Məhkəmə qərarları › İş №2(006)-3064/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3064/2025

01.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3064/2025 01.07.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun qeyd edilməsi faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9nun xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, ata qrafasında X19, ana qrafasında X3 qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, Ərizəçi Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X9nun xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi, atasının X19, anasının X3 müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X9 xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur. 1977-ci ilin mart ayında anası X5 ilə ailə həyatı qurmuşdur. Atası xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Atası Abşeron rayonu Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. Hazırda atasına məxsus doğum haqqında şəhadətnaməni arxiv sənədlərindən əldə edə bilmir. Doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, həmin orqanın xx.xx.2025-ci il tarixli 3-16-5/8-1184/2025 saylı məktubu ilə X20 barəsində 1952-1960, 1960-1965-ci illər üzrə bərpa akt qeydləri Tovuz rayon Qeydiyyat şöbəsinin, 1952-1959-cu illər üzrə Düz Qırıqlı kənd icra nümayəndəliyinin və X4 Reyestri Xidmətinin arxivində, habelə «Vətəndaşlıq vəziyyəti aktları» avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. Doğum haqqında şəhadətnaməni ayrı qaydada əldə edə bilmir. Bu səbəbdən, hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs 14 may 2025-ci il tarixli 3-16-5/8-13-774/2025 saylı məktubla məhkəməyə müraciət edərək, mülki işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, bunun şöbənin iş yükünün çox olması ilə bağlı olduğunu nəzərə çatdırmışdır. Məhkəmə yuxarıda qeyd edilən məktubu nəzərə alaraq mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X5 ifadəsində bildirdi ki, ərizəçinin anasıdır. Həyat yoldaşı X20 xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur, 1977-ci ildə ailə həyatı qurmuşlar. Həyat yoldaşı ağır xəstəlik nəticəsində xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Abşeron rayonu Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. Doğum haqqında şəhadətnamənin əldə edilməsi üçün müraciət etsələr də, arxiv sənədlərində akt qeydi aşkar edilməmişdir. Doğum haqqında şəhadətnamə hər hansı hüquqi sənədləşmə işlərində tələb olunduğundan, oğlu Ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. X7 ifadəsində bildirdi ki, ərizəçinin əmisidir. Əli Həsənov qardaşıdır. Qardaşı Əli xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur, ağır xəstəlik nəticəsində xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasına məxsus doğum haqqında şəhadətnamə almaq istəsə də, buna məhkəmədən kənar qaydada nail ola bilməmişdir. X2 ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır. X9 xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuş, xx.xx.2024-cü il tarixdə xəstəlikdən vəfat etmişdir. Atası Abşeron rayonu Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. X8 ifadəsində bildirdi ki, ərizəçinin bibisidir. Əli Həsənov qardaşıdır. X24 xx.xx.1952ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur, bədxassəli törəmədən xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ərizəçi atasına məxsus doğum haqqında şəhadətnamə almaq istəsə də, buna nail ola bilməmişdir. Belə ki, doğum akt qeydi barədə arxivdən hər hansı məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş sənədlər toplusundan görünür ki: - X20 xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur. - xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuş X20 ilə xx.xx.1954-cü il tarixdə eyni kənddə doğulmuş X6 30 mart 1977-ci il tarixdə Bakı şəhəri o vaxtkı Kirov rayon VVAQ şöbəsində 121 saylı akt qeydi ilə nikaha daxil olaraq ailə qurmuşlar. Nikah bağlanandan sonra arvada Həsənova soyadı verilmişdir (xx.xx.1977-ci il tarixdə verilmiş İ-JQ seriyalı 404488 saylı nikahın bağlanması haqqında şəhadətnamə). - Hazırda məhkəməyə ərizə ilə müraciət edən şəxs Ərizəçi xx.xx.1979-cu il təvəllüdlü olub, X20 ilə X1 birgə nikahlarından doğulmuşdur, X20 ərizəçinin bioloji atası, X5 ərizəçinin bioloji anasıdır. - X20 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində, sidik kisəsi üçbucağının bədxassəli yenitörəməsindən vəfat etmiş, bu barədə Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən müvafiq akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 879 saylı akt qeydi aparılmış, mərhumun adına AZ-İİ seriyalı 413786 saylı ölüm haqqında şəhadətnamə təqdim olunmuşdur. - X20 el adətinə uyğun olaraq Abşeron rayonu Hökməli qəsəbə qəbristanlığında dəfn edilmişdir. - Maraqlı şəxs xx.xx.2025-ci il tarixli, 3-16-5/8-1184/2025 saylı məktubundan görünür ki, Ərizəçi barəsində 1952-1960, 1960-1965-ci illər üzrə bərpa akt qeydləri Tovuz rayon qeydiyyat şöbəsi, 1952-1959-cu illər Düz Qırıqlı kənd icra nümayəndəliyi və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində, habelə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar olunmamışdır. - Göründüyü kimi, X20 xx.xx.1952-ci il tarixdə Tovuz rayonu Düz Qırıqlı kəndində doğulmuşdur. X10, anası X15 olan ərizəçinin atasının adına doğum haqqında akt qeydi səlahiyyətli orqan tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçinin atasının adına digər sənədlər (şəxsiyyəti, nikahı və s. təsdiq edən sənədlər) verilmişdir. Sonradan, naməlum səbəblərdən, doğum haqqında şəhadətnamə itirilmişdir. Hazırda isə ərizəçinin atasının adına doğum haqqında akt qeydi arxiv sənədlərində aşkar edilmir. Bununla bağlı ərizəçiyə rəsmi şəkildə məlumat təqdim oluqmuşdur (Tovuz rayonu Düz Qırıqlı kənd İƏD üzrə nümayəndəliyinin imtina rəyi, 1 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsinin xx.xx.2025-ci il tarixli 3-16-5/8-1184/2025 saylı arayışı). Ərizəçi bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmış, xx.xx.2025-ci il tarixdə 6104 saylı qəbzə əsasən 100 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X14 05 oktyabr 1952-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilməli və doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında “xx.xx.1952-ci il”, doğum yeri qrafasında “Tovuz rayonu, Düz Qırıqlı kəndi”, milliyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X19”, ana qrafasında “X15” qeyd olunmalıdır. Göründüyü kimi ərizəçi atasının doğumunun qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X14 05 oktyabr 1952-ci il tarixdə Tovuz rayonu, Düz Qırıqlı kəndində doğumunun qeyd edilmə faktı müəyyən olunsun. Doğum haqqında şəhadətnamənin doğum tarixi qrafasında “xx.xx.1952-ci il”, doğum yeri qrafasında “Tovuz rayonu, Düz Qırıqlı kəndi”, milliyəti qrafasında “azərbaycanlı”, ata qrafasında “X19”, ana qrafasında “X15” qeydolunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar