Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3166/2020 17.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Namazova Çinarə İmaməddin qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi «nikahda olma faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 1988-ci ilin sentyabr ayında X3 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin nikahları Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində (icra nümayəndəliyində) bağlanmışdır. Məlum məsələlər ilə əlaqədar olaraq daimi ata baba yurdlarını tərk edərək deportasiya olunmuşlar. Həmin ərəfədə nikah haqqında sənədi itirmişlər. Tərəflərin birgə nikahlarından üç övladları anadan olmuşdur. Aysel və Gülənbər adlı qızları, Fərid adlı oğulları anadan olmuşlar. Uşaqların hər üçü həddi buluğa çatmışdır. Lakin ərizəçinin yoldaşı 2017-ci ilin avqust ayında vəfat etmişdir. Amma ərizəçinin rəhmətlik Zenfira İsmayılova ilə nikahlarını təsdiq edən sənəd itdiyindən hüquqi sahədə heç bir hərəkət edə bilmir. Bu səbəbdən onunla olan nikah akt qeydləri bərpa olunmalıdır. Bunun ərizəçi üçün hüquqi əhəmiyyyəti vardır. Buna görə də nikah haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Bununla bağlı ərizəçi Maraqlı şəxsnə müraciət etmiş, lakin nikah Azərbaycanda qeydiyyata alınmadığına görə Maraqlı şəxs nikah qeydinin bərpa edilməsindən imtina etmişdir. Göstərilənlərə əsasən xx.xx.1988-ci il tarixdə Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində Ərizəçi ilə X3 arasında bağlanmış nikah akt qeydinin bərba edilməsinə və nikahda olma faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək xx.xx.1988-ci il tarixdə Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində onunla X4 arasında bağlanmış nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs tərəfindən məhkəməyə məktub göndərilmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş olunmuşdur. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşının yoldaşıdır. Ərizəçi ilə İsmayılova Zenfira arasındakı rəsmi nikahları Ermənistanda, kənd sovetliyində bağlanmış və rəsmi nikahlarından üç övladları vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, o, İlqarın qardaşıdır. İlqar və Zenfira xanımın rəsmi nikahları Ermənistanda bağlanmışdır. Məlum hadisələrlə bağlı nikah haqqında şəhadətnaməni köçəndə itirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, o, İlqar və Zenfira xanımın qonşusu olmuşdur. Onların rəsmi nikahları olmuş, habelə onların toy mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə qonşu olmuşdur. Onun toyunda iştirak etmişdir. Ərizəçila Zenfira xanımın nikahları kənd sovetliyində bağlanmışdır. İş materiallarındakı ASAN1 tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1964-cü il tarixdə Ermənistanın Ararat rayonunda anadan olmuşdur. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X10 xx.xx.1990-cı ildə Xırdalan şəhərində anadan olmuş, atası Ərizəçi, anası X1r və bu barədə akt qeydləri kitabında xx.xx.1990-cı il tarixdə 351 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X6 xx.xx.1991-ci ildə Xırdalan şəhərində anadan olmuş, atası Ərizəçi, anası X1r və bu barədə akt qeydləri kitabında xx.xx.1991-ci il tarixdə 670 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx xxxxxxxx 2019-cu il tarixli arayışdan görünür ki, X13 xx.xx.1997-ci ildə Bakı şəhərində anadan olmuş, atası Ərizəçi, anası X1r və bu barədə akt qeydləri kitabında xx.xx.1997-ci il tarixdə 547 №-li akt qeydi tərtib edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx.xx.2020-ci il tarixli məktubda qeyd edilmişdir ki, itmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. İş materiallarında olan 1 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilən xx xxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, X4 xx.xx.2017-ci ildə Bakı şəhərində vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017-ci il tarixdə 1419 №-li akt qeydi tərtib edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Ərizəçi ilə X4 xx.xx.1988-ci il tarixdə Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində rəsmi nikaha daxil olmuş, birgə nikahlarından üç övladları doğulmuşdur. X4 xx.xx.2017-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Eyni Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilən Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi nikah akt qeydini başqa qaydada ala bilməmiş və bununla əlaqədar məhkəməyə müraciət etmişdir. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li xx xxxxx 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.5-ci bəndinə əsasən nikahın qeydə alınma faktının müəyyən edilməsi xahişi ilə məhkəməyə o, halda müraciət edilə bilər ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanının itmiş qeydin bərpa edilməsinin mümkün olmamasını təsdiq edən sənəd mövcud olsun. Məhkəmə ər-arvadın hər ikisinin sağ olduqları dövrdə onların nikahının qeydə alınması faktının müəyyən edilməsindən imtina edə bilməz, çünki qanunvericilik buna hər hansı məhdudiyyət qoymamışdır. Nikahın qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə ər və ya arvad, yaxud onların hər ikisi müraciət edə bilər. Məhkəməyə ər-arvaddan biri ərizə verdikdə, digəri maraqlı şəxs qismində işdə iştirak etməyə cəlb edilməlidir. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi ilə X4 arasında xx.xx.1988-ci il tarixdə Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «nikahın qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi ilə X4 arasında xx.xx.1988-ci il tarixdə Ermənistan Ararat (Vedi) rayonu, Aralez (Qaralar) kənd sovetliyində bağlanmış nikahın qeyd edilmə faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-3166/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3166/2020
17.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver