Məhkəmə qərarları › İş №2(006)-3035/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3035/2025

20.06.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3035/2025 20.06.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Əfsanə Elbrus qızının sədrliyi, Məhkəmə iclasının katibi Sarıyev Hüseyn Əhməd oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X7ni maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X7ni maraqlı şəxs qismində cəlb etdiyi "doğum faktının müəyyən olunmasına dair" ərizə ilə məhkəməyə müraciət edərək, onun- X5 xx.xx.1960-cı ildə Ermənistan Amasya (Ağbaba mahalı) Güllübulaq kəndində doğulması, ata qrafasında X12, milliyyəti azərbaycanlı, ana qrafasında- X4, milliyyəti azərbaycanlı olmaqla doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Əliyeva (Əzizova) Mənzərə Rəhim qızı xx.xx.1960-cı ildə Ermənistan Amasya (Ağbaba mahalı) Güllübulaq kəndində doğulmuşdur. Məlum səbəblərdən doğum haqqında şəhadətnamə və bütün digər sənədlər orda qalmış və itirilmişdir. Doğum haqqında şəhadətnamə əldə etmək üçün 1 saylı ASAN Xidmət X7nə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsi ona imtina məktubu vermişdir. Ona görə də yaranmış problemlə əlaqədar doğum akt qeydinin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məlumat üçün qeyd etmək zəruridir ki, onun atasının adı X12, ana adı isə X2r. Məhkəmə iclasında iştirak edən Ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Bakı şəhəri "Asan Xidmət" X7nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 izahat verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır və xx.xx.1960-cı il tarixində Ermənistanda doğulub. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 izahat verərək bildirmişdir ki, Ərizəçi onun bacısıdır və xx.xx.1960-cı il tarixində Ermənistanda doğulub. Onların anası X4, ataları isə X9r. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və şahid izahatlarını, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki işin materiallarında olan: - AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, Ərizəçi 1960cı il tarixində Ermənistan, Amasiya rayonunda doğulmuşdur. - AZE seriyalı, 08553009 nömrəli şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, X11 1959-cu il tarixində Ermənistan, Amasiya rayonunda doğulmuşdur. - Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilən AZ-İ seriyalı 393741 nömrəli xx.xx.2009-cu il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2009-cu il tarixində miokard infarktı səbəbindən ölmüş, xx.xx.2009-cu il tarixdə ölüm haqqında akt qeydləri kitabında 931 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “Asan Xidmət” X3 Ərizəçi ünvanladığı xx.xx.2025-ci il tarixli 3-5/16-855/1525 nömrəli məktubdan görünür ki, doğumun məhkəmə qaydasında bərpası üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - 1 saylı Bakı “Asan Xidmət” X7 İmişli «Asan xidmət» mərkəzi qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, doğum haqqında akt qeydinin bərpası ilə bağlı “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ- hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarının 14-cü bəndinə əsasən məhkəməyə müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan Amasiya rayonu, Əzizbəyov kəndi qeydiyyat şöbəsi tərəfindən verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1980-ci il tarixdə X11 ilə nikaha daxil olmuş, akt qeydləri kitabında xx.xx.1980-ci il tarixdə 7 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsinin tələbinə görə, uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş X1 X6 2.5.4-cü bəndinin tələbinə görə doğumun qeydə alınması üçün digər sənədlərlə yanaşı uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd təqdim edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə əsasən qaydaların 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli Qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmədə ərizəçinin və şahidlərin izahatları, təqdim olunmuş sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 28 dekabr 960-cı il tarixdə Ermənistan, Amasya rayonunda doğulmasına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əzizova”, adı “Mənzərə”, ata adı “Rəhim” doğum tarixi “28 dekabr 1960-cı il”, doğum yeri “Ermənistan, Amasya rayonu”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “atası X12, milliyyəti azərbaycanlı”, ana qrafasında “anası X4, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi 28 dekabr 1960-cı il tarixdə Ermənistan, Amasiya rayonunda doğulmasının qeyd edilmə faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında şəhadətnamə verilərkən doğum haqqında akt qeydlərində soyadı “Əzizova”, adı “Mənzərə”, ata adı “Rəhim” doğum tarixi “28 dekabr 1960-cı il”, doğum yeri “Ermənistan, Amasya rayonu”, milliyyəti “azərbaycanlı”, ata qrafasında “X12, milliyyəti azərbaycanlı”, ana qrafasında “X4, milliyyəti azərbaycanlı” kimi yazılmaqla, ona doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsi Nəsimi Rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar