Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3271/2021 16.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Tağıyev Adil Elçin oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə, «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X3 15 fevral 1914-cü il tarixdə Şuşa şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızı 15 fevral 1914-cü tarixdə ünvan 1 ünvanında doğulmuş, anasının atası Yusifzadə Ələsgər, anası Yusifzadə Bədir olmuşdur. Ərizəçinin anası 1989-cu il tarıxdə Bakı şəhərində vəfat etmiş və onun doğum haqqında şəhadətnaməsi məlum olmayan səbəblərdən itirilmişdir. Ərizəçi anası Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızının doğum haqqında şəhadətnaməsinin alınması üçün Şuşa şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin anasının doğum faktının qeydə alınmasına dair qeydiyyatın olmadığı üçün Azərbaycan Respublikası Milli Arxivinə müraciət etmişdir. Milli Arxiv tərəfindən verilən 02.23.2020-ci il tarixli TA-********** saylı məktubunda anası X5 doğum tarixinə dair heç bir məlumatın aşkar olunmadığı bildirilmişdir. Ona görə də ərizəçi anası X3 doğumunun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Əizəçi qeyd etmişdir ki, anası X3 doğumunun qeyd edilmə faktının müəyyən edilməsi anasına məxsus olan əmlaka vərəsəlik hüququnun tanınması və miras əmlakda olan payını əldə etmək üçün lazımdır. Lakin ərizəçi anasının doğum haqqında şəhadətnaməsini müvafiq icra hakimiyyəti orqanlarından əldə edə bilməmişdir. Ərizəçi anası X3 Şuşa şəhərində doğulmasını, orada yaşamasını təsdiq edən şahidlərin olduğunu və həmin şahidlərin məhkəmədə iştirak edəcəyini qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi X13 ərizə ilə eyni məzmunda izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadə verərək göstərmişdir ki, o, 1942-ci il tarixdə Şuşa şəhərində doğulmuş, Yusifzadə Bədir xanımı tanımış, sonuncu Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızının anası olmuşdur. O, Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızının Şuşa şəhərində yaşadığını qeyd etsə də, onun məhz Şuşa şəhərində doğulması ilə bağlı məlumatı olmadığını bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, nənəsi X1 şəhərində yaşamış, Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızı isə nənəsinin əmisi qızı olmuşdur. O uşaq vaxtlarında Şuşa şəhərində olarkən Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızının nənəsi X4 evinə gəldiyinin şahidi olmuşdur. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Nəsimi rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyi 48 saylı Mənzil–Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 15.02.2021-ci il tarixli 89 nömrəli arayışdan görünür ki, Ərizəçi Bül-Bül pr-ti, ev 21, mənzil 17 ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikasının Dövlət Tarix Arxivi tərəfindən 2 dekabr 2020-ci il tarixli № TA-00224-2020 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Dövlət Tarix Arxivinin tam sürətdə saxlanılmamış “Azərbaycanda Sovet hakimiyyəti qurulduğu dövrə qədər olan dini ibadət idarələri” fondunun sənədlərində X3 doğum tarixinə dair heç bir məlumat aşkar olunmamışdır. 290 nömrə ilə qeyd edilmiş, 06 aprel 2017-ci il tarixli, AZ-T № 025605 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 26 mart 1948-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X2, anası isə X8r. 16 mart 2012-ci il tarixli, 05/2-261-01 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 20 fevral 1989-cu il tarixdə Bakı şəhərində Miokart infarktından vəfat etmişdir. 15 dekabr 1934-cü il tarixli mandatın surətindən görünür ki, Nəcəfova Teybə həqiqətən Şuşa rayonunun 7-ci Şuralar qurultayının qəti səsə malik olan nümayəndəsi olmuşdur. 20 fevral 1989-cu il tarixli, 116/89 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsinin surətindən görünür ki, X9 və Ərizəçi X6 qanun üzrə vərəsələridir. Ödəniş qəbzindən görünür ki, məhkəməyə ərizə təqdim edilməsi üçün 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hazırkı ərizə ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Maddənin məzmunundan göründüyü kimi, burada söhbət doğum faktının özünün deyil, həmin faktların Qeydiyyat orqanlarında qeydə alınmasının müəyyən edilməsindən gedir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların əksəriyyəti ya məcburi dövlət qeydiyyatından keçməlidir və ya qeyri məhkəmə (inzibati) qaydasında müəyyən edilməlidir. Şərh edilən maddə hətta inzibati qaydanın mövcud olduğu halda belə bu və ya digər səbəblərdən hüquqmüəyyənedici sənədin alına bilməyəcəyi təqdirdə, hüquqi faktların məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutur. Ərizəçinin müvafiq sənədləri başqa qaydaya ala bilməməsi dedikdə, ya həmin faktın qeydiyyatının mövcud olmaması (məsələn, öhdədə olma faktı), ya faktın qeydiyyatının müvafiq qaydasına əməl edilməməsi və ona əməl edilməsinin mümkünsüzlüyü (məsələn, bədbəxt hadisə faktı ilə bağlı aktın tərtib edilməməsi və hazırda onun tərtibinin mümkünsüzlüyü), ya da hüquqi faktın əks olunduğu sənəddə buraxılan səhv ucbatından sənədin sübutetmə əhəmiyyətini itirməsi və həmin səhvin başqa qaydada aradan qaldırıla bilməməsi anlaşılmalıdır. İtirilmiş sənədlərin bərpasının mümkün olmaması dedikdə, həmin sənədləri qeydə alan (verən) müvafiq orqanın (məsələn, Qeydiyyat orqanı) həmin sənədin dublikatının verilməsi imkanının olmaması başa düşülməlidir. Məsələn, Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş rayonlarda həmin sənədləri qeydə alan müvafiq orqanın (VVAQ orqanı, notariat kontoru və s.) arxivinin yanması, itirilməsi nəticəsində hüquqmüəyyənedici sənədlərin dublikatının verilməsi imkanının mümkünsüzlüyü. Hazırki mübahisəni araşdıran zamanı məhkəmə mülki prosessual qanunvericiliyinin ümumi hissəsinin normalarına istinad edir və qeyd edir ki, hüquqi faktı müəyyən edən zamanı təqdim edilən sübutlar, şahid ifadələri əsas götürülür, məhkəmənin gəldiyi nəticənin həqiqətə uyğuluğu isə işdə olan sübutların mötəbərliyindən asılı olur, sübutlar hər hansı halın-faktın olub-olmamasının qiymətləndirilməsində rol oynayır. Bununla bağlı olaraq məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi tərəfindən “Qavazov Bolqarıstana qarşı” iş üzrə qəbul etdiyi 06.03.2008-ci il tarixli qərarında qeyd edilmiş hüququ mövqeyə görə, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Qeyd edilənlərə əsasən müəyyən edilir ki, ərizəçinin tələbinin əsasını sübut etmək vəzifəsi ərizəçinin üzərinə düşür. Məhkəmə qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, ərizəçi anası Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızının doğum faktının müəyyən edilməsini tələb etsə də, həmin tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı şahid qismində ifadə vermiş şəxslərin izahatlarında ərizəçinin anası Yusifzadə (Nəcəfova) Teybə Ələsgər qızının məhz 15 fevral 1914-cü il tarixdə Şuşa şəhərində doğulmasını təsdiq edən mötəbər və əsaslı məlumatlar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi «hüquqi əhəmiyyəti olan doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə
Məhkəmə qərarları › İş №2(006)-3271/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3271/2021
16.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver