Məhkəmə qərarları › İş №2(006)-325/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-325/2021

11.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-325/2021 11.08.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili X7, cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı X6 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, müstəqil tələb irəli sürməyən 3-çü şəxs 51 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X8 cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, müstəqil tələb irəli sürməyən 3-çü şəxs 51 saylı Mənzil Kommunal İstismar Sahəsinə qarşı “torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması və s.” tələbinə iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyaları çıxarılması, aparılmış tikinti qanunsuz hesab edilməsi və ərazi abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X7 ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, sözügedən torpaq sahəsinin rəsmiləşdirilməsi zamanı, müəyyən edilmişdi ki, mübahisəli torpaq sahəsi təsisçi olduğu X3 mülkiyyətindən İddiaçı X6 mülkiyyətinə keçmişdir. Ona görə də İddiaçı X6 əsl olmayan tərəfin əvəz edilməsi qaydasına uyğun olaraq iddiaçı kimi tanınaraq mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması, aparılmış tikintinin qanunsuz hesab edilməsi və ərazinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinə əsasən əsl olmayan tərəf X8 əsl iddiaçı olan İddiaçılə əvəz etmışdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı X3 xüsusi mülkiyyətindədir. Bununla bağlı Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən ona 037169 nömrəli qeydiyyat vəsiqəsi də verilmişdi. Həmin qeydiyyat vəsiqəsində sözügedən torpaq sahəsinin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilməsi də əks olunmuşdur. Buna baxmayaraq yaxın vaxtlarda onun heç bir icazə və razılığı olmadan xüsusi mülkiyyəti olan torpaq sahəsində Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən zibil qutuları yerləşdirilərək tikinti aparılmaqdadır. İlkin olaraq əraziyə dəmir konstruktorlar qoyulmuş və daha sonra zibil qutuları yərləşdirilmişdir. Tamamilə qanuni əsaslarla xüsusi mülkiyyəti olan əmlakında zibilxana şəraitinin yaradılması və tikintinin həyata keçirilməsi onun konstitusion hüquqlarını kobud surətdə pozmaqdadır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsində də göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmçinin bildirmək istəyir ki, həmin torpaq sahəsini o gələcəkdə sözügedən ərazidə tikinti fəaliyyətini həyata keçirmək üçün əldə etmişdir. Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən tamamilə qanunsuz və özbaşına formada həyata keçirilən bu tədbir isə onun sahibkarlıq fəaliyyətinin qarşısını tamamilə almaqdadır. Sahibkarlar üçün olduqca əlverişli və münbit şəraitin yaradıldığı dövrdə qanuni fəaliyyətinə belə süni maneələrin yaradılması qəbul edilməzdir. Həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsində də göstərilmişdir ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Nəzərinizə çatdırır ki, mülkiyyətində olan torpaq sahəsində qanunsuz və əsassız olaraq tikinti işlərinin aparılması ilə bağlı dəfələrlə Nəsimi rayon Mənzil Kommunal təsərrüfat Birliyinə və digər dövlət orqanlarına müraciət etmişdir. Həmçinin 51 saylı Mənzil Kommunal İstismar İdarəsinin rəisi Akif Quliyev və həmin strukturun hüquqşünası il də dəfələrlə telefon əlaqəsi yaratmış və yaranmış vəziyyəti onlara bildirmiş, həmçinin qısa müddət əvvəl zibil qutularının yerləşdirildiyi torpaq sahəsində yenidən tikinti işlərinin aparılmasına başlanmışdır. Halbuki aparılan bu qanunsuz fəaliyyət həm onun mülkiyyət hüquqlarını pozur həm də gələcəkdə həmin ərazidə həyata keçirməyi planlaşdırdığı tikinti işlərinin də qarşısını alır. Dəfələrlə həm yazılı, həm də şifahi formada müraciət etməyinə baxmayaraq qanuni əsaslarla əldə etdiyi torpaq sahəsində aparılan tikinti işləri dayandırılmamış və zibil qutuları ərazidən götürülməmişdir, həmçinin Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi inzibati orqan hesab olunmadığı üçün AR Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən mülki iddia qaydasında məhkəməyə müraciət edir. Buna görə də hesab edir ki, mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyalarının çıxarılması, aparılmış tikintinin qanunsuz hesab edilməsi və zibilinin abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməlidir. Sonda iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək, öz izahatında bildirmişdir ki, zibil konteynerlərinin yerləşdiyi zibil meydançasının iddiaçıya məxsus deyil, artiq qeyd olunan zibil meydançasının təmiri başa çatmış və orada olan zibil konteynerləri yenisi ilə əvəz edilmişdir. Mübahisəli zibil meydançası və onun üzərində yerləşən zibil konteynerləri MKTB-nin balansındadır və uzun müddətdir ki, orada yerləşdirilmişdir. Qeyd edilənlərə əsasən, cavabdehin nümayəndəsi ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyaları çıxarılması, aparılmış tikinti qanunsuz hesab edilməsi və ərazi abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət hüquqlarının qeydiyyat İdarəsinin FM №037169 saylı qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 3 saylı mənzil X3 xüsusi mülkiyyətindədir. Xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdi və bu barədə 247 saylı reyestr kitabında 171818 səhifə qeydə alma 30/817 saylı 23.07.2005-ci il tarixində qeydiyyat aparılmışdı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, İddiaçınə ondan ötrü ki, Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində mülkiyyətində olan 0,12464 ha torpaq sahəsində yerləşən 172.6 kv.m ümumi, 49.1 kv.m əsas, 123.5 kv.m köməkçi sahədən ibarət 1 və 2 mərtəbəli qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 20 nömrəli reyestr kitabının 1874 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin şəhadətnaməsindən görünür ki, İddiaçınə ondan ötrü ki, o həqiqətən ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin yerləşdiyi 12464.4 kv.m olan torpaq sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Torpaq sahəsinin ümumi satış qiyməti 4219 manat təşkil edir. Bu şəhadətnamə torpaq sahəsi üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin şəhadətnaməsindən görünür ki, İddiaçınə ondan ötrü ki, o həqiqətən ünvan 4 ünvanında yerləşən 172,6 kv.m qeyri-yaşayış sahəsini qanunvericiliklə müəyyən edilmiş qaydada satın almışdır. Alınmış əmlakın tərkibi 172,6 kv.m qeyri-yaşayış sahəsi. Əmlakın ümumi satış qiyməti 57216 manat təşkil edir. Dövlət əmlakın alınması nəticəsində hesablaşma hesabı Milli Bankdakı **********944 №li tranzit manat hesabı ünvanlı dövlət büdcəsinə 57216 məbləğində pul köçürülmüşdü. Bu şəhadətnamə müəssisə və obyekt üzərində hüquqların qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədilə verilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 21.09.2020-ci il tarixli rəyindən görünür ki, mübahisəli ərazinin koordinatları və hüquqmüəyyənedici sənədlər əsasında kameral şəraitdə aparılan tədqiqat zamanı müəyyən edildi ki, zibil qutularının yerləşdiyi ərazi Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən İddiaçı 000180 nömrəli texniki pasportunda göstərilən sərhəd xətti ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 10.11.2020-ci il tarixli rəyindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində İddiaçınə verilmiş 000180 nömrəli texniki pasportunda 0.12464 ha torpaq sahəsinin sərhədlərinə bitişik yerləşən mübahisələndirilən zibil qutuları “İstehsalat və məişət tullantıları haqqında” qanunun 9.3-cü bəndinin tələblərinə uyğun deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin l-ci və 2-ci hissələrinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə əsasən, heç kim məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan Hüquqlarının və X5 Haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir, heç kəs cəmiyyətin maraqları naminə, qanuna və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinin tələbinə görə, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.9-cu maddəsinə əsasən dövlət ehtiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 21.09.2020-ci il tarixli rəyindən göründüyü kimi mübahisəli ərazinin koordinatları və hüquqmüəyyənedici sənədlər əsasında kameral şəraitdə aparılan tədqiqat zamanı müəyyən edildi ki, zibil qutularının yerləşdiyi ərazi Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsində yerləşən İddiaçı 000180 nömrəli texniki pasportunda göstərilən sərhəd xətti ilə üst-üstə düşür. Azərbaycan Respublikası “Müstəqil Məhkəmə Ekspertizası”nın 10.11.2020-ci il tarixli rəyindən göründüyü kimi Bakı şəhəti, Nəsimi rayonu, H.Əliyev küçəsində İddiaçınə verilmiş 000180 nömrəli texniki pasportunda 0.12464 ha torpaq sahəsinin sərhədlərinə bitişik yerləşən mübahisələndirilən zibil qutuları “İstehsalat və məişət tullantıları haqqında” qanunun 9.3-cü bəndinin tələblərinə uyğun deyildir. ünvan 1 ünvanında yerləşən torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 037169 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, həmin qeydiyyat vəsiqəsində sözügedən torpaq sahəsinin xüsusi mülkiyyəti kimi hüquqi qeydiyyatdan keçirilməsi də əks olunmuşdu. Mülkiyyətçisinin heç bir icazə və razılığı olmadan xüsusi mülkiyyəti olan torpaq sahəsində Nəsimi rayon Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən zibil qutuları yerləşdirilmişdir. Tamamilə qanuni əsaslarla xüsusi mülkiyyəti olan əmlakında zibilxana şəraitinin yaradılması və tikintinin həyata keçirilməsi onun konstitusion hüquqlarını kobud surətdə pozmaqdadır. Cavabdeh Nəsimi Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən isə mübahisələndirilən sahəyə və onun üzərində yerləşdirilən zibil konteynerlərinə dair MKTB-nə məxsus olması barədə hər hansı hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edə bilməmışdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyaları çıxarılsın, aparılmış tikinti qanunsuz hesab edilsin və ərazi abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsindən xüsusi zibil konstruksiyaları çıxarılsın, aparılmış tikinti qanunsuz hesab edilsin və ərazi abadlaşdırılaraq əvvəlki vəziyyətinə qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra bir ay müddətində Nəsimi rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar