Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2979/2021 12.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd edib, «qohumluq münasibətləri faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X6nun onun doğma qardaşı, X4 və X25 onların valideynləri olması barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X6nun doğma bacısıdır. Onun doğma qardaşı olan X26 27.11.2018-ci il tarixdə dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit adlı xəstəlik səbəbi ilə vəfat etmişdir. Buna sübut olaraq X16 ölüm haqqında şəhadətnaməsini ərizəsinə əlavə edir. Qardaşının vəfatından sonra Bakı şəhəri Nəsimi rayonu R.Axundov küçəsi 19 saylı evin 18 saylı mənzili miras qalmışdır. Qeyd etmək istəyir ki, o, həmin mənzildə qeydiyyatdadır və orada faktiki olaraq yaşayır. Həmin miras qalan mənzilin 1-ci dərəcəli bütün vərəsələri öz vərəsəlik hüququndan imtina etdiklərindən, həmin miras onun payına düşür. Çünki o, mərhumun doğma bacısıdır və 2-ci dərəcəli vərəsələr sırasındadır. Bakı şəhəri 13 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş 1-ci dərəcəli vərəsələrin imtina ərizələrini öz ərizəsinə əlavə edir. Həmin miras qalmış mənzili qəbul edib, öz adına keçirmək üçün notariat ofisinə müraciət etmişdir. X2 doğum haqqında şəhadətnaməsinin olmadığını bildirmişlər və bununla bağlı o, Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsindən bildirmişlər ki, X16 doğum haqqında şəhadətnaməsi itmişdir və həmin itmiş şəhadətnamənin qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün deyil. Çünki, X26 Ermənistan SSR-də doğulmuşdur və sonuncunun doğum haqqında şəhadətnaməsinin burada olması mümkün deyil, burada qeydiyyata alınmayıb. Nəticədə Qeydiyyat şöbəsindən ona bildirmişlər ki, bu sənədin bərpası yalnız məhkəmə qaydasında mümkündür və bununla bağlı məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Tövsiyəyə əməl edərək, başqa çıxış yolu olmadığı üçün o, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ərizəsinə əlavə etdiyi doğum haqqında şəhadətnaməsindən göründüyü kimi, o, qardaşı X12 Ermənistan SSR-də doğulmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, anası X13 məhkəmə prosesində iştirak edərək, X16 oğlu və onun doğma qardaşı olduğunu təsdiqləyəcək. Hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ona yuxarıda qeyd etdiyi kimi, mirasla bağlı hüquqi sənədlərin əldə edilməsi üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, ailədə 3 bacı, 2 qardaş olmuşlar. X6 onun qardaşı olub, qardaşının həyat yoldaşı və 1 qızı var. Qardaşının həyat yoldaşı və qızı da ərizə verərək miras əmlakın onun adına keçməsinə etiraz etməmişlər. Digər qardaşı, bacıları və anası da ərizə verərək miras əmlakın onun adına keçməsinə etiraz etməmişlər. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlmat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X13 ifadə verərək bildirdi ki, 27 noyabr 2018-ci il tarixdə vəfat etmiş X26 onun oğludur. Ərizəçi onun qızıdır. Mehparə ilə Məharət bacı-qardaşdırlar. X14 ifadə verərək bildirdi ki, 1999-cu ildə RF-də doğulmuşdur. Bacısı və qardaşı yoxdur, təkdir. Məharət onun doğma atasıdır. Atası 27 noyabr 2018-ci il tarixdə vəfat edib. Mehparə onun bibisidir, atası Məharətin doğma bacısıdır. Frunze onun babasıdır, lakin babasını görməmişdir. X7 ifadə verərək bildirdi ki, 21 iyul 1972-ci il tarixdə doğulmuşdur. Məharət onun qardaşı, Mehparə isə bacısıdır. X8r. Anaları isə X5r. Ataları Frunze 1996-cı ildə, qardaşı isə 2018-ci ildə vəfat edib. Qardaşı Məharətin doğum haqqında şəhadətnaməsi naməlum şəraitdə və vaxtda itmişdir. Mirasla bağlı hər hansı etirazı yoxdur. X18 ifadə verərək bildirdi ki, 09 avqust 1982-ci il tarixdə doğulmuşdur. Ərizəçi Mehparə onun bacısıdır. Evdə beş uşaq olmuşlar, 3 bacı, 2 qardaş. Mərhumun iki qızı var idi, bir qızı vəfat edib. Cəmilə xanım Məharətin həyat yoldaşı idi. Məharətlə Cəmilə xanım arasında rəsmi nikah yox idi. X33 onun atasıdır. X13 isə anasıdır. Mirasla bağlı etirazı yoxdur. X9 ifadə verərək bildirdi ki, 14 may 1974-cü il tarixdə doğulmuşdur. Ərizəçi Mehparə onun bacısı, mərhum Məharət isə qardaşıdır. Qardaşı Məharət 2018-ci ildə, xəstəlikdən vəfat edib. X33 atalarıdır, ataları 1996-cı ildə vəfat edib. X13 analarıdır. Mirasla bağlı etirazı yoxdur. X3 ifadə verərək bildirdi ki, 18 avqust 1974-cü il təvəllüdlüdür. X26 ilə 23 fevral 1996cı il tarixdə nikahdan kənar ailə həyatı qurmuşlar. X10 Məharətin atasıdır. X1 Məharətin anasıdır. Məharət 23 noyabr 2018-ci il tarixdə vəfat edib. Mərhum Məharət evin böyük uşağı olub. Mərhumun doğum haqqında şəhadətnaməsi barədə məlumatı yoxdur. Qızı Əsma 27 mart 1999-cu il tarixdə RF-də doğulub. Mirasla bağlı etirazı yoxdur. İş materiallarına əlavə olunmuş: - AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə, Ermənistan SSR-də doğulmuşdur. - 25.12.1970-ci il tarixdə verilmiş İ-ZJ seriylı 106378 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1970-ci il tarixdə, Ermənistan SSRdə (Amasiya rayonu Güllübulaq kəndi) doğulmuşdur. X19, anası X5r. - 03 dekabr 2018-ci il tarixdə verilmiş AZ-İ seriyalı 988518 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X26 27 noyabr 2018-ci il tarixdə Bakı şəhərində, dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit xəstəliyindən vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 03 dekabr 2018-ci il tarixdə 2215 saylı akt qeydi aparılmışdır. - Bakı şəhəri Maraqlı şəxs 06 fevral 2021-ci il tarixli 05/Q-40/68 saylı məktubundan görünür ki, Ərizəçi 27.11.2018-ci il tarixdə vəfat etmiş X16 doğum haqqında akt qeydinin bərpa edilməsi ilə bağlı Maraqlı şəxsnə daxil olmuş ərizəsinə baxılmışdır. Bildirilmişdir ki, Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Göstərilənlərlə bağlı ərizəçinin nəzərinə çatdırılmışdır ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. - Bakı şəhəri 13 saylı notariat ofisində 26 sentyabr 2020-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X32, X20, X22 ikinci növbəli vərəsə kimi 27.11.2018-ci il tarixdə vəfat etmiş qardaşları X15 qalmış mirası qəbul etməmişlər. Bu hüququn bərpası və mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə və digər orqanlara müraciət etməyəcəklər. Mərhum qardaşları X15 miras qalmış Bakı şəhəri Nəsimi rayonu R.Axundov küçəsi 19 saylı evin 18 saylı mənzilinin ikinci növbəli vərəsə olan bacıları, X16 mirasını faktiki qəbul etmiş bacısı Ərizəçi adına rəsmiləşdirilməsinə razıdırlar. - Bakı şəhəri 13 saylı notariat ofisində 26 sentyabr 2020-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X13 27.11.2018-ci il tarixdə vəfat etmiş oğlu X15 qalmış mirası qəbul etməmişdir, etmir. Gələcəkdə bu hüququn bərpası üçün məhkəməyə və digər orqanlara müraciət etməyəcək. Əlavə olaraq bildirmişdir ki, mərhum oğlu X15 miras qalmış Bakı şəhəri Nəsimi rayonu R.Axundov küçəsi 19 saylı evin 18 saylı mənzili faktiki olaraq qəbul edən qızı, miras qoyanın bacısı Ərizəçidır. Qızı Mehparə bu ünvanda qeydiyyatdadır və orada yaşayır. Həmin miras əmlakın ikinci növbəli vərəsə kimi Ərizəçi adına keçməsinə razıdır. Mərhum oğlu X16 birinci növbəli sağ qalmış vərəsəsi o və onun qızı X23r ki, o da mirası qəbul etməməyi barədə ərizə yazmışdır. - Bakı şəhəri 13 saylı notariat ofisində 24 sentyabr 2020-ci il tarixdə təsdiq edilmiş ərizədən görünür ki, X27 27.11.2018-ci il tarixdə vəfat etmiş atası X15 miras qalmış əmlakı qəbul etməmişdir, etmir. Gələcəkdə buraxılmış müddətin bərpası və vərəsəlik şəhadətnaməsinin alınması üçün məhkəməyə müraciət etməyəcək. - 12.02.2013-cü il tarixdə verilmiş AZE seriyalı 13098153 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 01.07.1948-ci il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunda doğulmuşdur. - 15.01.2005-ci il tarixdə verilmiş AZE seriyalı 02849400 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X26 14.03.1969-cu il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunda doğulmuşdur. - AA0400327 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 27.03.1999-cu il tarixdə RF-də doğulmuşdur. - 12.12.2014-cü il tarixdə verilmiş AZE seriyalı 15011740 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X20 21.07.1972-ci il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunda doğulmuşdur. - 23.09.2017-ci il tarixdə verilmiş AZE seriyalı 17294451 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X32 09.08.1982-ci il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunda doğulmuşdur. - İV-JQ seriyalı 498922 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X33 22 dekabr 1996-cı il tarixdə Bakı şəhərində, kəskin ürək-damar çatmamazlığından vəfat etmişdir, bu barədə akt qeydləri kitabında 14 fevral 1997-ci il tarixdə 126 saylı akt qeydi aparılmışdır. - 28.01.2014-cü il tarixdə verilmiş AZE seriyalı 14550618 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 18.08.1974-cü il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunda doğulmuşdur. Azərbaycan Respublikası MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi). İş materialları ilə tam sübuta yetirildi ki, 14.03.1969-cu il tarixdə Ermənistan SSR-də, Amasiya rayonunda doğulmuş, 27 noyabr 2018-ci il tarixdə Bakı şəhərində, dəqiqləşdirilməmiş xroniki tubulointerstisial nefrit xəstəliyindən vəfat etmiş X26 Ərizəçi qardaşı, X33 ilə X13 onların valideynləridirlər. Ərizəçi yuxarıda qeyd olunan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və bu səbəbdən hazırkı iş üzrə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunan faktın müəyyən edilməsi ərizəçiyə mirasla bağlı hüquqi sənədlərin əldə edilməsi üçün zəruridir. Qohumluq faktını müəyyən edən sənədi verən və ilkin akt qeydi aparan orqan Ermənistan SSR-in ərazisində olmuşdur, ərizəçinin qardaşının adına doğum haqqında aparılmış akt qeydi barədə məlumat alınması mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X16 Ərizəçi qardaşı, X33 ilə X4 isə onların valideynləri olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 20 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X16 Ərizəçi qardaşı, X33 ilə X4 isə onların valideynləri olmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş 20 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-2979/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2979/2021
12.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver