Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3113/2024 04.09.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi Ağaəli qızının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi: Ərizəçi (maraqlı şəxs qismində cəlb etdiyi Maraqlı şəxs cəlb edilməklə) qarşı şəxsin ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1950-ci il təvəllüdlü X16 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin ərizədə qeyd edilən halları: Ərizəçi atası X25 xx.xx.1950-ci il təvəllüdlüdür. Ərizəçinin atası X25 1997-ci ildə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Həmin vaxt ərizəçinin anası X4 həyat yoldaşının itkin düşməsi ilə bağlı prokurorluq orqanlarına müraciət etmiş və X17 pasportunu prokurorluğa təqdim etmişdir. Ərizəçinin anası X2 müraciətinə cavab olaraq Bakı şəhəri Nəsimi rayon Prokurorluğunun xx.xx.1998-ci il tarixli, 89383 nömrəli arayışı ilə bildirilmişdir ki, X17 itkin düşməsi faktı ilə əlaqədar tərəfindən xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və hazırda tapılması üçün axtarış işi üzrə əməliyyat tədbirləri keçirilir. Lakin keçən müddət ərzində X12 hər hansı xəbər alınmamış, o cümlədən prokurorluq orqanlarından da əlavə məlumat daxil olmamışdır. Ərizəçi və ailə üzvləri atası X12 20 ildən artıq müddətdə məlumat almadıqları üçün ərizəçi atasının – Ağaəli Hənifə oğlunun ölmüş elan edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Ona görə ki, ərizəçinin atası X17 ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsinin qəbul edilməsi ona vərəsəlik hüquq münasibətlərini nizamlamaq üçün lazımdır. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi Ağaəli qızının nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Maraqlı şəxs rəisi ərizə ilə məhkəməyə müraciət edərək iş yükünün çoxluğunu nəzərə alaraq mülki işə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-cı maddəsinin müddəalarını rəhbər tutaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: İş materiallarında olan İ-JQ seriyalı 306766 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətinə əsasən, X25 ilə X4 arasındakı nikah xx.xx.1974-cü il tarixdə bağlanmışdır. Nərimanov Rayon Qeydiyyat Şöbəsinin İV-JQ seriyalı 266718 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X25 ilə X2 birgə nikahından xx.xx.1975-ci il təvəllüdlü Xəlilov (Əliyeva) X28 doğulmuşdur. Nəsimi Rayon Qeydiyyat Şöbəsinin Vİİİ-JQ seriyalı 414263 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən, X25 ilə X2 birgə nikahından xx.xx.1982-ci il təvəllüdlü X6 doğulmuşdur. Azərbaycan SSR Ticarət Nazirliyinin Respublika Ticarət kulinar peşə məktəbinin 3070 nömrəli xx.xx.1969-cu il tarixli vəsiqəsinin surətinə əsasən, X25 xx.xx.1968-ci ildən xx.xx.1968-ci il tarixə kimi məktəbin nəzdində sənaye malları satıcıları ixtisasını artırması kursunda oxumuşdur. NZ seriyalı ******* nömrəli hərbi biletinin surətinə əsasən, X25 hərbi xidmətdə olmuşdur. AZ-İ seriyalı 328586 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən, Ərizəçi ilə X11 arasındakı nikah xx.xx.2019-cu ildə pozulmuşdur. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1998-ci il tarixli 89383 nömrəli arayışına əsasən, X17 xx.xx.1998-ci il tarixdə itkin düşməsi faktı ilə əlaqədar tərəflərindən xx.xx.1997-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 100-cü maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanaraq istintaq aparılmış və hazırda tapılması üçün axtarış işi üzrə əməliyat tədbirləri keçirilir. Nəsimi Rayon Prokurorluğunun 412-xid-24 nömrəli xx.xx.2024-cü il tarixli məktubuna əsasən, X17 naməlum şəraitdə itkin düşməsi aktına görə toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 100-cü maddəsinin 1-ci hissəsi ilə xx.xx.1997-ci il tarixdə cinayət işi başlanmış, istintaq yolu ilə mümkün olan tədbirlərin həyata keçirilməsinə baxmayaraq X17 özü və ya meyiti aşkar olunmamış və bununla bağlı cinayət törətmiş şəxs müəyyən olunmamışdır. Odur ki, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icratın dayandırılması haqqında qərar qəbul edilmişdir. Məhkəmə sorğusu əsasında məhkəməyə daxil olmuş 89383 nömrəli cinayət işinin materiallarına əsasən: X17 naməlum şəraitdə itkin düşməsi barədə Nəsimi Rayon Prokurorluğunda xx.xx.1997-ci il tarixdə 89383 nömrəli cinayət işi başlanmışdır. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1996-cı il tarixli qərarı ilə G.Abdullayevanın ərizəsi əsasında X17 barəsində başlanmış cinayət işinin başlanması rədd olunmuşdur. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixli qərarı ilə G.Abdullayevanın ərizəsi əsasında X17 itkin düşməsi ilə aləqadər toplanmış material üzrə cinayət işi başlamağı rədd etmək haqqında Nəsimi RPİ-nin 21-ci İB-nin xx.xx.1996-cı il tarixli əməliyyat barəsində başlanmış cinayət işinin başlanması rədd olunmuşdur. Cinayət işinin materiallarında olan X2 izahatından görünür ki, o, əri X17 xx.xx.1996cı il tarixdə saat 06:50 radələrində itkin düşməsi barədə Nəsimi RPİ-nin 21-ci polis bölməsinə ərizə ilə müraciət etmişdir. Cinayət işinin materiallarında olan: Ələkbər Bala oğlunun izahatından görünür ki, qardaşı ona müracəit edərək bir nəfər yoldaşa ssuda almağa köməklik göstərməsini bildirib. O, da onları bankın müdiri Akiflə tanış etmiş və ssudanın artırılmasına dair bankın əməkdaşlarına göstəriş verilmişdir. Ona məlum olduğuna görə X18 əlli milyon manat ssuda verilmişdir. Həmin görüşdən sonra o, bir daha X25 ilə görüşməmişdir. X7 ərizəsindən görünür ki, qardaşı X25 xx.xx.1996-cı il tarixdə Kurdəxanı qəsəbəsindən çıxmış və geri qayıtmamışdır. Sonuncu dəfə onu Bala-Baba Məcidov kücəsində görmüşlər. X9 izahatından görünür ki, o, X19 tanıyır xx.xx.1996-cı il tarixdə saat 16:00 radələrində X19 X3rşısından keçərkən görmüşdür. İki gün sonra X17 anası ona zəng vuraraq X17 telefon nömrəsinin onda olub-olmamasını soruşmuş və o, onlara X19 X3rşısından keçərkən gördüyünü bildirmişdir. Məmməd-zadə Altay Qəşəm oğlunun izahatından görnür ki, o, X19 1995-ci ilin qış ayından tanıyrdı. O, bir necə dəfə onun işlədiyi ofisə gəlmiş və bir necə təklif vermişdir. Yəni ki, göl arendaya götrüb və orada balıq və qurbağa saxlamağı və sonra onları fransızlarla əlaqə saxlayıb fransızlara satmağı bu təkliflər qeyri mümkün olduğuna görə qəbul edilməyibdir. Onu bir neçə dəfə içkili görmüşdür, onun bir o qədər savadı yox idi. O, ona çox yaxınlıq vermirdir çünki ümumi heç nəyi yox idi. xx.xx.1997-ci il tarixli Bakı şəhəri Rayon prokurorluqlarına ünvanlanmış xüsusi tapşırıqdan görünür ki, X17 əlamətlərinə uyğun kişi meytinin rayonun ərazisində aşkar olunub-olunmamasının yoxlanılmasını tabeçiliklərində olan əməliyyat işçisinə tapşırılması tapşırığı verilmişdir. Suraxanı RPİ-nin Nəsimi Rayon Prokurorluğuna ünvanladığı məktubdan görünür ki, X17 əlamətlərinə uyğun kişi meyti aşkar olunmamışdır. Nərimanov Rayon Prokurorluğunun Nəsimi Rayon Prokurorlğuna ünvanladığı məktubdan ki, X17 əlamətlərinə uyğun kişi meyti aşkar olunmamışdır. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixdə 89383 nömrəli cinayət işi xx.xx.1997-ci il tarixdə üzrə cinayət törətmiş şəxs müəyyən olunmadığına görə dayandırılması qərara alınmışdr. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixli 89383 nömrəli cinayət işinini dayandırılması haqqında qərar xx.xx.1997-ci il tarixdə ləğv edilmiş və işin icraatı təzələnmişdir. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixdə 89383 nömrəli cinayət işi xx.xx.1998-ci il tarixdə üzrə cinayət törətmiş şəxs müəyyən olunmadığına görə dayandırılması qərara alınmışdr. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixli 89383 nömrəli cinayət işinini dayandırılması haqqında qərar xx.xx.1998-ci il tarixdə ləğv edilmiş və işin icraatı təzələnmişdir. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixdə 89383 nömrəli cinayət işi xx.xx.1998-ci il tarixdə üzrə cinayət törətmiş şəxs müəyyən olunmadığına görə dayandırılması qərara alınmışdr. Bakı şəhər prokurorluğunun xx.xx.2005-ci il tarixli qərarının surətindən görünür ki, Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixdə 89383 nömrəli cinayət xx.xx.1999cu il tarixli cinayət işinin dayandırılması haqqında qərarı ləğv edilmiş və cinayət işi Nəsimi Rayon Prokurorlğuna qaytarılmışdır. Nəsimi Rayon Prokurorluğunun xx.xx.2005-ci il tarixli qərarı ilə cinayət işi icraata götürülmüşdür. Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixli 89383 nömrəli cinayət işinin materiallarında olan xx.xx.2006-cı il tarixli qərarının surətindən görünür ki, 89383 nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nazırət İdarəsinin xx.xx.2024-cü il tarixli 3-8-2/33-2421/24 nömrəli məktubuna əsasən, xx.xx.1950-ci il təvəllüdlü X17 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 41. Fiziki şəxsin ölmüş elan edilməsi 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4. Bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər; Maddə 42. Ölmüş elan edilmiş şəxsin gəlməsinin nəticələri 42.1. Ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir; Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında; Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin 30 - 40-6cı fəsillərində ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır; Maddə 306.2. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır; Maddə 312. Ərizənin verilməsi Şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir; Maddə 313. Ərizənin məzmunu Ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Maddə 314. Ərizə verildikdən sonra hakimin hərəkətləri 314.1. Hakim işi məhkəmə baxışına hazırladıqda hansı şəxslərin itkin düşən barədə məlumat verə biləcəyini aydınlaşdırır, habelə itkin düşənin məlum son yaşayış yeri və iş yeri üzrə müvafiq təşkilatlardan, polis orqanlarından onun haqqında olan məlumatları alır; 314.2. Hakim ərizəni qəbul etdikdən sonra, itkin düşən şəxsin əmlakının yerləşdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanına onun əmlakını idarə etmək üçün şəxs (qəyyum) təyin etməyi təklif edə bilər; Maddə 315. Məhkəmənin ərizə üzrə qətnaməsi 315.2. Şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır; Maddə 316. Xəbərsiz itkin düşmüş hesab edilən şəxsin gəlməsinin və ya olduğu yerin aşkar edilməsinin nəticələri Xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə, məhkəmə yeni qətnamə ilə özünün əvvəl çıxarmış olduğu qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır;
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarı: Bənd 2.2. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir; Bənd 2.4. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
Məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı, məhkəməyə təqdim edilmiş iş materiallarından, şahidlərin ifadələrindən və Nəsimi Rayon Prokurorluğunun xx.xx.1997-ci il tarixli 89383 nömrəli cinayət işinin materiallarından məlum olur ki, xx.xx.1950-ci il təvəllüdlü X25 xx.xx.1996-cı il tarixdə saat 06:50 radələrində Kürdəxanı qəsəbəsində qaldığı evdən çıxmış və bir daha geri qayıtmamışdır. Onun evə qayıtmamasına görə arvadı X1 Əli Hənifə oğlunun itkin düşməsi barədə Nəsimi Rayon Prokurorluğuna ərizə ilə müraciət etmiş və Nəsimi Rayon Prokurorluğunda bu barədə xx.xx.1997-ci il tarixdə 89383 nömrəli cinayət işi açılmışdır. Cinayət işi üzrə araşdırmalar aparılmış, şahidlərin izahatları alınmış, müəyyən istintaq hərəkətləri edilmiş və xx.xx.2006-cı il tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraat dayandırılmışdır. Hazırda Ərizəçi məhkəməyə müraciət edərək, X17 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Atasının ölmüş elan edilməsi ərizəçiyə vərəsəlik hüquq münasibətlərini nizamlamaq üçün lazımdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Ərizəçi ölmüş elan edilməsi xahiş olunan X17 qızı olmaqla, birinci dərəcəli vərəsəsidir. Göründüyü kimi ərizəçi, yəni birinci növbədən vərəsə hazırkı ərizə ilə məhkəməyə müraciət etməklə bağlı müvafiq subyektiv hüquqa malikdir. Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Göründüyü kimi, şəxsin ölmüş elan edilməsi üçün müvafiq norma iki müstəqil əsas nəzərdə tutmuşdur. Hər iki əsasla məhkəmə şəxsi ölmüş elan etməkdə haqlıdır. 1-ci halda (şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa) qanunverici şəxsin ölməsinə güman verən halın, hadisənin olmasını istisna edir. Bu zaman şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmaması qərarın qəbul edilməsini istisna etmir. Göründüyü kimi Mülki Məcəllənin 41.1-ci maddəsi şəxsin məhkəmə qaydasında ölmüş elan edilə bilməsi üçün sonuncunun yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumatın olmamasını yetərli saymışdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının 9.5-ci bəndinə əsasən şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir. Məhkəmə sorğusu əsasında tələb edilmiş cinayət işinin materiallarından görünür ki, X17 naməlum şəraitdə itkin düşməsi aktına görə toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 100-cü maddəsinin 1-ci hissəsi ilə xx.xx.1997-ci il tarixdə cinayət işi başlanmış, istintaq yolu ilə mümkün olan tədbirlərin həyata keçirilməsinə baxmayaraq X17 özü və ya meyiti aşkar olunmamış və bununla bağlı cinayət törətmiş şəxs müəyyən olunmamışdır. xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 53.1.1-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın dayandırılması haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində qeyd etmişdir ki, o, X17 arvadıdır. X25 xx.xx.1996-cı il tarixdə şəhərə anasının evinə getmək adı ilə evdən çıxmışdır. Sonra axşam gəlməmiş və səhəri gün anası özü onlara gəlmişdir. O da X17 evə gəlmədiyini bildirmişdir. Anası iki gün gözləməyi, əgər iki gün ərzində xəbər çıxmazsa polisə müraciət etmələrini təklif etmişdir. İki gün keçdikdən sonra polisə şikayət etsə də, bir nəticə əldə etməmişdir. X17 hər hansı bir şəxslə ədavəti yox idi. Kooperativ işlədirdi, 3- 4 nəfərlə birlikdə işləyirdi. Sonra əlifba dəyişəndən sonra evdən kooperativə aid olan sənədləri götürmüşdür ki, birlikdə işlədiyi digər şəxslər onu latın əlifbası ilə əvəz etsinlər. O da sənədləri və möhürü əri X18 vermişdir. Bu möhür və sənədləri ona verdikdən bir ay sonra X25 itkin düşmüşdür. Polis idarəsində X17 birlikdə iş gördüyü şəxslərin adlarını bildirmiş, onların izahatları alınmışdır. Onlar izahatı alınan zaman X19 görmədiklərini bildirmişdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində qeyd etmişdir ki, o, X17 dostu olmuşdur. Bir-birilərinin evinə gedib-gəlirmişlər. Sonra xəbər tutmuşdur ki, X25 itkin düşmüşdür. Belə ki, günlərin birində X17 qardaşını görmüş və X17 harada olduğunu soruşmuş, bu zaman qardaşı onun itkin düşdüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində qeyd etmişdir ki, o, X17 bibisi gəlinidir. 1996-cı ildə qardaşı oğlunun yas mərasimində olan zaman X17 gələcəyini gözləyirdi, lakin gəlib çıxmamışdır. Amma sonra eşitmişdir ki, X25 itkin düşmüşdür. Beləliklə, məhkəməyə təqdim olunmuş sənədlərdən və işin faktiki hallarından görünür ki, xx.xx.1950-ci il təvəllüdlü X17 xx.xx.1996-cı il tarixdə itkin düşməsi faktı ilə bağlı Nəsimi Rayon Prokurorluğunda müəyyən araşdırmalar aparılsa da, hər hansı bir nəticə əldə olunmamışdır və X17 harada olması barədə artıq 28 ildən çoxdur ki, məlumat yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, X17 ölmüş elan edilməsi üçün yetərli əsaslar vardır. Ona görə də ərizə təmin edilməli və xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğlumuş X25 ölmüş elan edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə təmin edilisin. xx.xx.1950-ci il tarixdə Bakı şəhərində doğulmuş X25 ölmüş elan edilsin. Məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün X17 ölüm günü hesab olunsun. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva