Məhkəmə qərarları › İş №2(006)-3073/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3073/2023

22.08.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3073/2023 22.08.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi ilə Ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs3 iştirakı ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi, 4242 nömrəli, xx.xx.1970-ci il tarixli icarə müqaviləsinə əsasən atası X11 məxsus-Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən evdən ibarət mirası faktiki qəbul etmə faktının müəyyən edilməsi və bu faktın vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X13 onun atası, X6 isə onun anasıdır. X13 xx.xx.1977-ci il tarixdə, X6 isə xx.xx.2008-ci il tarixdə vəfat etmişlər. 4242 nömrəli, xx.xx.1970-ci il tarixli icarə müqaviləsinə əsasən atası-X11 Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən, 0,25 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqlı ev verilmişdir. Ailələri və o, uşaqlıq illərindən həmin həyətdə yaşamışlar. Atası dünyasını dəyişdikdən sonra da o, indiyə kimi həmin evdə yaşayır, evə sahiblik edir və əmlakı idarə edir. Sözügedən əmlakı öz adına sənədləşdirmək üçün 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat ofisinə müraciət etmişdir. Notariat ofisinin xx.xx.2023-cü il tarixli cavab məktubunda ona bildirilmişdir ki, xx.xx.1977-ci il tarixdə vəfat etmiş X9 adına V-93/2023 saylı vərəsəlik işi açılmış, lakin miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbulu faktı ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün, onun miras əmlakı faktiki qəbul etməsi faktı məhkəmə qətnaməsi ilə təsdiq olunmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və ərizənin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi və ərizəçinin izahatın oxşar izahat verdi. Məhkəmə iclasında maralı şəxs Maraqlı şəxs3 ərizənin təmin edilib-edilməməsi məsələsinin məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Həmçinin izahatında qeyd etdi ki, Ərizəçi atalarından miras qalmış əmlakı faktiki olaraq qəbul etmiş, onun sahibliyi və istifadəsindədir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X7 bildirdi ki, o, ərizəçinin arvadıdır. Ərizəçi ilə 1994-cü il tarixdə nikaha daxil olduqdan sonra ərizəçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evə gəlin köçmüşdür. Həmin evdə əri və onun anası yaşamışdır. Hazırda əri ilə birlikdə həmin evdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində ifadə vermiş 1987-ci il təvəllüdlü X14 bildirdi ki, o, ərizəçinin qonşusudur. Uşaqlıqdan ərizəçinin yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evin qonşuluğunda yaşayır, ərizəçinin valideyni ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evdə yaşamış və mirası faktiki olaraq qəbul etməklə orada yaşamaqdadır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Yusifova X4 bildirdi ki, o, ərizəçinin bacısıdır. Atalarından miras qalmış Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində yerləşən evdə qardaşı mirası faktiki olaraq qəbul etməklə orada yaşamaqdadır. Maraqlı şəxslər Maraqlı şəxs2 və 4 saylı Bakı Maraqlı şəxs1ndə Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Maraqlı şəxs2 və digər maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlərdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını, şahid ifadələrini və işin materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Onun atası X13, anası X3r. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Yusifova X4 xx.xx.1949-cu il tarixdə doğulmuşdur. Onun atası X13, anası X3r. İş materiallarında olan nikahın bağlanması haqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 xx.xx.1994-cü il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Əmirov, arvada Əmirova soyadı verilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarında X10 yaşayış yeri Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, Əjdər Məlikov küçəsi göstərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 xx.xx.1977-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2008-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə verilmiş arayışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 ilə Maniya Əlimurad qızı xx.xx.1947-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah Sabunçu rayon qeydiyyat şöbəsində qeydə alınmaqla 678 №-li akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı Maraqlı şəxs1ndə notariat ofisi tərəfindən ərizəçiyə ünvanlanmış məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarssa uzada bilər. Göstərilənlərə əsasən mirasın qəbulu faktı ilə bağlı məhkəmə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan xx.xx.1970-ci il tarixli 4242№-li müqavilənin surətindən görünür ki, həmin müqavilə gələcəkdə “trest” adlandırılacaq Bakı şəhər İcraiyyə Komitəsinin Bağlar təsərrüfatı ilə gələcəkdə “icarəçi” adlandırılacaq X8 arasında Pirşağı qəsəbəsində 0.25 ha bağın 2 otaqdan ibarət 30.3 kv.m mənzil sahəsinin bina və köməkçi tikililərlə birlikdə bağ sahəsinə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventarizasiya vərəqəsinə müvafiq olaraq icarəçiyə təhvil verilməsi haqqında bağlanmışdır. İş materiallarında olan X1 Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusu əsasında xx.xx.2023-cü il tarixdə təqdim edilmiş məlumatda göstərilmişdir ki, N.Əmirovun xx.xx.1947-ci ildə Sabunçu rayon qeydiyyat şöbəsində Maniya Əlimurad qızı ilə birgə nikahından xx.xx.1951-ci ildə Ömür Əmirov (ölüm tarixi xx.xx.2019-cu il), xx.xx.1953-cü ildə Kamal Əmirov, xx.xx.1957-ci il tarixdə Ərizəçi, xx.xx.1958-ci ildə Əlimurad Əmirov (ölüm tarixi xx.xx.1959-cu il), xx.xx.1959-cu ildə Sevda Əmirova, xx.xx.1961-ci ildə Maraqlı şəxs2, xx.xx.1963-cü ildə Sevinc Əmirova (ölüm tarixi xx.xx.1964-cü il), xx.xx.1965-ci ildə Sevinc Əmirova və xx.xx.1967-ci ildə Maraqlı şəxs3 doğulmuşdur. İş materiallarında olan Sabunçu rayonu Pirşağı bələdiyyəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, Əmirov X16 qəsəbəsi Əlimuxtar Hüseynzadə küçəsi ünvanda yerləşən torpaq sahəsi üzrə Pirşağı bələdiyyəsində vergi ödəyicisi kimi qeydiyyatdadır. Məhkəmə ərizə ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə görə isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Məhkəmə iclasında müəyyən edildi ki, X13 ilə X2 nikahlarından doğulmuş Ərizəçi atasından miras qalmış və ona uzun müddətli icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0.25 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqdan ibarət evi miras kimi qəbul etmiş və mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə versə də, müddəti ötürdüyü üçün vərəsəlik işindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerini müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İşin hallarından görünür ki, ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Bu hal işin faktiki halları ilə də öz təsdiqini tapır və vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün əsas hesab edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, bütün qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Əliyev Ərizəçi xx.xx.1970-ci il tarixli icarə müqaviləsinə əsasən atası X11 uzun müddətli icarəyə verilmiş Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində 0.25 hektar torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 2 otaqdan ibarət evə dair mirası qəbul etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar