idarəsinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinə kömək etmək barədə ünvanladığı göstəriş məktubu idi. Bu məktubu İnkişaf Mərkəzinin direktoruna təqdim etmişdir. O isə bildirmişdir ki, bu məktub onların müəssisəyə aid deyildir, çünki onların müəssisə Bakı şəhər təhsil idarəsinə yox, birbaşa Təhsil Nazirliyinə tabe olan məktəbdənkənar təhsil müəssisəsi olduğundan onlar belə bir məktub yazmamalıdırlar. Amma köhnə iş yoldaşları deyirdilər ki, İnkişaf Mərkəzinin direktoru onlara hansısa göndəriş sənədini veribmiş. Hətta bu barədə ona bildirsə də, o, bu məlumatın yanlış olduğunu bildirirdi. X16 direktorundan xahiş edirdi ki, adi bir xahiş məktubu yazsın, o isə bir parça kağızda məktəb direktorlarına məktub yazmağı, demək olar ki, «hüquqazidd əməl kimi» qələmə verirdi. İnkişaf Mərkəzinin direktoru belə bir məktubu öz adından yazmaqdan və hətta zəng etməkdən imtina etdiyinə görə onlar (həyat yoldaşı) öz adlarından 220 nömrəli məktəb-liseyin direktoruna müraciət ünvanlamışlar. Cavabında 220 nömrəli məktəb-liseyin məsul şəxsi Aybəniz xanım bildirmişdir ki, «məsələ ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinə müraciət edin. BŞTİ-nin razılığı olduğu təqdirdə ümumtəhsil müəssisəsi olaraq müvafiq addım atılacaqdır». Yəni bütün bu tarixi faktlar və mülahizələr onu göstərir ki, İnkişaf Mərkəzinin direktoru ona kömək etmək istəmirdi, onunla prinsip aparır və barəsində zəif, lazımsız və bacarıqsız işçi obrazını yaradırdı. Çünki o, şikayətlər yazmaqla və əvvəlki Yaradıcılıq Mərkəzindəki qanunusuzluğu sübut etməklə işə bərpa olunmuşdu. Bütün bunlara baxmayaraq, o, həmin vaxt direktorları olmuş Kəmalə Cəfərzadəyə, Təhsil Nazirliyinə və Bakı Şəhər təhsil idarəsinə çoxlu şikayətlər etmişdir. İşdə buraxdığı ciddi nöqsanlara görə İnkişaf Mərkəzinin direktoru olmuş Kəmalə Cələrzadənin özünü tutduğu vəzifəsindən azad etmişlər. İnkişaf Mərkəzimizin yeni təyin olunmuş direktoru Kəmalə Abdullayevanın yanında da dəfələrlə olmuş və hər il dəfələrlə yanına gedib ondan xahiş etmişdir ki, dərnək rəhbəri kimi fəaliyyətə başlamaq üçün ona kömək etsin və məktəblərin birinə zəng edib onu tapşırsın ki, əlində olan müqaviləni hansısa məktəb direktoru imzalasın və müqavilə qüvvəyə minsin. Belə olan təqdirdə o, hansısa məktəbdə dərnək rəhbəri kimi fəaliyyətini qura bilər və əmək haqqı ala bilərdi. Kəmalə xanım Abdullayeva sadəcə ona söz verirdi və deyirdi ki, növbəti dərs ilində ona zəng edəcək və ona köməklik göstərəcək. Deyirdi ki, gedib onun zəngini gözləsin. O isə yalnız K.Abdullayevaya güvənmirdi və gedib yenə də müqavilə ilə məktəb direktorlarına müraciət edirdi, məktəb direktorları isə eyni formada yenə də müxtəlif bəhanələr gətirir və boş vədlər verirdilər. Nəticədə işçi kimi o, əmək haqqı almadan öz ailəsinin maddi dəstəyi hesabına yaşamalı olurdu. İnkişaf Mərkəzinin yeni təyin olunmuş direktoruna yazdığı məktuba verilmiş xx.xx.2023-cü il tarixli 11 nömrəli cavab məktubunu xx.xx.2023-cü il tarixdə alandan sonra ona məlum olmuşdur ki, sözügedən müəssisənin direktorunun xx.xx.2018-ci il tarixli 119 nömrəli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən guya sınaq müddətində özünü doğrultmadığına görə işdən çıxarılmışdır. Yəni bu tarixə qədər özünü həmişə 1 nömrəli X7 işçisi hesab edirdi. Bu həm də onunla təsdiq olunur ki, 1 nömrəli X9 imzaladığı və möhürlədiyi müqavilənin əsli indiyədək ondadır və xx.xx.2023-cü il tarixə qədər həmin müqavilə üzrə ona verilmiş öhdəliklərə və səlahiyyətlərə əsasən Bakı şəhərində ayrı-ayrı məktəblərə getmiş, direktorlarla görüşmüş və 1 nömrəli X7 işçisi kimi həmin direktorlara bu müqaviləni təqdim etmiş və onlardan ikinci tərəf (bir tərəf 1 nömrəli X10) kimi bu müqavilənin imzalanmasını xahiş etmişdir. Subyektiv hüquqlarının pozulması ilə bağlı qeyd edir ki, ona xəbərdarlıq etmədən, bildiriş göndərmədən gizlincə onu 1 nömrəli X5 xaric etmək, bunu bir neçə il ondan gizli saxlamaq, işdən çıxarılmağına dair əmrin surətini, əmək kitabçasını, son haqq-hesabı ona təqdim etməmək nəticəsində hüquqları pozulmuş və qanunla qorunan mənafelərinə ciddi ziyan dəymişdir. Mülki məhkəmə icraatının vəzifələrini təsbit edən MPM-nin 2-ci maddəsində müəyyən olunmuşdur ki, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 4-cü maddəsinin 4.1-ci hissəsində isə deyilir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə, qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Eləcə də Əmək Məcəlləsinin 289-cu maddəsinə görə fərdi əmək mübahisələrinin bir tərəfi işəgötürən, digər tərəfi isə öz əmək hüquqlarının və ya qanunla qorunan mənafelərinin pozulduğunu iddia edən işçi və ya qanunvericiliklə müəyyən edilmiş qaydada onun müvəkkil etdiyi şəxsdir. Əmək Məcəlləsinin 292-ci maddəsinin 1-cİ hissəsinə görə işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. İşəgötürən öz hərəkətsizliyi ilə ona maddi və mənəvi ziyan vurmuşdur, ona rəsmi ştatda olduğu müddətdə əmək haqqı ödəməmişdir, direktorun iddia etdiyi kimi, sözügedən müqaviləni imzalatdıra bilmədiyinə görə barəsində intizam tənbeh tədbiri görməyib, işçi kimi onun hüquqlarını müdafiə etməyib, onun üçün əmək şəraiti yaratmayıb və s. Göründüyü kimi, bu maddələrdə fiziki və hüquqi şəxslərin hər cür mənafe və maraqlarının müdafiəsindən deyil, qanunlardan və digər normativ-hüquqi aktlardan irəli gələn, başqa sözlə, qanunla qorunan mənafe və maraqlardan bəhs olunur. Bu müddəalara əsaslanaraq hüquqi baxımdan mənafe və maraqları iki qrupa bölmək olar: subyektiv hüquqlarda əhatə olunan mənafe və maraqlar; subyektiv hüquqlardan kənar mövcud olan mənafe və maraqlar. Onun işdən çıxarıldığı dövrədək direktorun hərəkətsizliyi və biganəliyi bir işçi kimi hüquq və vəzifələrinə toxunmuş, vəzifələrinin vaxtında və peşəkar səviyyədə icrasına mane olmuş, öz bilik və bacarıqlarının istifadəsini və gənc nəslə çatdırılmasını əngəlləmiş, işləyərək əmək haqqı almaq hüququndan onu məhrum etmiş, ona münasibətdə rəhbər üzərinə düşən vəzifələrini yerinə yetirməmiş, eləcə də keçmiş direkorun işdən azad olunmasına yönəlik niyyəti və barəsində verilmiş əmrin həm keçmiş, həm də indiki direktor tərəfdən gizlin saxlanılması göstərir ki, onun subyektiv hüquqları sabiq və indiki direktorlar tərəfindən pozulmuşdur. Bu baxımdan deyə bilər ki, 1 nömrəli X7 direktoru olmuş şəxs bir işçi kimi hüquqlarını pozmuş və qanunla qorunan mənafelərinə ziyan vurmuşdur. Belə ki, direktor öz hərəkətsizliyi ilə onun barəsində özünü işdə doğrultmayan şəxs obrazı yaratmış, onun barəsində mənfı rəy formalaşdırmış və onu məhz həmin əsasda işdən azad etmişdir. Lakin əgər direktor vaxtında ona köməklik göstərsəydi, dediyi məktəb direktorlarına zəng etsəydi və ya bir yazılı xahiş məktubu göndərsəydi, o, çoxdan dərnəyini qurub fəaliyyətə başlamışdı. Subyektiv hüquqa malik olan şəxslər bu hüquqa qarşı vəzifə daşıyan şəxslərdən müəyyən hərəkətləri etməyi tələb etmək səlahiyyətinə malik olur. O, keçmiş və indiki direktordan müəyyən hərəkətlər etməyi tələb etsə də, sonuncular buna məhəl qoymurdular. Lakin görünən odur ki, sabiq direktor onun işçi kimi orada qalmağında maraqlı olmadığı kimi, indiki direktor da onun işçi kimi orada fəaliyyətə başlamasında maraqlı olmadığına görə oradan işdən azad olunması barədə ona nə yazılı, nə də şifahi xəbər verməmişdir ki, vaxtında hüquqlarını müdafiə edə bilməsin, sadəcə ona boş vədlər vermiş, yalnız nümayəndəsinin rəsmi müraciətindən sonra həqiqəti bildirmiş, əmək kitabçasının surətlərini ona göndərərək əmək kitabçasının işdə tapılmadığını iddia etmişdir. Bu mülahizələr subyektiv hüquqlarının İnkişaf Mərkəzinin keçmiş və indiki direktoru tərəfindən kobud şəkildə pozulmasına dəlalət edir. Ən başlıcası ondan ibarətdir ki, bu və ya digər subyektiv hüququn tanınması üçün qanunvericilikdə norma olmalıdır. Bu baxımdan deyə bilər ki, Əmək Məcəlləsinin 12-ci fəslində işçinin və işəgötürənin hüquqları, vəzifələri, öhdəlikləri və məsuliyyətləri, eləcə də 288-ci maddədə fərdi əmək mübahisələrinin predmeti öz əksini tapmışdır. İşdən azad olunmağından xəbərsiz olmasına dəlalət edən fakt həm də ondan ibarətdir ki, İnkişaf Mərkəzinin direktorunun xx.xx.2023-cü il tarixli 11 nömrəli məktubunu fevralın 21-də alana qədər əlində həmin müqavilənin əsli ilə müxtəlif tam orta məktəblərə getmiş və dərnək rəhbəri kimi fəaliyyətə başlamaq üçün müqaviləyə imza atmalarını xahiş etmişdir. Həmişəki kimi heç bir məktəb direktoru bu müqaviləni imzalamırdı və hər dəfə deyirdilər ki, indi məktəblərində boş otaq yoxdur və buna görə də növbəti ildə müraciət etsin və boş otaq olarsa və yaxud digər siniflərin dərs yükü az olarsa, ona köməklik edərlər və onun təqdim etdiyi müqaviləni imzalayarlar. Bu səbəbdən demək olar ki, hər dəfə 1 nömrəli X12 gedib, dərdini yeni rəhbərliyə, xüsusən də Kəmalə xanım Abdullayevaya çatdırırdı və xahiş edirdi ki, tam orta məktəblərdə boş otaq məsələsi problem olduğundan, mümkünsə, İnkişaf Mərkəzində dərnək rəhbəri kimi fəaliyyətini davam etdirsin. 1 nömrəli X7 direktoru Kəmalə xanım Abdullayeva da ona deyirdi ki, hələlik yer yoxdur, yer olan kimi onu zəng edib çağırarlar. Hər dəfə onun telefon nömrəsini yazıb götürürdü. Lakin hər dəfə yeni dərs ili başlansa da, sonra isə bitsə də, ona zəng edən olmurdu və ümidlə gözləməli olurdu və inanırdı. 1 nömrəli X7 13 fevral 2023-cü il tarixli məktubundan da aydın olur ki, əmək kitabçası və əmrin surəti ona təqdim edilməmişdir. O, müraciətində açıq yazır ki, əmək kitabçası onda deyildir, idarədədir. Buna görə də, xahiş etmişdir ki, əmək kitabçasını ona göndərsinlər. Mərkəz isə sadəcə onun müraciətindən sonra əmək kitabçası əvəzində onun surətlərini ona göndərmiş və qeyd etmişdir ki, işdən çıxan əməkdaşların sənədləri içərisindən İddiaçı əmək kitabçası tapılmayıb. İşdən çıxması barədə heç vaxt ona məlumat verilmədiyi halda, məktubunda İnkişaf Mərkəzinin rəhbərliyi nəyə görə əmək kitabçasını işdən çıxan əməkdaşların sənədləri içərisində axtarıb? Bu o deməkdir ki, sonuncuların nəzərində o, artıq işdən çıxarılmış işçi olmuşdur, görüşəndə isə ona vədlər verir və deyirdilər ki, hər şey yaxşı olacaq, gedib gözləsin, hazır olsun və ona xəbər edəcəklər. Əmək Qanunvericiliyinin digər maddələrinin pozulması ilə əlaqədar qeyd edir ki, 1 nömrəli X11 3 ay sınaq müddəti ilə onun dərnək rəhbəri kimi işə qəbul edilməsi barədə 1 nömrəli X7 xx.xx.2018-ci il tarixli əmri Əmək Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə də ziddir. 53-cü maddənin 1-ci hissəsinə görə, «Sınaq müddəti qurtaranadək tərəflərdən biri digərinə üç gün əvvəl yazılı xəbərdarlıq etməklə əmək müqaviləsini poza bilər». Göründüyü kimi, Kəmalə Cəfərzadə 29 aprel 2018-ci ildə, yəni işdən çıxarılması barədə verdiyi əmrin tarixindən 3 gün qabaq ona yazılı xəbərdarlıq etmədən 02 may 2018-ci ildə onu işdən azad etmişdir, daha doğrusu onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bu fakt onu deməyə əsas verir ki, Kəmalə Cəfərzadə xəbəri olmadan gizli şəkildə onu işdən azad etmiş və məhz buna görə də əmrin imzalandığı tarixdən 3 gün qabaq ona yazılı xəbərdarlıq etməmişdir. Lakin bununla belə ona heç bir sənəd təqdim etməmişdir - əmək kitabçasını, əmrin surətini, son-haqq hesabı ona göndərməmişdir. Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə, əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. X27 əmri veriləndən sonra Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə görə sonuncu iş günü əmrin surəti, əmək kitabçası, son haqqhesab ona verilməmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. O, həqiqətən də hüquqlarının pozulduğunu məhz 21 fevral 2023-cü il tarixində bilmişdir. Çünki bu tarixdə Mərkəzin direktoru tərəfdən ona göndərilən məktubda əmək kitabçasının surətləri göndərilmişdir və bu zaman ona aydın olmuşdur ki, xx.xx.2018-ci ildə onunla bağlanmış əmək müqaviləsinə xitam verilibmiş. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 5-ci maddəsinə və «Mediasıya haqqında» Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinə uyğun olaraq fərdi əmək mübahisələri mediasiya vasitəsilə həll oluna bilər. Odur ki, cari il mart ayının 15-də Mərkəzin direktoruna ilkin mediasiya sessiyasının təşkil edilməsi məqsədilə təklif göndərmişdir. May ayının 5-də 1 saylı Medasiya Təşkilatı tərəfindən mediasiya sessiyası təşkil olunsa da, Cavabdehn direktoru Kəmalə Abdullayeva ilkin mediasiya sessiyasında iştirak etməkdən imtina etmiş və sessiyaya gəlməmişdir. X2 davamlı və təkidli çağırışlarına baxmayaraq Kəmalə xanım Abdullayeva ilkin mediasiya sessiyasında iştirak etməməkdə qətiyyətli olmuşdur. Ona görə də, Əmək Məcəlləsinin 294-cü maddəsinin tələblərini nəzərə alaraq fərdi əmək mübahisələrinin həll ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, 1 nömrəli X14 X34 məhkəməyə təqdim etdiyi sənədləri nəzərdən keçirəndən sonra daha bir sıra qanunsuzluqlar, sənədlərdə isə uyğunsuzluqlar aşkar edilmişdir. Elm və Təhsil Nazirliyinin saytında məktəbdənkənar təhsil müəssisələri haqqında nümunəvi əsasnamə yerləşdirilmişdir. Bu əsasnaməyə görə məktəbdənkənar təhsil müəssisələri hüquqi şəxsdir. Lakin 1 nömrəli X7 məhkəməyə təqdim etdiyi Təhsil Nazirinin F-64 nömrəli, xx.xx.2022-ci il tarixli əmrində isə yazılıb ki, məktəbdənkənar təhsil müəssisələri publik hüquqi şəxsdir. Bu da əsasnamə ilə F-64 nömrəli, xx.xx.2022-ci il tarixli əmr arasında uyğunsuzluğun olmasını göstərir. Bundan başqa, Təhsil Nazirinin 289 nömrəli xx.xx.2017-ci il tarixli əmrinin 1.1 bəndində yazılıb ki, birləşdirilən və qoşulan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətləri xx.xx.2017-ci il tarixədək davam etdirilsin. Lakin Mərkəzin keçmiş direktoru Kəmalə Cəfərzadənin imzaladığı əmr və sərəncamlardan, istifadə etdiyi möhürdən görünür ki, Mərkəzin direktoru Nazirin əmrinə zidd olaraq xx.xx.2017-ci il tarixdən sonra da ləğv edilmiş mərkəzin möhüründən istifadə etməklə ləğv edilmiş müəssisənin fəaliyyətini davam etdirmişdir. Mülki Məcəllənin 61.2-ci maddəsinə görə Ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) təyin olunduğu gündən sonra 15 gün müddətində ləğvetmə barədə qərarı, bu Məcəllənin 59.2-1-ci və 61.1-ci maddələrində göstərilən ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanatı, ilk məlumatın dərc olunmasını təsdiq edən sənədi və möhürü hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. Hüquqi şəxslərin dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hüquqi şəxslərin dövlət reyestrinə daxil edir. Bundan sonra hüquqi şəxs tərəfindən sənədlərin tərtibi zamanı üzərində «ləğv prosesindədir» yazılmış möhürdən istifadə olunur və bütün sənədlərdə onun adından sonra «ləğv prosesindədir» sözləri əlavə edilir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərdə «ləğv prosesindədir» yazılmış möhür və müəssisənin adından sonra «ləğv prosesindədir» sözləri yoxdur. Bu da növbəti qanunsuzluqdur. Təhsil Nazirinin 233 nömərli xx.xx.2017-ci il tarixli əmrinin 146-cı bəndinə görə ləğv etmə komissiyaları 3 ay müddətində ləğv edilən müəssisələrin möhürlərinin, ştamplarının və ciddi hesabat blanklarının tabeliyində olduğu qurumlara təhvil verilməsini təmin etməli idi. Əmrdə yazılmayıb ki, yeni yaradılan müəssisənin rəhbəri ləğv edilmiş məktəbdənkənar təhsil mərkəzlərinin möhür və ştamplarından istifadə etsin. Lakin 1 nömrəli Uşaq- X19 direktoru isə Nazirin əmrinə zidd olaraq ləğv edilmiş müəssisənin möhüründən uzun müddət, yəni hətta 2018-ci ildə də istifadə etmiş, əmr və sərəncamlar vermişdir. İddiaçı işdən çıxarılması barədə məhkəməyə təqdim etdikləri xx.xx.2018-ci il tarixli əmrin surətindən və İddiaçı göndərdikləri əmək kitabçasının səhifələrindən də bu qanunsuzluğu görmək olur. Bu da növbəti qanunsuzluqdur. Bu qanunsuzluq həm də Təhsil Nazirliyi sistemindəki məktəbdənkənar müəssisə haqqında nümunəvi əsasnamənin 36-cı bəndinə də ziddir. 36cı bəndə görə Məktəbdənkənar müəssisənin möhürü, xüsusi əmlakı, bankda hesabı, adı yazılmış lövhəsi olmalıdır. Lakin yeni yaradılmış 1 nömrəli X7 məhkəməyə təqdim etdikləri sənədlərdən bəlli olur ki, müəssisənin möhürü olmamışdır. Bundan başqa, 1 nömrəli X14 aşağıdakı mülahizələrə görə məhkəməyə təqdim etdikləri əmrlərin surətləri ilə İddiaçı işdən çıxarılmasını özlərinin qanunsuzluqları ilə əsaslandırmağa cəhd ediblər. Belə ki, bu əmrlərə görə İddiaçı Mərkəzin əmək haqqının ödənilməsi dayandırılmalıdır. Lakin əmrin surətində hansı Mərkəzin maaşından söhbət getməsi aydın deyil. 1 nömrəli X7, yoxsa Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin? Bu da qanunsuzluqdur. Növbəti qanunsuzluq: 1 nömrəli X14 məhkəməyə İddiaçı işdən çıxarılması barədə əmrin surətini təqdim edib. Sual budur ki, İddiaçı hansı Mərkəzdən işdən çıxarılıb: 1 nömrəli X5, yoxsa, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzindən? Yəni hansı Mərkəzdən söhbət getməsi aydın deyil. Bu da qanunsuzluqdur. Növbəti qanunsuzluq: 1 nömrəli X7 məhkəməyə təqdim etdiyi işdən çıxarılma əmrində istifadə olunan möhürdən görünür ki, İddiaçı 1 nömrəli X5 yox, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzindən işdən çıxarılıb. Sual budur ki, İddiaçı 1 nömrəli X11 işlədiyi zaman necə ola bilər ki, artıq ləğv edilmiş Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzindən işdən çıxarılıb? Bu da qanunsuzluqdur. Bütün bunlar bir daha onu göstərir ki, həmin mərkəzdə qanuna müvafiq olaraq işləmək istəyən İddiaçı bu qanunsuzluqların, sənəd uyğunsuzluqlarının, səhlənkarlığın və hərcmərcliyin qurbanı olmuşdur. Yəni rəsmi sənəd kimi təqdim edilən əmr və sərəncamların hamısı saxtadır, etibarsızdır və ləğv edilməlidir. İddiaçı barəsində bu əmr və sərəncamlar veriləndə, bir nüsxəsi onlara da təqdim edilsəydi, o vaxt bu səhvləri və qanunsuzluqları görüb Təhsil Naziri qarşısında dərhal məsələ qaldırardılar. Ona görə də, indi məlum olur ki, 1 nömrəli X7 rəhbərliyi həm də bu qanunsuzluqları ört-basdır etmək üçün İddiaçı işdən çıxarılmasını bu günə kimi gizlədiblərmiş. İki adla fəaliyyət göstərən Mərkəzdə, yəni 1 nömrəli X14 və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzdə bu qanunsuzluqlar barədə İddiaçı xəbəri olmayıb və bu əmrlərin surətləri rəsmi şəkildə təqdim olunmayıb və bu barədə heç bir məlumat verilməyib. Məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, bu qanunsuzluqlar bu gün də 1 nömrəli X11 davam edir. Belə ki, 1 nömrəli X7 yeni direktoru Kəmalə Abdullayevanın imzası ilə məhkəməyə 61 saylı xx.xx.2022-ci il tarixli əmrin surəti təqdim edilib. Bu əmrdə də Kəmalə Abdullayeva eyni səhvi və ya qanunsuzluğu təkrar etmiş və rəhbərlik etdiyi müəssisəni iki adda təqdim etmişdir. Yəni 1 nömrəli X14 (Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəz). İki adla fəaliyyət göstərən Mərkəzdə əmək haqqının dayandırlması üçün hüquqi zəmin yaratmaq məqsədilə 1 nömrəli X7 Təsviri və tətbiqi sənət şöbəsinin müdiri N.Rzayeva X28yə təqdimat yazır və akt tərtib edir. Hər iki sənəddə yazılıb ki, guya bunlar iclas keçiriblər, bu barədə Mələyə məlumat veriblər və s. Lakin bunu sübut edəcək materialları məhkəməyə təqdim edə bilməmişlər. Əslində İddiaçı bu gizli iclaslardan xəbəri olmayıb. Digər tərəfdən İddiaçı dəfələrlə X28yə, sonralar isə direktor Kəmalə Abdullayevaya məlumat vermişdir ki, tam orta məktəb direktorları müqaviləyə ikinci tərəf kimi imza atmırlar və xahiş etmişdir ki, məktəb direktorlarına ya zəng edin, ya da məktub göndərin. Hər iki direktor bunu etməmiş və hərəkətsizlik nümayiş etdirmişdir. Lakin buna baxmayaraq İddiaçı ittiham edirlər ki, guya qrup yığa bilməmişdir. Sənədlərdən görünür ki, N.Rzayeva 1 nömrəli X7 Təsviri və tətbiqi sənət şöbəsinin müdiri qismində X28yə təqdimatla müraciət edir və akt yazır ki, İddiaçı işi qura bilmir və ona əmək haqqı verilməsin. X28 isə artıq iki adla fəaliyyət göstərən Mərkəzin adından - yəni 1 nömrəli X7 və Estetik Tərbiyə üzrə Respublika Tədris - imzası ilə həmin əmrləri təsdiq edir. Bu da növbəti qanunsuzluq. Metodik Mərkəzinin adından əmrlər verir və ləğv edilmiş müəssisənin möhürü və öz 1 nömrəli X14 əmək haqqının dayandırılması barədə məhkəməyə cəmi 3 əmrin surətini təqdim edib. Hər bir əmrdə X28 şöbə müdirinin təqdimatını əsas kimi göstərsə də, o təqdimatlar məhkəməyə təqdim olunmayıb. Yalnız bir təqdimat və bir akt var. Əmək Məcəlləsinin 169.1-ci maddəsinə görə boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (briqadirə, ustaya, digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. Tam Orta Məktəb direktorları tərəfindən müqavilənin 2-ci tərəf kimi imzalanmaması ilə bağlı dəfələrlə Kəmalə Cəfərzadə ilə görüşləri və yazışmaları olmuşdur. Sonuncudan xahişləri olmuşdur ki, kömək etsin, zəng etsin və ya Bakı şəhər təhsil idarəsinin rəhbərinin orta məktəblərə göndərdiyi məktub formasında bir məktub göndərsin. Bu barədə sənədlər və yazışmalar iş materiallarına əlavə edilib. Ondan sonra eyni problemlə bağlı Kəmalə Abdullayeva ilə də dəfələrlə görüşləri olmuşdur. Bütün bunlar göstərir ki, onlar Əmək Məcəlləsinin 169-cu maddəsində nəzərdə tutulduğu kimi, işəgötürənə, hətta Nazirə belə xəbərdarlıqlar etmişlər. Yazışmalar məhkəməyə təqdim edilmişdir. Bu isə İddiaçı üçün boşdayanma hesab oluna bilməz. Belə halda şöbə müdirinin bir təqdimatı və aktı əsasında əmək haqqının ödənilməsinin dayandırılması barədə Kəmalə Cəfərzadənin verdiyi əmrlər qanunsuzdur və ləğv edilməlidir. Çünki yazışmalar hüquqi faktdır və nəzərə alınmayıb. 1 nömrəli X14 məhkəməyə Bakı şəhər Təhsil İdarəsinin müdiri Mehriban xanım Vəliyevanın məktubunun surətini təqdim etmişlər. Həmin məktubda X33 və Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin müəllimlərinə dərnək təşkil edilməsi üçün şərait yaradılması barədə məktəblərə tapşırıqlar verir. Lakin Bakı şəhər Təhsil İdarəsinin 23 oktyabr 2017-ci il tarixli oxşar məktubunda İdarə yalnız özünün tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin fəaliyyətinə kömək etmək üçün göstəriş vermişdir. Ona görə də, həmin zaman onlar 1 nömrəli X5 xahiş etmişlər ki, oxşar bir məktubla məktəblərə müraciət etsin. İnkişaf Mərkəzi isə İddiaçı qərəzli münasibətinə görə belə bir məktub yazmaqdan imtina edirdi. Bu barədə yazışmalar iş materiallarına yanaşmanı özündə ehtiva edir. Bu həm də müəssisənin rəhbərliyinin İddiaçı qərəzli yanaşmasını özündə ehtiva edir. Əmək Məcəlləsinin 62.5-ci maddəsinə görə İddiaçı işdən kənar edilməsi işəgötürənin və ya başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibəti və saxta sənədlər əsasında həyata keçirildiyinə görə qanunsuz və əsassızdır və İddiaçı işə bərpa edilməlidir. Yuxarıdakı mülahizələri nəzərə alaraq, İddiaçı 1 nömrəli X3 işindən kənar edilməsi işəgötürənin və başqa vəzifəli şəxslərin ona qarşı qərəzli münasibəti və saxta sənədlər əsasında həyata keçirildiyinə görə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X13 məhkəmə iclasında iddianı qəbul etmədi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 1 nömrəli X7 (Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin) 01 fevral 2018-ci il tarixli 37 saylı əmrindən görünür ki, İddiaçı həmin Mərkəzə 01 fevral 2018-ci il tarixdən 3 ay sınaq müddəti olmaqla 15 iyul 2018-ci il tarixədək dərnək rəhbəri vəzifəsinə işə qəbul edilmişdir. Əmək haqqı ştat cədvəlinə uyğun müəyyənləşdirilmişdir. Mərkəzin 28 fevral 2018-ci il tarixli 67 saylı əmrindən görünür ki, Mərkəzin dərnək rəhbəri İddiaçı 01-28 fevral 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır. Mərkəzin 30 mart 2018-ci il tarixli 94 saylı əmrindən görünür ki, Mərkəzin dərnək rəhbəri İddiaçı 01-30 mart 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır. Mərkəzin 28 aprel 2018-ci il tarixli 114 saylı əmrindən görünür ki, Mərkəzin dərnək rəhbəri İddiaçı 01-28 aprel 2018-ci il tarixlərdə dərnəkdə qrup təşkil edə bilmədiyinə və göstərilən müddətdə məşğələ keçmədiyinə görə əmək haqqı dayandırılmış və hesablanmamışdır. Mərkəzin 02 may 2018-ci il tarixli 119 saylı əmrindən görünür ki, Mərkəzin dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən sınaq müddəti ərzində özünü doğrultmadığına görə 02 may 2018-ci il tarixdən xitam verilmişdir. Əmrdə həmçinin qeyd olunmuşdur ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı məsələlər mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq mühasibatlığa tapşırılmışdır. İşçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi barədə göstəriş verilmişdir. Lakin işin faktiki hallarından göründüyü kimi, cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ iddiaçı Axundova (Əsgərova) Mələk Maqsud qızı ilə 3 ay sınaq müddətinə bağlanmış əmək müqaviləsinə xitam verərkən, Əmək Qanunvericiliyinin tələblərini pozmuşdur. Belə ki, Mərkəzin iddiaçıya təqdim etdiyi, Mərkəzin möhürü ilə möhürlənmiş və rəhbərliyi tərəfindən imzalanmış müqavilə formasından görünür ki, iddiaçıya tutduğu vəzifəni icra etmək üçün şərait yaradılmamış, işəgötürən tərəfindən təmin edilməli olan məsələlər iddiaçının üzərinə qoyulmuş, onun Bakı şəhəri ərazisində fəaliyyət göstərən məktəblərdə dərnək təşkil etməsinə şərait yaradılması xahişi ilə bağlı məktub (müraciət) yazılaraq, iddiaçıya təqdim edilməmişdir. Bundan başqa, iddiaçıya münasibətdə Əmək Məcəlləsinin bir sıra normalarının tələbləri pozulmuşdur. Belə ki, iddiaçıya onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 3 gün öncə müvafiq yazılı xəbərdarlıq edilməmişdir (Əmək Məcəlləsinin 53-cü maddəsinin 1ci hissəsinin tələbləri pozulmuşdur). Son iş günü həmin əmrin surəti, əmək kitabçası, son haqq-hesab iddiaçıya təqdim olunmamışdır. İddiaçıya cavabdeh tərəfindən hüquqlarının pozulmsı yalnız 21 fevral 2023-cü il tarixdə məlum olmuşdur. Həmin dövrə qədər iddiaçıya işdən azad edilməsi barədə heç bir məlumat verilməmiş, əmrin surəti, əmək kitabçası və son haqq-hesab ona təqdim olunmamışdır. İddiaçı bundan sonra hüquqlarının pozulduğunu bilmiş və mediasiya təşkilatına müraciət etmişdir. Bakı 1 saylı Mediasiya Təşkilatının 10 may 2023-cü il tarixli MŞB/1/2023-00119 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə cavabdehə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, 1 saylı mediasiya təşkilatına müraciət etmiş, mediasiya sessiyasına gəlsə də, cavabdeh tərəf gəlməmişdir. İddiaçı tərəf mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 manat mediasiya xərci ödəmişdir. Təqdim olunmuş sənədlərdən görünür ki, Əmək Məcəlləsinin müvafiq maddi hüquq normaları cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktiki halların araşdıraraq, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilmək barədə qətnamə və ya bu maddənin ikinci hisəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Göründüyü kimi, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-nın dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilməsi haqqında 02 may 2018-ci il tarixli 119 saylı əmri ləğv edilməli; İddiaçı işə bərpa edilməli və ona xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Ödənilmiş mediasiya xərci tələb edilmədiyindən iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı – Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan Cavabdeh PHŞ-nın dərnək rəhbəri İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «d» bəndinə əsasən xitam verilməsi haqqında 02 may 2018-ci il tarixli 119 saylı əmri ləğv edilsin. İddiaçı işə bərpa edilsin. İddiaçı xx.xx.2018-ci il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Ödənilmiş mediasiya xərci tələb edilmədiyindən iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar