Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-295/2022 27.09.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddialarının təmin edilərək, mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınması üçün Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın dam hissəsində yerləşən, ilkin layihə sənədlərinə əsasən qeyri-yaşayış və texniki məqsədlər üçün nəzərdə tutulmuş sahəsinin təyinatının dəyişdirilməsinə yönəlmiş hərəkətlərin edilməsinin cavabdeh "xxxx" MMC-yə qadağan edilməsi, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Cavabdeh2 xx.xx.2020-ci il tarixdə verilmiş qeydiyyat nömrəsi ********** olan çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışlar ki, onlar yuxarıda göstərilən ünvanda, 14 mərtəbəli yaşayış binasında, mülkiyyətlərində olan mənzillərdə yaşamaqla, həm də qonşudurlar. Mənzilləri binanın 14-cü mərtəbəstində yerləşir. Onların mənzillərindən yuxarıda isə binanın dam hissəsi yerləşir. Bu yaxınlarda bütün qonşular kimi onlar da, yaranan səs-küydən, fəhlələr tərəfindən tikinti materiallarının (kərpic, qum, sement və sair) daşınmasından şübhəyə düşərək öyrənmişlər ki, onları məlumatlandırmadan "xxxx" MMC-nin rəhbərliyi binanın dam hissəsində yerləşən, sakinlərin ümumi istifadəsində olan və təyinatı onların tələbatını ödəmək olan, liftlərin havalandırma, kanalizasiya, isitmə və soyutma sistemlərinin kommunikasiya xətlərinin yerləşdiyi texniki sahənin əsas layihə sənədlərinə zidd olaraq, qanunsuz gəlir əldə etmək məqsədilə, mənzil kimi istifadə etmək üçün Cavabdeh2 satmışlar və hətta ona həmin sahəyə Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydiyyat nömrəsi ********** olmaqla, xx.xx.2020-cı il tarixdə çıxarış verilmişdir. Binanın layihə sənədlərindən kənara çıxılması, binanın damına qeyri-qanuni olaraq soyuq və isti su çəkilərək sayğaclaşdırılması, həmin binanın layihə-yükdaşıyan tikinti konstruksiyasının layihə yükgötürmə qabiliyyətinin azalmasına, yanğın təhlükəsizliyi və havalandırma standartlarının pozulmasına, liftlərin və digər kommunikasiya xətlərinə kənar müdaxiləyə şərait yaradılmasına, mənzillərin təhlükəsizliyinə və su basmalarına səbəb ola biləcəyi onların narahatlığına gətirib çıxarmışdır. Ən qəribəsi və təəccüb doğurası hal isə odur ki, "xxxx" MMC tərəfindən yol verilən eynixarakterli qanun pozuntuları ilə bağlı sakinlərin şikayəti əsasında artıq qanuni qüvvə almış məhkəmə qətnamə və qərarları mövcuddur. Belə ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınmasına dair” iddia ərizəsi ilə cavabdeh "xxxx" MMC-yə qarşı Nəsimi Rayon Məhkəməsinə müraciət etmişlər. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2021/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılması dayandırılmış, cavabdehin iddiaçılarn mənzil hüquqlarının pozulmasınadək mövcüd olan vəziyyətin bərpa edilməsi və bu hüququ pozan hərəktlərin qarşısının alınması qət edilmişdir. Bakı Apelyasiya Məhkəməsi özünün xx.xx.2019-cu il tarixli 2(103)-4885/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC-nin apelyasiya şikayətini təmin etməmiş, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)~2021/2018 saylı qətnaməsi dəyişdirilmədən saxlamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6368/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4885/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ona görə də, iddia ərizələri təmin edilərək, mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpası, bu hüququ pozan hərəkətlərin qarşısının alınması, çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, iddiaçılar öncədən də, "xxxx" MMC-yə qarşı müvafiq tələblə məhkəməyə müraciət etmişlər və bu məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcuddur. Həmin qətnamə ilə iddiaçıların iddia tələbləri təmin edilsə də, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıların yenidən eyni qaydada hüquqları pozulur. Digər tərəfdən hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Cavabdeh2 çıxarış verməsi əsassız olmuşdur. Belə ki, qeyri-yaşayış sahəsi qismində qeydə alınmış sahəyə yaşayış sahəsi kimi çıxarışın verilməsi yolverilməzdir. Lakin buna baxmayaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həmin çıxarışı verməklə, qanunun tələblərinin pozulmasına yol vermişdir. Halbuki, qanunvericiliyin tələblərinə əsasən həmin çıxarışın verilməsi üçün ilk öncə müvafiq icra hakimiyyəti orqanının, eləcə də çoxmənzilli binanın bütün sahə mülkiyyətçilərinin razılığı tələb olunur. Lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həmin hallar nəzərə alınmamış və Cavabdeh2 qanunsuz olaraq çıxarış verilmişdir. Sonda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın qanunsuz hesab edilməsi məqsədilə inzibati məhkəməyə müraciət edəcəklərini qeyd etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq olunmalarına baxmayaraq, digər cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, FHN Tikintidə X3 Agentliyinin və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə işə digər cavabdeh "xxxx" MMC-nin və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər Nəsimi rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, FHN Tikintidə X3 Agentliyinin və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını nəzərdən keçirib, işdə iştrak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, hazırki işin icraatına "xxxx" MMC-yə münasibətdə Azərbaycan Respublikasının MPM-nin 261.0.2-ci, Cavabdeh2 münasibətdə MPM-nin 262.0.1-ci maddələrinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 34 saylı evin 57 saylı mənzili İddiaçı1 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 34 saylı evin 46A saylı mənzili İddiaçı2 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllə, 34 saylı evin 58 saylı mənzili Cavabdeh2 xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmənin sorğularına cavab olaraq Cavabdeh2 mülkiyyət hüquqlarını təsdiq edən sənədlər məhkəməyə təqdim edilmişdir. - Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2021-ci il tarixli, 6/1139 saylı məktubunda Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058-ci məhəllədə yerləşən 34 saylı binanın mansard hissəsində yerləşən 58 saylı mənzil kimi qeydiyyata alınmış sahənin cavabdehlər "xxxx" MMC və ya Cavabdeh2 adına Nəsimi rayon İcra Hakimiyyəti Başçısının tərəfindən qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi ilə bağlı Sərəncam verilmədiyi qeyd edilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2212 saylı ekspert rəyində, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın dam hissəsində yerləşən 58 saylı mənzil kimi qeydiyyata alınmış sahədə hər hansı tikinti işlərinin aparılmasının müəyyən olunmadığı, tədqiq olunan tikililərdə tikinti işlərinin aparılması müəyyən edilmədiyindən, bu suallar üzrə tədqiqatın aparılmadığı qeyd edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)-2021/2018 saylı qətnaməsi ilə iddiaçılar İddiaçı1, İddiaçı2 və X1 cavabdehlər "xxxx" MMC-yə və X2 qarşı (Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyi üçüncü şəxslər qismində cəlb edilməklə) “mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan hərəkətlərin qarşısının alınması” tələbinə dair iddianın təmin edilməsi, Bakı şəhəri, Tbilisi prospekti 1058-ci məhəllədə yerləşən 34 saylı binanın sakinlərinin ümumi mülkiyyətində olan binanın dam hissəsində aparılan qeyri-qanuni tikinti işlərinin aparılmasının dayandırılması, iddiaçıların mövcud hüquqlarının pozulmasınadək mövcud olan vəziyyətin bərpa edilməsi və hüququ pozan hərəkətlərin qarşısının alınması qət edilmişdir. - Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-4885/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(006)- 2021/2018 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)- 6368/2019 saylı qərarı ilə cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)- 4885/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə ilkin olaraq onu qeyd edir ki, işin mahiyyətindən göründüyü kimi, iddiaçılar hazırki iddia ərizəsində bir neçə tələblə məhkəməyə müraciət edərək, iddia tələblərinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iddia tələblərinin hərtərəfli, obyektiv və tam araşdırılması məqsədilə, həmin tələblərə mərhələli şəkildə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, iddia ərizəsindən göründüyü kimi, iddiaçıların “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması”na dair tələbləri cavabdeh "xxxx" MMC-yə, digər “çıxarışın ləğv edilməsi”nə dair tələbi isə bilavasitə Cavabdeh2 qarşı yönəlmişdir. Məhkəmə ilkin olaraq “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması”na dair iddia tələbinə münasibətdə qeyd edir ki, həmin tələb üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, iş materiallarında mövcud olan sənədlərdən aydın olur ki, iddiaçılar eyni tələblərlə daha öncə də, məhkəməyə müraciət etmiş və iddiaçıların tələbləri birinci instansiya məhkəməsində təmin edilməklə, habelə yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmaqla, həmin tələblərinə hüquqi qiymət verilmiş və yekun məhkəmə aktı qəbul edilmişdir. Göründüyü kimi, iddiaçıların hazırda cavabdeh "xxxx" MMC-yə qarşı olan tələblərinə mahiyyəti üzrə baxılmış və nəticə etibarı ilə eyni tələb üzrə qanuni qüvvəsini almış yekun məhkəmə aktı mövcuddur. Məhkəmə əlavə olaraq onu da vurğulayır ki, iddiaçıların “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması”na dair iddia tələbləri yalnız "xxxx" MMC-yə qarşı yönəldiyindən, həmin tələblərə isə daha öncədən baxılmaqla, yekun məhkəmə aktı qəbul edildiyindən, hazırda Cavabdeh2 cavabdeh qismində işə cəlb edilməsi mahiyyəti dəyişmədiyindən, həmin tələb üzrə baxılmış iddiaya yenidən baxılması üçün əsas kimi qəbul edilə bilməz. Göründüyü kimi, eyni tərəflər arasında eyni predmetə dair eyni əsaslarla qaldırılan mübahisəyə baxılmış və müvafiq qərar (qətnamə) qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə işin hallarını, o cümlədən qanunvericiliyin tələblərini əsas götürüb, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş icraata cavabdeh "xxxx" MMC-yə münasibətdə iddia tələbinin “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən xitam verilməli olduğu qənaətinə gəlir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıların nümayəndəsi və vəkili qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin mövcud olmasına baxmayaraq, cavabdeh "xxxx" MMC tərəfindən iddiaçıların yenidən eyni qaydada hüquqlarının pozulduğuna istinad etsə də, iddiaçılara icra sənədinin icrasının həvalə edildiyi icra məmurundan həmin sənəd üzrə zəruri icra tədbirlərinin həyata keçirilməsini tələb etmək hüquqlarının olması izah edilməlidir. Məhkəmə, iddiaçıların cavabdeh "xxxx" MMC-yə olan iddia tələblərinə münasibət bildirdikdən sonra, sonuncuların Cavabdeh2 qarşı yönəlmiş iddia tələbləri ilə bağlı bir sıra məqamların xüsusi vurğulanmasını zəruri hesab edir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 4 saylı Qərarına əsasən daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Həmin Qərarda qeyd edilir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Məhkəmə qeyd edir ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, hazırda iddiaçılar "xxxx" MMC ilə Cavabdeh2 arasında bağlanmış olan mülki əqdi deyil, bilavasitə qeyriyaşayış sahəsinin yaşayış sahəsi kimi qeydiyyata alınmasını, o cümlədən həmin sahəyə dövlət qurumu qismində çıxış edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin çıxarış verməsinə dair qanunsuz hərəkətlərini mübahisələndirir. Bununla da, iddiaçılar Mənzil Məcəlləsinin 21 və 35-ci maddələrini rəhbər tutaraq, nəinki özlərinin, hətta bütün bina sakinlərinin hüquqlarının pozulduğuna, yaşayış üçün nəzərdə tutulmayan sahəyə yaşayış sahəsi adı altında çıxarış verilməsinə istinad edərək, pozulmuş hüquqlarının bərpa edilməsini tələb edirlər. Məhkəmə hesab edir ki, hazırda yuxarıda qeyd edildiyi kimi, mübahisəli çıxarışın ləğv edilməsi tələb edildiyindən, həmin çıxarış isə inzibati orqan tərəfindən verildiyindən, habelə iddiaçılar tərəfindən irəli sürülmüş hazırki tələbə mülki mühakimə icraatı qaydasında baxılmasına qanunla yol verilmədiyindən, sonuncuların iddia tələbinə aidiyyəti inzibati məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Belə olan halda məhkəmə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMCyə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş icraata Cavabdeh2 münasibətdə iddia tələbinin “çıxarışın ləğv edilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməli olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Beləliklə məhkəmə işin bütün hallarını nəzərə alıb, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh "xxxx" MMC-yə münasibətdə iddia tələbinin “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən; iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 münasibətdə isə iddia tələbinin “çıxarışın ləğv edilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddiaçılar tərəfindən ödənilmiş dövlət rüsumu onlara geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata cavabdeh "xxxx" MMC-yə münasibətdə iddia tələbinin “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən; iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh2 qarşı (Nəsimi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, FHN Tikintidə X3 Agentliyi və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi 3-cü şəxslər qismində cəlb edilməklə) “mənzil hüquqlarının pozulmasının dayandırılması, mənzil hüququ pozulanadək mövcud olan vəziyyətin bərpa edilməsi, bu hüququ pozan hərəkətlərin qarşısının alınması və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə icraata Cavabdeh2 münasibətdə isə iddia tələbinin “çıxarışın ləğv edilməsi” hissəsində Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair aidiyyəti inzibati məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. İddiaçılar tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onlara geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Tağıyev
Məhkəmə qərarları › İş №2(006)-295/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-295/2022
27.09.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver