Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-30/2021 29.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı QSC BOKTnin cavabdehlər Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit üzrə borcun tutulması, borc tələbinin ipoteka predmetinə və digər əmlaklara yönəldilməsi, əmlakların iddiaçının mülkiyyətinə keçməsi və əmlaklar üzərində hüquqların qeydiyyatı barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2 MMC-dən cəmi 522011,45 manat (əsas borc 500000 manat; faiz borcu 22011,45 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137,7 kv.m olan mənzilə yönəldilməsi, yuxarıda qeyd edilən əmlak üzərində Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və BOKT-nın həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbacan Respublikası ƏMDK yanında DƏDRXnin üzərinə BOKT-nın yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; borc tələbindən yuxarıda göstərilən əmlakın “xxxx” MMC tərəfindən qiymətləndirilmiş 325000 manat məbləğində dəyəri çıxıldıqdan sonra borcun 197011,45 manat məbləğində qalan hissəsinin Cavabdeh2 MMC-yə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, Cavabdeh2 MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, BOKT-nın həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə BOKTnın qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC BOKT məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh2 MMC-dən cəmi 522011,45 manat (əsas borc 500000 manat; faiz borcu 22011,45 manat) məbləğində kredit borcunun və məhkəməyə iddia verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması; borc tələbinin ipoteka predmeti olan vəfat etmiş Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137,7 kv.m olan mənzilə yönəldilməsi, yuxarıda qeyd edilən əmlak üzərində vəfat etmiş Cavabdeh1 mülkiyyət hüququna xitam verilməsi və BOKT-nın həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması, müvafiq olaraq Azərbacan Respublikası ƏMDK yanında DƏDRX-nin üzərinə BOKT-nın yuxarıda qeyd edilən əmlakın yeni mülkiyyətçisi kimi qeydiyyata alınması ilə bağlı hərəkətlərin edilməsi öhdəliyinin qoyulması; borc tələbindən yuxarıda göstərilən əmlakın “xxxx” MMC tərəfindən qiymətləndirilmiş 325000 manat məbləğində dəyəri çıxıldıqdan sonra borcun 197011,45 manat məbləğində qalan hissəsinin Cavabdeh2 MMC-yə məxsus daşınar və daşınmaz əmlaklara yönəldilməsi, Cavabdeh2 MMC-nin həmin əmlaklar üzərindəki mülkiyyət hüquqlarına xitam verilməsi, BOKT-nın həmin əmlaklar üzərində mülkiyyət hüquqlarının tanınması və müvafiq olaraq Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və digər səlahiyyətli orqanların üzərinə BOKT-nın qeyd edilən əmlakların yeni mülkiyyətçisi kimi qeydiyyata alınması barədə öhdəliyin qoyulmasına dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 xx xxxx 2018-ci ildə ölmüşdür, bunu təsdiq edən iş materiallarına əlavə edilmiş 3 saylı “Asan Xidmət” X6 tərəfindən verilmiş xx xxxx 2018-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti vardır. Bu səbəbdən cavabdehin hüquqi varisi müəyyən edilənədək mülki iş üzrə icraat dayandırılmışdır. Qanun üzrə vərəsəlik hüququ haqqında xx xxxxxx 2021-ci il tarixli şəhadətnamədə qeyd edilir: Mən, Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası MM-nin 1159-cu maddəsinə əsasən təsdiq edirəm ki, xx xxxx 2018-ci il tarixdə vəfat etmiş Cavabdeh1 vərəsələri: Azərbaycan Respublikası, ünvan 2 ünvanında qeydiyyatda olan Cavabdeh3 5/8 hissə, ünvan 3 ünvanında qeydiyyatda olan X2 1/8 hissə, Gəncə şəhəri, Nizami rayonu, İvan Turgenyev eb 66 ünvanında qeydiyyatda olan X3 1/8 hissə, Bakı şəhəri, Yasamal rayonu, H.ünvan 6 ünvanında qeydiyyatda olan xx xxxxx 2014-cü il təvəllüdlü azyaşlı oğlu X4 1\8 hissə və onların hər biri miras əmlakdan irs almalıdırlar. Şəhadətnamə verilən miras əmlak Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh1 verilmiş **********27-05301-093048 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa və elektron informasiya sistemindən əldə edilmiş xx xxxxxx 2021-ci il tarixli **********FO74001 nömrəli arayışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137,3 kv.m, yaşayış sahəsi 75,4 kv.m, yardımçı sahəsi 61,9, 4 otaqlı olan mənzildən ibarətdir. Qeyd: miras əmlakın ½ hissəsinə mülkiyyə hüququ haqqında şəhadətnamə verildi. Mülkiyyət hüququ haqqında xx xxxxxx 2021-ci il tarixli şəhadətnamədə qeyd edilir: Mən, Gəncə şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X7 Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36.2-ci maddəsinə əsasən və ər-arvad Azərbaycan Respublikası, Bakı şəhəri, Vaqif pr, ev 3 mənzil 167 qeydiyyatda olan Cavabdeh3 və ərizəsinə uyğun olaraq təsdiq edirəm ki, onların nikah müddətində əldə etdikləri ümumi birgə əmlakın ½ hissəsinə mülkiyyət hüququ vardır. Bu ər-arvadın hər birinin göstərilən paylarda mülkiyyət hüququ təsdiq edilən ümumi birgə əmlakı Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx xxxxxx 2012-ci il tarixdə Cavabdeh1 verilmiş **********27-05301-093048 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137,3 kv.m, yaşayış sahəsi 75,4 kv.m, yardımçı sahəsi 61,9 kv.m, 4 otaqlı olan mənzildən ibarətdir. Bu səbəbdən Cavabdeh3 iş üzrə Cavabdeh1 hüquqi varisi kimi tanındığından Cavabdeh3 işə cavabdeh qismində cəlb edilmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmədə iddianı müdafiə etdiyini bildirərək izahatında göstərdi ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı fərmanının icrası ilə əlaqədar “xxxx” ASCnin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC BOKT-na keçmişdir. Həmin fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh2 MMC-nə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxx 2016-cı il tarixli 256 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-na təhvil verilmişdir. Akta əsasən cavabdehin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 522011,45 manat (əsas borc 500000 manat; faiz borcu 22011,45 manat) məbləğində borcu olmuşdur. Həmin borc cavabdehlə “xxxx” ASC arasında 24 aprel 2014cü ildə bağlanmış kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxxxxx 2017-ci il tarixə Cavabdeh2 MMC-nin qeyd olunan kredit müqavilələri üzrə cəmi ümumi borcu 522011,45 manat məbləğində təşkil edir. Bu borcun təminatı olaraq, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137,7 kv.m olan mənzilCavabdeh2 MMC-nin qeyd olunan kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, yüklülük Daşınmaz əmlakın dövlət reyestrində RX seriyalı ******* nömrəsi ilə qeydə alınmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh2 MMC borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair Cavabdeh1 bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Bundan başqa, iddiaçı məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır ki, həmin məbləğin də cavabdehdən tutulmasını xahiş edir. Sonda iddiaçının nümayəndəsi iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil iddianı qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2015-ci il tarixli 570 saylı fərmanının icrası ilə əlaqədar “xxxx” ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ xx xxxxxx 2015-ci il tarixli müqavilə əsasında İddiaçı QSC BOKT-na keçmişdir. Həmin fərmanın icrası ilə bağlı “xxxx” ASC-nin Cavabdeh2 MMC-nə qarşı müqavilə öhdəliklərindən irəli gələn problemli borcu üzrə tələb hüququ da xx xxxx 2016-cı il tarixli 256 saylı təhvil-təslim aktı əsasında İddiaçı QSC BOKT-na təhvil verilmişdir. Akta əsasən Cavabdeh2 MMC-nin təhvil-təslim olunan tarixə “xxxx” ASC-yə cəmi 522011,45 manat (əsas borc 500000 manat; faiz borcu 22011,45 manat) məbləğində borcu olmuşdur. Həmin borc Cavabdeh2 MMC ilə “xxxx” ASC arasında 24 aprel 2014-cü ildə bağlanmış 78/14 saylı kredit müqaviləsinə əsasən yaranmışdır. xx xxxxxx 2017-ci il tarixə Cavabdeh2 MMC-nin qeyd olunan kredit müqavilələri üzrə cəmi ümumi borcu 522011,45 manat məbləğində təşkil edir. Bu borcun təminatı olaraq, Cavabdeh1 ilə “xxxx” ASC arasında bağlanmış xx xxxxx 2014-cü il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 137,7 kv.m olan mənzil Cavabdeh2 MMC-nin qeyd olunan kredit müqavilələrindən irəli gələn kredit öhdəliklərinin icrasını təmin etmək üçün “xxxx” ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan İddiaçı QSC BOKT-nın xx xxxxxx 2017-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin 500000 manat məbləğində əsas borcu, 22011,45 manat məbləğində faiz borcu, cəmi 522011,45 manat borcu vardır. Məhkəmə tərəfindən təyin edilmiş “Məhkəmə mühasibatlıq və qiymətləndirmə ekspertizası” üzrə “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli H/02-PLS saylı hesabatında göstərilmişdir: “Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b mənzil 46 üzrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti mənzilin bazar dəyəri 192000 manat; mənzilin likvid dəyəri 134400 manatdır”. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, «ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir». Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 739.1-ci maddəsində borc (kredit) müqaviləsinə verilmiş anlayışdan görünür ki, borc alan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borc alanın - Cavabdeh2 MMC-nin üzərinə düşür. Lakin, mülki işdə cavabdehin öhdəliyini icra etməsini təsdiq edən sübutlar yoxdur. Beləliklə, Məhkəmə Azərbaycan Respublikası MM-nin 425, 427, 439, 442, 448, 462-ci maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü tələb qismən təmin edilməlidir. Belə ki, Mülki Məcəllənin 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 449.4-cü maddəsinə görə isə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Eyni Məsəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məsəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Göründüyü kimi, “xxxx” ASC Cavabdeh2 MMC-nin qarşısında müqavilə nəzərdə tutulduğu öhdəliklərini lazımınca icra etsə də, Cavabdeh2 MMC kredit müqavilələri ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etməmişdir. «İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə görə «əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi». Həmin Qanununun 33-cü maddəsinə «əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər». “İpoteka haqqında” Qanunun 39.3.3-cü bəndinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Hazırkı iş üzrə ipoteka müqaviləsində ipoteka predmeti qiymətləndirilmişdir. Belə ki, “xxxx” MMC-nin xx xxxxxx 2021-ci il tarixli H/02-PLS saylı hesabatında göstərilmişdir: “Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b mənzil 46 üzrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti mənzilin bazar dəyəri 192000 manat; mənzilin likvid dəyəri 134400 manatdır”. Məhkəmə göstərilən məbləği ipoteka predmetinin ilkin satış qiyməti hesab edir. Azərbaycan Respublikası MM-nin 317.1-ci maddəsinə əsasən, «borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər». Həmin Məcəllənin 318.1-ci maddəsinə görə, «əgər müqavilədə ayrı şərt qoyulmayıbsa, ipoteka verilməsi xərclərini borclu çəkir». Azərbaycan Respublikası MM-nin 319.1-ci maddəsinə əsasən «əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetrilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir». Azərbaycan Respublikası MM-nin 307.6-cı maddəsinə əsasən, «ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır». Həmin Məcəllənin 309-cu maddəsində göstərilmişdir ki, «daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əmlakın ipotekası haqqında müqavilə isə dövlət qeydiyyatına alınmalı olan daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır». İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odur ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olaraq Cavabdeh2 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 MMC-dən əsas borc 500000 manat, 22011,45 manat faiz borcu, cəmi 522011,45 (beş yüz iyirmi iki min on bir manat qırx beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC BOKT-nın xeyrinə tutulmalı; tutma Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b, 46 saylı mənzilinə yönəldilməli, həmin mənzil 134400 (yüz otuz dörd min dörd yüz) manat ilkin satış qiyməti ilə müəyyən edilməklə açıq hərracda satılmalı və borc Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b, 46 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC BOKT-yə ödənilməli; satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilməli; iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə MPM-in 216-220 və 222-ci maddələrinə əsasən qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən əsas borc 500000 manat, 22011,45 manat faiz borcu, cəmi 522011,45 (beş yüz iyirmi iki min on bir manat qırx beş qəpik) manat məbləğində kredit borcu və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı QSC BOKT-nın xeyrinə tutulsun. Tutma Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b, 46 saylı mənzilinə yönəldilsin, həmin mənzil 134400 (yüz otuz dörd min dörd yüz) manat ilkin satış qiyməti ilə müəyyən edilməklə açıq hərracda satılsın və borc Bakı şəhəri, Nəsimi rayonu, Şamil Əzizbəyov küçəsi, ev 88b, 46 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC BOKT-yə ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-30/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-30/2021
29.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver