Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3030/2023 26.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, İddiaçı, Cavabdeh1 və onun nümayəndəsi və vəkili X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1987-ci ildə ailə quraraq mərhum həyat yoldaşı X17 və mərhum qaynatası X9 yaşadıqları ünvan 1 ünvana gəlin köçmüşdür. Həmin yaşayış sahəsi iki hissədən ibarət olub yuxarı qatda iddiaçı, yoldaşı və iki oğlu, aşağı qatda isə qaynatası yaşamışdır. Gündüz saatlarında hamısı aşağı qatda olmaqla, yatmaq vaxtı gələndə o, mərhum həyat yoldaşı və uşaqlar yuxarı qata çəkilirdilər. 2010-cu ildə mərhum həyat yoldaşı ilə nikahları pozulduqdan sonra yaşadığı evə buraxılmadığı üçün iddiasına əsasən Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)- 3683/10 saylı qətnaməsi ilə iddiaçı ünvan 2 ünvana köçürülməyi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar 2011-ci il tarixli, 2(103)-364/1 saylı qətnaməsinə əsasən 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/10 saylı qətnamə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/11 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin 13 yanvar tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sabiq həyat yoldaşı və qayınatası dünyalarını dəyişdikdən sonra iddiaçı uzun illər əvvəllər olduğu kimi köçürüldüyü M.Əlizadə küçəsi ev 46/48 ünvanın hər iki qatından istifadəsini davam etməyə başladı. Alt qatı ələ keçirmək istəyən qayınları Cavabdeh1 və Cavabdeh2 özbaşına olaraq alq qatın qapısını qıraraq əşyalarını bayıra tullamış, həmin qapıya öz qıfıllarını salaraq mənzilin alt qatına girməyinə maneələr yaratmışlar. Cavabdehlər, xüsusilə Cavabdeh1 bu hərəkətlərini onunla əsaslandırırlar ki, guya ki, o, bacı və qardaşları ilə M.Əlizadə küçəsi ev 46/48 ünvanda yaşayırlar. Həmin mənzil ata mülkü olduğundan onun və qardaş-bacılarının ümumi istifadəsindədir və onlar həmin ünvanda qeydiyyatdadırlar. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)5165/21 saylı qərardadı ilə müəyyən edilir ki, Cavabdeh1, İddiaçı və onun oğlu X10 Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evdən qeydiyyatdan çıxarılması öhdəliyini Nəsimi RPİ-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə iddianı mümkün saymamışdır. Belə ki, məhkəmə Cavabdeh1 həmin iddianı qaldırması üçün subyektiv hüquqa malik olmaması qənaətinə gəlmişdir. Məhkəmənin belə qənaətinə gəlməsi üçün səbəb Cavabdeh1 işdə olan ona məxsus şəxsiyyət vəsiqəsinə əsasən M.Əlizadə küçəsi, ev 48 ünvanda qeydiyyatda olmasını, Cavabdeh1 ünvan 13 ünvana hər hansı bir hüququnun sübutla təsdiq edilməməsini, onun başqa ünvanda qeydiyyatda olması olmuşdur. Həmin Məhkəmə Cavabdeh1 təqdim etdiyi 59 saylı MKİS tərəfindən verilmiş, onun və qardaş-bacılarının M.Əlizadə küçəsi, ev 46/48 ünvanda qeydiyyatda olmalarına dair arayışa münasibət bildirərək göstərmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşı barədə yaşayış yeri yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilərək, şəxsin yaşayış yeri üzrə qeydiyyata alan orqan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyidir. Sözügedən məhkəmə qeyd edir ki, Cavabdeh1 mübahisə predmeti ilə bağlı (M.Əlizadə 46/48 ünvanla bağlı) cavabdehlərə qarşı, yəni İradə Ysifovaya qarşı öz hərəkətlərinə hüquqi ixtiyar ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, onun belə bir hüquqa qanun, müqavilə və inzibati aktla təsbit edilmədiyindən, iddia mümkün sayılmamışdır. Beləliklə, qeyd olunanlarla müəyyən olunur ki, Cavabdeh1 tamam başqa bir ünvanda yaşamaqla M.Əlizadə 46/48 ünvan üzrə bu və ya digər hüquqa malik deyildir. Nəsimi Rayon Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2(006)-88/23 saylı qətnaməsinə əsasən, 03 mart 2023-cü il tarixli, 10/783 saylı ekspert rəyinə görə Cavabdeh1 yaşadığı M.Əlizadə 48 ünvan İddiaçı yaşadığı M.Əlizadə 46/48 ünvanla üst-üstə düşməyir və həmin ünvanlar arasında 52.0 mert məsafə vardır. Təqdim edilən Cavabdeh2 İmamverdi oğluna məxsus şəxsiyyət vəsiqəsinin və MAPS arayışından müəyyən olunur ki, o, M.Əlizadə küçəsi 46 ünvanda qeydiyyatdadır. Təqdim edilən X6, X11 və X18 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli **********274 nömrəli ərizədən müəyyən olunur ki, Cavabdeh2 İmamverdi oğlu M.Əlizadə küçəsi, 46 saylı yaşayış evinin 1-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Təqdim edilən ünvan 7 2010-cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar tərtib edilmiş Akt-dan görünür ki, X2 X42 M.Əlizadə küçəsi ev 46/48 ünvanda yaşamasına etiraz etməyir. Təqdim edilən AR DİN-nin ******* nömrəli xx.xx.2020-ci il tarixli arayışına əsasən M.Əlizadə küçəsi 46/48 ünvanda İddiaçı, X22 və X21 qeydiyyatdadırlar. Təqdim edilən DƏDRX-nin 1 saylı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********42 saylı məktubu ilə müəyyən olunur ki, M.Əlizadə 46/48 saylı ünvanda yerləşən daşınmaz əmlakın X9 adına qeydiyyatdan keçmiş daşınmaz əmlak mövcud deyildir. Təqdim edilən Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3059/22 saylı qətnaməsi ilə müəyyən olunur ki, Bakı şəhəri, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən hissəsinə daxil olmağa cavabdeh X32 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və İddiaçı həmin hissəyə köçürülməsi qət edilmişdir. Lakin, hal-hazrda həmin alt hissə (birinci mərtəbəsi) yenidən, amma bu dəfə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən zəbt edilmişdir. Göstərilənlərə əsasən, ünvan 8 ünvana daxil olmaq üçün Cavabdeh1 və Cavabdeh2 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçının M.Əlizadə küçəsi, ev 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsinə köçürülməsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbi ilə bağlı verdiyi etirazında göstərmişdir ki, iddia ərizəsindən göründüyü kimi iddiaçı mərhum qardaşı Qafarla 1987-ci ildə rəsmi nikaha girərək ailə qurmuş, xx.xx.2010-cu ildə onlar arasında nikah münasibətləri pozulmuşdur. İddiaçı 2009-cu ilin noyabrın 5-də xx.xx.2010-cu il tarixlərdə mənzilə istifadə hüququnun tanınması və qeydiyyata alınmasına dair iddia ərizəsi ilə müraciət etmişdir, onun mübahisəli evə, yəni atasına məxsus evin ikinci mərtəbəsinə evə hüququ tanınması iddia tələbi təmin olunmamışdır. Qeydiyyata alınmasına dair hissəsinə isə məhkəmədə baxılmalı olmadığına görə qərardad çıxarmaqla xitam verilmişdir. xx.xx.2011-ci ildə Yusifov İradə mənzilə köçürmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia tələbi təmin olunmuşdur. xx.xx.2011-ci il tarixində məhkəmə qətnaməsi icra olunaraq 46 saylı evin 48 saylı mənzilinə köçürülməsi barədə akt tərtib edilmişdir. Lakin, həmin vaxtdan indiyədək iddiaçı köçürüldüyü mənzildə, yəni atasına məxsus evin ikinci mərtəbəsində bir gün də yaşamamışdır. Qızın köçürüldüyü ev məhkəmə qətnamələrində açıq-aydın qeyd olunub. Mübahisəli ev və eləcə də həmin evin ətrafında onlarla fərdi yaşayış evlərin hüquq müəyyənedici sənədləri olmadığına görə özbaşına tikili sayılır və eyni ünvanda bir neçə yaşayış evi vardır. Belə ki, onun qeydiyyatda olduğu Maqsud Əlizadə 48 ünvanında onu tanıdığı və tanımadığı 40 nəfərə yaxın adam qeydiyyatdadır. Bu anlaşılmazlıqları aradan qaldırmaq üçün atası qeydiyyat ünvanını 2000-ci ilin əvvəllərində dəqiqləşdirərək Maqsud Əlizadə 46/48 olmasına nail olmuşdur. Forma kartında ailə tərkibi arayışında bir anası və atası da ünvan qrafasında 46/48 olub. Yerdə qalan bacı və qardaşları da ünvan qrafası 48 olub. Onun qeydiyyat ünvanı əvvəl olduğu kimi dəyişməmişdir. xx.xx.2010-cu ildə iddiaçı atasına məxsus evə saxta sənədlər təqdim etməklə qeydiyyata düşmüşdür. Prokurorluq orqanları tərəfindən bu qanunsuz fakt təsdiq olunmuş və hal-hazırda məhkəmə icraatındadır. Atasına məxsus evdə iddiaçı və oğlundan başqa qeydiyyatda heç kimin olmamağından istifadə etmək istəyən iddiaçının əsas niyyəti bütövlükdə atalarından qalmış miras əmlaka sahib olmaq, ələ keçirtməkdir. Ərazi tikinti şirkətləri tərəfindən tezliklə sökülməli olduğuna görə iddiaçı əsassız iddialarla məhkəmələrə müraciət edərək məqsədinə nail olmağa çalışır. İddiaçının hazırki iddiası da həmin məqsədlə verilmişdir. Belə ki, təqdim etdiyi 2 saylı fotoşəkildə görünən pilləkən iddiaçının köçürüldüyü mənzilə qalxır və ona yaşayış sahəsinə daxil olmaq üçün mane ola biləcək heçnə yoxdur. Fotoşəkil 2-də isə iddiaçının köçürüldüyü mənzilin birinci mərtəbəsidir. Ümumi istifadə də olan sanitar qovşaqdır. 3 saylı fotoşəkildə isə iddiaçının ələ keçirtmək istədiyi mənzildir. 1 saylı fotoşəkildə isə iddiaçının faktiki yaşadığı fərdi yaşayış evidir. Göstərilənlərə əsasən iddia tələbini əsassız və qanunsuz olduğuna görə təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbini qəbul etmədiyini bildirərək, onun rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa dəvət edilmiş Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə hazırki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işin materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilən: -“Elektron notariat” X1 xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 11-də İddiaçı, X23 və X22 qeydiyyata alınmışdır. - xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 16082591 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 xx.xx.1965-ci il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri ünvan 15-dir. - AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh2 xx.xx.1959-cu il tarixdə Bakı şəhərində doğulmuş, yaşayış yeri Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46-dır. - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışlarından görünür ki, Cavabdeh1 ünvan 15, Cavabdeh2 oğu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev 46 ünvanında qeydiyyatdadırlar. - X6, X11 və X19 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********274 nömrəli ərizədə qeyd olunmuşdur ki, Y.Rəhman İmanverdi oğlu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında yerləşən 46 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. Cavabdeh1 İmanverdi oğlu Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi ünvanında 46 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yerləşən 48 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. İddiaçı yuxarıda qeyd olunan ünvandan 500 metr məsafədə M.Əlizadə küçəsi ünvanında, ümumi sanitar qovşağı üzərində inşa olunmuş 46/48 nömrəli fərdi yaşayış evində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan f/y evinin kommunal xərcləri öz adınadır və özü ödəyir, evin giriş-çıxış qapısı ayrıdır. - X20, X19 və X30 tərəfindən səlahiyyətli orqanlara ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********761 nömrəli ərizədə qeyd olunmuşdur ki, X23 1953-cü ildən xx.xx.2020-ci ilədək M.Əlizadə küçəsi, ev 46/48 nömrəli fərdi yaşayış evinin 1-ci mərtəbəsində yaşamış və həmin ünvanda qeydiyyatda olmuşdur. Qeyd olunan fərdi yaşayış evinin kommunal xərcləri öz adına olmuş, özü ödəmişdir və fərdi yaşayış evinin giriş-çıxış qapısı da ayrıdır. Həmçinin, İddiaçı Ağabala qızı 1987-ci ildən hal-hazıradək M.Əlizadə küçəsi, ev 46/48 nömrəli fərdi yaşayış evinin 2-ci mərtəbəsində yaşayır və həmin ünvanda qeydiyyatdadır. Qeyd olunan fərdi yaşayış evinin kommunal xərcləri öz adınadır, özü ödəyir və fərdi yaşayış evinin giriş-çıxış qapısı da ayrıdır. - xx.xx.2011-ci il tarixli aktdan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2010cu il tarixli icra vərəqəsinin icrası ilə əlaqədar Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin, 48 saylı mənzilinə gəldikdə müəyyən olunmuşdur ki, İddiaçı göstərilən ünvanda yaşayır. X4 bildirmişdir ki, tələbkar İddiaçı göstərilən ünvanda yaşamasına heç bir maneçilik və etirazı yoxdur. Aktın doğruluğunu icra məmuru, tələbkar, borclu və 2 nəfər hal şahidi öz imzaları ilə təsdiq etmişlər. - 1 saylı Bakı Ərazi İdarəsinin Cavabdeh1 ünvanladığı xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, 1932-ci il təvəllüdlü X9 adına Bakı şəhərində qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. - xx.xx.2005-ci il tarixdə verilmiş AZE seriyalı, 04002338№-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 1932-ci il tarixdə Abşeron rayonunda doğulmuş, yaşayış yeri ünvan 1-dir. - xx.xx.2020-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.2020-ci il tarixdə ölmüşdür. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)- 3683/2010 saylı qətnaməsinə əsasən İddiaçı cavabdehlər X23 və X12 münasibətdə yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46 saylı evin 48 saylı mənzilinə köçürülmüşdür. - Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2011-ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 29 iyun 2011-ci il tarixli, 2(102)-1902/11 saylı Qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 yanvar 2011-ci il tarixli, 2(103)-364/10 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə (üçüncü şəxslər İddiaçı Ağabala qızı və X8) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 2-1(103)-2219/2021 saylı qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 17 iyun 2021-ci il tarixli, 2-1(112)-5165/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)- 3058/2022 saylı qətnaməsinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh X32 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və iddiaçı X13 Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməsi qət edilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 03 iyul 2023-cü il tarixli, 2(006)- 3058/2022 saylı qərardadına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli, 2(006)-3058/2022 saylı qətnaməsi ərizəçi Cavabdeh1 maraqlarına və hüquqlarına toxunduğu üçün onun tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, 2(006)- 88/2023 saylı qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 noyabr 2009-cu il tarixli, 2(006)- 3036/2009 saylı qətnaməsinə əsasən İddiaçı Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsi, 48 saylı evə hüququnun tanınması qət edilmişdir. Mülki işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2010-cu il tarixli, 2(103)-694/2010 saylı qətnaməsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 yanvar 2009-cu il tarixli, 2(006)-3036/2009 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə hüququnun tanınması hissəsində iddia tələbi təmin olunmamış, İddiaçı Ağabala qızının Bakı şəhəri, M.Əlizadə küçəsində yerləşən 46/48 saylı evə qeydiyyata alınmasına dair hissəsinə isə məhkəmədə baxılmalı olmadığına görə qərardad çıxarılmaqla xitam verilmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 avqust 2010cu il tarixli, 2(102)-2390/10 saylı qərarına əsasən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 mart 2010-cu il tarixli, 2(103)-694/2010 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. - Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9989/2021 saylı qərarına əsasən iddiaçı Cavabdeh1 cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “iddiaçının yaşayış yerinin şəxsiyyət vəsiqəsində dəyişdirilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 dekabr 2022-ci il tarixli, 2-1(103)-2544/2022 saylı qərarına əsasən Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-9989/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi X33 tərəfindən xx.xx.2022-ci il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qanuni hesab edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 aprel 2022-ci il tarixli qərarına əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15 mart 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. - 18 fevral 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Cavabdeh1 qardaşının keçmiş həyat yoldaşı İddiaçı Ağabala qızının qeydiyyatda olduğu ünvan ünvan 10əminin arxasına “/48” əlavə edərək oğlu X28 ilə onların yaşadıqlarına ünvan 1 ünvanına qeydiyyata düşməsi ilə bağlı ərizəsi üzrə toplanmış 399-c-22 saylı material üzrə törədilmiş əmələ görə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən cinayət işinin başlanması rədd edilmişdir. - 59 saylı Mənzil-Kommunal İstismar sahəsi tərəfindən verilən 03 iyul 2023-cü il tarixli, 64№-li Arayışdan görünür ki, İddiaçı Ağabala qızı M.Əlizadə küçəsi, ev 46/48 ünvanında qeydiyyatda olmaqla yaşayır, həmin mənzil özbaşına tikilidir. - X20, X19 və X5 tərəfindən səlahiyyətli orqanlara ünvanlanan xx.xx.2023-cü il tarixli, **********653 nömrəli ərizədən görünür ki, X23 vəfat etdiyi gündən hal-hazırki günədək onun yaşadığı ünvan 11 ünvanında yerləşən evin birinci mərtəbəsində heç kim yaşamır. - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2(006)- 2786/2023 saylı qərardadı ilə iddiaçı Cavabdeh1 cavabdeh 1 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinə qarşı “vərəsəlik hüququ üzrə ötürülmüş müddətin bərpası” tələbinə dair mülki iş üzrə icraat dayandırılmışdır. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, qanuni qüvvəsini almış Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/10 saylı qətnaməsi ilə iddiaçının mərhum həyat yoldaşı X17 və mərhum qayınatası X14 qarşı iddiası təmin edilərək onun ünvan 2 ünvana köçürülməyi qət edilmişdir. Həmçinin, müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin 15 oktyabr 2010-cu il tarixli, 2(006)-3683/10 saylı qətnaməsi icra edilmiş, sonradan iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Ağabala qızına qarşı 2022-ci ildə “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəmə müraciət edərək cavabdeh tərəfindən ümumi istifadədə olan yerdə qanunsuz qapı qoyulduğunu, həmin qapının onun evindən istifadə etməsinə maneə törətdiyini iddia etmiş və qapının sökülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilən işin məhkəmə icraatı dövrundə qəbul edilmiş Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)-3059/22 saylı qətnaməsi ilə Bakı şəhəri, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən hissəsinə daxil olmağa cavabdeh X32 tərəfindən yaradılmış maneənin aradan qaldırılması və İddiaçı həmin hissəyə köçürülməsi qət edilmişdir. Göstərilən qətnamədən görünür ki, iddiaçı tələbində hazırda M.Əlizadə küç. ev 46/48 ünvanında yaşamasını göstərməklə M.Əlizadə küç. ev 48 ünvanda qeydiyyatda olan X24 iddiaçının yaşadığı ünvana aid olan özbaşına tikilinin alt qatında yerləşən mərhum İmamverdi Yusifovun oturduğu otağın qapısını bağlayaraq həmin hissənin vəsiyyət üzrə ona məxsus olduğunu bildirməsini göstərərək özünün Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsində yerləşən, M.Əlizadə 46/48 ünvana daxil olmaq üçün cavabdeh tərəfindən yaradılmış maneənin aradan qaldırılması və onun Bakı şəhəri, Nəsimi rayonu, M.Əlizadə küçəsi, 46/48 saylı evə köçürülməli olmasını iddia etmiş, cavabdeh isə iddianı qəbul etmişdir. İddiaçının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli yazılı ərizəsindən görünür ki, qətnamə icra edilmiş və o, ünvan 13 ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsinə (alt qatına) köçürülmüş, X32 tərəfindən yaradılmış maneələr aradan qaldırılmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli digər qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı Ağabala qızına qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh1 ünvan 15, cavabdeh İddiaçı Ağabala qızı isə ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayırlar. Cavabdehin qeydiyyatda olmaqla yaşadığı ünvanda yerləşən 46/48 nömrəli ev özbaşına tikilidir. Belə ki, həmin ev barəsində daşınmaz əmlakın dövlət reyestrində hər hansı qeydiyyat məlumatları aşkar edilməmişdir. Həmçinin, qeyd edilən iş üzrə aparılan məhkəmə araşdırmaları zamanı və ekspert tədqiqatları nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olmaqla yaşadıqları evlər arasında 52 metr məsafə vardır və hazırki mübahisənin predmetini təşkil edən qapı iddiaçının yaşadığı evə giriş-çıxışa maneə törətmir. Deməli, həmin qapının mövcudluğu iddiaçının hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur. Həmin işdə olan ekspert rəyindən görünür ki, ünvan 14 ünvanına aid eyvana giriş üçün quraşdırılmış qapının iddiaçı Cavabdeh1 yaşadığı ünvan 15 ünvanına keçidin qarşısını almadığı müəyyən edilmişdir. Beləliklə də müəyyən edilmişdir ki, iddiaçının mübahisəli ünvana köçürülməyinə dair iki qanuni qüvvəsini almış və icra edilmiş məhkəmə qətnaməsi mövcuddur. Hazırda iddiaçı cavabdehlər tərəfindən köçürülmüş yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılmaqla özünün M.Əlizadə küçəsi, ev 46/48 saylı evin (alt qatı) birinci mərtəbəsinə köçürülməsinin təmin edilməsini iddia edir. Məhkəmə iddia tələbləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının: - 60-cı maddəsinin İ hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. - 71-ci maddəsinin İ, İİ hissələrinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. - 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə hesab edir ki iddiaçının izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanunvericiliyə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Göründüyü kimi, qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və birbirinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından iddiaçı cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin yaradılmasına dair öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmişdir. Məhkəmə aralarında baş vermiş çoxsaylı məhkəmə çəkişmələrinin nəticəsində münasibətlərinin münaqişəli və qərəzli olması baxımından hazırda qaldırılmış iddianın da suni surətdə, digər məqsədlərinə çatmaq üçün qaldırılmasına dair cavabdeh tərəfin izahatının dəlillərini daha inandırıcı sayır. Məhkəmə həmçinin, qeyd etməyi zəruri sayır ki, qanuni qüvvəsin almış və icrası həyata keçirilmiş məhkəmə aktları iddiaçının iddia etdiyi yaşayış sahəsinə təkrar köçürülməsinə dair iddiasının təmin edilməsini mümkünsüz edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu mənada məhkəmənin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından onun cavabdehlər tərəfindən hüquqlarının pozulmasına dair dəlillərinin əsaslı olması öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək, iddiaçının tələblərinin əsası kimi istinad etdiyi halları sübut edə bilmədiyi və onun tələbinin təmin edilməsi üçün hüquqi əsaslar müəyyən edilmədiyindən iddiasının əsassız olması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Müki Prosessual Məcəllənin: - 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. - 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. - 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “cavabdehlər tərəfindən yaşayış sahəsinə daxil olmaq üçün yaradılmış maneənin aradan qaldırılması və yaşayış sahəsinə köçürülmə” tələbinə dair iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3030/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3030/2023
26.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver