Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3163/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X6 Novruz qıznın sədrliyi, məhkəmə iclasının katibi Xəlıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 (yekun məhkəmə iclasına gəlməmişlər) iştirakı ilə, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun restrukturizasiya edilməsi və yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçının tələbi: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borcun restrukturizasiya edilməsi və yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, LPO Cavabdeh ASC-yə 4136.74 (dörd min yüz otuz altı manat yetmiş dörd qəpik) manat məbləğində borcunun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemi kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqnda" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 551 saylı fərmanı əsasında restrukturizasiya edilməsi və onunla yeni kredit müqaviləsinin bağlanması vəzifəsi Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin iddia ərizəsində qeyd edilən halları: “DəmirBank" Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə aralarında bağlanmış xx.xx.2015-cı il tarixli Kredit müqaviləsinə əsasən iddiaçıya “şəxsi ıstehlak" məqsədi ilə 36 ay müddətinə illik 22,5% dərəcəsi ilə 8000 ABŞ dolları məbləğində kredit verilmişdir. "DəmirBank” Açıq Səhmdar Cəmiyyətinin Əməliyyat İdarəsi filialı ilə aralarında bağlanmış 1 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı 5520.87 ABŞ dolları miqdarında kredit öhdəliyinin əsas borc üzrə qalığı (bundan sonra "restrukturizasiya edilmiş kredit') konvertasiya edilməklə (1 USD = 1.40 AZN) bu Sazişin qüvvəyə mindiyi tarixə 7729.22 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit müddəti bu Əlavə Saziş imzalandığı tarixdən xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 15% müəyyən edilmişdir. Ləğv prosesində olan Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu ona və X2 (zaminə) qarşı ,:kredit borcunun qaytarılması tələbi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində iddia qaldırmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi 23 04.2024-cü ıl tarixli, e-2(001)-1597/2024 №-li qətnaməsilə iddia qismən təmin edilmiş, ondan 4136.74 (dord min yüz otuz altı manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçı LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Ləğv prosesində olan “DəmirBank" ASC-yə olan 4136.74 (dörd min yüz otuz altı manat yetmiş dörd qəpik) manat məbləğində borcun "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 №-li Fərmanı əsasında restrukturizasiya edilməsi və onunla yeni kredit müqaviləsinin bağlanması vəzifəsi cavabdeh ləğv prosesində olan ''DəmirBank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna həvalə olunması məhkəmə qaydasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikasımı Mərkəzi Bankının 03 aprel 2024-cu il tarixli. 6- 1- 26/2-Ş-3551 -21-5944/2024 №-li cavabından da görünür ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanından yararlanacaq şəxslərə aiddir. Həmin Fərmanının 5.1-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, bu Fərman qüvvəyə mindiyi tarixə fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000.0 (altı yüz səksən iki milyon) manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etsin. Fərmanın 6.1-ci bəndinə görə banklara tövsiyə edilmişdir ki, bu Fərmanın 7.1 -ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsiqlər. Fərmanın 8.8-ci bəndinə görə güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər başa düşülür. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmənin hazırlıq iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, məhkəmə qətnaməsi ilə tutulan 4136 manat borcunun olmasını qəbul edir, lakin yalnız hissə-hissə ödəmək iqtidarındadır. Ona görə də məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhəmənin hazırlıq iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddianı qəbul etməyərək rədd edilməsini xahiş etdi. İş üzrə tərəflərə məhkəmə baxış iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Cavabdehin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin etirazı: Cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən tərəfindən iddiaçının tələbinə qarşı yazılı etiraz daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2(001)- 1597/2024 saylı qətnaməsinə əsasən iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər İddiaçı və X2 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh İddiaçı 4136,74 (dörd min yüz otuz altı manat yetmiş dörd qəpik) manat məbləğində əsas borc və ödənilmiş dövlət rüsumunun 61,37 (altmış bir manat otuz yeddi qəpik) manat hissəsi tutularaq iddiaçı LPO Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövləti rüsumunun 61,13 manat hissəsi iddiaçının özünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 03 aprel 2024-cü il tarixli 6-1-26-Ş-35xxxx-5944/2024 nömrəli məktubuna əsasən, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanından yararlanacaq şəxslər "Problemli kredit məlumatlarının sorğulanması xidmətindən (https://pk.cbar.az/az/kompensasiya#) istifadə etməklə ona hesablanmış kompensasiya məbləği və restrukturızasiya edilməsi təklif olunan kreditlər barədə məlumat əldə edə bilərlər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» 28 fevral 2019-cu il tarixli Fərmanı: Bənd 7.1. Banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası: 6.16. Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31də başa çatır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: «Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi» Qaydasında fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatması nəzərdə tutulmuşdur. İş materiallarından göründüyü kimi, İddiaçı borc məbləğinin restrukturizasiya olunmasına dair xx.xx.2019-cu il tarixədək banka hər hansı müraciət etməmişdir. Digər tərəfdən, iddia ərizəsində də adı qeyd edilən Fərmanla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etmələri banklara tövsiyə olunmuşdur. Həmçinin, məhkəmə iddiaçının nəzərinə çatdırır ki, Bank (Ləğvedicisi) fiziki şəxslə müqavilə bağlamağa məcbur edilə bilməz, qanunvericilik bunu qəti şəkildə qadağan edir. Bundan başqa işdə olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 23 aprel 2024-cü il tarixli e-2(001)-1597/2024 saylı qətnaməsinə əsasən cavabdeh İddiaçı 4136,74 (dörd min yüz otuz altı manat yetmiş dörd qəpik) manat məbləğində əsas borcun tutulması qət edilmiş və həmin qətnamədə məhkəmə müvafiq Fərmanın 6.2-ci bəndini tətbiq edərək cavabdehdən məhkəmə qaydasında tələb olunan 2598,71 manat faiz borcu, 3512,02 manat cərimə borcu və 586,53 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği və ödənilmiş dövlət rüsumunun 61,37 (altmış bir manat otuz yeddi qəpik) manat hissəsinin tələb edilməsini Fərmanın ruhuna zidd hesab edərək həmin borcların silinməsi qənaətinə gəlmişdir. xx.xx.2016-cı il tarixli “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilir ki, ...Məcəllənin Bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015- ci il tarixli Qərarı). Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı onun yenidən restrukturizasiya edilməsini tələb etdiyi 4136,74 manat əsas borcun tutulması qət edildiyindən, onun yenidən həmin məbləği mübahisələndirmək hüququ mövcud deyil. Bu yanaşmanın əksi, preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi prinsipinin pozulmasına səbəb ola bilər Məhkəmə iclasında İddiaçı məhkəmə qətnaməsi ilə əsas borcun məbləği ilə razı olduğunu, lakin hissə-hissə ödəmək iqtidarında olduğunu bildirmişdir. Məhkəmə bununla bağlı izah edir ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. MPM-in 231-ci maddəsinin tələbi baxımından iddiaçının icra icraatı qaydasında (8 indekslə baxılan işlər üzrə) müvafiq ərizə ilə müraciət etmək hüququna malik olması iddiaçıya izah olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «restrukturizasiya edilməsi və yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh LPO Cavabdeh ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı «borc məbləğinin restrukturizasiya edilməsi və yeni kredit müqaviləsinin bağlanması» tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həbibə Miriyeva
Məhkəmə qərarları › İş №2(006)-3163/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3163/2024
29.07.2024 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver