Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-2982/2022 11.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "LOMBARD.AZ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə q̇arşı "əmlak və pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdeh "LOMBARD.AZ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə q̇arşı "əmlak və pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə "xxxx" MMC arasında 16 yanvar 2016-cı ildə "Əşyanın lombardda girovu haqqında" AFƏ 241282 saylı müqavilə bağlanmışdır. Müqaviləyə görə 400 (dörd yüz) manat pulun müqabilində cavabdeh iddiaçıdan 20,4 qram qızıl qəbul etmişdir. Bunu cavabdehin vermiş olduğu AEƏ seriyalı, 241282 saylı "girov bileti" təsdiq edir. İddiaçı müqavilənin şərtlərinə tam əməl etmiş və xx.xx.2016-cı ildə AEP № 356567 saylı və xx.xx.2016-cı ildə AEP № 356567 saylı "Kassa mədaxil" orderinin qəbzi ilə ödənişləri etmişdir. İddiaçının "xxxx" MMC qarşısında heç bir öhdəliyi yoxdur. Lakin "xxxx" MMC girov kimi saxladığı qızılları iddiaçıya qaytarmaqdan imtina edir. Səbəb kimi Lombard rəhbərliyi Lombardla Bank arasında problemin olduğunu bəhanə gətirir. Lombardla bankın arasında olan mübahisənin iddiaçıya heç bir aidiyyəti yoxdur. 20,4 qram qızıl-zinət əşyası, həmin əşyalar mövcud olmadıqda isə onların dəyəri olan 3000 manat pul iddiaçıya qaytarılmalıdır. Həmin qızıl-zinət əşyalarında brilyant qaşlar vardır. Bahalı qızıllardır. Göstərilənlərə əsasən cavabdehdən lombarda girov qoyulmuş 20,4 qram qızılın və qızıllar mövcud olmadıqda onların dəyəri olan 3000 (üç min) manat və ödənilmiş 50 (əlli) manat dövlət rüsumunun alınaraq iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" MMC ilə girov qoyan İddiaçı arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AFƏ 241282 saylı əşyanın lombardda girovu haqqında müqavilədən görünür ki, İddiaçı ona məxsus qızıl-zinət əşyalarını "xxxx" MMC-yə saxlanca verir, bunun müqabilində kredit alır. Kredit müştəri tərəfindən girov qoyulan qızıl-zinət əşyalarının dəyərləndirilməsi əsasında verilir. İş materiallarına əlavə edilən 16 yanvar 2016-cı il tarixli, AFƏ № 241282 saylı girov biletinin surətindən görünür ki, İddiaçı həmin tarixdə 5 ədəd üzük (583 əyar) (əzik, lom, biri qaş, qalanları sadə qaş), ç-20,4 qr., t/ç – 18,4 qr., 1 tay sırğa (583) ç-2,6 qr, t/ç-1,8 qr. olan qızıl-zinət əşyalarını cavabdeh "xxxx" MMC-yə girov kimi qoymuş və bunun müqabilində ona qeyd olunan lombard tərəfindən 400 (dörd yüz) manat məbləğində pul vəsaiti verilmişdir. Əsaslandırıcı hissə: Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsində mülki qanunvericiliyinin prinsipləri sırasında mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı göstərilmişdir. Həmin Məcəllənin 6.2-ci maddəsində göstərilmişdir ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Bundan əlavə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269-cu maddəsində girov və ipoteka hüququnun anlayışı verilmişdir. Həmin maddəyə görə ipoteka hüququ ipoteka qoyanın əşyası barəsində ipoteka saxlayanın əşya hüququdur və eyni zamanda borclunun ipoteka saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Girov daşınar əşyalara (ipoteka obyekti olan daşınar əşyalardan başqa) əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda hüquqların da girov qoyulması mümkündür (MM-in 269.1-269.3-cü maddələri). Bununla yanaşı, nəzərə alınmalıdır ki, borclunun kreditor qarşısında yaranan əsas öhdəliklərinin icrasını təmin edən girov aksessor xarakter daşıyır. Girovun aksessor xarakteri ondan ibarətdir ki, girov icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 302.1-ci maddəsinə əsasən şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər. Həmin Məcəllənin 302.2-ci maddəsinə əsasən əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir. Eyni Məcəllənin 302.4-cü maddəsinə əsasən lombard girov götürdüyü əşyanı onun girova qəbul olunduğu anda eyni növlü və keyfiyyətli əşyanın bazar qiymətinə uyğun müəyyənləşdirilən qiymətinin tam məbləğində girov qoyanın xeyrinə sığorta etdirməlidir. Göstərilən Məcəllənin 302.8-ci maddəsinə əsasən lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli, AFƏ 241282 saylı “əşyanın lombardda girovu haqqında” müqavilənin 3.2-ci bəndinə əsasən qızıl-zinət əşyaları qiymətləndirildiyi halda gecikmənin müddəti ən geci 3 gün ilə məhdudlaşdırılır. 3 günün tamamında müştəri lombarda gəlib ödəniş etməzsə, girov qoyulmuş qızıl-zinət əşyalarının satışına nəzarət (sərəncam vermə) hüququ qeyd-şərtsiz lombarda keçir. Bu zaman girov qoyulmuş qızıl-zinət əşyaları bazar qiymətinə uyğun qiymətləndirilir. Qızıl-zinət əşyalarının satışından əldə edilən vəsait son hesablaşmalara əsasən müştərinin əsas borc, faiz məbləği və gecikdirilən faiz məbləği nəzərə alınmaqla "xxxx" MMC-yə olan borcunu ödəməzsə, yaranan borcu müştəri ödəməlidir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən müştəri lombarda gəlib ödəniş etməzsə, qızıl-zinət əşyalarını bazar qiymətinə uyğun qiymətləndirilməsi və satışına nəzarət hüququnu özündə saxlayır. Məhkəmə aparılmış araşdırmanın nəticələrinə istinadən belə qənaətə gəlir ki, İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, cavabdehə olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Göstərilən halı iddiaçı özü də etiraf etmişdir ki, cavabdeh tərəfə müqavilə üzrə borcu hazırda mövcuddur və öhdəliklərini gecikdirmişdir. Məhkəmə mülki işin hallarını təqdim edilmiş sübutlarla birlikdə nəzərdən keçirərək hesab edir ki, hazırkı mübahisənin predmeti olan əşyanın lombardda girovu haqqında müqavilə üzrə əsas öhdəlik vaxtında və tam icra edilmədiyindən qızılların qaytarılması da mümkünsüzdür. Göründüyü kimi iddiaçı tərəfindən müqavilə üzrə əsas kredit borcu vaxtında və tam ödənilmədiyindən hazırda cavabdehdən qızıl-zinət əşyalarının qaytarılmasını tələb etmək əsassızdır. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "LOMBARD.AZ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə q̇arşı "əmlak və pul tələbi"nə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Nəticə hissəsi: Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "LOMBARD.AZ" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə q̇arşı "əmlak və pul tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-2982/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-2982/2022
11.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver