Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-299/2021 19.04.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı Nəsimi rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “öhdəliyin qoyulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsimi Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, onun divarının bərpası Cavabdeh öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, 03.09.2019-cu ildən etibarən onun evinin aparıcı fundamental divarını qonşu Cavabdeh tərəfindən qanunsuz sökərək hamamı və tualet tikməyi barədə demək olar ki, bütün hökümət strukturlarına şikayətlə müraciət etmişdir. Buna baxmayaraq ev xüsusi olduğundan bütün cavablarda məhkəməyə müraciət etməyi bildirmişlər. Onun aparıcı fundamental divarının qalınlığı təxminən bir metrdir. Qonşu divarın öz tərəfindən sökərək orada tualet və hamam tikərək onun divarını uçmaq vəziyyətindədir. Onun ailəsi, uşaqları, nəvələri qorxu içərisində yaşayırlar. Eşitdiyinə görə Cavabdeh İcra Hakimiyyəti strukturunda işlədiyinə görə və onlara güvəndiyinə görə qanunsuzluqlara yol verir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ünvan 1 ünvanı ilə əlaqədar 24.07.1997-ci il tarixli "Texniki pasport"un və 28.04.2015-ci il tarixli "Hüquqların Dövlət Reyestri haqqında Daşınmaz Əmlakı Dövlət Reyestrindən" çıxarışın surətindən görünür ki, qeyd olunan ünvandakı əmlakın ümumi sahəsi 37,8 kv.metr olmaqla, yaşayış sahəsi 14,8 kv.metr, yardımçı sahə 23,0 kv.metrdən ibarətdir. Eyni zamanda məhkəməyə təqdim olunmuş 28.04.2015-ci il tarixli çıxarışın surətindən məlum olur ki, Əlimərdan Topçubaşov küçəsi, 24 ünvanındakı ev ümumi paylı mülkiyyət hüquqi ilə 12 nəfər şəxsin adına hər birinin payı müəyyən edilməklə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. İddiaçının bu ünvandakı əmlak üzərində qeydiyyata alınmış mülkiyyət hüququ üzrə payı cəmi 0,78 kv.metrdən (1/48 hissə) ibarətdir. Başqa sözlə iddiaçının qeyd olunan əmlakdakı payı cüzi olmaqla yanaşı, onun tərəfindən məhkəməyə təqdim olunmuş "Texniki pasport"da "A" tikilisi kimi qeyd olunan texniki sənəddən açıq formada görünür ki, iddiaçı digər şəxslərə məxsus mülkiyyət hüquqlarını mənimsəməklə evin tam mülkiyyətçisi olması kimi mübahisələndirərək, məhkəməyə təqdim etdiyi iddia ərizəsində göstərilən evin fundamental divarın cavabdeh tərəfindən 03.09.2019-cu il tarixdə guya sökülərək orada hamam və tualetin tikildiyini iddia edir. Bununla əlaqədar məhkəməyə təqdim olunan cavabdehin ümumi mülkiyyət hüquqlarımın qeydə alındığı evə dair 1996-cı il tarixli "Texniki pasport"dan və iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş, 1997-ci il tarixli "Texniki pasport"dan tam aydın şəkildə görünür ki, mübahisə tərəflərinin evlərini bir-birindən ayıran, iddiaçıya və 11 nəfər başqa şəxslərə məxsus ümumi paylı əmlakdakı 11,1 kv.metr köməkçi sahə, yəni qaraj (qeyri-yaşayış sahəsi) yerləşdiyi halda (texniki pasportda bu sahənin girişi ayrıca olduğu görünür və iki tərəfdən mənzillə arakəsmə divar ilə ayrılmışdır), məhkəmə qeyd olunan sübutları nəzərə almadan, əsassız olaraq ekspertiza təyin etdi. Cavabdehə məxsus olan Əlimərdan Topçubaşov küçəsi 22 ünvanında yerləşən evin iddiaçıya və başqalarına məxsus köməkçi sahənin bir divarı ilə sərhəd olduğundan və cavabdehə məxsus 1996-cı il tarixli "Texniki pasport"dan açıq şəkildə görünür ki, cavabdehə məxsus tualet və hamam 1996-cı ildən mövcud olmuşdur. İddiaçının məhkəməyə təqdim olunmuş iddia ərizəsində iddia edilir ki, cavabdeh bu tualet və hamamı 03.09.2019-cu ildə inşa etmiş və nəticədə iddiaçıya məxsus evin aparıcı divarı sökülmüşdür. İş materiallarına əlavə edilmiş bütün sübutlar (hər iki tərəfin təqdim etdiyi "Texniki pasport") əsasında iddiaçının iddiasının əsassız olması sübut edildiyi halda, nədənsə sübutlar nəzərə alınmadan əsassız ekspertiza təyin edildi. Məhkəmə nəzərə almalı idi ki, iddiaçının Əlimərdan Topçubaşov küçəsi, 24 ünvanındakı 37,8 kv.metr ümumi sahədən ibarət ümumi paylı mülkiyyətdəki payı cüzi, yəni 0,78 kv.metr (1/48) olduğundan və cavabdehə məxsus evin iddiaçının evi (evin yaşayış sahəsi) ilə bitişdiyi yer yoxdur. Əslində cavabdehə məxsus paylı mülkiyyətdə olan evin bir divarı düşən sahə iddiaçıya yox, başqa payçılara məxsus qarajın, yəni qeyri-yaşayış sahəsinin divarı ilə sərhəd olduğu üçün, Məhkəmə iddiaçının subyektiv hüququnun olmaması və iddianın əsassızlığı səbəbindən iddianı rədd etməli olduğu halda bunu etməmişdir. Məhkəmə nəzərə almalıdır ki, 22 saylı (cavabdehə məxsus) evin divarı ilə iddiaçının payçı olduğu 24 saylı evin qeyri-yaşayış sahəsinin diavrı yan-yanadır. Bu qeyri-yaşayış sahəsi 11,1 kv.metrdən ibarət olduğu halda, iddiaçının isə ümumi əmlakda cüzi, yəni 0,78 kv.metr ümumi paya malikdir. Deməli iddiaçı qeyri-yaşayış sahəsinə (11,1 kv.metr sahəyə) münasibətdə hüququ yoxdur. Sonda cavabdehin nümayəndəsi və vəkili Vəkil iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX ******* saylı çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 4 saylı evin 1/48 hissəsi X4, 1/48 hissəsi İddiaçı, 1/48 hissəsi X6, 1/48 hissəsi X9, 2/12 hissəsi Xanım Bağır qızının, 1/36 hissəsi X7, 1/36 hissəsi X10, 1/36 hissəsi X12, 2/12 hissəsi X5, 2/12 hissəsi X3, 2/12 hissəsi X2, 2/12 hissəsi X1 tam mülkiyyətində olmaqla daşınmaz əmlakın dövlət reyestrində 137 nömrəli reyestr kitabının 12477 nömrəli vərəqində qeydiyyata alınmışdır. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə tikinti-texniki ekspertizası” üzrə Məhkəmə Ekspertiza Mərkəzinin 11 mart 2021-ci il tarixli 10/3575 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “ünvan 2 ünvanını həmin küçədəki, ev 24 saylı ünvanında ayıran divarın iddiaçı tərəfindən təqdim olunan "Texniki pasport" üzrə köməkçi sahəsinin divarı ilə kəsişdiyi müəyyən edilir. 24.07.1997-ci il tarixli "Texniki pasport" üzrə Nəsimi rayonu, Əlimərdan Topçubaşov küçəsi, 24 saylı evin 11,1 kv.metr sahənin xarakteristikası baxımından cavabdehə məxsus ünvan 3 evin kəsişməsi hissəsində tikili köməkçi sahədən ibarət olduğu müəyyən edilir. ünvan 3 ünvanı ilə 24 saylı ünvanı ayıran divarlara baxış keçirilən zaman divarın faktiki olaraq texniki pasportun məlumatlarında göstərilən qaydada olduğu (texniki pasport üzrə hamam ayaqyolu tikilisinin yerləşdiyi) müəyyən edilmiş və cavabdeh tərəfindən hər hansı söküntünün, yenidənqurma və ya yenidənpalanlaşdırma işlərinin aparılmadığı müəyyən edilmişdir. Qeyd olunu ki, tədqiq olunan ünvan 4 ünvanında yerləşən 11,1 kv.metr sahəsi olan tikilinin kəsişmə divarın üzərində (evin kəsişmə hissəsində) rəf şəkilli oyuq açıldığı müəyyən edilmişdir”. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Belə ki, hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Beləliklə, iddiaçı onun divarının bərpası Cavabdeh öhdəlik qoyulması tələb etsə də, öz iddia tələbinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Odur ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti MPM-nin 124.1-ci maddəsinə əsasən, cavabdehdən tutularaq Dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “öhdəliyin qoyulması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə məhkəmə xərci olan ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı tutularaq Dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-299/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-299/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver