Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2976/2021 29.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqının ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin ona ödənilməmiş 2.5 aylıq əmək haqqı üçün hər ay üzrə 1.500 manat olmaqla cəmi 3750 manat və mənəvi zərərə görə 5.000 mant olmaqla cəmi 8.750 manat tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, təxminən 2019-cu ilin sentyabr ayında Cavabdeh MMCnin rəhbəri X3 ilə tanış olmuş və o, ona sözügedən MMC-nin rəhbəri olduğunu bildirərək qeyd etmişdir ki, iş (vakansiya) elanları sahəsində ixtisaslaşmış “Boss.az” saytında xarici şirkət olan “Orion corporation” adlı şirkətin adından onlar yaxın günlərdə iş elanı yerləşdirəcəklər və özü haqqında məlumatları “CV” formasında orada qeyd olunan maile göndərər və onun işə qəbul məsələsinə baxacaq. Maaş və işin digər şərtləri haqqında isə bildirmişdir ki, 1.500 manat maaşdan əlavə satışdan əldə edilmiş gəlirin də müəyyən faizi mükafat qismində ona veriləcək. Bundan sonra o, həmin sayt vasitəsilə öz CV-ni qeyd olunan e-mail (Elektron ünvan ) ünvanına 05.10.2020-ci il tarixdə göndərmişdir. Bir neçə gün sonra onunla əlaqə saxladılar və həmin şirkətin ofisinə dəvət etdilər. X3 ilə görüş zamanı o ona bildirdi ki, onu Finlandiyada yerləşən əsas şirkət olan “Orion corporation” ştat cədvəlində yerləşdirməklə işə qəbul edəcəklər və bu bir az zaman alacaq. Çünki, müvafiq sənədlərini həmin şirkətə göndərmək müvafiq cavab almaq vaxt aparacaq. O, söhbət əsnasında dəfələrlə bildirdi ki, ona məxsus onlara təqdim etdiyi sənədləri (şəsiyyət vəsiqəsi, təhsil haqqında diplomu və s.) artıq Finlandiyaya göndərib. Bundan sonra o, ünvan 1 ünvanda yerləşən "Fizuli Recindes”də yerləşən Kanaru Service MMC-nin ofisinə getmişdir və şirkətdə tibbi pereparatların reklamı, satışı və s. ilə bağlı müvafiq işlərin yerinə yetirilməsinə başlamışdır. Təxminən 1 ay keçdikdən sonra X1 əmək haqqının ödənilməsi barədə müraciət edərkən o bildirdi ki, onun işə qəbulu barədə əmri hələlik gəlmədiyindən pul ödənilməsi imkan xaricindədir və ona bir az gözləməyini bildirdi. 2019-cu ilin dekabr ayının sonunadək cavabdeh şirkətdə işləsə də, hər dəfə müxtəlif bəhanələrlə ona əmək haqqının ödənişində və işə qəbulu barədə sənədləşmənin aparılmasında müsbət nəticə olmadı. Sonradan bu barədə bəzi şəxslərə məsləhətləşəndən sonra ona bildirdilər ki, onun xaricdə həmin ölkəyə məxsus şirkətdə işə qəbulu üçün ən azından ona məxsus sənədlər müvafiq xarici dilə tərcümə olunmalı idi. Bu kimi sənədlər isə ondan tələb olunmamışdır. Bundan sonra o, aldanıldığını, qanunusuz olaraq işlədilməklə əmək haqqının ödənilmədiyini anlamışdır və bununla bağlı X1 bir daha müraciət etmişdir. O ona 134 manat pul verərək guya qalan pulunu isə sonra verəcəyini bildirdi. Lakin ötən müddətdə onunla əmək müqaviləsi bağlanılmadı. Qeyd etmək istəyir ki, o, həmin şirkətdə 2 ay 14 gün müddətində işləmişdir. Qeyd olunanlarla bağlı sübutları və şahidləri vardır. Beləliklə cavabdeh ona 2.5 ay müqabilində 3750 manat aylıq əmək haqqı qismində pul ödəməlidir. Bundan sonra o, X5 müraciət etmiş və aparılan araşdırma ilə Cavabdeh MMC İnzibai Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətdiyi müəyyən olunmuş və MMC cərimə edilmişdir. Qanunun mənasından da görünür ki, əmək müqaviləsini işəgötürən hazırlayaraq təqdim etməli idi. Hazırkı halda isə cavabdeh qurum müqaviləni təqdim etməmiş, onun bağlanmasından qərəzli surətdə yayınmış və bununla da onun əmək hüquqularını kobud pozmuşdur. Hazırkı halda onun tibbi təhsilinin olması, xüsusən də hadisələrin ailə üzvlərinin və digər onu tanıyanların bilməsi, onların yanında özünü pis hiss etməyinə səbəb olur. Hadisədən sonra depressiyaya düşmüş, bir sıra sakitləşdirici dərmanlar qəbul etmişdir. Qeyd olunanlarla bağlı o, maddi zərərlə yanaşı mənəvi zərər də çəkmişdir. Cavabdehin ona etdiyi bu hərəkətlərə görə mənəvi zərəri 5000 manat həddində qiymətləndirir. Həmçinin nəzərə alınmalıdır ki, ötən müddətdə o işləməmişdir. Cavabdeh MMC-nin direktoru iddiaya etiraz və izahatla məhkəməyə müarciət edərək bildirmişdir ki, İddiaçı Abbaz qızının iddia ərizəsində irəli sürdüyü tələblər tamamilə əsassız və qanunaziddir və iddiaçının göstərmiş olduğu xüsusatların heç birinin həqiqəti əks etdirmədiyi aşağıda göstərilənlərlə təkzib olunur: Cavabdeh MMC və ya onun vəzifəli şəxsi tərəfindən İddiaçı adlı şəxs hər hansı bir işlərin yerinə yetirilməsinə heç vaxt cəlb edilməmiş və MMC onunla heç bir əmək münasibətlərində olmamışdır. Cavabdeh MMC-nin fəaliyyətində heç bir “satış” əməliyyatı həyata keçirilmir. İddiaçı ona "1.500 manat nutaş'' veriləcəyini göstərmiş olsa da. əmək haqqını tələb etdiyi 2,5 ay müddətində özünün hansı ixtisas üzrə, hansı vəzifədə çatışıdğım. hansı işlə məşğul olduğunu, nə kimi xidmət, fəaliyyət, hərəkətlər yerinə yetirdiyini, nəyin və harada satışını etdiyini məhkəməyə açıqlamır və heç bir sübut təqdim etməmişdir. Cavabdeh MMC-nin “Orion corporation” adlı və yaxud hər hansı bir şirkətdə “işçi yerləşdirmək” hüququ olmamışdır və yoxdur. "xxxx" MMC-yə iş üçün müraciət etmiş çoxsaylı şəxslərə belə bir söz deyilmədiyi halda, İddiaçı bu iddiası tam yalandır ona görə ki. heç bir yerdə işə götürülənin şəxsiyyət vəsiqəsi alınmır və xarici dövlətə göndərHmi.2 Şəxsiyyət vəsiqəsi respublikanın xaricində istifadə üçün keçərli deyildir. "xxxx" MMC-nin “tibb preparatlarının reklamı, satışf' ilə bağlı fəaliyyəti yoxdur və olmamışdır. 04.08.2017-ci il tarixdən "xxxx" MMC-ni (VÖEN:**********) özü təsis edib, ona rəhbərlik edən İddiaçı məgər bilmirdi ki, "xxxx" MMC onunla əmək müqaviləsi bağlamayıbsa, hansı əmək haqqından söhbət gedə bilərdi?. İddiaçı “şirkətdə işləsəm də” göstərmiş olsa da, hansı vəzifədə, hansı peşə, ixtisas üzrə, hansı ünvanda, hansı iş otağında, kimin göstərişi ilə. hansı konkret hərəkətləri yerinə yetirdiyini, onun işinin nədə ifadə olunduğunu, yerinə yetirdiyi işin hesabatını kimə verdiyi barədə məhkəməyə bildirmir və heç bir sübut təqdim etməmişdir. Özündən başqa heç bir yerə işə mütəxəssis qəbul etmək hüququna malik olmayan Cavabdeh MMC-də işə götürülən şəxslərin sənədləri heç bir dilə tərcümə olunmur. İddiaçının özünün iddia ərizəsində istinad etdiyi (səh.2 abz.7) AR Əmək Məcəlləsinin 48-ci maddəsinə əsasən, əmək müqaviləsi bağlanarkən işçi əmək kitabçası, habelə şəxsiyyəti təqdim edən sənəd və dövlət sosial sığorta şəhadətnaməsini təqdim edir. Həmin vaxtlar "xxxx" MMC-nin təsisçisi, rəhbəri, təmsilçisi olan İddiaçı “qanunsuz olaraq işlədilməklə” dedikdə nəyi nəzərdə tutduğunu məhkəməyə açıqlamamışdır və buna dair heç bir sübut təqdim etməmişdir. Belə bir hal ümumiyyətlə olmamışdır. İş yerinin hansı ünvanda, harda olmasını, hansı vəzifədə, hansı ixtisas.ş yaxud peşə üzrə, kimlərlə işləməsini, onun tərəfindən yerinə yetirilmiş işin, xidmətin, tədbirin, hər hansı bir hərəkətin konkret olaraq nədən ibarət olduğunu, nə ilə məşğul olduğunu, tapşırıqların kim(lər)in tərəfindən verildiyini, nəticəsi barədə hesabatın hansı üsulla və kimə verildiyi barədə göstərməmişdir. Hər hansı bir sübut təqdim edilməmişdir və şahidlərin kimliyi və nədə şahidlik edəcəkləri barədə göstərilməmişdir. Cavabdeh MMC-də heç bir halda, heç kim üçün hər ay üçün 1.500 (bir min beş yüz) manat məbləğdə əmək haqqı verilməsi nəzərdə tutulmamışdır. “Kanaru Service" MMC nəinki, İddiaçı müraciəti əsasında, ümumiyyətlə fəaliyyətə başladığı gündən indiyə kimi cərimə edilməmişdir. İddiaçı tələbi əsassız və qanunazidd olduğu üçün, həmin iddia tələbi üzrə hər hansı bir mənəvi zərərin ödənilməsi tələbi də əsassız və qanunsuzdur. İddiaçı “Kanaru Service'’ MMC-yə tibbi nümayəndə vəzifəsi üzrə 15.10.2019-cu il tarixdə "xxxx" vasitəsi ilə CV göndərmiş, 19.10.2019-cu il tarixdə isə özü MMC-nin mütəxəssisi Günel İsgəndərova tərəfindən ofisə dəvət olunmuş və bacarığının (qabiliyyətinin) müəyyən olunması məqsədi ilə, özünün CV-də qeyd etdiyi sənədləri təqdim etməsi tapşırılmışdır. Bir neçə gün ofisə gəlib-getdikdən sonra, İddiaçı tələb olunan sənədləri təqdim etmiş, həmin sənədlər onun CV-də özü haqqında göstərmiş olduğu məlumatlara uyğun olmadığından, xüsusəndə o, ali tibbi təhsilə malik olmadığından cəmiyyətə işə qəbul edilməsindən ona imtina edilmişdir. Belə ki, CV-nin təhsil bəndində İddiaçı 2005-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin pediatr ixtisasını Bakalavr dərəcəsini göstərsə də, təqdim etdiyi BB- İİ 077209 saylı diplomda onun 2006-2008-ci illərdə Naxçıvan Tibb Məktəbinin “tibb bacısı işi”, yəni orta təhsilli tibb ixtisasına yiyələndiyi göstərilmişdir. Bununla da İddiaçı özünün ali tibbi təhsilə malik olmağı barədə yalan məlumat verdiyi məlum olmuşdur. (CV, diplom və əmək kitabçasının surəti əlavə edilir). Daha sonra isə, İddiaçı özünün 2007-2008-ci illərdə X2 tibb bacısı, 2012-2013-cü illərdə Respublika Diaqnostika Mərkəzində neanatoloq assistenti, 2013-2014-cü illərdə “Medera” klinikasında tamoqraf vəzifələrində işləməsini CV-də göstərsə də həmin iş yerləri barədə onun əmək kitabçasında qeyd edilməmişdir. Bundan başqa, müəyyən olundu ki, İddiaçı qanuni təmsilçisi olduğu "xxxx" MMC 2 Saylı Bakı İnzibali-İqtisadi Məhkəməsi e-2-2(82)-665/2019 saylı, 14.08.2019cu il tarixli qətnamə ilə cavabdeh "xxxx" MMC-dən ödənilmiş 30 manat dövlət rüsumu və 11.200 manat məbləğdə pul tutularaq iddiaçı "xxxx" MMC-nə ödənilməsi barədə qətnamə qət etmişdir, (qətnamənin və “Xanika" MMC-nin qeydiyyat sənədinin surəti əlavə edilir). Özü barəsində yalan məlumatlar (sənədlər) verməsi səbəbindən İddiaçı Cavabdeh MMC işə qəbul olunmasından dərhal imtina edilmişdir. Məhkəmə çəkişməsində hüquqlarının müdafiəsində vəkil xidmətindən yararlanmağa ehtiyac duymayan bir hüquqi şəxsin - İddiaçı, həmin məhkəmənin qətnaməsindən bir ay sonra, Cavabdeh MMC-də guya “aldadılaraq işə cəlb edilməsi və bir ay üçün 1,500 manat və cəmi 8,750 manat ödənilməsini” Cavabdeh MMC-dən tələb etməsi və bu fırıldaq məqsədinə məhkəmə vasitəsi ilə cəhd etməsində onun hansı məqsəd güddüyünü, "iddiaçının'' öz sözü ilə deyilsə “anlamaq” heç də çəlin deyildir. Bundan əlavə, İddiaçı tərəfindən imzalanmış və iddia ərizəsinə əlavə edilmiş 20.07.2020-ci il tarixli “əmək haqqımın ödənilməsi barədə pretenziya məktubu"nda göstərilmişdir ki, “ünvan 2 ünvanda yerləşən ofisə dəvət etdilər.” Göstərilən ünvan yaşayış mənzili olmaqla Cavabdeh MMC-nin hüquqi ünvanının qeydiyyata alındığı ünvandır. Həmin ünvanda heç bir ofis mövcud deyildir və həmin ünvanda MMC-nin heç bir əməkdaşı heç vaxt olmamış, heç bir qəbul, görüş, yaxud digər tədbir keçiriməmişdir. Odur ki. İddiaçı həmin ünvana dəvət olunması və özünün orada olması tamamilə yalandır. İddia ərizəsinə əlavə edilmiş 20.07.2020-ci il tarixli “əmək haqqımın ödənilməsi barədə pretenziya məktubu" Cavabdeh MMC-nin hüquqi ünvanına göndərilməsi barədə və rəsmi qaydada “Kanaru Service" MMC tərəfindən alınması barədə heç bir poçt qəbzi, yaxud digər rəsmi sənəd sübut kimi iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Pretenziya məktubu iddia müddətinin axınının həmin tarixdən hesablanması məqsədi ilə iddaçı tərəfindən formal olaraq tərtib olunmuşdur. Məktubun "xxxx" MMC-nin ünvanına yollanmasını və alınmasını təsdiqləyən hər hansı bir rəsmi sənəd məhkəməyə müvafiq qaydada təqdim edilmədiyi təqdirdə, məhkəmə tərəfindən sübut kimi qəbul edilə bilməz. Göstərilənlərə əsasən, İddiaçı tərəfindən iddia tələbi üzrə məhkəməyə mötəbər sübutlar təqdim edilmədiyindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı yuxarıda qeyd olunan məzmunda izahat vermiş iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh MMC-nin direktoru ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsini və onların iştirakı olmdan işə baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 23.09.2020-ci il tarixli, 3(006)-673/2020 saylı qərarından görünür ki, Cavabdeh MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsi və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni zamanda qərardan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı ünvan 3 ünvanda yerləşən “Fizuli Residence" kompleksinin üçüncü mərtəbəsində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30-dək əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. İddiaçı tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış 28.07.2020-ci il tarixli məktubdan görünür ki, ona 2.5 ay müqabilində 3750 manat aylıq əmək haqqı qismində pul ödəməlisinin ona 10 gün müddətində təmin edilməsoini, əks halda məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Səhiyyə Nazirliyinin Naxçıvan Tibb Məktəbi tərəfindən 15.07.2008-ci il tarixdə verilmiş BB-İİ 077209 saylı diplomun surətindən görünür ki, İddiaçı onun 2006-cı ildə məktəbə daxil olmuş və 22.06.2008-ci ildə “tibb bacısı işi” ixtisası üzrə tam kursu bitirmişdir. DƏMX tərəfindən tərtib edilmiş MN ******* saylı, 17.03.2020-ci il tarixli prtokoldan görünür ki, Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Fizuli küçəsi 49 “Fizuli Residence”nin 3-cü mərtəbəsində 2019-cu ilin oktyabrından dekabrın 30-dək İddiaçı əmək və ya mülki hüquqi müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməklə İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. “Orion Corporation” tərəfindən “kadr-az.info” saytında yerləşdirilmiş elandan görünür ki, tibbi nümayəndə vəzifəsi üzrə 1000-1200 manat əmək haqqı ödəmək şərti ilə işçi axtarılır. Beləliklə məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, Fizüli küçəsi, 49 ünvanında yerləşən “Fizuli Residence" kompleksində 2019cu ilin oktyabr ayından dekabr ayının 30-dək Cavabdeh MMC tərəfindən əmək müqaviləsi bağlanmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. Bunun nəticəsində Cavabdeh MMC, tərəfindən 30.12.2019-cu il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyindən, təqsirli bilinmiş, lakin inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından,yəni həmin tarixdən üç aydan artıq müddət keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Həmçinin İddiaçı əmək müqaviləsi bağlanmadan yerinə yetirdiyi işlər üzrə 1000-1200 manat məbləğində əmək haqqının ödənilməli olduğu, ona əmək haqqı qismində ödənilməli olan məbləğdən 134 manat verildiyi müəyyən edilmişdir. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddənin məzmunundan göründüyü kimi, əsassız varlanma ilə bağlı tələbin qaldırılması üçün şərtlər aşağıdakılardır: - Borclu əmlak əldə etsin; - Həmin əmlak kreditorun əmlakı hesabına əldə edilsin; - Bu əldəetmə üçün heç bir hüquqi əsas olmasın. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmiş hallardan göründüyü kimi iddiaçı Cavabdeh MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Fizüli küçəsi, 49 ünvanında yerləşən “Fizuli Residence" kompleksində 2019-cu ilin oktyabr ayından dekabr ayının 30-dək əmək müqaviləsi olmadan işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş, bu da iddiaçının hesabına heç bir hüquqi əsas olmadan cavabdehin varlanmasına gətirib çıxarmışdır. Əsassız varlanmış şəxs isə əldə etdiklərini məhrum olanın – iddiaçının tələbi ilə ona qaytarmalıdır. Məhkəmə elanda qeyd edilmiş xidmətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş minimum əmək haqqının 1000 manat təşkil etdiyini, ödənilməli olan məbləğdən 134 manatın iddiaçıya verildiyini nəzərə alaraq hesab edir ki, 2366 manat məbləğdə pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddiaçının mənəvi ziyana görə 5000 manat məbləğində pulun ödənilməsi tələbi ilə bağlı aşağıdakılar qeyd olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafıq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fıziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Məhkəmə vurulmuş mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, iddiaçının izahatından və təqdim olunmuş sənədlərdən də aydın oldu ki, Cavabdeh MMC-nin qanunsuz əməlləri nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi şübhəsizdir. Lakin məhkəmə mənəvi zərərin məbləğinin iddia tələbində 5.000 manat göstərilməsini çox olmaqla real qiymətləndirmir və hesab edir ki, işin diqqətəlayiq halları nəzərə alınmaqla dəymiş mənəvi zərərin 50 manat məbləğində müəyyən edilməsi daha ağlabatan və ədalətli olar. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, ödənilməmiş əmək haqqı olaraq 2366 manat və vurulmuş mənəvi zərərə görə 50 manat, cəmi 2416 manat məbləğində pul Cavabdeh MMC-dən alınaraq İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Ödənilməmiş əmək haqqı olaraq 2366 (iki min üç yüz altmış altı) manat, mənəvi zərər kimi 50 (əlli) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın 22 manatı, cəmi 2438 (iki min dörd yüz otuz səkkiz) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-2976/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2976/2021
29.07.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver