Məhkəmə qərarları › İş №2(006)-3084/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3084/2020

24.09.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3084/2020 24.09.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, İddiaçı xxxxn nümayəndəsi və vəkili X5, cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X2 nümayəndəsi X4 iştirakları ilə İddiaçı xxxx cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1rşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı xxxı cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1rşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il tarixində Cavabdeh ASC ilə Balayeva (Əmirova) Ayətn Vidadi qızı arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin 1434 nömrəli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi əsas gətirilməklə (müəssisə ləğv edildikdə) xitam verilmişdir. İddiaçının xx.xx.2020-ci il tarixində əmək hüquqlarının pozulması ehtimalı ilə Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyinə və Dövlət Əmək Müfəttişliyi Xidmətinə ünvanladığı müraciətinə Dövlət Əmək Müfəttişliyi Xidmətinin ünvan 1ış və müraciəti haqlı hesab olunaraq, əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə, işəgötürən D.Quliyevin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq, xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol tərtib edildiyi göstərilmişdir. İddiaçı protokol və onun əsasında qəbul edilmiş qərarın ona təqdim edilməsi üçün Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə müraciət etmişdir. İddia ərizəsində göstərildiyi kimi, əmək və mülki qanunvericiliyin aidiyyəti normalarının uyğunsuzluğu səbəbindən, iddiaçı əmək hüquqlarının pozuntusu faktını Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********4 nömrəli məktubu ilə tanışlıq nəticəsində aşkar edib hüququnun pozulduğuna tam əmin olmuşdur. Həmin məktub iddiaçıya rəsmi qaydada xx xxxx 2019-cu il tarixində təqdim olunmuşdur. Göstərilənlərə əsasən "Cavabdeh” ASC-nin xx xxxxxx 2019-cu il tarixli, 1434 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının işinə (vəzifəsinə) bərpa edilməsi, həmçinin məcburi işburaxma müddəti üçün qərar icraya yönəldilən tarixə hesablanmış əmək haqqının və əmək haqqının gecikdirilməsi səbəbindən hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi miqdarında ödəncin iddiaçıya ödənilməsi barədə iddia irəli sürməyi üçün müəyyən edilmiş müddətin buraxılmasım üzrlü hesab edərək, buraxılmış prosessual müddəti bərpa edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının nümayəndəsi və vəkili X9 iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X2 nümayəndəsi X7 ərizə təqdim edərək bildirdi ki, iddiaçı tərəfindən iddia ərizəsi verilərkən qanunvericiliyin tələbi iddia müddətləri baxımından pozulmuşdur. Bu səbəbdən iddia ərizəsi iddia müddətinin ötürülməsi səbəbindən verildiyindən qanunvericiliyin tələbinə əsasən araşdırılmadan imtina edilməlidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşin materiallarında olan № ******* saylı əmək kitabçasının surətindən görünür ki, Balayeva (Əmirova) Aytən Vidadi qızı xx xxx 2010-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixinədək Cavabdeh ASC-də baş mütəxəssis vəzifəsində çalışmış, xx.xx.2019-cu il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən işdən azad olunmuşdur. İşin materiallarında olan Cavabdeh ASC-nin 1434 №-li, xx xxxxxx 2019-cu il tarixli əmrindən görünür ki, X10 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə (müəssisə ləğv edildikdə) əsasən xx xxxxxx 2019-cu il tarixdən etibarən xitam verilməsi və işçi ilə son haqq-hesabın aparılması əmr edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikasının Əmək və X8 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin X6 ünvanladığı xx xxxx 2020-ci il məktubda qeyd edilmişdir ki, Cavabdeh ASC-nin rəhbərliyi tərəfindən təqdim edilmiş sənədlərdən onunla cəmiyyət arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xitam verildiyi məlum olmuşdur.Cavabdeh ASC-nin “Səbail” filialının hüquqi və ya fiziki şəxs kimi işəgötürən səlahiyyətinə malik deyildir. Eyni zamanda, Cavabdeh ASC-nin də ləğv olunmasına dair Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinə heç bir sənəd təqdim edilməmişdir.Qeyd edilənlərlə əlaqədar, əmək müqaviləsinə xitam verilməsində əmək qanunvericiliyinin tələblərinin pozulmasına görə D.Quliyev barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə uyğun olaraq MN ******* nömrəli, xx xxxxxx 2020-ci il tarixli inzibati tənbeh vermə haqqında protokol tərtib edilmişdir. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızı Cavabdeh ASC-də baş mütəxəssis vəzifəsində işləmiş və xx.xx.2019-cu il tarixdə işdən azad olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən əmək müqaviləsini bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla ləğv etmək işəgötürənin hüquqları sırasına daxildir. Eyni Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin «c» bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «a» bəndinə əsasən, müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «a» və «b» bəndləri ilə ləğv edilərkən işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızı xx.xx.2019-cu il tarixli əmrə əsasən işdən azad olunmuş, əmrin surəti iddiaçıya işdən çıxarıldığı gün verilmiş, eyni zamanda iddiaçının deməsinə görə o, əmək hüquqlarının pozuntusu faktını Dövlət Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsinin xx xxxx 2020-ci il tarixli, **********4 nömrəli məktubu ilə tanışlıq nəticəsində aşkar edib hüququnun pozulduğuna tam əmin olmuşdur. Göründüyü kimi iddiaçı xxxx əmrlə tanış olduğu vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, o, hazırki iddia ərizəsi ilə məhkəməyə xx.xx.2020-ci il tarixdə müraciət etmiş və nəticədə iddia müddətini ötürmüşdür. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinin tələbinə görə fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinin tələbinə görə hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqqhesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə isə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin müddəaya əsaslanaraq, cavabdeh təşkilatın nümayəndəsi ərizə ilə müraciət edərək, iddia müddətinin tətbiq olunmasını və buna görə də iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İddia müddəti ilə bağlı «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx xxxxxx 2001-ci il tarixli Qərarında qeyd etmişdir ki, «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə ilə maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır». Analoji mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «R.Salamovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2007-ci il tarixli Qərarında da təkrarlayaraq, Məhkəmə göstərmişdir ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanunauyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarları). Məhkəmə iddiaçı Balayeva (Əmirova) Aytən Vidadi qızının “buraxılmış prosessual müddətin bərpa edilməsi” barədə ərizəsi ilə bağlı qeyd edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.6-cı maddəsinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi iddiaçı buraxılmış prosessual müddətin üzrlü səbəbdən baş verdiyini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı xxxxxqızının cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1rşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddiası qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş iddia müddəti keçdiyindən (buraxıldığından) iddia müddəti tətbiq olunmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı xxxxx cavabdeh Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi X1rşı "işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar