Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3159/2024 23.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bank VTB (Azərbaycan) ASC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi" tələbinə dair iddiası üzrə mülki işə Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları: İddiaçı xx.xx.2015-ci il tarixdə Cavabdeh ASC-nin Əməliyyat idarəsinin kassa əməliyyatlarının təşkili şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul edilmiş, daha sonra xx.xx.2015-ci il tarixdə 14 nömrəli “Neftçilər” filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi, xx.xx.2019-cu il tarixdə Müştəri Xidmətləri Mərkəzinin kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi, xx.xx.2020-ci il tarixdə həmin şöbənin baş mütəxəssisi, xx.xx.2020-ci il tarixdə 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə baş mütəxəssisi və xx.xx.2023-cü il tarixdə isə həmin şöbənin meneceri vəzifəsinə keçirilmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, həmin gün işdən azad edilmişdir. İşdən azad edilməzdən təxminən 2 ay əvvəl cavabdeh X22 və İnsan resursları Departamentinin əməkdaşları tərəfindən izahatı alınmış və həmin izahatda da ona qarşı irəli sürülən tərəfindən edilmiş kassa əməliyyatları zamanı guya yol verdiyi nöqsanın olmadığını və əgər belə bir nöqsan varsa da səbəblərini qeyd etmişdir. İşdən azad edilməyi səbəbləri əmək müqaviləsinə xitam verilən günə qədər rəsmi qaydada ona bildirilməmişdir. Cavabdeh tərəfindən sözügedən əmrin verilməsinə əsas olan hər hansı hal (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi) baş verməmişdir. Onun işdən azad edilməyi cavabdehin ona qarşı qərəzli münasibətindən irəli gəlmişdir. Əmrdə onun vəzifə təlimatlarının tələblərinin pozulması göstərilsə də, həmin vəzifə təlimatı ilə cavabdeh tərəfindən işlədiyi müddətdə tanış edilməmişdir. Ümumiyyətlə, vəzifə təlimatı üzrə konkret olaraq hansı nöqsan üzrə əmək müqaviləsinə xitam verilməsi əmrdə belə dəqiq qeyd edilməmişdir. Tərəfindən cavabdeh müəssisədə əmək və icra intizamının normal ahənginin pozulmasına və ya cavabdehin, habelə əmək kollektivinin hüquqlarına və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan vurulmasına səbəb olan hərəkət və ya hərəkətsizlik edilməmişdir. Bu baxımdan onunla bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə xitam verilməsi tam qanunsuz olmuşdur. Eyni zamanda əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin məzmunu ilə bağlı Əmək Məcəlləsində müəyyən edilən tələbləri gözlənilməmişdir. İddiaçının tələbi: Cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli, 52/K əmrinin ləğv edilməsi, iddiaçının Bank VTB (Azərbaycan) ASC-nin 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə şöbənin meneceri vəzifəsinə işə bərpa olunması və 22 yanvar 2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdehin yazılı etirazı: İddiaçı iddia ərizəsində işlədiyi müddətdə vəzifə təlimatı ilə tanış edilməsiyini billdirsə də, hər bir işçi kimi iddiaçı da vəzifə təlimatı və Bankın metodik vəsaitləri ilə tanış edilmiş və həmin sənədlərlə tanış olması barədə İddiaçı təlimat və digər sənədlərə imza edərək razılığını bildirmişdir. İddiaçı Əli oğlu vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Belə ki, Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin (bundan sonra DAX) xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli “Valyuta mübadiləsi əməliyyatlarının ABS- ə vaxtında daxil edilməsinin yoxlanılması” ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata (bundan sonra X18) əsasən 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən - məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin (bundan sonra MXM) videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilmişdir: - videoda faktiki olaraq ABS-ə daxil edilən və filiallar üzrə müştərilərin valyuta mübadiləsi əməliyyatları aparması halları qeydə alınmayıb; - elektron növbə sistemindən əldə edilən məlumatlar da yoxlanılan tarixdə “valyuta mübadiləsi əməliyyatları” üzrə əməliyyatların aparılmadığını təsdiq edir: - kassirlər tərəfindən nağd valyutanın, yəni ABŞ dollarının mübadilə əməliyyatları ABSə daxil edilmir/əks etdirilmir. Daxili Audit Xidməti (bundan sonra DAX) tərəfindən aparılan monitorinq zamanı, yoxlayanların mülahizəsinə görə üç sxemdən istifadə etməklə kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir (2.2): -Sxem 1 - Məzənnələrin artması müəyyən ediləndən sonra faktiki olaraq günün birinci yarısında həyata keçirilmiş Bankın rubl alışı əməliyyatlarının günün ikinci yarısı ABS-ə daxil edilməsi. -Sxem 2 - Məzənnələrin artması müəyyən edildikdən sonra faktiki olaraq günün birinci yarısında Bankın rubl alışı üzrə həyata keçirilmiş əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə ABS-ə daxil edilməsi. -Sxem 3 - Maklerləri/şəxsi vəsaitləri cəlb etməklə valyuta mübadiləsi əməliyyatlarının Bankın mövcud müştərilərinə rəsmiləşdirmək yolu ilə aparılması. Kassa işinin təşkili və nağd vəsaitlərlə kassa əməliyyatlarının aparılma (xüsusən, valyuta mübadiləsi əməliyyatları) qaydasını yoxlamaq məqsədilə DAX tərəfindən valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin ekspress yoxlaması aparılmışdır. ABS-də 2023-cü ildə mübadilə əməliyyatlarının reyestrləri təhlil edilmişdir. Yoxlayanlar tərəfindən rublun alış məzənnəsinin yüksəldiyi günlərdə artan məzənnələri müəyyən edildikdən dərhal sonra rubl alışı üzrə əməliyyatların ABS-ə daxil edilməsi tendensiyası müəyyən edilmişdir.(məzənnələrin dəyişməsi ilə və artmış məzənnə üzrə ilk əməliyyatın daxil edilməsi arasındakı zaman fərqi maksimum 5-6 dəqiqə təşkil edir). Yoxlama məqsədilə filialların və MXM-in videokamera görüntüləri, elektron növbə sistemindən reyestrlər tələb edilib. Filialların və MXM-in videokamera görüntülərinin, ABS-ə daxil edilmiş əməliyyatların, habelə elektron növbə sistemindən reyestrlərinin qeydlərinin təhlili nəticəsində aşağıdakı pozuntular aşkar edilib: Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün 23 oktyabr 2023-cü il tarixdə 15:00-16:00 arası (rubl almaq üçün əməliyyatların ABS-ə daxil edilmə müddəti) sözügedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda göstərilən müddətdə bu filialda rubl alışı əməliyyatları üçün ABS-dən qeydlər var. Video çəkilişlərə baxılarkən müəyyən edilmiş müddət ərzində aparılan əməliyyatların heç biri müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Elmlər filialında əməliyyat günü ərzində ən az sayda əməliyyat aparıldığı üçün xx.xx.2023-cü il tarixdə 15:00-16:00 arası (rubl alışı üzrə ABS-ə əməliyyatların daxil edilmə müddəti) adıgedən filialın videokamera görüntülərinə baxılıb. Aşağıda qeyd edilən müddətdə bu filialda rubl alışı əməliyyatları üzrə ABS-dən götürülmüş qeydlər verilib. Videokamera görüntülərinə baxılan zaman müəyyən edilmiş müddət ərzində hər hansı bir əməliyyatın aparılması müəyyən edilməyib (mübadilə əməliyyatları aparmaq üçün kassaya yaxınlaşan müştərilər olmayıb). Bundan əlavə, Elmlər filialından xx.xx.2023-cü il tarixinə olan videokamera görüntülərinin təhlili zamanı nağd valyuta mübadiləsi əməliyyatları üzrə əməliyyatların, daha dəqiq Bank tərəfindən ABŞ dollarının alınması (günün 10:00-14:00 arası müddətində baxılıb) ABS-ə daxil edilməməsi/əks olunmaması faktları əlavə olaraq aşkar edilmişdir ki, bu da tənzimləmə riskləri daşıyır və AR Vergi Məcəlləsinin 58.7-ci maddəsinə uyğun cərimənin tətbiqini səbəb olur. xx.xx.2023-cü ii ərzində günün birinci yarısında dollar alışı üzrə 12 əməliyyat aparılsa da, ABS-də cəmi 190 ABŞ dolları məbləğində əməliyyat əks olunub. Bu fakt kassirlərin Bank müştərilərindən valyuta (ABŞ dolları) almaqda mümkün şəxsi marağından xəbər verir. Məlumat üçün bildirək ki, Elmlər filialı üzrə günün ilk mübadilə əməliyyatı yalnız saat 15:18də ABS-ə daxil edilib. Ümumilikdə, xx.xx.2023-cü il ərzində günün birinci yarısında bütün filial və MXM üzrə ABS- də ABŞ dollarının alışı üzrə ümumi məbləği 6 352,44 ABŞ dolları olan 3 əməliyyat daxil edilmişdir. 23.10. 2023-cü il ərzində valyuta (xüsusilə, rublun alınması) rublun alış məzənnəsi artdıqdan sonra ABS-ə daxil edilib. Digər günlərdə də oxşar vəziyyət müşahidə olunub: -xx.xx.2023-cü il - günün birinci yarısında ABS-ə 70 ABŞ dolları və 10 min rublun alışı üzrə 2 (36 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib (saat 16:00-dan sonra); -xx.xx.2023-csu il - günün birinci yarısında ABS-ə 504 ABŞ dolları və 10 600 avronun alışı üzrə 4 (54 əməliyyatdan) əməliyyat daxil edilib. Bütün digər əməliyyatlar rublun alış məzənnəsi artdıqdan sonra daxil edilib {saat 16:00-dan sonra). Bu faktı 2023-cü il ərzində Bankın dollar alqı-satqı əməliyyatlarının sayı və məbləği ilə bağlı ABS-ə daxil edilən statistik məlumatlarla təsdiqlənir - yoxlama haqqında məlumat açıqlandıqdan sonra noyabr ayından kəskin sıçrayış müşahidə edilir. DAX tərəfindən aparılan monitorinqlər zamanı kassirlər tərəfindən mümkün dələduzluq xarakterli çoxsaylı hərəkətlərə yol verildiyi aşkar edilmişdir. Bankın kassirlərinin hərəkətləri nəticəsində valyuta mübadiləsi əməliyyatları üzrə 2023-cü ildə əldə edilməyən gəlir 372 min manata çata bilər. Audit rəyindən də göründüyü kimi Əməliyyat Departamentinin 3 nömrəli “Elmlər” filialında Kassa əməliyyatları şöbəsinin meneceri vəzifəsində çalışan X16 qanunvericilin tələblərini, vəzifə təlimatını və Bankın daxili qaydalarını qəsdən pozaraq vəzifələrini yerinə yetirməmişdir. Bununla bağlı müvafiq videogörüntülər və digər sənədlər Bankda saxlanılır. Odur ki, məhkəmədən İddiaçı X9 Cavabdeh ASC-yə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı əlavə olaraq bildirdi ki, işdən çıxarılma əsası kimi əməliyyatların vaxtında sistemə vurulmamasını bildiriblər. İlk dəfədir ki, barəsində intizam tənbeh tədbiri tətbiq olunur. Vəzifə təlimatı ilə tanış olmuşdur. Müştəriləri müştəri xidmətlərində qeydiyyatdan keçməyə göndərdikləri üçün əməliyyatların sistemə vurulmasında gecikmələr olub. Nə qədər gec vurulduğu yadında deyil. Maksimum 10 dəqiqə olardı. Əməliyyatların sistemə vurulmasında həmişə gecikmə olmayıb. Əgər müştərinin adı sistemdə olmurdusa, o zaman müştəri xidmətlərinə yönləndirirdi. X12 müştəriləri incitməmək üçün belə etmələrinə dair şifahi göstəriş vermişdir Məzənnənin dəyişməsi isə işçilərə mail vasitəsilə göndərilir və standart saatı yoxdur. Həmçinin, bildirmişdir ki, xəzinə 19:00-da bağlanır və nahar fasiləsi yoxdur. Yüklənmiş iş rejimində işləyirlər. Sayım üçün vaxtı olmamışdır. Əməliyyatları iddiaçı icra etməmişdir, işçisi İlqar Məmmədov etmişdir. Bankın qərəzli mövqe göstərdiyini bildirmişdir. Eyni qanun pozuntularını etmiş işçilərə fərqli münasibətlər göstərilmişdir. Belə ki, digər menecerlər Mustafayev Ramil, Səlimov Azər və Hüseynov Tahirə töhmət verilərək işlərinə davam etdiklərini demişdir. Ailəlidir. 2 övladı var və hal-hazırda heç yerdə işləyə bilmir. Buna görə də iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Süleymanov Azər kassa əməliyyatları təşkili şöbəsinin meneceri idi. İddiaçı isə filialda menecer olmuşdur. Süleymanov Azər hal-hazırda "Bank VTB (Azərbaycan)" ASC-də işləmir. Süleymanov Azər işə bərpa tələbinə dair mülki iş üzrə öz məhkəməsində bildirmişdi ki, kassa əməliyyatlarının gec vurulması ilə bağlı onun tərəfindən işçilərə yazılı və yaxud şifahi heç bir məlumat verilməmişdir. Süleymanov Azər planlı yoxlamalar, qəfil yoxlamalar keçirmədiyi üçün işdən azad edilmişdir. Bu yoxlamalar keçirilmədiyi üçün kassa əməliyyatlarında özbaşınalıqlara yol verilmişdir. Kassa saat 09:00da açılır, 17:00-da bağlanır. Həmin bu müddət kassanın uçot hesabat dövrü hesab olunur. Həmin bu uçot hesabat dövründən həm menecer, həm də kassa əməliyyatlar şöbəsinin əməkdaşı cavabdehdir. Müştərilər tərəfindən şikayətlər olunmuşdur ki, kassirlər tərəfinfən qəbz təqdim olunmur. Bundan sonra daxili audit xidməti tərəfindən yoxlamalar keçirilmişdir. Kassadan oktyabr ayının 9, 19, 23, 26-na aid videogörüntülər götürülmüşdür. Həmin tarixlərdə pulun alış və satışı arasında kəskin fərqlər olduğu üçün həmin tarixlər götürülmüşdür. Videogörüntülərə baxan zaman məlum olmuşdur ki, bəzi saatlarda nə müştəri yaxınlaşıb, nə də qeydiyyatdan keçirilib. Lakin müştəri adına böyük məbləğlərdə əməliyyatlar icra olunmuşdur. İşçilər əməliyyatları sistemə vaxtında daxil etmirlərmiş. Pulun alış-satış qiyməti qalxdıqda məbləği sistemə vururlarmış. Bu da banka ziyan vurur. Ordan qalan artıq məbləği də özlərinə götürüblər. Başqa videogörüntüyə əsasən, Kərimova Könül adında müştəri 15:31-də Neftçilər filialında böyük məbləğdə valyuta dəyişməsi etmişdir. 15:34-də isə Elmlər filialında etmişdir. Məlum məsələdir ki, 3 dəqiqə ərzində Neftçilərdən Elmlərə getmək mümkün deyil. O müştərinin ümumiyyətlə banka nə zaman yaxınlaşdığı bilinmir. İddiaçı Vəzifə Təlimatının 3.1.21, 3.1.24 və 5.1.1-ci maddələrini pozmuşdur. Bank iddiaçıya münasibətdə qərəzli mövqe göstərməmişdir. Sadəcə əməliyyatların çox olması, meyarı fərqli olduğu üçün digər əməkdaşlar işdən çıxarılmamış, onlara töhmət verilmişdir. Həmçinin təcrübəli işçinin belə səhvlər etməsi, xəzinəyə düzgün nəzarət etməməsi ən ağır cəzanın seçilməsinə səbəb olub. Banka dəymiş zərərlə bağlı hələ də araşdırmalar aparılır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətinə əsasən, İddiaçı xx.xx.2015-ci il tarixdə Bank VTB (Azərbaycan) ASC-nin Əməliyyat idarəsinin kassa əməliyatlarının təşkil şöbəsinə mütəxəsiss vəzifəsinə qəbul edilib, xx.xx.2015-ci il tarixdə 14 nömrəli Neftçilər filialları şöbəsinin aparıcı mütəxəsissi vəzifəsinə vəzifəsinə keçirilib, xx.xx.2019-cu il tarixdə müştəri xidmətləri Məzənnəsinin kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi, xx.xx.2020-ci il tarixdə həmin şöbənin baş mütəxəssisi, xx.xx.2020-ci il tarixdə 8 nömrəli Elmlər filialnın kassa əməliyyatları üzrə baş mütəxəsiss, xx.xx.2023-cü il tarixdə həmin şöbənin meneceri vəzifəsinə keçirilib. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli aktına əsasən, İddiaçı xx.xx.2024-cü il tarixində əmrlə tanış olmuş, lakin əmri imzalamaqdan imtina etmişdir. Cavabdeh ASC-nin Daxili Audit Xidmətinin xx.xx.2023-cü il tarixli, 17/2023 nömrəli “Valyuta mübadiləsi əməliyyatlarının ABS- ə vaxtında daxil edilməsinin yoxlanılması” ekspress yoxlamasının nəticələrinə dair Akt/Hesabata əsasən 2023-cü ildə X1 (bundan sonra ABS) mübadilə əməliyyatları reyestrlərinin təhlili nəticəsində məzənnələrin artması müəyyən edildikdən dərhal sonra rublun alış məzənnəsinin artdığı günlərdə rublun alışı üzrə əməliyyatların qəsdən - məqsədli olaraq ABS-ə daxil edilməsi tendensiyası aşkar edilmişdir. Filialların və Müştəri Xidmətləri Mərkəzinin videokamera görüntüləri, ABS-ə daxil edilən əməliyyatların, habelə elektron növbə sistemindəki reyestrlərin təhlili nəticəsində pozuntular aşkar edilmişdir. 2023-cü il ərzində ABS-də əks olunmuş əməliyyatlar üzrə audit akt/hesabatında istifadə edilmiş hesablamaları əks etdirən siyahıya əsasən, İddiaçı banka vurduğu ziyanın məbləği 2000 manat (əməliyyat sayı 6), X6 banka vurduğu ziyanın məbləği 8694,32 manat (əməliyyat sayı 58), X2 banka vurduğu ziyanın məbləği 8983,55 manat (əməliyyat sayı 73), X4 banka vurduğu ziyanın məbləği 5962,36 manat (əməliyyat sayı 54) müəyyən edilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli 52/k nömrəli əmrinə əsasən, vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar əməliyyat departamentinin 3 №li Elmlər filialının Kassa əməliyytları şöbəsinin meneceri İddiaçı əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilməsi və son iş gününün xx.xx.2024-cü il tarix hesab edilməsi əmr edilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli 47/k saylı əmrinə əsasən, vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar əməliyyat departamentinin 14 №li Neftçilər filialın Kassa əməliyytları şöbəsinin meneceri X7 töhmət verilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli 46/k saylı əmrinə əsasən, vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar əməliyyat departamentinin 2 №li Gənclik filialın Kassa əməliyytları şöbəsinin meneceri X8 töhmət verilmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli 54/k saylı əmrinə əsasən, vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar əməliyyat departamentinin 1 №li Əcəmi filialın Kassa əməliyytları şöbəsinin meneceri X3 töhmət verilmişdir. Bakı 6 saylı Mediasiya Təşkilatının 02 may 2024-cü il tarixli MŞB/6-00762 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışına əsasən, İddiaçının Bank VTB (Azərbaycan) ASC-yə qarşı əmək mübahisəsi ilə bağlı tələbinə dair xx.xx.2024-cü il tarixdə saat 09:20-də nəzərdə tutulan ilkin mediasiya sessiyasında cavabdeh tərəf iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən, "Bank VTВ (Azərbaycan)" АSС-də həmkаrlаr ittifaqı təşkilatı fəaliyyət göstərmir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış İddiaçı qohumluq məlumatlarına əsasən iddiaçının himayəsində xx.xx.2013-cü il təvəllüdlü Yəhya Baqir və xx.xx.2018-ci il təvəllüdlü Yəhya Fəzilə adlı iki uşağı vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır; Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir; Maddə 125. Məhkəmə hakimiyyətinin həyata keçirilməsi Vİİ. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir; Maddə 129. Məhkəmə qərarları və onların icrası İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ *. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 12. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: *. c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; f) işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, yeni ixtisasa yiyələnmək və ixtisasını artırmaq zamanı, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; g) cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər
2. Bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır; Maddə 80. Əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar Bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir; Maddə 186 Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə ləğv etmək.
3. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri *. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarı: “Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.”
Konstitusiya Məhkəməsinin Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli qərarı: Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir Məhkəmənin mövqeyi: Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.2015-ci il tarixdə cavabdeh "xxxx" (Azərbaycan) ASC-nin Əməliyyat idarəsinin kassa əməliyyatlarının təşkili şöbəsinə mütəxəssis vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2015-ci il tarixdə bankın 14 nömrəli Neftçilər filialının kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə, xx.xx.2019-cu il tarixdə həmin bankın Müştəri Xidmətləri Mərkəzinin kassa əməliyyatları şöbəsinin aparıcı mütəxəssisi, xx.xx.2020-ci il tarixdə həmin şöbənin baş mütəxəssisi, xx.xx.2020-ci il tarixdə 3 nömrəli Elmlər filialının kassa əməliyyatları şöbəsinin üzrə baş mütəxəssis və xx.xx.2023cü ildən həmin şöbənin meneceri vəzifəsinə keçirilmişdir. Cavabdeh Bank VTB” (Azərbaycan) ASC xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsi ilə bağlı audit keçirmiş və "xxxx" (Azərbaycan) ASC-nin Daxili Audit Xidmətinin xx.xx.2023-cü il tarixdə “Valyuta mübadiləsi əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsinin yoxlanılması”nın ekspress yoxlamasının nəticələrinə dair xx.xx.2023-xx.xx.2023-cü il tarixlərini əhatə edən 17/2023 nömrəli akt/hesabat tərtib olunmuş, audit nəticəsində bir çox nöqsanlar aşkar edilmiş, 12 əməkdaş tərəfindən (əməkdaşların siyahısı əlavə 6) kassa əməliyyatlarının sistemə daxil edilməsində, habelə elektron növbə sistemindən reyestrlərin qeydlərində pozuntulara yol verildiyi müəyyən edilmiş, həmin aktda yoxlamanın nəticəsi olaraq kassirlərin hərəkətləri nəticəsində valyuta əməliyyatları üzrə 2023-cü ildə banka dəyən maliyyə zərərinin 250 min manata çata bilməsi göstərilmiş və əməkdaşlara qarşı intizam tənbeh tədbirlərinin/cəzaların tətbiqi məsələsinə baxılması tövsiyə olunmuşdur. Audit yoxlamasının nəticələrinə əsaslanmaqla xx.xx.2024-cü il tarixdə 52/k nömrəli əmrlə İddiaçı vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar, habelə AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərininin yerinə yetirilməməsinə görə tərəflər arasında bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funsksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) xitam verilmişdir. Hazırda iddiaçı sözügedən əmrin ləğv edilərək işə bərpa olunmasını və xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu tarixədək məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ona ödənilməsini xahiş edir və iddiasını uzun illər ərzində işlədiyi müddətdə üzərinə düşən əmək funksiyalarını vicdanla yerinə yetirməsi, cavabdeh tərəfindən sözügedən əmrin verilməsinə əsas verən hər hansı halın (əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinin) baş verməməsi, işdən çıxarılması əsası kimi əmrdə istinad olunan vəzifə təlimatı ilə cavabdeh təşkilat tərəfindən işlədiyi müddətdə tanış edilməməsini göstərmişdir. Cavabdehin nümayəndəsi isə iddiaya etiraz edərək İddiaçı vəzifə təlimatı və bankın metodik vəsaitləri ilə imzalayaraq tanış olmasını, xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli akta istinad etməklə X18 nəticəsində iddiaçının vəzifə funksiyalarını yerinə yetirməyərək əmək vəzifələrini kobud şəkildə pozmasının təsdiq olunmasını göstərərək iddianın rədd olunmasını xahiş edir. Məhkəmə araşdırması zamanı İddiaçı iş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli vəzifə təlimatı ilə tanış olduğunu, oradakı imzanın özünə məxsus oduğunu bildirərək öz mövqeyini daha çox törətməsi istinad olduğu əmələ görə tətbiq edilmiş intizam tənbehində ona qarşı ayrı-seçkilik edilməsi ilə əsaslandırmışdır. İddiaçı ona istinad etmişdir ki, bankda aparılan yoxlama əməliyyatları nəticəsində bir çox əməkdaşın əməllərində pozuntular aşkar edilmiş, lakin onunla eyni vəzifədə işləyən və eyni pozuntulara yol verildiyi istinad olunan bəzi əməkdaşlara yüngül intizam tənbehləri tətbiq edildiyi halda iddiaçıya qarşı isə ən sərt intizam tənbehi olan işçi ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş bu dəlilə münasibətdə cavabdeh tərəf göstərmişdir ki, işçilərin yol verdikləri pozuntulara görə intizam tənbeh tədbirləri intizam xətasının xarakteri, işəgötürənə vurulmuş zərərin məbləği, işçilərin məsuliyyət dərəcəsi nəzərə alınmaqla tətbiq edilmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçının audit yoxlaması nəticəsində əmək funksiyalarının icrası ilə əlaqədar pozuntulara yol verməsinin müəyyən olunmasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndi ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi üçün əsas ola bilməsinin müəyyən edilməsi üçün, ilk olaraq işəgötürənin həmin intizam tənbeh tədbirini tətbiq edərkən özünün Əmək Məcəlləsinin tələblərinə riayət edibetməməsi araşdırılmalıdır. Mübahisəsizdir ki, əmək münasibətlərinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi özü-özlüyündə işçi üçün ağır məhrumiyyətlərə səbəb olur. Belə ki, bunun nəticəsində o, işini, ümid etdiyi gəliri itirir. Bu tədbirin isə Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndi əsası ilə tətbiq edilməsi işçiyə ən ağır məhrumiyyətlər yaradır, o, gələcəkdə başqa iş tapmaqda da çətinlik çəkir. Bu səbəbdən tətbiq olunan maddi hüquq normasının işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması hazırki halda xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan məhkəmə qeyd edir ki, həmin tənbehin tətbiqinin qanunauyğunluğunun yoxlanılması daha geniş hüquqi araşdırma tələb edir. Əmək Məcəlləsinin “əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmalar” adlanan 80-ci maddəsinin tələblərinə riayət edilməsinin yoxlanılması ilə əlaqədar "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətində həmkarlar ittifaqı təşkilatının (birliyinin) fəaliyyət göstərib-göstərməməsi, göstərdiyi təqdirdə İddiaçı həmkarlar ittifaqının üzvü olub-olmaması, habelə İddiaçı işlədiyi son iki ay üzrə aldığı əmək haqqının hesablanması və ondan tutulmaların aparılması (həmkarlar ittifaqına tutulmaların aparılmasının müəyyən edilməsindən ötrü) barədə məlumatın əldə edilməsi üçün banka sorğu verilmiş, Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli məktubuna əsasən bankda həmkаrlаr ittifaqı təşkilatının fəaliyyət göstərmədiyi müəyyən olunmuşdur. Məhkəmə işçinin işdən azad edilməsi zamanı işəgötürən tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməsi ilə bağlı qeyd edir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmamışdır. İşəgötürən əmək qanunvericiliyinə riayət etməməklə, həmçinin işçi tərəfindən yol verilmiş intizam pozuntusunu müəyyən edilmiş əsaslar çərçivəsində qiymətləndirməməklə əmək müqaviləsinə xitam vermiş və iddiaçını işdən azad etmişdir. Belə ki, Əmək Məcəlləsinin 72-ci maddəsinin 2-ci hissəsinə görə, bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Göründüyü kimi əmək qanunvericiliyində Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinin şərtləri müəyyən olunmuşdur. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsinin səbəbi kimi göstərilmiş vəzifə təlimatının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissəsində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi, habelə AR Əmək Məcəlləsinin 10-cu maddəsinin “b” bəndində nəzərdə tutulmuş vəzifə öhdəliklərininin yerinə yetirilməməsi nəticəsində iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi müəyyən olunmur. Cavabdeh tərəf hazırkı intizam tənbeh tədbirinin tətbiqini banka yalnız maddi ziyanın vurulması ilə əlaqələndirmişdir ki, bununla bağlı məhkəmə qeyd edir ki, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi iki hissədən (1. işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və 2. bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması) ibarət olmaqla bir birindən “yaxud” bağlayıcısı ilə ayrılır. Cavabdehin işçinin yol verdiyi pozuntular nəticəsində banka maddi ziyan vurması dəlili bunun üçün kifayət qədər əsaslar olduğu və tətbiqinə əmək qanunvericiliyinin imperativ tələbləri baxımından yol verildiyi təqdirdə 70-ci maddənin "xxxx" bəndinin ikinci hissəsi ilə, yəni bu Məcəllənin 72-ci maddəsində sadalanan (təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması) hallarda əmək vəzifələrini kobud şəkildə pozması əsası ilə həmin maddənin tətbiqi üçün əsas ola bilərdi ki, hazırkı halda əmək qanunvericiliyinin aşağıda göstərilən tələblərinin işəgötürən tərəfindən pozulması həmin hissənin də iddiaçıya münaibətdə tətbiqini istisna edir: Əmək Məcəlləsinin 12-ci maddəsinin f və g bəndlərinə əsasən işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq; eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri kimi təsbit olunmuşdur. xx.xx.2023-cü il tarixli 17/2023 nömrəli akta əlavə edilmiş (əlavə 6) siyahıdan görünür ki, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasında valyuta əməliyyatlarının ABS-ə vaxtında daxil edilməsi ilə bağlı keçirilmiş audit yoxlaması nəticəsində nöqsanlara yol vermiş işçilərdən X5, X11, X10 İddiaçı ilə eyni vəzifədə - "xxxx" (Azərbaycan) ASC-nin filialları üzrə kassa əməliyyatları şöbələrinin menecerləri kimi fəaliyyət göstərmişlər. Məhkəmə sorğuları əsasında təqdim edilmiş "xxxx" (Azərbaycan) ASC-nin 03 və 11 iyul 2024-cü il tarixli məktublarından və həmin məktublara əlavə edilmiş əmrlərin surətlərindən görünür ki, kassa əməliyyatları şöbələrinin menecerləri kimi X10, X5, X6 vəzifə təlimatlarının 3.1.4, 3.1.21, 3.1.24 və 5.1.1-ci hissələrində nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməməsi ilə əlaqədar, məhz bankın əməliyyat kassalarında pul vəsaitlərinin uçotunun düzgün aparılmasına nəzarət, kassanın fəliyyətində və işində mövcud nöqsanlar, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə rəhbərliyə məlumat vermək, öz səlahiyyətləri daxilində banka dəyən zərərin qarşısının alınması, müəyyən edilmiş qaydada şöbənin vəzifə və funksiyalarının yerinə yetirilməməsi (lazımi olaraq yerinə yetirilməməsi) ilə əlaqədar olaraq həmin şəxslərə Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən töhmət intizam tənbehi tətbiq edilmiş, onlarla eyni vəzifədə olan və eyni pozuntuya yol vermiş İddiaçı barəsində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən (işçi özünün əmək funsksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) əmək müqaviləsinə xitam verilmişdir. Qeyd edilməlidir ki, əmək hüquq münasibətləri baxımından işçi tərəfindən yol verilmiş əmək hüquq pozuntusuna görə tətbiq edilən məsuliyyət tədbirləri mütənasiblik təşkil etməlidir. Təsadüfi deyildir ki, əmək qanunvericiliyində işçinin yol verdiyi pozuntunun xarakterindən, ağırlığından asılı olaraq fərqli intizam tənbeh tədbirləri nəzərdə tutulub (Əmək Məcəlləsinin 186-cı maddəsi). Qeyd edildiyi kimi əmək qanunvericiliyinə görə əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozan işçinin əmək müqaviləsinə xitam verilməsini ən sərt tənbeh tədbiri kimi müəyyənləşdirmiş, alternativ tənbeh tədbirləri kimi töhmət və ya sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək imkanlarını da nəzərdə tutmuşdur. Əmək Məcəlləsinin 186-cı maddəsinin 3-cü bəndinə əsasən işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. İşdən görünür ki, iddiaçı 2015-ci il tarixdən cavabdeh bankda mütəxəssis kimi işə qəbul olunmuş, daha sonra həmin bankda müxtəlif illərdə vəzifədə yüksələrək aparıcı mütəxəssis, baş mütəxəssis və menecer vəzifələrinə keçirilmişdir ki, bu da onun peşəkarlığına və kollektivdəki nüfuzuna olan etimadın nəticəsi kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Bundan başqa məhkəmə sorğusu əsasında təqdim edilmiş akt/hesabat sənədlərinin 6 saylı qoşmasında adıçəkilən əməkdaşların hər biri tərəfindən audit yoxlaması nəticəsində müəyyən edilmiş banka vurulmuş maddi ziyanın məbləği barədə siyahıya əsasən İddiaçı tərəfindən cavabdehə vurulmuş ziyanın məbləği digər işçilərin vurduğu zərərin məbləğindən kəskin fərqlənməklə 2000 manat (əməliyyat sayı 6) təşkil edir. Barələrində töhmət intizam tənbehi tətbiq edilmiş menecerlər - X6 8694,32 manat (əməliyyat sayı 58), X2 8983,55 manat (əməliyyat sayı 73) və X4 isə 5962,36 manat (əməliyyat sayı 54) məbləğində ziyan vurması müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, aktdan görünür ki, yoxlamanın aparıldığı müddət xx.xx.2023-xx.xx.2023-cü il tarixləri əhatə edir və iddiaçının menecer kimi işləməsi xx.xx.2023-xx.xx.2024-cü illərə təsadüf edir. Göründüyü kimi İddiaçı 11 aylıq yoxlama müddətinin yalnız 3 ayını müvafiq vəzifədə işləmişdir və sözügedən aktda yanvar 2023-oktyabr 2023-cü ildə banka dəyən maliyyə zərərinin 250 min manat olması göstərilir ki, iddiaçının menecer olaraq işlədiyi dövr yalnız həmin müddətin 1 ayını əhatə edir. Bu da onu göstərir ki, banka külli miqdarda vurulmuş zərərin məbləğində iddiaçının çox cüzi payı vardır. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işdə, işəgötürən tərəfindən intizam təhnehi tətbiq olunarkən iddiaçının peşəkarlıq səviyyəsinin, habelə banka vurduğu zərərin məbləğinin az olmasının nəzərə alınmaması, bununla da pozuntunların xarakterinə adekvat olmayan tənbeh tədbirinin tətbiqi Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə zidd olmaqla, Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinin düzgün tətbiq olunmaması deməkdir. Belə ki, hər hansı hüquq pozuntusuna görə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin yol verilmiş pozuntunun xarakterinə, ağırlığına və digər vacib xüsusiyyətlərinə mütənasib olması hüququn hamılıqla qəbul edilmiş ümumi prinsiplərindən biridir. Eyni pozuntuya yol vermiş, hətta bu pozuntularla əlaqədar işəgötürənə daha çox maddi ziyan vuran digər menecerlərə töhmət tənbehi tətbiq edildiyi halda, habelə iddiaçının peşəkarlıq səviyyəsini, kollektivdəki nüfuzunu (iddiaçının uzun illər ərzində (9 illik fəaliyyəti dövründə) işlədiyi iş yerində barəsində hər hansı intizam tənbehinin tətbiq edilməməsi, ona rəhbərlik tərəfindən etimad göstərilərək bu illər ərzində bir neçə dəfə vəzifədə yüksəlişlərinin olması), banka vurduğu zərərin məbləğinin cüzi olmasını onun ailə vəziyyəti ilə (himayəsində azyaşlı uşaqlarının olması və onların mənafelərinin təmin olunması baxımından) əlaqəli şəkildə nəzərə alaraq işəgötürənin 186-cı maddədə sadalanan intizam tənbeh tədbirlərindən daha yüngül tədbiri tətbiq etmək imkanına malik olduğu halda iddiaçıya məhz ən ağır intizam tənbehi olan əmək müqaviləsini Əmək Məcəllənin 70-ci maddəsinin "ç” bəndi ilə ləğv etməyə nə dərəcədə zərurət olması işdən məlum deyil. Cavabdeh işçinin əmək funksiyalarını pozmasını işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi kimi qiymətləndirməklə ƏM-nin 70-ci maddəsinin "xxxx" bəndinin tətbiqini əsaslandırmağa çalışsa belə, eyni intizam xətasına yol vermiş və eyni vəzifədə çalışan digər menecerlərlə bağlı nəyə görə bu hala istinad etməməsi qeyri-müəyyəndir. Göründüyü kimi iddiaçıya intizam tənbehi verən işəgötürən “işəgötürənin əsas vəzifələri və məsuliyyəti”ni nəzərdə tutan Əmək Məcəlləsinin 12-ci maddənin f və g bəndlərini, habelə “Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri”ni müəyyən edən 186-cı maddənin 3-cü bəndinin tələblərini pozmuşdur. Bununla da cavabdeh qanunvericiliyin qeyd olunan tələblərinə əməl etməyərək qanunsuz olaraq iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddənin "xxxx" bəndi ilə xitam vermişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı barəsində intizam tənbehinin verilməsi zamanı əmək qanunvericiliyinin tələbləri pozulduğundan intizam tənbeh tədbirinin tətbiq olunmasına dair xx.xx.2024-cü il tarixdə 52/k nömrəli əmr ləğv edilməlidir. Əmr ləğv edildiyindən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçi əvvəlki vəzifəsinə bərpa edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə şöbənin meneceri vəzifəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli, 52/K əmrinin ləğv edilməli, İddiaçı işə bərpa edilməli, İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir.
Məhkəmə xərcləri: Mülki Prosessual Məcəllənin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə əsasən iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğu üçün iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən dövlət mədaxilinə tutulmalıdır. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün qiymətləndirilməyən iddialar üçün nəzərdə tutulmuş 100 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət büdcəsinə ödənilməlidir. MPM-in 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən mediasiya xərci kimi ödənilmiş 50 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Bank VTB (Azərbaycan) ASC-nin 3 nömrəli “Elmlər” filialının kassa əməliyyatları üzrə şöbənin meneceri vəzifəsi ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən xitam verilməsi haqqında cavabdeh Bank VTB (Azərbaycan) ASC-nin xx.xx.2024-cü il tarixli, 52/K əmrinin ləğv edilsin. İddiaçı işə bərpa edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Cavabdeh Bank VTB (Azərbaycan) ASC-dən 100 (yüz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə keçirilsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Həbibə Miriyeva