Məhkəmə qərarları › İş №2(006)-3202/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3202/2024

12.07.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3202/2024 12.07.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Məhkəmə iclasının katibi Xalıqova Məstanə Mətləb qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "Respublika Təcili və X1 Mərkəzi" X3rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 "Respublika Təcili və X1 Mərkəzi" X3rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 18-1-88/3-1- 2167/2024 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə verərək göstərmişdir ki, ilk öncə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müvafiq iddia tələbi ilə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsi iddia ərizəsini aidiyyət qaydalarının pozulması əsası ilə geri qaytarmış və göstərmişdir ki, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X5 hüquqi ünvanı Bakı şəhəri, Lev Tolstoy küçəsi ev 170-dir. Respublika Təcili və X1 Mərkəzi" X8 TƏBİB X5 nəzdində yerləşdiyi üçün ərizəsində cavabdeh kimi "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X8 “Respublika Təcili və X1 Mərkəzi" X7 göstərmişdir. Lakin əsl cavabdeh “Respublika Təcili və X1 Mərkəzi" X4. Ona görə də cavabdehin “Respublika Təcili və X1 Mərkəzi" X8 kimi qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1963-cü il tarixdə Ermənistan Respublikasının Qafan şəhərində anadan olmuşdur. Tibb texnikumunu bitirdikdən sonra ailə quraraq Zəngilan rayonuna köçmüş və 1983-cü ilin dekabr ayından Zəngilan rayon xəstəxanasında tibb bacısı, 1988-ci ilin oktyabr ayından Zəngilan rayonun işğalına qədər Zəngilan rayon xəstəxanasının cərrahiyə şöbəsində tibb bacısı vəzifəsinə təyin edilmiş, 1988-ci ildən 1993cü ilə qədər olan dövr yəni İ Qarabağ savaşının bütün mərhələlərində yaralı əsgərlərin keşiyində durmuş, Zəngilan rayonu işğal olunduqdan sonra konkret olaraq xx.xx.1993-cü ildən F.Əfəndyev adına 4 nömrəli Uşaq Klinikasına tibb bacısı vəzifəsinə təyin olunmuşdur. xx.xx.1994-cü il tarixdən cavabdeh təşkilatda "tibb bacısı" vəzifəsinə işə qəbul edilmişdir. Yəni fasiləsiz olaraq 41 ildir tibb bacısı vəzifəsində çalışır. Bütün bu illər ərzində ancaq mükafatlandırılmışdır. Bir dəfə də olsun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmiş,, hətta irad belə almamışdır. Cavabdeh təşkilatın xx.xx.2024-cü il tarixli, 18-1-88/3-1- 2167/2024 nömrəli Əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "e" və "ç" bəndlərinə əsasən işdən azad edilmişdir. Sözügedən əmri qanunsuz və əsassız hesab etdiyi üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Mübahisə ilə bağlı əvvəlcə Mediasiya təşkilatına müraciət etmişdir. Bakı şəhər 3 saylı Mediasiya Təşkilatının ərizəsi əlavə etdiyi arayışını xx.xx.2024-cü il tarixdə əldə etmişdir. Əmri qanunsuz saymağının əsas səbəbi ondan ibarətdir ki, hansısa bir vətəndaşın tam qərəzli şəkildə, həqiqəti əks etdirməyən qanunsuz olaraq sosial şəbəkədəki çıxışıdır ki, həmin müraciətin əsası araşdırlmadan barəsində tam qanunsuz tədbir görülüb. xx.xx.2024-cü il tarixdə saat 13:10 radələrində 2 nəfər şəxs, birinin qucağında azyaşlı uşaq bölməyə daxil olduqda o, uşağın başının təpə nahiyyəsində xəsarət olduğunu görmüş, lakin bölmədə həkim olmadığını bildirmişdir və dərhal Şöbə müdirini çağırmaq istədikdə, onlar bölməni tərk edib getmişlər. Bütün bu proseslər təqribən 20-25 saniyə çəkib. Gedərkən də bildiriblər ki, onlara cərrah lazımdır. Bölməni tərk etdikdən sonra təyinatı üzrə yaxınlıqdakı poliklinkaya müraciət ediblər, orada yardım alsalar da, onlardan da şikayət ediblər. Yəni vətəndaşlar heç bir qanunsuz rəftar görmədikləri halda şikayətə meyilli olublar, şikayətləri də yuxarıda qeyd etdiyi kimi heç bir həqiqəti əks etdirmir. Sözsüz ki, səbirli davransa idilər, şöbə müdirini çağırdıqdan sonra onlara bütün tibbi yardım göstəriləcəkdir. Ən azından o, 6 nəvənin nənəsidir, uşaqlara münasibəti isə hər kəsə bəllidir. Sonradan onun haqqında sosial şəbəkələrdə yazılar paylaşıldığını eşitmişdir. Onun vəzifə funkiyasına xələl gətirən heç bir şey yoxdur. O, yalnız həkimin iştirakı ilə xəstəyə yardım göstərə bilər. Buna baxmayaraq cavabdeh təşkilat işçisini müdafiə etmək, yayılan informasiyanın həqiqətə uyğun olmadığını isbatlamaq və həmin şəxsə cavab vermək əvəzinə onu işdən azad etmişdir. Həmkarlar İttifaqının Komitəsinin İclas protokolunda göstərilənlər də həqiqəti əks etdirmir. O, bütün suallara hərtərəfli doğru cavab vermiş, olanları da olduğu kimi bildirmişdir. Lakin cavabdeh təşkilatın, hətta xəta etmiş olsaydı belə, onun 41 illik iş stajını, yaşını, Ermənistan Respublikasından və Zəngilan rayonundan qaçqın və köçkün olmağını, indiyə qədər bir defə də olsun intizam xətasına məruz qalmadığını nəzərə almadan onu ən ağır şəkildə cəzalandırmış, indiyə qədər qazandıqlarının üzərindən xətt çəkməsi AR Konstitusiyasının 35-ci maddəsi ilə ziddiyət təşkil edir. Barəsində verilmiş əmr tam qanunsuz və əsassızdır, heç bir məntiqə sığmır və məhkəmə qaydasında ləğv edilməlidir. Hal-hazırda işsizdir və cavabdehin onu AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxartmasına görə başqa iş tapmaqda çətinlik çəkir. Gəliri yoxdur. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, hazırki iş baxılması üçün aidiyyətı üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia ərizəsinə dəqiqləşmə verildikdən sonra “Respublika Təcili və X1 Mərkəzi" X8 yeganə müstəqil cavabdeh kimi çıxış edir. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış məlumatlara əsasən “Respublika Təcili və X1 Mərkəzi" X5 hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, X2, ev 14D-dir. Belə olan halda məhkəmə hesab edir ki, aidiyyət qaydalarına əsasən İddiaçı cavabdeh "Respublika Təcili və X1 Mərkəzi" X3rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair işə aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası MPM-in 35.2-ci maddəsinin tələbinə görə hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir.. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən məhkəmədə baxılan işlər üzrə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2.2-ci maddəsinə əsasən, məhkəmə işi iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa başqa məhkəmədə baxılmağa verir. Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi və vəkili Vəkil işin aidiyyəti üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə etiraz etmədiklərini bildirdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə işin aidiyyəti üzrə göndərilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh "Respublika Təcili və X1 Mərkəzi" X3rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.2 və 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh "Respublika Təcili və X1 Mərkəzi" X3rşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar