Məhkəmə qərarları › İş №2(006)-3252/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3252/2025

21.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3252/2025 21.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Həbibə Novruz qızının sədrliyi, Xalıqova Məstanə Mətləb qızının katibliyi ilə, Ərizəçi (Nəsimi rayon Qeydiyyat şöbəsini maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq münasibətlərinin müəyyən olunması faktı” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq münasibətlərinin müəyyən olunması faktı” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 fevral 1928-ci il təvəllüdlü atası X11 ilə 29 dekabr 1931-ci il təvəllüdlü X27-Ağa Əli-Ağa oğlunun qohumluq (doğma qardaş) münasibətlərinin müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, valideynləri X11 və X12 1967-ci ildə nikaha daxil olmuşlar. X26 1978-ci ildə, atası Ağamirzə Ağayev 1994-cü ildə dünyalarını dəyişmişlər. X19 iki qardaşı olmuşdur. Onlardan biri də 29 dekabr 1931-ci il təvəllüdlü X27i-Ağa oğludur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır. Yaşadığı ev onun və X27-Ağa Əli-Ağa oğlunun paylı mülkiyyətdə idi. X27-Ağa Əli-Ağa oğlu 2022-ci ildə dünyasını dəyişmiş, mülkiyyətində olan payı vərəsəlik qaydasında oğlu X4 keçmişdir. Rüfət Ağayev vərəsəlik qaydasında ona keçən payı özünə bağışlamaq istəsə də, atası Ağamirzə Ağayev ilə əmisi Kərbəlay-Ağa Ağayevin doğum haqqında şəhadətnamələrini təqdim edə bilmədiyindən proses baş tutmamışdır. Bununla bağlı dəfələrlə Bakı şəhəri Səbail rayonu Qeydiyyat şöbəsinə, Nəsimi rayon Qeydiyyat şöbəsinə, Azərbaycan Respublikası Əsliyyə Nazirliyi VVA arxivinə, Dövlət arxivinə doğum haqqında şəhdətnamələrlə bağlı məlumat verilməsi üçün yazılı müraciətlər edilsə də, heç bir nəticəsi olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflər lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin müddəalarına əsasən mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan: - xx.xx.2011-ci il tarixdə Nəsimi Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 117 saylı arayışdan görünür ki, Ağayev X25 xx.xx.1994-cü il tarixdə Bakı şəhərində ölmüşdür. - xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 480433 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X12 xx.xx.1978-ci il tarixdə ölmüşdür. - xx.xx.2011-ci il tarixdə Bakı Nikah evindən verilən 410 saylı arayışdan görünür ki, Ağayev X25 və X6 nikahı haqqında xx.xx.1967-ci il tarixdə 1001№-li akt qeydi ilə tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra arvada Ağayeva soyadı verilmişdir. - xx.xx.2022-ci il tarixdə verilmiş AZ-İİ seriyalı, 271448 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, Ağayev Kərbalay-Ağa Əli-Ağa oğlu xx.xx.2022-ci il tarixdə ölmüşdür. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunan xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzrə Ərizəçi 2/6 hissədə, X3 1/6 hissədə, X5 3/6 hissədə, X2 3/6 hissədə payı müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli, reyestrdə 2V-1481 nömrəsi ilə qeydə alınmış Qanun üzrə Vərəsəlik Hüququ haqqında şəhadətnamədən görünür ki, şəhadətnamə əsasında verilən miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2023 tarixdə Ağayev Kərbalay-Ağa Əli-Ağa oğluna verilmiş **********51-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən paylı mülkiyyət üzrə ümumi sahəsi 156.4 kv/m olan fərdi yaşayış evindən və 0.0199 ha torpaq sahəsindən mirasqoyana məxsus hissəsindən ibarətdir; Real vaxt rejimində daşınmaz əmlakın dövlət reeystrindən əldə edilmiş xx.xx.2023-cü il tarixli qeydiyyat nömrəsi **********KK32012 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********KK32012 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədən ünvan 2 ünvanında yerləşən torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, xx.xx.2023-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan digər şəxslər Ağayeva X14, X13, X18r. - Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2024-cü il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 4 ünvanında qeydiyyatda olan digər şəxslər X7 (xx.xx.1983), X8 (xx.xx.1960), X9 (xx.xx.2007), X10r (xx.xx.1982). - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 348/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1928-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal), Voroşilov (Səbail), Dzejinski (Nərimanov) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında Ağayev X16 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 349/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1928-ci ilə dair Bakı şəhəri Oktyabr (Yasamal), Voroşilov (Səbail), Dzejinski (Nərimanov) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında Ağayev Kərbəlay-Ağa Əli-Ağa oğlunun təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 477/2024 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən 1920-1935-ci illərə dair bakı sovetinin inzibati şöbəsi, Bakı şəhəri Voroşilov (Səbail) rayonu, 1920-1946-cı illərə dair Bakı şəhəri Maştağa qəsəbəsi üzrə doğum haqqında bərpa kitablarında Ağayev X16 təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən əldə olunan xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzrə Ərizəçi 2/6 hissədə, X5 3/6 hissədə, X2 3/6 hissədə, X31-Ağa-oğlunun 1/6 hissədə payı müəyyən edilmişdir. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli, 1299/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində yoxlama aparılmış və xx.xx.1931-ci il təvəllüdlü Ağayev Kərbalay-Ağa Əli-Ağa oğlunun doğumu haqqında hər hansı məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxinin xx.xx.2025-ci il tarixli, 6/2024 saylı məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən A.Ağayevin və K.Ağayevin doğumuna dair akt qeydi barədə məlumat aşkar edilməmişdir. A.Ağayevin və K.Ağayevin doğumu haqqında akt qeydinin bərpası ilə bağlı seçilən yerin qeydiyyat şöbəsinə, qeydiyyat şöbəsi tərəfindən bu mümkün olmadıqda isə doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət edilməsinin mümkünlüyü izah edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ 1 saylı Bakı Ərazi İdraəsinin xx.xx.2025-ci il tarixli, 36626/2025 saylı məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin 3/6 hisədən bir hissəsi X5, 3/6 hissədən bir hissəsi X2, 2/6 hissəsi Ərizəçi və 1/6 hissəsi X1 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarxli 955/2025 nömrəli məktubuna əsasən xx.xx.1928-ci il tarixində doğulmuş Ağayev Ağa-Mirzə Əli-Ağa oğlunun Bakı Sovetinin İnzibati şöbəsi tərəfindən xx.xx.1928-ci il tarixində tərtib olunmuş 1035 nömrəli, xx.xx.1931-ci ildə doğulan Ağayev Kərbalay-Ağa Əli-Ağa oğlunun xx.xx.1932-ci il tarixində tərtib olunmuş 2940 nömrəli doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri məhkəməyə təqdim edilmişdir: Bakı Sovetinin İnzibati şöbəsi tərəfindən xx.xx.1928-ci il tarixində tərtib olunmuş 1035 nömrəli doğum haqqında akt qeydinin surətinə əsasən xx.xx.1928-ci il tarixində doğulmuş Ağayev Ağa-Mirzə Əli-Ağa oğlunun atası Ağayev Əli-X39, anası Ağayeva Məsmə-xanım Əmir-Quli qızıdır. Bakı Sovetinin İnzibati şöbəsi tərəfindən xx.xx.1932-ci il tarixində tərtib olunmuş 2940 nömrəli doğum haqqında akt qeydinin surətinə əsasən xx.xx.1931-ci ildə doğulan Ağayev Kərbalay-Ağa Əli-Ağa oğlunun atası Ağayev Əli-X39, anası Ağayeva Məsmə-xanım Əmir- Quli qızıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.2-ci maddəsinə əsasən məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının: 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir; 1.3-cü ci bəndinə əsasən nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. 1.7-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. İstinad olunan qanunvericilik normaları hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsinin zəruri şərtini müəyyən etmişdir. Həmin şərtə görə hüquqi əhəmiyyəti olan fakt özü-özlüyündə mövcud olmalı və yalnız ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməzsə və ya itirilmiş sənədləri bərpa etmək mümkün olmadığı hallarda müvafiq ərizə ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Halbuki hazırkı işdə tanınması tələb edilən fakt artıq mövcuddur. Yəni, həmin faktın yenidən məhkəmə qaydasında tanınmasına lüzum yoxdur. Belə ki, ərizəçi ərizəsində 20 fevral 1928-ci il təvəllüdlü atası X11 ilə 29 dekabr 1931ci il təvəllüdlü X27-Ağa Əli-Ağa oğlunun qohumluq (doğma qardaş) münasibətlərinin müəyyən edilməsini xahiş etmişdir, müvafiq faktın təsdiq edilməsinin ona, əmisi oğlu tərəfindən daşınmaz əmlakın notarial qaydada bağışlama müqaviləsi əsasında adına keçirilməsi üçün notarius tərəfindən onların həqiqətən əmioğlu olmalarını təsdiq edən sənədin tələb edilməsi üçün lazım olduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğuya cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2025-ci il tarxli 955/2025 nömrəli məktubuna əlavə edilmiş doğum haqqında akt qeydlərinin təsdiq olunmuş surətlərinə əsasən ərizəçinin hazırda qohum olmaları faktının təsdiq edilməsini tələb etdiyi şəxslərin - xx.xx.1931-ci ildə doğulan Ağayev Kərbalay-Ağa Əli-Ağa oğlunun və xx.xx.1928-ci il tarixində doğulmuş Ağayev Ağa-Mirzə Əli-Ağa oğlunun valideynlərinin - atası Ağayev Əli-X39, anası Ağayeva Məsmə-xanım Əmir-Quli qızı olması müəyyən edilmişdir. Belə olan təqdirdə əldə edilən sənəd əsasında artıq məlum olan halın- qohumluq faktının təsdiq edilməsi zərurəti aradan qalxmışdır. Məhkəmə ərizəçiyə müvafiq akt qeydlərini notariusa təqdim etməklə ona lazım olan notariat hərəkətlərinin aparılmasını həyata keçirmək hüququna malik olmasını izah edir və hazırkı iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, hazırkı halda Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbi ilə bağlı məhkəmə qaydasında baxılmasına yol verilməyən iddia qaldırdığı üçün iş üzrə icraata xitam verilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, qəbz nömrəsi: ********** tarix: xx.xx.2025-ci il, saat 14:50) Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.2, 153.2.1, 153.3 və 263-264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi (Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə) “qohumluq münasibətlərinin müəyyən olunması faktı” barədə ərizəsi üzrə mülki işin icraatına xitam verilsin. Ərizəçi tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ("xxxx" ASC, Qəbz nömrəsi: ********** tarix: xx.xx.2025-ci il, saat 14:50) Ərizəçi geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Həbibə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar