Məhkəmə qərarları › İş №2(006)-30/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-30/2024

12.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-30/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Məhkəmə iclas katibi Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MTK-ya (əvvəlki adı: "xxxx" MMC) qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MTK-ya (əvvəlki adı: "xxxx" MMC) qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh "xxxx" MTK (əvvəlki adı: "xxxx" MMC) arasında bağlanmış 24 iyul 2018-ci il tarixli müqavilənin şərtlərinə əsasən 2021-ci ilin iyun ayından etibarən aylıq 500 manat kirayə haqqının, ümumilikdə 6000 manat pulun cavabdehdən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə mülki işin materiallarını araşdırıb hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MTK-ya (əvvəlki adı: "xxxx" MMC) qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası üzrə 2(006)-30/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatında olan iddiaçı "xxxx" MTK-nın (əvvəlki adı: "xxxx" MMC) cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə e-2(006)-41/2024 saylı mülki işlə bir icraatda birləşdirilməlidir. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, iddiaçı “"xxxx" MTK-nın (əvvəlki adı: "xxxx" MMC) cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və hal-hazırda e-2(006)-41/2024 nömrə adı altında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatındadır. İş materiallarında olan “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, İddiaçı cavabdeh "xxxx" MTK-ya (əvvəlki adı: "xxxx" MMC) qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş və hal-hazırda 2(006)-30/2024 nömrə adı altında baxılmaqdadır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinin tələbinə görə hakim həmin məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Məhkəmə hər iki mülki iş arasında irəli sürülmüş tələblərə bir prosesdə baxılmasına imkan verən obyektiv əlaqənin mövcud olmasını, həmçinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsi zərurətini nəzərə alaraq, hər iki işin bir icraatda baxılmasını məqsədəmüvafiq hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 169, 184, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MTK-ya (əvvəlki adı: "xxxx" MMC) qarşı «müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi” tələbinə dair iddiası üzrə 2(006)-30/2024 saylı mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidovanın icraatında olan iddiaçı "xxxx" MTK-nın (əvvəlki adı: "xxxx" MMC) cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və s.” tələbinə dair iddiası üzrə e-2(006)-41/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar