Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-315/2023 08.02.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Ramin Adilxan oğlunun sədrliyi, Cəfərova Gülhanə Coşqun qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh MTK-ya qarşı «yaşayış sahəsinin təhvil verilərək yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh MTK-ya qarşı «yaşayış sahəsinin təhvil verilərək yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 76 №-li «mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında» müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarının icrası çərçivəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin «Yaşayış və Qeyri Yaşayış binalarının Layihələndirilməsi Haqqında» 248 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında 250 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəlı yaşayış və qeyri- yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncama əsasən, Bakı şəhəri, Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh adından onun direktoru X1, Mərdanov qardaşları küçəsi, ev 162 ünvanında yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan bir müddət sonra cavabdeh tikinti işləri aparsa da müqavilə üzrə öhdəliklərini icra etməkdən yayınmağa başlamış və iddiaçıya verməli olduğu kirayə pulunu ödəməmişdir. Ona görə də bu barədə bir neçə dəfə cavabdehə yazılı müraciətlər edərək müqavilə üzrə öhdəliklərini icra etməsini tələb etsə də, heç bir nəticəsi olmamışdır. Ərazidə aparılan tikinti işləri nəticəsində mülkiyyətində olan mənzildə yaşamağın mümkün olmaması və münaqişəli vəziyyət səbəbindən xx.xx.2021-ci il tarixdə mənzili boşaldaraq cavabdehə təhvil vermişdir. Baş verə biləcək münaqişədən yayınmaq və hər hansı cinayət hadisəsinin baş verməməsi üçün başqa ünvana köçmüşdür. İddiaçının oğlu X2 Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xx.xx.2020-ci il tarixdə qismən səfərbərlik çağırışına qoşulmuş, xx.xx.2020-ci ildən xx.xx.2020-ci ilədək 44 günlük Vətən müharibəsində iştirak etmişdir, İİ Qarabağ müharibəsi qazisidir X5 Ali Baş Komandan X7 cənabları tərəfindən Cəbrayılın və Zəngilanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Yazılı müraciətinə cavab olaraq "xxxx" MTK tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, «sizinlə bağlanmış xx.xx.2021-ci il tarixli, 76 saylı müqaviləyə tərəfimizdən xitam verilir. Gələcəkdə sizə məxsus yaşayış sahəsi MTK-ya təhvil verilərsə sizinlə yeni müqavilə bağlanması tərəfimizdən təklif ediləcəkdir. Belə ki, humanistlik göstərərək tərəfimizdən əvvəlcədən sizə məxsus yaşayış sahəsinə toxunulmadan, təhvil alınmadan razılaşma edildiyi halda əsassız olaraq kirayə haqqı tələb edirsiniz. Əsassız olaraq müxtəlif dövlət orqanlarına şikayət unvanlayırsınız. Qeyd ədılənlən nəzərə almağınızı xahiş edirik». Cavabdeh tərəfindən iddiaçıdan göndərilən məktubdan görünür ki, cavabdeh bağlanmış müqavilə üzrə öhdəliklərinin fəqində deyildir. Sanki aralarında müqavilə bağlanmayıbdır. Cavabdeh istədiyi vaxt, istədiyi özbaşınalıqları davam etdirə bilər. Bundan başqa, xx.xx.2022-ci il tarixdə cavabdehə teleqram vuraraq aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə əsasən tələb etdiyi sənədləri onlara göndərmiş və dövlət notariat ofisində təsdiqlənməsini xahiş etməsinə baxmayaraq, cavabdeh yenə də hərəkətsiz qalmışdır. Göstərilənlərə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ilə İddiaçı Mıkayl oğlu arasında bağlanmış xx.xx.2022-ci il tarixli mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 211,45 olan, 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m.ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verılməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğındə pulun 15 sentyabr 2021-ci il tarixdən indiyədək ödənilməmiş 12350 manatın və ödənilmiş 126 manat dövlət rüsumunun, cəmi 12476 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
3. Sonra İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 76 №-li «mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında» müqaviləyə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarının icrası çərçivəsində Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin «Yaşayış və Qeyri Yaşayış binalarının layihələndirilməsi Haqqında» 248 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında 250 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu, S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V.Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qərəzli vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyrı-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında sərəncama əsasən, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi adından onun direktoru X1, Mərdanov qardaşları küçəsi, ev 162 ünvanında yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilin mülkiyyətçisi kimi iddiaçı ilə müqavilə bağlanmışdır. Cavabdeh məhkəməyə yazılı etiraz təqdim edərək göstərmişdir ki, guya müqavilə bağlanarkən MTK tərəfindən İddiaçı bildirilmişdir ki, hündürmərtəbəli yaşayış binasının inşasının gedişatından aslı olaraq, ona məxsus yaşayış sahəsinin sökülməsinə zərurət yaranıb-yaranmması məlum olacaq və belə bir zərurət yaranacağı halda MTK müqavilə üzrə üzərinə götürəcəyi öhdəliyi icra edəcəkdir. Etirazda qeyd olunanlar əsasən yalandır. Yuxarda qeyd etdiyi hal baş verməyib, nə də ki, iddiaçı müqavilə bağlandıqdan 2- 3 ay sonra MTK-ya dəvət edilməmişdir. MTK rəhbərliyi dəfələrlə mənə yalan vədlər verərək vaxtı uzatmaları səbəbindən iddiaçı onlara dəfələrlə xəbərdarlıq etmişdir və dövlət orqanlarına şikayət ərizəsi ilə müraciət etmişdir. Göstərilənlərə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil sahələrinin söküntüsü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olan, 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun - 15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günə kimi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, cavabdeh şirkətlə aralarında bağlanan müqaviləyə əsasən şirkət tərəfindən ona yeni ev verilməklə, aylıq kirayə haqqı verilməli olsa da, onlar bunu müxtəlif bəhanələrlə gecikdirirdilər. Sonradan cavabdehin nümayəndəsi onu çağıraraq bildirmişdir ki, həmin evi onların işçisinə kirayəyə versin. O, bununla razılaşmışdır. Ancaq kirayəçi həmin evdə qalsa da aylıq ona kirayəçi tərəfindən 400 manat verilmiş, cavabdeh isə heç bir əlavə verməmişdir. Sonradan aralarında bağlanılan müqavilə onlar tərəfindən ləğv olunmuş və nəticə o, da kirayəçini evindən çıxartmışdır. O, hımçinin izahatında bildirmişdir ki, qeyd olunan mənzil məhv olmamış və hazırda onun istifadəsində və mülkiyyətindədir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh MTK-nın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Cavabdeh MTK-nın sədri X1 tərəfindən məhkəməyə ünvanlanmış iddiaya qarşı etirazdan görünür ki, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı yaşayış sahəsinin təhvil verilməsi və kirayə haqqının ödənilməsi tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli mənzil sahələrinin sökülməsi üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümum sahəsi 211,45 kv.m. olan 2-ci girişdə, 9-cu mərtəbədə, 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmrli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə 197 saylı, 68,55 kv.m ümumi sahəsi dan 1 otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbədə 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun xx.xx.2021-ci il tarixdən indiyədək ödənilməmiş 12350 manatın və ödənilmiş 126 manat dövlət rüsumunun, cəmi 12476 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, aşağıda qeyd olunanlara əsasən, tamamilə əsassız və qanunsuz olmaqla, heç bir mötəbər və təkzib olunmaz sübuta əsaslanmadığından iddia ərizəsi rədd dunmalıdır. Belə ki, iddiaçının istinad etdiyi tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilənin 1.1.1 bəndində iddiaçı ilə belə razılığa gəlinmişdir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsini sökmək üçün Cavabdeh MTK-ya təhvil verməli və həmin müqavilənin 1.1.2-ci bəndində qeyd olunduğu kimi əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olmaqla 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı tamirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbədə 211 saylı, 49,4 kv.m olan 1 otaqlı təmirsiz mənzil almalıdır. Normadan artıq verilən sahə 197 və 211 saylı mənzillərin təmir pulu ilə əvəzləşdirilir. Tərəflər həmçinin həmin müqavilənin 1.2-ci bəndi ilə razılaşdırmışlar ki hündümərtəbəli yaşayış binasının tikintisi başa çatanadək müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün cavabdeh iddiaçıya hər ay 950 manat məbləğində vəsait ödəyir və bu vəsait mənzil mülkiyyətçi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. Eyni zamanda tərəflər sözügedən müqavilənin 2.1.1-ci ilə belə razılığa gəlmişlər ki, MTK-nın öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Nəzərinə çatdırır ki, iddiaçı bu günədək də sözügedən yaşayış sahəsini MTK-ya təhvil verməməklə, sahibliyini özü həyata keçirir və icarəyə verib aylıq qazanc əldə edir. Bundan başqa sözügedən müqavilə bağlanarkən MTK tərəfindən İddiaçı bildirilmişdir ki, hündürmərtəbəli yaşayış binasının inşasının gedişatından asılı olaraq, ona məxsus yaşayış sahəsinin sökülməsinə zərurət yaranıb-yaranmaması məlum olacaq və belə bir zərurət yaranacağı halda MTK müqavilə üzrə üzərinə götürəcəyi öhdəliyi icra edəcəkdir. Əks təqdirdə MTKnın İddiaçı qarşısınaa heç bır öhdəliyi yaranmır. Odur ku, bu razılaşma müqavilənin 1.2 və 2.1.1-ci bəndlərində də özünü təsbit etmişdir. Tərəflər arasında yuxarıda qeyd olunan müqavilənin bağlanmasından təxminən 2-3 ay sonra İddiaçı Cavabdeh MTK-ya dəvət olunmuş və ona bildirilmişdir ki, hündürmərtəbəli yaşaşyış binasının inşası üçün onun mülkiyyətində olan evin sökülməsinə hazırda zərurəti yoxdur, gələcəkdə belə bir zərurət meydana çıxarsa tərəflər müqavilə üzrə öhdəliklərini icra edərlər. Daha sonra İddiaçı 2022-ci ilin sentyabr ayında Cavabdeh MTK-na müraciət edərək, xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə əsasən tələb olunmuş sənədlərin notariat qaydada təsdiqlənməsini xahiş etmiş və MTK tərəfindən sonuncunun diqqətinə bir daha çatdırılmışdır ki, hündürmərtəbəli yaşaşyış binasının inşası ona məxsus yaşayış evinə toxunulmadan həyata keçirildiyindən buna zərurət yoxdur. Bir daha bəyan edirlək ki, İddiaçı məxsus sözügedən yaşayış sahəsi özünün sahibliyində və istifadəsindədir, orada kirayəşinlər yaşayır və hər ay kirayə haqqı almaqla qazanc eldə edir. Hündürmərtəbəli yaşayış binasının inşası üçün qeyd olunan yaşayış sahəsinin sökülməsinə heç bir zərurət yoxdur. Odur ki, bu kimi amilləri də nəzərə aınlaraq əvvəlcədən İddiaçıla MTK belə razılığa gəlmişdir ki, zərurət yaranacağı təqdirdə, mənzil təhvil-təslim aktı ilə verilməli və ancaq bundan sonra bağlanmış müqavilə üzrə götürülmüş öhdəlikləri icra edilməlidir. Əks halda tərəflərin bir-biri qarşısında heç bir öhdəliyi yaranmır. Onu da nəzərinə çatdırır ki, iddiaçının ona məxsus yaşayış sahəsini guya xx.xx.2021-ci il tarixdən MTK-ya təhvil verməsi barədəiddia ərizəsində qeyd etdikləri tamamilə yalnış olmaqla, cəfəngiyyatdır. Necə ola bilər ki, sözügedən yaşaşyış sahəsi MTK-ya təhvil verilsin, lakin təhvil-təslim aktı tərtib olunmasın? Bundan başqa, necə ola bilər ki, MTK-ya təhvil verilən yaşayış sahəsini İddiaçı kirayəyə verib, aylıq icarə haqqı alsın və hazırda da almaqda davam etsin? Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı yaşayış sahəsinin təhvil verilməsi və kirayə haqqının ödənılrrası tələbi barədə iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
7. Məhkəmə iddiaçının izahatını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerləşən ümumi sahəsi 38,4 kv.m. olan 162 saylı fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı mülkiyyətindədir.
9. İş materiallarında olan «Tikinti şirkəti» qismində Cavabdeh MTK-nın adından onun direktoru X1 ilə «Əmlak mülkiyyətçisi» qismində İddiaçı arasında bağlanılmış mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında 76 nömrəli, xx.xx.2021-ci il tarixli müqavilənin surətindən görünür ki, tərəflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı qərarının icrası çərçivəsində Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin «Yaşayış və Qeyri Yaşayış binalarının Layihələndirilməsi Haqqında 248 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V. Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazi planlaşdırma sənədlərinin təsdiq edilməsi haqqında 250 saylı, xx.xx.2017-ci il tarixli Sərəncama, Nəsimi rayonu S.Vurğun, S.Rəhman, Mərdanov qardaşları və Y.V. Çəmənzəminli küçələrinin əhatə etdiyi ərazidə şəhərin ümumi görünüşünə xələl gətirən, qəzalı vəziyyətdə olan, istismar müddəti başa çatmış evlərin sökülərək, yerində hündürmərtəbəli yaşayış və qeyri-yaşayış binalarının tikintisinə icazə verilməsi haqqında 158 saylı, xx.xx.2018-ci il tarixli Obyektin Tikintisinə İcazə və Sərəncama, xx.xx.2018-ci il tarixli, 007 saylı Tikintiyə icazə barədə Xüsusi Nişana, Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyəti ilə bağlanmış xx.xx.2017-ci il tarixli müqaviləyə əsasən müqavilə bağlamışlar. Müqavilənin 1.1.1-ci bəndinə əsasən «Əmlak mülkiyyətçisi» İddiaçı bu müqaviləyə əsasən mülkiyyətçinin mülkiyyətində olan Mərdanov qardaşları küçəsi, ev 162 ünvanda yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilini, yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməyi, bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada «Tikinti şirkəti» tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli, yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməyi öhdəsinə götürmüşdür.
10. Müqavilənin 1.1.2-ci bəndinə əsasən «Tikinti şirəkti» Cavabdeh MTK ünvan 2 ünvanda yerləşən 147,2 kv.m. sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 184,0 kv.m. mənzil verilməlidir. Cavabdeh MTK-nın mülkiyyətində olan yaşayış sahəsinin əvəzinə, inşa ediləcək binanın 2-ci girişində, 9-cu mərtəbə,160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan 2 otaqlı, təmirli, 3-cü girişində, 4-cü mərtəbə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı, təmirsiz mənzili və 3-cü girişində, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Normadan artıq verilən sahə 197 və 211 saylı mənzillərin təmir pulu ilə əvəzləşdirilir.
11. Müqavilənin 1.2-ci bəndinə əsasən «Tikinti şirkəti» Cavabdeh MTK yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılanadək və «Əmlak Mülkiyyətçisi» İddiaçı 1.1.2-ci bənddə nəzərdə tutulmuş mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayış xərcləri qarşılığında vəsait (kompensasiya) ilə təmin etmək məqsədilə İddiaçı bank kartına kompensasiya şəklində aylıq 950 manat məbləğində vəsait ödəyir. Sökülmə üçün təqdim ediləcək mənzilin kommunal borcları olarsa bu borclar kirayə haqqından tutulmaqla ödəniləcək. Kirayə haqqı mənzil mülkiyyətçisi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək.
12. Müqavilənin 2.1.1-ci bəndinə əsasən sökülməsi nəzərdə tutulan yaşayış sahəsinin boşaldılması tarixinədək olan kommunal borcları tam ödəmək şərti ilə heç bir kommunal borcunun olmamasına dair arayışı, həmin yaşayış sahəsində qeydiyyatda olan şəxslər barədə arayışı, (forma 2) təqdim etməklə həmin yaşayış sahəsində qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin həmin mənzilin sökülməsinə etiraz etmədiklərinə və həmin mənzilə dair mənzil söküldükdən sonra heç bir iddia qaldırmayacaqlarına dair notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh MTK-ya təhvil verilməsini təmin etmək. Qeyd edilən sənədlər tam hazır olduqda notarial qaydada müqavilə bağlanılacaq. Ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Əgər söküntü üçün təqdim edilən yaşayış sahələrində MTK-ya məlum olmayan, həddi-buluğ yaşına çatmış vətəndaşlar aşkar edilərsə və pay haqqı tələb edərlərsə, belə hal ilə bağlı MTK məsuliyyət daşımır. Bütün məsuliyyət Mülkiyyətçi daşıyır və hər hansı tələbi Mülkiyyətçi qarşılamalıdır.
13. Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilə «Mülkiyyətçi»nin söküntüsü nəzərdə tutulan evinin söküntüsü üçün tam hazır vəziyyətdə təhvil verərək, təhvil-təslim aktı tərtib edilir və notarial qaydada müqavilə təsdiq edildikdən sonra qüvvəyə minir.
14. İş materiallarında olan Nəsimi rayon MTKB-nin 59 saylı MKİS tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, X3 və oğlu X6 Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küçəsində yerşləşən 162 evdə qeydiyyatdadırlar.
15. İş materiallarında olan X3 tərəfindən notarial qaydada yazılmış xx.xx.2021-ci il tarixli ərizənin surətindən görünür ki, qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin sökülməsinə etirazı yoxdur, razıdır.
16. İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, İddiaçıla bağlanmış xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə MTK tərəfindən xitam verilir. Gələcəkdə İddiaçı məxsus yaşayış sahəsi MTK-ya təhvil verilsə onunla yeni müqavilə bağlanması MTK tərəfindən təklif ediləcəkdir. Belə ki, humanistlik göstərərək MTK tərəfindən əvvəlcədən İddiaçı məxsus yaşayış sahəsinə toxunulmadan, təhvil alınmadan razılaşma edildiyi halda əsassız olaraq kirayə haqqı tələb edir. Əsassız olaraq müxtəlif dövlət orqanlarına şikayət ünvanlayır. Qeyd edilənləri nəzərə almasını xahiş etmişlər.
17. İş materiallarında olan Cavabdeh MTK tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan evə dair Cavabdeh MTK ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli 76 №-li müqaviləyə istinadən əsassız olaraq aylıq kirayə pulunun ödənilməsi tələbi ilə əlaqədar bildirirlər ki, sözügedən müqavilənin 2.1.1-ci bəndində tərəflər arasında razılaşdırılmışdır ki, ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Hal-hazıradək qeyd olunan yaşayış sahəsi Cavabdeh MTK-na təhvil verilməmiş və İddiaçı qanuni sahibliyində olmaqla icarədədir və icarə haqqı da İddiaçı tərəfindən alınır. Nə qədər ki, qeyd olunan yaşayış sahəsi Cavabdeh MTK-na təhvil verilməmiş və bu barədə tərəflər arasında təhvil-təslim aktı imzalanmamışdır, belə olan halda MTK tərəfindən müvəqqəti yaşayış xərcləri kimi nəzərdə tutulan aylıq ödənişin ödənilməsi öhdəliyi yaranmamışdır.
18. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh MTK-ya ünanlanmış xx.xx.2022-ci il tarixli ərizənin surətindən görünür ki, MTK ilə aralarında bağlanmış xx.xx.2021-ci il tarixli 76 saylı müqaviləyə əsasən tələb etdiyi sənədləri MTK-ya göndərir və dövlət notariat ofisində təsdiqlənməsini xahiş etmişdir.
19. İş materiallarında olan İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi S.A.Qurbanov və mənzilə köçən kirayəçi Xalid Əbilov tərəfindən imzalanmış aktın surətindən görünür ki, siyahıda qeyd olunan 14 adda əşyalar İddiaçı evində olan əşyalar sayılır və mənzilə köçən kirayəçi Xalid Əbilov tərəfindən təhvil almışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
20. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə mənzil sahələrinin söküntü üçün təqdim edilməsi və təqdim ediləcək sahənin əvəzində alınacaq mənzil sahələri haqqında müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan Mərdanov qardaşları küçəsi, ev 162 ünvanda yerləşən, ümumi sahəsi 147,2 kv.m. olan mənzilini, yaşayış sahəsini sökülmək üçün Cavabdeh MTK-ya təhvil verməsi, müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada Cavabdeh MTK tərəfindən həmin ərazidə yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış evində onun üçün nəzərdə tutulmuş mənzili qəbul etməsi öhdəsinə götürmüşdür. Cavabdeh MTK ünvan 2 ünvanda yerləşən 147,2 kv.m. sahəsi olan mənzilin sahəsinə 25% əlavə edilməklə 184,0 kv.m. mənzil verilməli, Cavabdeh MTK-nın mülkiyyətində olan yaşayış sahəsinin əvəzinə, inşa ediləcək binanın 2-ci girişində, 9-cu mərtəbə,160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan 2 otaqlı, təmirli, 3-cü girişində, 4-cü mərtəbə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı, təmirsiz mənzili və 3-cü girişində, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. ümumi sahəsi olan 1 otaqlı təmirsiz mənzili İddiaçı mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. Müqavilənin şərtlərinə əsasən Cavabdeh MTK yeni inşa ediləcək çoxmənzilli, hündürmərtəbəli yaşayış binasının tikintisi başa çatdırılanadək və İddiaçı 1.1.2-ci bənddə nəzərdə tutulmuş mənzil ilə təmin edən günədək onun müvəqqəti yaşayış xərcləri qarşılığında vəsait (kompensasiya) ilə təmin etmək məqsədilə İddiaçı bank kartına kompensasiya şəklində aylıq 950 manat məbləğində vəsait ödəyir. Sökülmə üçün təqdim ediləcək mənzilin kommunal borcları olarsa bu borclar kirayə haqqından tutulmaqla ödəniləcək. Kirayə haqqı mənzil mülkiyyətçisi tərəfindən MTK-ya təhvil verildiyi gündən ödəniləcək. Müqavilənin 2.1.1-ci bəndinə nəzərdə tutulmuş sənədlər tam hazır olduqda notarial qaydada müqavilə bağlanılacaq. Ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil şirkətə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir. Müqavilənin 6.8-ci bəndinə əsasən müqavilə İddiaçı söküntüsü nəzərdə tutulan evinin söküntüsü üçün tam hazır vəziyyətdə təhvil verərək, təhvil-təslim aktı tərtib edilir və notarial qaydada müqavilə təsdiq edildikdən sonra qüvvəyə minir. Hazırda iddiaçı tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 147,2 kv.m. olan mənzil sahəsinin təhvil alınması və əvəzində inşa ediləcək binada ümumi sahəsi 184 kv.m. olan, 2-ci girişdə, 9-cu mərtəbədə 160 saylı, 93,5 kv.m. ümumi sahəsi olan, 2 otaqlı təmirli mənzili, 3-cü girişdə, 4-cü mərtəbədə, 197 saylı, 68,55 kv.m. ümumi sahəsi olan 1S otaqlı təmirsiz mənzilin, 3-cü girişdə, 6-cı mərtəbə, 211 saylı, 49,4 kv.m. olan 1 otaqlı təmirsiz mənzilin iddiaçıya təhvil verilməsi və müvəqqəti yaşayış xərclərini qarşılamaq üçün aylıq 950 manat məbləğində pulun - 15 sentyabr 2021-ci il tarixdən qətnamə icra olunan günə kimi və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 126 manat pulun tutulması barədə qətnamə çıxarılması xahiş edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
21. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlmə əsaslarından biridir (maddə 14.2.1) .
23. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
24. Məhkəmə qeyd edir ki, müqavilə mülki hüquq və vəzifələrin yaranmasının hüquqi əsaslarından biridir. Əqd – mülki hüquq subyektinin mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönələn iradə ifadəsidir. Müqavilə əqdin əsas forması kimi mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Göründüyü kimi, mülki hüquqların və vəzifələrin yaranmasında aparıcı rol oynayan müqavilələr və əqdlər mülki hüququn subyektlərinin iradəsinə əsaslanır. Yəni müqavilə mülki hüquq subyektlərinin iradəsinə əsaslanan hərəkətlərdən əmələ gəlir ki, bu hərəkətlər hüquqa uyğun olmalı və hüquqa zidd olmamalıdır.
25. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsində isə müəyyən olunmuşdur ki, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.
26. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla, lazımınca yerinə yetirmələrindən ibarətdir. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir (Mülki Məcəllənin 425.1-ci maddəsi).
27. Göstərilən Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
28. Məhkəmə qeyd edir ki, müqavilə tərəflərin iradə ifadəsinə əsaslanan və tərəflər üçün hüquq və vəzifələr yaradan, öhdəliklərin əmələ gəlməsinə səbəb olan əqddir. Göründüyü kimi müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi həmin müqavilənin bağlanılmasının zəruri şərtidir. Müqavilənin bağlanılmasının zəruri şərtlərindən biri də müqavilə azadlığı prinsipinə riayət edilməsidir. Yəni müqavilə azadlığı fiziki və hüquqi şəxslərin azad surətdə müqavilələr bağlamaq, onların məzmununu müəyyənləşdirmək, habelə mülki qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr bağlamaq hüquqlarını ehtiva edən bir anlamdır. Müqavilə bağlamaq şəxsin vəzifəsi deyil, qanunla bir başa nəzərdə tutulmuş hüquqdur. Yəni müqaviləni bağlayıb-bağlamamaq məsələsini şəxs öz iradəsi ilə həll edir. İnsanın şəxsi marağından yaranan və daxili aləmindən gələn bu iradənin formalaşması və ifadəsi onun özünə mənsubdur.
29. Mülki qanunvericiliyin prinsiplərini müəyyən edən Mülki Məcəllənin 6-cı maddəsində nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirdirlər. Qanunun bu müddəasından çıxış edən şəxs hər şeydən əvvəl öz iradəsinə müvafiq olaraq bağlayacağı müqavilədə özü üçün münasib tərəfdaş seçir, sonra şəxs öz iradəsinə müvafiq olaraq hazırladığı bağlanacaq müqavilənin mühüm şərtlərini nəzərdə tutan təklifini verir və tərəflər sərbəst olaraq müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Yəni şəxsin müqavilə bağlamaq haqqında iradəsi yarandığı andan gerçəkləşənədək ancaq onun sərbəst iradəsinə əsasən həyata keçirilir və öz seçdiyi tərəflə məzmununu sərbəst olaraq müəyyənləşdirdikləri qanuna zidd olmayan istənilən müqaviləni azad surətdə bağlaya bilər ki, bu da müqavilə azadlığıdır.
30. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin məzmunu dedikdə, əqddə əksini tapan şərtlərin məcmusu başa düşülür. Bu şərtlər qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verməlidir.
31. Belə ki, mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini tənzimləyən bir sıra müddəaları (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.) nəzərdə tutmuşdur.
32. Mülki Məcəllənin 417.1-ci maddəsinə görə müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir.
33. Müqavilənin standart şərtləri aşağıdakı tələblərə cavab verməlidir: - tərəflər arasındakı münasibətlərin tənzimlənməsi, onlara öhdəlik xarakterinin verilməsi; - öhdəliklərin ardıcıl yerinə yetirilməsi üçün qayda və üsulların müəyyənləşdirilməsi; - öhdəliyi yerinə yetirməyən tərəflər barədə tətbiq olunacaq tədbirlərin həyata keçirilmə qaydası.
34. Bu tələblərə cavab verən zəruri şərtlərin yerinə yetirilməsi müqavilələrin quruluşu və məzmunu ilə müəyyənləşdirilir.
35. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış xx.xx.2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən ödəniş öhdəliyi təhvil-təslim aktına əsasən mənzil Cavabdeh şirkətinə təhvil verildiyi andan aktiv hesab ediləcəkdir.
36. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçıya məxsus ev cavabdeh şirkətə təhvil verilməmiş, tərəflər arasında təhvil-təslim aktı imzalanmamış və hazırda iddiaçının sahibliyində və mülkiyyətindədir.
37. Məhkəmə qeyd edir ki, bu kimi münasibətlərdə ilk öncə müqavilə münasibətlərinin olub-olmamasına, olduğu təqdirdə qüvvədə olub-olmamasına ilk öncə fikir verilməlidir.
38. Belə ki, iddiaçı ilə bağlanmış müqavilədən görünür ki, bu müqavilə müəyyən şərtlə bağlanmış, bu şərt isə mənzilin cavabdehə təhvil verilməsi ilə bağlı olmuşdur ki, bu halda məhkəmə tərəfindən müəyyən edilmir. İddiaçının iş materiallarına əlavə etmiş olduğu akt isə təhvil təslim aktı olmamaqla yalnız kirayə münasibətləri ilə bağlı akt olmuşdur. (kirayəçi Xalid Əbilov olmaqla). Həmin kirayə münasibətlərindən isə iddiaçı müəyyən ödənişlər almasını da məhkəmə iclasında bildirmişdir.
39. Bu hal isə onu deməyə əsas verir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə heç bir andan qüvvəsini almamışdır. Qeyd olunan bu məqamda isə cavabdehin üzərinə hər-hansı bir öhdəliyinin qoyulması da absurt hala gəlmiş olacaqdır. (müqavilə qanuni qüvvəsini almadığında görə)
40. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış bu mübahisə zamanı iddiaçıya hər-hansı bir ziyan dəymişsə əgər, bu halda iddiaçının vurulmuş ziyanın ödənilməsi ilə bağlı ayrıca iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
42. Məhkəmə qeyd edir ki, öhdəlik – konkret şəxslər arasında müəyyən iqtisadi münasibətlər yaradır və subyekt tərkibi qeyri-müəyyən olan mütləq hüquq münasibətlərindən fərqli olaraq nisbi hüquq münasibətidir. Öhdəlik hüququnun hüquqi nizamasalma predmetinə daxil olan ictimai münasibətlər əmlakın mülkiyyətə verilməsi ilə, əmlakın istifadəyə verilməsi ilə, xidmət göstərilməsi ilə, iş görülməsi ilə, müqavilədənkənar hərəkətlərlə bağlı yarana bilər. Başqa sözlə, öhdəliyin predmeti – pul ödənilməsi, əmlak verilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və ya müəyyən hərəkətdən çəkilmək kimi konkret hərəkət və ya hərəkətsizlik ola bilər.
43. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
44. Öhdəliyin yaranması üçün, ilk növbədə, qanunla müəyyən edilmiş əsaslar mövcud olmalıdır. Öhdəliyin əmələ gəlmə əsasları dedikdə, öhdəlik hüquq münasibətlərinin əmələ gəlməsini şərtləndirən, onların yaranmasına dəlalət edən, qanunda nəzərdə tutulan və qanunun əlaqələndirdiyi hüquqi faktlar başa düşülür. Əmələ gəlmə əsaslarına görə öhdəliklər müqavilədən əmələ gələn, müqavilədən kənar öhdəliklər və qanundan irəli gələn öhdəliklərə bölünür.
45. Müqavilə öhdəliklərin əmələ gəlməsi əsasları arasında aparıcı yer tutur. Müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir.
46. Məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin müqavilə üzrə öhdəliklərini icra etməməsini iddia etsə də, bu halları təsdiq edən sübutları (yuxarıda göstərilən hüquqi mövqeyi nəzərə alaraq) məhkəməyə təqdim edə bilməmişdir.
47. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
48. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
49. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plunumu özünün «S.Əliyevanın şikayəti ilə ləaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır».
50. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).
51. Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
52. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
53. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməlidir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır.
54. Məhkəmə iddiaçının tələbinin sonuncu hissəsi olan kirayə haqqının verilməsi ilə bağlı qeyd edir ki, iddianın ilkin hissəsi təmin edilmədiyindən və sonuncu tələb isə tələbin birinci hissəsi (müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi) ilə bağlı olduğundan prosessual qənaət prinsipini nəzərə alaraq əlavə araşdırılma aparılmadan iddia tələbi bu hissədə də əsaslı hesab edilə bilməz.
55. Məhkəmə hesab edir ki, məhkəmə iclasında iddia tələbi (həm mənzilin təhvil alınaraq iddiaçıya yeni mənzilin verilməsi, həmdə müqavilə üzrə kirayə haqqının ödənilməsi barədə) təmin edilməsinin hüquqi əsasları müəyyən edilmədiyindən, qaldırılan iddia tələbi ümumilikdə əsaslı hesab edilə bilməz.
56. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
57. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68).
59. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MTK-ya qarşı «yaşayış sahəsinin təhvil verilərək yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməməlidir.
60. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, məhkəmə xərcləri - 126 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
61. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
62. Həmin Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır.
63. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh MTK-ya qarşı «yaşayış sahəsinin təhvil verilərək yeni mənzilin verilməsi və kirayə haqqının ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Ramin Xəlilov