Məhkəmə qərarları › İş №2(006)-3006/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3006/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3006/2023 05.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə və cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "X1” MMC-nin xx.xx.2017-ci il tarixli GMPE1- 23/2017 saylı müqavilə ilə üzərinə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "X1” MMC-nin xx.xx.2017-ci il tarixli GMPE1- 23/2017 saylı müqavilə ilə üzərinə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MTK iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, "Sifarişçi" İddiaçı .Adil qızı ilə "İcraçı" “X1"MMC arasında bağlanmış xx.xx.2017-ci il tarixli GMPE1-23/2017 saylı müqaviləyə əsasən CavabdehMMC icraçı olaraq ünvan 1 ünvanında "xxxx" MMC-nin tikintisini apardığı 23 mərtəbəli çox mənzilli yaşayış binasında Ş.Mehdiyev küçəsi 89, 23 mərtəbəli, 2 bloklu binanın. El bloku 11-ci mərtəbədə yerləşən ümumi sahəsi 145.85 kv metr olan 23 nömrəli mənzili texniki şərtlərə uyğun tikilərək "Sifarişçi’nin istifadəsinə verməkdən. "Sifarişçi"nin isə müqavilənin 2 saylı əlavəsində nəzərdə tutulan şərtlərə uyğun ödəniş qrafikinə əsasən ümumi olaraq 163643 manat pul vəsaitinin ödənilməsindən ibarət olmuşdur. "Sifarişçi" olaraq xx.xx.2017-ci il tarixli GMPE1-23/2017 saylı müqavilənin şərtlərinə əsasən Ş.Mehdiyev küçəsi 89. 23 mərtəbəli, 2 bloklu binanın, El blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 145.85 kv metr olan 23 nömrəli mənzilə görə tərəfindən 163643 manat pul vəsaiti tanı şəkildə ödənilmiş və “GİLAN*’ MMC tərəfindən ona mənzilə görə borcumun olmaması barədə xx.xx.2018-ci il tarixli 28 nömrəli maliyyə arayışı verilmişdir.Bu səbəbdən "xxxx" MMC-nin üçüncü şəxs qismində işə cəlb olunmasının zəruri olduğunu hesab edir. Hal-hazırda xx.xx.2017-ci il tarixli GMPE 1- 23/2017 saylı müqaviləyə əsasən aldığı 145.85 kv metr sahəsi olan 3 otaqdan ibarət. 23 nömrəli mənzildə ailə üzvlərində birikdə yaşayırlar. Lakin buna baxmayaraq aldığı mənzilə dair mülkiyyət hüququnu əldə edə bilmirlər. Daşınmaz əmlaka dair mülkiyyət hüququnun əldə edilməsi məqsədilə ASAN Xidmətdə yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq stuktur bölməsinə müraciət eldiyi zaman, hüquqi şəxs tərəfindən inşa olunmuş coxmənzilli binada yerləşən. mənzilə dair tərəflər arasında nolarial qaydada təsdiq olunmuş müqavilənin təqdim olunması tələb olunur. Belə ki. “İcraçı" "X2” MMC ilə arasında bağlanmış xx.xx.2017-ci il tarixli GMPE1-23/2017 saylı müqavilənin 3-cü hissəsi ilə tərəflərin öhdəlikləri müəyyən edilınişdir. "Sifarişçi” olaraq müqavilə ilə üzərinə düşən bütün öhdəliklər tam şəkildə yerinə yetirilmişdir. Lakin buna baxmayaraq dəfələrlə İcraçıya müraciət edərək müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirilməsini tələb etməyinə baxmayaraq müqavilənin “3.1.2.Tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini “Sifarişçiyə təhvil vermək.” bəndi ilə üzərinə düşən öhdəlikləri yerinə yetirmir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini qəbul etməyərək məhkəmədən iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında xx.xx.2017 tarixli GMPE1-23/2017 saylı müqavilənin sürətindən görünür ki, "xxxx" MMC-nin ünvan 2 ünvanlarında yerləşən yaşayış binasında «E1» bloku, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 145.85 kv.m olan 23 saylı mənzilinin sifarişçinin istifadəsinə verilməsi məqsədilə bağlanmışdır. Həmin müqavilənin 3.1.2-ci bəndində göstərilmişdir ki, icraçı tikinti başa çatdıqdan sonra əvvəlcədən nəzərdə tutulmuş mənzilin bütün sənədlərini sifarişçiyə təhvil verməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan həmin müqaviləyə "Sifarişçinin öhdəliyi" adlanan 2 saylı əlavədən görünür ki, sifarişçi alacağı yaşayış sahəsinin vahid dəyəri razılaşdıqları ümumi dəyəri 163643 manat olaraq tam və nəğd şəkildə sifarişçinin tam ödəniş qrafikinə əsasən ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli 28 saylı maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin ünvan 2 ünvanlarında yerləşən yaşayış binasında «E1» bloku, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 145.85 kv.m olan 23 saylımənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə "xxxx" MMC-yə borcu yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 194, 196, 198, 200, 202, Şərafət Mehdiyev küçəsi 129, 133 saylı yaşayış məntəqəsinin mülkiyyətçisi "xxxx" MMC-dir. İş materiallarında olan 013/15 saylı xx.xx.2015-ci il tarixli xidmət müqaviləsinin surətindən görünür ki, hazırkı müqaviləyə müvafiq olaraq Cavabdeh MMC (İcraçı) "xxxx" MMC (Sifarişçi)yə məxsus olan ünvan 3 ünvanında yerləşən dörd bina 6 blok 364 mənzildən ibarət yaşayış kompleksinin idarə edilməsi ilə bağlı bu müqavilənin 1.2-ci maddəsində qeyd edilən xidmətləri göstərməyi öz üzərinə götürür (Sifarişçi) isə mülkiyyətində olan yuxarıda qeyd edilmiş blokları (İcraçı)nın idarəetməsinə verir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, iddia ərizəsində qeyd edilən alqı-satqı müqavilələrindən, Gilan» MMC-nin xx.xx.2018-ci il tarixli 28 saylı maliyyə arayışının surətindən görünür ki, "xxxx" MMC-nin ünvan 2 ünvanlarında yerləşən yaşayış binasında «E1» bloku, 11-ci mərtəbədə yerləşən, ümumi sahəsi 145.85 kv.m olan 23 saylıi mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmiş və onun mənzilə görə müqavilə üzrə "xxxx" MMC-yə borcu yoxdur. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC arasında müqavilə bağlansa da, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 194, 196, 198, 200, 202, Şəfahət Mehdiyev küçəsi 129, 133 saylı yaşayış məntəqəsinin mülkiyyətçisi "xxxx" MMC-dir və "xxxx" MMC 013/15 saylı 01 oktyabr 2015-ci il tarixli xidməti müqavilə ilə həmin mənzillərin icraçılığını Cavabdeh MMC-yə həvalə etmişdir. Müqavilələr üzrə Cavabdeh MMC-nin iddiaçının qarşısında hər hansı bir icra edilməmiş öhdəliyi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "X1” MMC-nin xx.xx.2017-ci il tarixli GMPE1-23/2017 saylı müqavilə ilə üzərinə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-yə qarşı "X1” MMC-nin xx.xx.2017-ci il tarixli GMPE1- 23/2017 saylı müqavilə ilə üzərinə öhdəliklərin yerinə yetirilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar