Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3222/2023 14.12.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onun 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3222/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə iddia ərizəsinin qəbulundan imtina edilmişdir. Həmin qərardaddan Ərizəçi şikayət vermiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3222/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının Nəsimi rayon Məhkəməsinin 2(006)-3222/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-3222/2023 saylı, xx.xx.2023-cü qərardadı ləğv edilmişdir. Hazırki məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin nümayəndəsi X2 məhkəməyə yazılı etiraz təqdim edərək, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Hazırki iş üzrə ərizədən və iş materiallarından görünür ki, Ərizəçi Laçın rayonundan məcburi köçkün kimi Bərdə rayonu, Alaçadırlı kəndində məskunlaşmışdır. Yəni, hazırda ərizəçinin yaşayış yeri Bərdə rayonu, Alaçadırlı kəndi olduğundan hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizə həmin yerin məhkəməsinə verilməlidir. Mülki Prosessual Məcəllənin 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Mülki Prosessual Məcəllənin 45-ci maddəsinə məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2(006)-3222/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə 2(006)-3222/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3222/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3222/2023
14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver