Məhkəmə qərarları › İş №2(006)-3226/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3226/2020

22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3226/2020 22.10.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı Novruz qızının, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Novruz qızının cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Nəsibova X3 rayon Məhkəməsinə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şəki filialından 700 manat pulun və 30 manat dövlət rüsumunun və 0,40 qəpik dövlət rüsumunun ödənilməsi üçün xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(075)-256/2020 saylı qərardadı ilə İddiaçı Novruz qızının cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki iş aidiyyəti üzrə Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1872/2020 saylı qərardadı ilə İddiaçı Novruz qızının cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 qarşı “pul tələbinə dair” mülki iş aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdi. Məhkəmə iclasında iştirak edən İddiaçı Novruz qızı iddianı müdafiə etdiyini bildirdi və izahatında göstərdi ki, o, xx xxxx 2015-ci il tarixli L-SK—0038614 saylı kredit müqaviləsinə əsasən BOKT “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şəki filialından 1400 ABŞ dolları məbləğində kredit götürmüşdür. Kredit aldıqdan sonra 5 ay ərzində ona təqdim edilmiş ödəniş cədvəlinə əsasən qeyd edilmiş aylıq ödənişlərini tam şəkildə ödəmişdir. 5 ay sonra dolların kəskin şəkildə kursunun artmasına görə aylıq ödənişləri edə tam şəkildə ödəyə bilməmişdir. 2016-cı ilin avqust ayının 15-də o, Şəki şəhərinə “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şəki filialına gələrək xx xxxx 2015-cı il tarixli kredit müqaviləsi üzrə nə qədər borcu qaldığını soruşmuşdur. Həmin vaxt kredit mütəxəssisi Cavabdeh2 və filialın müdiri Zaur Əliyev ona bildirdilər ki, cəmi 800 manat borcu var. O, həmin vaxt 200 manat gətirdiyini bildirdi və həmin ödənişi terminala vurması üçün kredit mütəxəssisi Cavabdeh2 təqdim etdi və Cavabdeh2 də həmin məbləği terminala ödədi. Bundan sonra kredit mütəxəssisi Cavabdeh2 ona bildirdi ki, 50 manat da gətirməlidir. İki gün sonra yəni xx xxxxxx 2016-cı il tarixdə o, 50 manat da gətirib Cavabdeh2 təqdim etdi və o yenidən həmin pulu terminala vurdu. Həmin vaxt ona bildirildi ki, 550 manat borcu qaldı. Bir həftə sonra yəni xx xxxxxx 2016-cı il tarixdə o MMC-nin Şəki filialına gələrək qalıq borcunu necə hissə-hissə ödəyə biləcəyini soruşduqda Cavabdeh2 ona bildirdi ki, dolların məzənnəsinin yenidən qalxdığını bildirərək həmin müqavilənin manat çevirərək yeni kredit müqaviləsi bağlanılmalı olduğunu bildirdilər və onu aldadaraq onunla MMC-nin Şəki filialı arasında xx xxxxxx 2016-cı il tarixli kredit müqaviləsi imzalandı və ona həmin kredit müqaviləsi üzrə 1326,38 manat kredit borcu ödənişininin ödənilməsi barədə cədvəl təqdim edilmiş, bundan sonra xx xxxxxxxx 2017-cı il tarixdə o, son ödənişini də ödəmək üçün bankın filialına getmiş və bütün borcunu bağlamışdır. Həmin vaxt Cavabdeh2 ona bildirdi ki, o 15 və xx xxxxxx 2016-cı il tarixdə ödənilən 250 manat ödənişi görə bilmir və bunu aydınlaşdırmaq üçün filialın müdiri Zaur Əliyevi dəvət etdi. Filialın müdiri də hesablara baxsa da, ödənişin hara olmasını tapa bilmədilər. Beləliklə kredit mütəxəssisi Cavabdeh2 səhlənkarlığı nəticəsində onun kredit ödənişlərin səhv hesablanmış 1400 ABŞ dollarına qarşı 2793 manat pul ödəmişdir. Beləliklə Cavabdeh2 səhlənkarlığı nəticəsində ona 700 manat zərəri dəymişdir. Bu səbəbdən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonda iddiaçı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək iddianın rədd edilməsini xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Beləliklə, Məhkəmə iş materiallarını araşdırıb, sübutları tədqiq edib və aşağıda qeyd olunan maddi və prosessual hüquq normalarına uyğun olaraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə görə isəməhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, iş materiallarından görünür ki, “xxxxxxxxxxxxxxxxxxxx” MMC ilə İddiaçı Novruz qızı arasında xx xxxxxx 2016-cı il tarixdə kredit müqaviləsi bağlanmış (30 faizlə 13 ay müddətinə 1120 manat); xx xxxx 2015-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır (29 faizlə 12 ay müddətinə 1400 ABŞ dolları). Beləliklə, İddiaçı Novruz qızı cavabdeh “xxxxxxxxxxxxxxxxxxxx” MMC-nin Şəki filialından 700 manat pulun tələbetsədə, öz iddiasına dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, həmin halları sübut etmək vəzifəsi Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən məhz iddiaçının üzərinə düşür. Odurki, iddia tələbi rədd edilməlidir. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə “Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir”. Odurki, iddia rədd edildiyindən, iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Novruz qızının cavabdehlər “xxxxxxxxxxxxxxxxxxxx” MMC-yə, Cavabdeh2 qarşı “pul tələbinə dair” iddia tələbi rədd edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 30,40 (otuz manat qırx qəpik)manatməbləğindəödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar