Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3077/2024 15.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin qohumluq münasibətində olması və doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: 1.Ərizəçi Maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin qohumluq münasibətində olması və doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. 2.Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin X3 xx.xx.1961-ci ildə Ermənistan adlanan Respublikanın Qafan şəhərində doğulmuşdur. X2, anası isə X14 olmuşlar və hər ikisi dünyalarını dəyişmişlər. Hələ Qafanda yaşadıqları zaman ərizəçinin anadan olduğuna görə Qafan şəhəri vətəndaşlıq vəziyyətlərinin qeydiyyatı şöbəsində doğum şəhadətnaməsi onun adına verilmişdir. Sonralar azğın qonşuların azğın hərəkətlərinin nəticəsində onlar zorla yurd-yuvalarından didərgin salınmış və onlara aid olan arxivlər də orada qalmışdır. Hazırda onun doğma qardaşı olan X9 dünyasını dəyişmişdir və o artıq həyatda yoxdur, lakin vərəsəliklə bağlı işlərin görülməsi məqsədilə onun doğum haqqında sənədinin tapılması zərurəti yarandığından onun doğum faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Yeni doğum şəhadətnaməsi almaq üçün yaşayış yeri üzrə Maraqlı şəxsnə bu məqsədlə etdiyi müraciətə xx.xx.2024-cü il tarixdə cavab verilmişdi ki, itmiş sənədinin qeydiyyat şöbəsi tərəfindən bərpa olunması mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Ona görə də hazırda yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət etmək qərarına gəlmişdir. Ərizəçinin qardaşının X9 olması, xx.xx.1961-ci ildə Qafan şəhərində doğulduğunu, atasının X10, anasının isə X14 olduğunu təsdiq edən şahidlərin – X11 (xx.xx.1956-cı il təvəllüdlü) və xx.xx.1963-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan X12 məhkəməyə dəvət etməklə yuxarıda göstərilənləri sübut etməyə çalışacaqdır. Göstərilənlərə əsasən, ərizəçinin qardaşının xx.xx.1961-ci ildə Ermənistanın Qafan şəhərində doğulması, atasının X10, anasının isə X7 olması barədə faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. 3.Daha sonra ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci ildə Ermənistanın Qafan şəhərində doğulmağı, atasının X10, anasının isə X7 olması barədə faktın müəyyən olunmasını xahiş etmişdir. 4.Daha sonra ərizəçi şəxsin qohumluq münasibətlərinin müəyyən olunması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1977-ci ildə Ermənistanın Qafan şəhərində doğulması, qardaşının isə xx.xx.19961-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğulmasını, hər ikisinin atasının X5, analarının isə X7 olduğunu nəzərə alıb onların qohumluq münasibətlərinin müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ərizədə qeyd edilən onun və qardaşının doğum faktının müəyyən edilməsi tələbinin onun və qardaşının doğumunun qeyd edilməsi faktı kimi nəzərə alınmasını xahiş etmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları: 6.Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında qeyd etmişdir ki, o, xx.xx.1977-ci il tarixində Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. X2, anası isə X14 olmuşdur. Hər ikisi də dünyasını dəyişmişdir. X3 isə xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşdur. O, hazırda dünyasını dəyişmişdir. Onlar 1988-ci ildə məlum hadisələrlə bağlı Ermənistan Respublikasından deportasiya olunarkən qardaşı ilə onun doğum haqqında şəhadətnamələri itmişdir. Hazırda qardaşının vərəsəlik məsələləri ilə bağlı olaraq onların həqiqətən bacı-qardaş olduğunun təsdiq edilməsi üçün hər ikisinin doğum haqqında şəhadətnamələrinin bərpa olunmasına zərurət yaranmışdır. O, bununla bağlı yaşayış yeri üzrə Bakı şəhəri Nəsimi Rayonu Qeydiyyat şöbəsinə müraciət etsə də, oradan bunun yalnız məhkəmə qaydasında mümkün olması ona bildirilmişdir. Ona görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 7.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Hazırki halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 8.Məhkəmə iclasında şahid qismində dindirilən X17 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısı, X9 isə isə qardaşıdır. O, onların böyük bacısıdır. Onlar Ermənistan Respublikasının Qafan rayonunda anadan olmuşlar. 1988-ci ildə isə məlum hadisələrlə bağlı ailələri ilə birlikdə Ermənistan Respublikasından deportasiya olunmuşlar. Bu zaman onların bir çoxuna aid sənədlər itirilmişdir. 9.Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Əsaslandırıcı hissə: a) Məhkəmə tərəfindən müəyyən edilən hallar: 10.Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi xx.xx.1977-ci ildə, onun X3 isə xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Qafan şəhərində doğulmuşlar. X1, anaları isə X13r. Ərizəçi və onun qardaşı doğum haqqında şəhadətnamələrini itirmişlər. Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsinə ərizə ilə müraciət edərək, akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Nəsimi rayon Qeydiyyat şöbəsi bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Hazırda ərizəçi onun və qardaşının doğumlarının qeyd edilmə faktının müəyyən edilməsini, həmçinin onun və qardaşının qohum olması faktının müəyyən edilməsini tələb edir. b) Mülki işin materialları: 11.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan, Qafanda anadan olmuşdur. 12.Mülki işin materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2024cü il tarixli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunun təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 13.Mülki işin materiallarında olan xx.xx.1977-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə anadan olmuş, ata adı qrafasında X5, ana adı qrafasında isə X14 qeyd edilmişdir. 14.Mülki işin materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı, 04003606 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 XX.XX.1929-ci il tarixdə Azərbaycan, Zəngilan rayonunda anadan olmuşdur. 15.Mülki işin materiallarında olan Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 xx.xx.2022-ci il tarixdə ölmüşdür. 16.Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2018ci il tarixdə verilən AZ-İV seriyalı, 194855 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1975-ci il tarixdə Qafan rayonunda anadan olmuş, atası qrafasında X5, anası qrafasında X14 qeyd edilmişdir. 17.Mülki işin materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024cü il tarixdə verilən AZ-İV seriyalı, 973834 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1956-cı il tarixdə Qafan rayonunda anadan olmuş, atası qrafasında X5, anası qrafasında X14 qeyd edilmişdir. c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə: 18.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 19.Eyni Məcəllənin 307.2.1 və 307.1.3-cü maddələrinə əsasən şəxslərin qohumluq münasibətlərinin, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. 20.Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 21.Göründüyü kimi ərizəçi özünün və qardaşının doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmiş və bununla əlaqədar, həmçinin qardaşı ilə qohumluq faktının müəyyən edilməsinə dair məhkəməyə müraciət etmişdir. 22.Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 23.Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. 24.Bundan başqa, həmin Qərarda qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 25.Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1977-ci il tarixində, X4 isə xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmaları, atalarının X5, milliyyəti azərbaycanlı, analarının X14, milliyyəti azərbaycanlı olması olan doğum aktının qeydiyyat faktını müəyyən etməklə müvafiq doğum qeydinin bərpa edilməsi barədə öhdəliyi Maraqlı şəxs üzərinə qoyulmalı, həmçinin Ərizəçi X4 doğma bacısı olması üzrə qohumluq münasibətləri müəyyən edilməlidir. 26.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 27.Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 28.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 29.Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 30.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 31.Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 32.Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1977-ci il tarixində, X4 isə xx.xx.1961-ci il tarixdə Ermənistan Respublikasının Qafan rayonunda doğulmaları, atalarının X5, milliyyəti azərbaycanlı, analarının X14, milliyyəti azərbaycanlı olması olan doğumun qeyd edilmə faktını müəyyən etməklə müvafiq doğum qeydlərinin bərpa edilməsi barədə öhdəliyi Maraqlı şəxs üzərinə qoyulsun. Ərizəçi X4 doğma bacısı olması üzrə qohumluq münasibətləri müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(006)-3077/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3077/2024
15.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver