Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-303/2022 01.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, cavabdehin nümayəndəsi X1, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilinin, ünvan 1 ünvanında yerləşən 0,0600 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Qax rayonu Ağçay kəndində ümumi sahəsi 81,90 kv.m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,0600 ha torpaq sahəsinin, 2000-ci il buraxılışlı, gümüşü metal rəngli **-EK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı və 2009-cu il buraxılışlı, ağ mirvari rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobillərin 1/2 hissəsinə onun, 1/2 hisəsinə isə Cavabdeh pay hüququnun müəyyən edilməsi; onun azyaşlı övladları - 09.09.2009-cu il təvəllüdlü X3 və 17.02.2013-cü il təvəllüdlü X2 ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə barışıq sazişi təqdim etməklə barışıq sazişi imzalandığını, bu barədə barışıq sazişi tərtib edildiyini və barışıq sazişinin təsdiq edilməsinin hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh və cavabdehin nümayəndəsi və vəkili Nümayəndə «birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbi ilə bağlı tərəflər arasında barışıq sazişinin imzalandığını, barışıq sazişinin şərtləri ilə razı olduğunu bildirmiş, iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Barışıq sazişindən görünür ki, tərəflər aşağıdakılar barədə razılığa gəlmişlər:
1. “İddiaçı - Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilin onun payına düşən ½ hissəsindən imtina etməsi müqabilində Cavabdeh xeyrinə ünvan 1 ünvanda yerləşən 0,0600 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Qax rayonu Ağçay kəndində ümumi sahəsi 81,90 kv.m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,0600 ha torpaq sahəsinin, 2000-ci il buraxılışlı, gümüşü metal rəngli **-EK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı və 2009-cu il buraxılışlı, ağ mirvari rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobillərin onun payına düşən ½ hissəsindən imtina etməyi, gələcəkdə həmin əmlaka dair heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür.”
2. “Cavabdeh - İddiaçı ünvan 1 ünvanda yerləşən 0,0600 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Qax rayonu Ağçay kəndində ümumi sahəsi 81,90 kv.m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,0600 ha torpaq sahəsinin, 2000-ci il buraxılışlı, gümüşü metal rəngli **-EK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı və 2009- cu il buraxılışlı, ağ mirvari rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobillərin onun payına düşən ½ hissəsindən imtina etməsi müqabilində İddiaçı xeyrinə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilin onun payına düşən ½ hissəsindən imtina etməyi, gələcəkdə həmin əmlaka dair heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür.” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.3-cü və 52.4-cü maddələrinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 191-ci maddəsinə əsasən tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə oluna bilər. Hakim tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1 və 262.4-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Bu Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə barışıq sazişini iş materialları ilə müqayisəli şəkildə araşdırıb, proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, İddiaçı və Cavabdeh arasında tərəf olduqları “birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki iş ilə əlaqədar bağlanmış və müvafiq şərtləri özündə əks etdirən 01.02.2022-ci il tarixli barışıq sazişi qanuna zidd olmadığından və iş üzrə tərəflərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından təsdiq edilməli, mülki iş üzrə icraata xitam verilməli, tərəflərə Azərbaycan Respublikası MPM-nin 262.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verildiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.4, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı və Cavabdeh arasında bağlanmış və aşağıdakı şərtləri özündə əks etdirən 01.02.2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin:
1. “İddiaçı - Cavabdeh Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilin onun payına düşən ½ hissəsindən imtina etməsi müqabilində Cavabdeh xeyrinə ünvan 1 ünvanında yerləşən 0,0600 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Qax rayonu Ağçay kəndində ümumi sahəsi 81,90 kv.m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,0600 ha torpaq sahəsinin, 2000-ci il buraxılışlı, gümüşü metal rəngli **-EK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı və 2009-cu il buraxılışlı, ağ mirvari rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobillərin onun payına düşən ½ hissəsindən imtina etməyi; gələcəkdə həmin əmlaka dair heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür” məzmunlu barışıq sazişi təsdiq edilsin.
2. “Cavabdeh - İddiaçı ünvan 1 ünvanında yerləşən 0,0600 ha yaşayış məntəqələri təyinatlı torpaq sahəsinin, Qax rayonu Ağçay kəndində ümumi sahəsi 81,90 kv.m olan fərdi yaşayış evinin və fərdi yaşayış evinin yerləşdiyi 0,0600 ha torpaq sahəsinin, 2000-ci il buraxılışlı, gümüşü metal rəngli **-EK-*** dövlət qeydiyyat nişanlı “Mercedes E200” minik markalı və 2009- cu il buraxılışlı, ağ mirvari rəngli, **-BG-*** dövlət qeydiyyat nişanlı “Toyota Prado” minik markalı avtomobillərin onun payına düşən ½ hissəsindən imtina etməsi müqabilində İddiaçı xeyrinə Bakı şəhəri Nəsimi rayonu Tbilisi prospektində yerləşən 78 nömrəli evin 19 saylı mənzilinin onun payına düşən ½ hissəsindən imtina etməyi; gələcəkdə həmin əmlaka dair heç bir tələb irəli sürməyəcəyini öhdəsinə götürür” məzmunlu barışıq sazişi təsdiq edilsin.
İddiaçı Cavabdeh qarşı «birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü və s.” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. İddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 40 manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Cəmilə Musayeva