Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3064/2021 14.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Məmmədov Azər Zabid oğlunun katibliyi, Ərizəçi, X2 iştirakları ilə Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə «ölmüş elan edilmə» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində göstərilməklə «ölmüş elan edilmə» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X11 02.03.1993-cü il tarixdə Ağdərə rayonunda hərbi döyüşlər nəticəsində ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 24.10.1962-ci il təvəllüdlü X16 1991-1994-cü illər ərzində davam edən birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə erməni qəsbkarlarına qarşı vuruşmuşdur. 12 may 1994-cü il tarixdə hərbi əməliyyatlar başa çatdıqdan sonra X16 müharibədən qayıtmamış və onun harada olması barədə heç bir məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi İdarəsinin 12.07.2019-cu il tarixli 75 №li arayışına əsasən A.Xurtov 02.03.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, bildirdi ki, atası X16 Nəsimi rayon Hərbi Komissarlığı tərəfindən Milli ordu sıralarına çağırılmış, hazırda N №-li hərbi hissənin tərkibində Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etməsi qeyd edilən Hərbi Komissarlıq tərəfindən verilmiş arayışda öz əksini tapmışdır. 02.03.1993-cü il tarixdən hazırki vaxtadək X11 harda olması barədə heç bir məlumatın olmaması onun döyüşlərdə həlak olmasını şübhəsiz edir. X11 ölmüş elan edilməsi ona şəhid statusunun verilməsi və onun şəhid ailəsinin üzvü kimi tanınması üçün zəruridir. Ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də Maraqlı şəxs nümayəndənin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edilərək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçi atası X14 tanıyır və onu sonuncu dəfə 1993-cü ildə görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, Ərizəçi onun qonşusu olmaqla 1990-cı il tarixdən eyni binada yaşayır. Ərizəçi atası X16 1992-1993-cü illərdə evinə gəlib-gedirdi. O, X14 sonuncu dəfə 1993-cü ildə görmüşdür. Mülki işin materiallarında olan İX-ЖГ seriyalı 651596 №-li Sovet Sosialist Respublikaları İttifaqı vətəndaşının pasportundan görünür ki, X16 24.10.1962-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, milliyətcə rusdur. Mülki işin materiallarında olan AZ-T seriyalı 097121 №-li doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Alekseyeviç xx.xx.1987-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan İ-ЖГ seriyalı 329262 №-li atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, X16 Ərizəçi Alekseyeviçin atası hesab edilmişdir. Mülki işin materiallarında olan Nəsimi rayon Hərbi Komissarlığının 27.11.2000-ci il tarixli 203 №-li arayışından görünür ki, X16 09.11.1992-ci il tarixdə Nəsimi RHK tərəfindən Milli Ordu sıralarına çağırılmışdır. Mülki işin materiallarında olan Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat Miqrasiya İdarəsinin MAPS üzrə məlumat şöbəsinin arayışından görünür ki, 24.10.1962-ci il təvəllüdlü X16 13.11.1984-cü il tarixdən ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işin materiallarında olan Nəsimi rayon Hərbi Komissarlığının 21.01.1993-cü il tarixli 1/1073 №-li arayışından görünür ki, X16 Azərbaycan Respublikasının Milli Ordu sıralarında qulluq edir və Ermənistan Respublikasının sərhəd boyu Dağlıq Qarabağda və sərhədboyu rayonların, yaşayış məntəqələrinin müdafiəsi üçün gedən döyüşlərdə iştirakı edir və onun ailəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.03.1992-ci il tarixli 131 №-li sərəncamı əsasında imtiyazlı güzəştlərdən istifadə edir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi İdarəsinin 12.07.2019-cu il tarixli 75 №-li arayışından görünür ki, X16 02.03.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür. Mülki işin materiallarında olan məhkəmə sorğusu vasitəsilə müvafiq orqanlardan daxil olmuş; - Ədliyyə Nazirliyinin Notariat idarəsinin 29.04.2021-ci il tarixli 05/3045-11 №-li məktubundan görünür ki, “Elektron informasiya sistemindən əldə olunan məlumata əsasən Bakı şəhəri 22 №-li notariat ofisində 1995-ci il tarixdə X11 adına vəsiyyətnamə qoyulmuşdur. - Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 30.04.2021-ci il tarixli 05/2-3513/13 №-li məktubundan görünür ki, araşdırma zamanı valideyni X4 Xurtov Alekseyin doğumunun nikahda olmayan ananın ərizəsi əsasında Bakı şəhəri Yasamal rayon Qeydiyyat şöbəsində dövlət qeydiyyatına alındığı müəyyən edilmiş, həmçinin atası Aleksey Xurtov, anası isə X3 xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi doğumu Bakı şəhəri Maraqlı şəxsndə qeydə alınmışdır. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemindəki məlumatlar öyrənilərkən adıçəkilən şəxsin barəsində yuxarıda qeyd edilənlərdən başqa hər hansı məlumat aşkar edilmədi. - Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 04.05.2021-ci il tarixli 012-7597-1221 №-li məktubundan görünür ki, 24.10.1962-ci il təvəllüdlü X16 Nəsimi rayon Xalq Məhkəməsinin 07.12.1981-ci il tarixli hökmünə əsasən Azərbaycan SSR CM-nin 207-ci maddəsinin 2-ci hissəsi ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhum edilmişdir. 26.03.1983-cü il tarixdə SSRİ X18 Heyətinin 27.12.1982-ci il tarixli Fərmanının 6-cı maddəsinin “A” bəndinə əsasən 1 il 6 ay 20 gün müddətinə şərtil azad edilmiş və 16.10.1994-cü il tarixdə cəzası tam bitmişdir. - Bakı şəhəri İcra Hakimiyyəti Başçısının aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 05.05.2021-ci il tarixli 32 №-li məktubundan görünür ki, 24.10.1962-ci il tarixdə anadan olmuş, 02.03.1993-cü il tarixdə vəfat etmiş X11 adlı şəxsi hansı qəbiristanlıqda dəfn edilməsi barədə heç bir məlumat yoxdur. Doğulduğu yer Bakı şəhəri, itkin düşdüyü yer Ağdərə qeyd edilmişdir. - Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və X5 30.04.2021-ci il tarixli 1163 №-li məktubundan görünür ki, 24.10.1962-ci il təvəllüdlü X16 adlı şəxsin meyitinin 02.03.1993-cü il tarixdən hazırki vaxtadək Birliyin Bakı şəhəri Nəsimi rayon şöbəsinə daxil olması barədə şöbənin qeydiyyat jurnalında qeydiyyat aşkar edilməmişdir. Araşdırma zamanı X11 meyitinin həmin tarixdə Birliyin Tərtər, Ağdam və Bərdə rayon şöbələrində məhkəmə-tibbi müayinədən keçirilməsinə dair arxiv sənədlərində hər hansı qeydiyyat aşkar edilmədiyindən bununla bağlı dəqiq məlumat verilməsi mümkün deyil. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X7 şöbəsinin müdiri Eyvaz İsmayılovun 20.05.2021-ci il tarixli **********9 №-li məktubundan görünür ki, X16 nazirliyin X1 Sisteminin “Pensiya” və “Sosial” ödənişlər alt sistemlərinin məlumat bazalarında qeydiyyatda deyil. - Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının 01.06.2021-ci il tarixli 335 №-li məktubundan görünür ki, 24.10.1962-ci il təvəllüdlü, Nəsimi rayonu, 3-cü mikrorayon, H.Əliyev küçəsi, ev 22, mənzil 31 ünvanında yaşamış X16 18.11.1992-ci il tarixdə Bakı şəhəri Nəsimi RHK tərəfindən hərbi xidmətə çağırılmış və Müdafiə Nazirliyinin N və N nömrəli hərbi hissələrinin tərkibində xidmət edərkən 02.03.1993-cü il tarixdə Ağdərə rayonunun Qozlu (Vaquas) kəndi ərazisində gedən döyüşlərdə itkin düşmüş şəxs kimi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında qeydiyyata alınmışdır. Onun əsir düşməsi və ya götürülməsi haqqında hər hansı məlumat Dövlət Komissiyasına daxil olmamışdır. X16 barədə aidiyyəti beynəlxalq təşkilatlar məlumatlandırılmış və onun sonrakı taleyinə aydınlıq gətirilməsi istiqamətində birgə zəruri tədbirlər davam etdirilir. - Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 22.06.2021-ci il tarixli 33/2070 №-li məktubundan görünür ki, X11 dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Mülki işin materiallarında olan Nəsimi Rayon İcra Hakimiyyəti Nəsimi rayon MKTB-nin 33 saylı Mənzil Kommunal İstismar Sahəsinin 08.07.2021-ci il tarixli arayışından görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan Ərizəçi atası X16 Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi İdarəsinin 12.07.2019-cu il tarixli 75 №li arayışına əsasən 02.03.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüşdür və ünvan 4 ünvanında yaşamır. Mülkiş işin materiallarında olan 30.07.1999-cu il tarixli 064074 №-li müqavilədən görünür ki, X12 ünvan 5 ünvanında yerləşən mənzili X8 satmışdır. Mülkiş işin materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ÖM seriyalı 015642 №-li Qeydiyyat Vəsiqəsindən görünür ki, ünvan 6 ünvanında yerləşən mənzil X6 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 221 saylı reyestr kitabında 32516-cı səhifədə 11.09.1999cu il tarixdə qeydiyyat aparılmışdır. Mülkiş işin materiallarında olan 21 dekabr 2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 20.06.2019-cu il tarixdə ölmüş X6 vərəsəsi qızı-Ərizəçi miras əmlakı olan ünvan 4 ünvanında yerləşən mənzildən bütövlükdə irs almalıdır. Mülki işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş reyestr nömrəsi **********52-05101-093049 olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən mənzil 26.12.2019-cu il tarixdə tam mülkiyyət hüququ üzrə Ərizəçi adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, 24.10.1962-ci il təvəllüdlü X16 1991-1994-cü illər ərzində davam edən birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, 12 may 1994-cü il tarixdə hərbi əməliyyatlar başa çatdıqdan sonra X16 müharibədən qayıtmamış, 02.03.1993-cü il tarixdən hazırki vaxtadək, bununla da 28 ildən artıq müddətdə harada olması barədə heç bir məlumat yoxdur. Həmçinin dövlət sərhəddindən hərəkəti barədə məlumat qeydə alınmamışdır. O, 1993-cü il tarixdən ünvan 4 ünvanında yaşamır. Müvafiq dövlət qurumları tərəfindən təqdim edilmiş sənədlərə əsasən X16 02.03.1993-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə itkin düşmüş kimi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9.5-ci bəndinə görə şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Mülki Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Mülki Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Mülki Məcəllənin 41.4-cü maddəsinə əsasən həmin Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmçinin məhkəmə şəxsin ölmüş elan edilməsi qənaətinə gəldiyindən Mülki Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Mülki Məcəllənin 42.2-ci maddəsinə əsasən nə vaxt gəlməsindən asılı olmayaraq, şəxs onun ölmüş elan edilməsindən sonra əvəzsiz olaraq başqa şəxsə verilmiş əmlakın qalan hissəsinin qaytarılmasını tələb edə bilər. Mülki Məcəllənin 42.3-cü maddəsinə əsasən ölmüş elan edilmiş şəxsin əmlakını əvəzli əldə etmiş şəxs bu əmlakı ona qaytarmağa o halda borcludur ki, əmlakı əldə edərkən onun ölmüş elan edilmiş şəxsin sağ olduğunu bildiyi sübuta yetirilsin. MM-in 42.4-cü maddəsinə əsasən əgər ölmüş elan edilmiş şəxsin əmlakı dövlətin mədaxilinə keçirilmiş və satılmışdırsa, həmin şəxsin ölmüş elan edilməsi haqqında qərarın ləğvindən sonra əmlakın satışından götürülmüş məbləğ ona qaytarılır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra - Mülki Prosessual Məcəllənin) 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Mülki Prosessual Məcəllənin 316-cı maddəsinə əsasən ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 24.10.1962-ci il təvəllüdlü X16 02.03.1993-cü il tarixdə Ağdərə rayonunda hərbi döyüşlər nəticəsində ölmüş elan edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 24.10.1962-ci il təvəllüdlü X16 02.03.1993-cü il tarixdə Ağdərə rayonunda hərbi döyüşlər nəticəsində ölmüş elan edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova
Məhkəmə qərarları › İş №2(006)-3064/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3064/2021
14.07.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver