Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-302/2021 18.02.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 Vilayət oğlunun iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Bakı şəhəri, Nəsimi rayonu, Xətai Prospektində yerləşən 32 saylı mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, mübahisəli mənzil ünvan 1 ünvanında yerləşir və ümumi sahəsi 54 kv.m olmaqla 4 otaqdan ibarətdir. Həmin mənzil xüsusi mülkiyyət kimi Dövlət qeydiyyatındən keçməsə də, mənzil mərhum X2nın və onun şəxsi vəsaitləri hesabına alınaraq, əlavə otaqlar tikilməklə təmir edilib yaşamaq üçün yararlı vəziyyətə salınmışdır. Belə ki, onlar əslən ermənistanlıdırlar. X2 1942-ci ildə Ermənistanda anadan olmuş, ermənistanda ailə qurmuş və həmin nigahdan iki qardaş və iki bacı anadan olmuşlar. O, xx.xx.1964-cü ildə anadan olmuşdur və hazırda 56 yaşı var. Ermənilər Azərbaycanlıları kütləvi surətdə ermənistandan qovanda, yəni 1988ci ildə onlar ailəliklə Ermənistandan qaçıb Azərbaycana gələrək, ilkin olaraq Tərtər rayonunda məskunlaşmışlar, onlar ermənistandan qovulanda onun 24 yaşı var olmuşdur. Ermənistanda yaşadıqları vaxt dərzi işləyərək xeyli pul toplamış və Azərbaycana gələndə həmin pulu özü iləaparmışdır. Tər-Tər rayonunda ciddi işsizlik problemi olduğundan, Bakı şəhərində mənzil alaraq, Bakı şəhərinə köçmək qərarına gəlmiş və "ev dəllalları" vasitəsilə mənzil axtarmışlar. 1989-cu ildə “ev dəllalları" vasitəsilə, Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti 32 ünvanında yerləşən mənzili tapmış və mənzilin sahibinə 16000 (on altı min) manat verərək mənzili almışlar. Bildirir ki, həmin pulun 10000 (on min) manatını mərhum X2, 6000 (altı min) manatını o vermişdir. Mənzili alandan sonra ailəsi ilə həmin mənzilə köçərək yaşamağa başlamışlar. Bakı şəhərinə gələndən sonra, ailənin yeganə gəlir gətirəni o olmuşdur. O, orta məktəbdə müəllimə işləmiş, eyni zamanda evdə şagird hazırlaşdıraraq pul qazanmış və qazandığı həmin pulları mənzilin təmir edilməsinə və əlavə otaqlar tikilməsinə sərf etmişdir, mənzilə köçəndən sonra, anası X10 mənzilə qeydiyyata alınmışdır. Bundan onra ailə quraraq həyat yoldaşının yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsi 3 saylı binanın 77 saylı mənzilinə gəlin köçmüşdür və həmin mənzilə qeydiyyata alınmışdır. O, gəlin köçəndə özünə məxsus bütün əmlakı mübahisəli evdə qalmışdır. O, ailə qurub gəlin köçəndən sonra mütəmadi olaraq mübahisəli mənzilə gələrək anasına qulluq etmiş, evin pulla bağlı problemlərinin həllində kömək etmişdir. Həyat yoldaşı 1993-cü ildə avtoqəza nəticəsində rəhmətə getmiş, həyat yoldaşının dəfn mərasimləri başa çatandan sonra mübahisəli mənzildə yaşamışdır. X3 2015-ci ildə rəhmətə getmişdir. Anasının bütün dəfn xərcləri, üçü, yeddisi, qırxı onun tərəfindən və onun vəsaiti hesabına keçirilmişdir. Anasının qəbrinin üstünü o götürmüşdür. Anası rəhmətə gedəndən sonra da həmin mənzildə qalmaqda davam etmişdir və bu gündə həmin mənzildə yaşayır. Onun 1999-cu ildən ünvan 1, mənzil 32-də yaşadığını qonşular təsdiq edirlər. Bu barədə notariat kontorunun təsdiq etdiyi ərizəni məhkəməyə təqdim edir, cavabdehlərə münasibətdə bildirir ki, Cavabdeh1 onun qardaşının qızı, digər Cavabdeh2 isə qardaşının nəvəsidir. Göstərilənləri nəzərə alaraq, onun Bakı şəhəri, Nəsimi rayonu, Xətai Prospektində yerləşən 32 saylı mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 yuxarıda qeyd olunan məzmunda ifadə verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil1 iddianı qəbul etməyərək, verilmiş iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia rədd edilməlidir. Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 202 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi: Məhkəmə qətnaməsidir. Nəsimi rayonu MKTB 17 saylı MKİS tərəfindən verilmiş 43 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 Nəsimi rayonu, Xətai prospekti ünvanında yerləşən və özbaşına tikili olan 32 saylı evdə qeydiyyatdadırlar. X5, X1 və X6 tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, İddiaçı 1999-cu ildən bu günə kimi X2na məxsus olan Xətai pr, ev 32, M 32 ünvanında həqiqətən qeydiyyatsız yaşayır. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı 1999-cu ildən bu günə kimi X2 tərəfindən əldə edilmiş və özbaşına tikili hesab edilən Bakı şəhər, Nəsimi rayonu, Xətai prospekti, 32 saylı evin 5 saylı mənzilində qeydiyyatsız yaşayır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin evə 2000-ci ildə qeydiyyata alınmışlar. Hazırda iddiaçı onun Bakı şəhəri, Nəsimi rayonu, Xətai Prospektində yerləşən 32 saylı evin 5 saylı mənzilindən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Tərəflərdən heç birinin mübahisəli mənzilə dair müvafiq hüquqmüəyyənedici sənədləri yoxdur. Məhkəmə hazırki iddia ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Həmin Məcəllənin 180.3-cü maddəsinə görə özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. İddiaçının istifadə hüququnun tanınmasını tələb etdiyi mübahisəli mənzil dövlət reyestrində qeydiyyatdan keçmədiyindən və onun tikintisi üçün lazımi icazələr alınmadığından hüquqi statusu etibarilə özbaşına tikili hesab edilir. Başqa sözlə mübahisəli mənzilə mülkiyyət hüququnun tanınmasından söhbət gedə bilmədiyi kimi, onun tərkib hissəsi olan istifadə hüququnun məhkəmə qaydasında tanınmasından da söhbət gedə bilməz. Yuxarıda sadalanan maddi hüquq normalarının mənasından da göründüyü kimi, özbaşına tikintiyə mülkiyyət hüququnun, o cümlədən onun tərkib elementlərindən olan istifadə hüququnun əmələ gəlməsi mümkün deyildir. Belə ki, qüvvədə olan mülki qanunvericiliyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152-ci maddəsi). Qeyd olunanlara uyğun olaraq məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Nəticə hissəsi: Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “istifadə hüququnun tanınması” tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-302/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-302/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver