Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3272/2021 02.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Məmmədova Şəbnəm Hikmət qızının katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi zərərə görə 1000.000 manat ziyana görə Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə dövlət büdcəsindən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək, Quliyev X2 rayonunun Azadkənd kəndində qeydiyyatda olsam da, həyat yoldaşı və uşaqları ilə birlikdə Bakı şəhərində yaşayır. Qanunsuz və əsassız olaraq Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan cinayət işinin istintaqı ilə bağlı 05 oktyabr 2018-ci il tarixdə tutularaq mənə CM-nin 29, 178.2.1., 29, 178.2.3., 29, 200.2.2., 29, 200.2.3 və 308.1-ci maddələri ilə ittiham elan edilərək, 07 oktyabr 2018-ci il tarixdə barəsində Binəqədi rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq Şöbəsində Azərbaycan Respublikası CM-nin 29, 178.2.1., 29, 178.2.3., 29, 200.2.2., 29, 200.2.3 və 308.1-ci maddələri ilə təqsirləndirilməyimə dair cinayət işi baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmiş, Nəsimi rayon Məhkəməsinin 1(006)- 85/2019 saylı, 11 fevral 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ona verilmiş ittihamdan xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3., 29, 18.2.4, 29, 200.2.2., 29, 200.2.3. maddələri ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin hökmündən müdafiəçi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 1(103)-698/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin həmin qərarından müdafiəçi tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 1(102)-422/2020 saylı, 23 iyun 2020ci il tarixli Qərarı ilə kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı X3 aid olan hissədə ləğv edilərək apellyasiya instansiyüası məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 1(103)-28/2021 saylı qərarı ilə Nəsimi rayon Məhkəməsinin 11 fevral 2019-cu il tarixli, 1(006)-85/2019 saylı hökmü İddiaçı aid olan hissədə ləğv edilərək yeni hökm çıxarılmış, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3., 29, 18.2.4, 29, 200.2.2., 29, 200.2.3. maddələri ilə bəraət verilmişdir. Nəsimi rayon məhkəməsinin hökmünə əsasən İddiaçı “X8” MMC ilə ünvan 1 ünvanda yerləşən “Təzə Bazar” əmlak kompleksində ticarət obyektlərinin (yerlərin) iribuynuzlu heyvan cəmdəyi ilə təchizatı təyinatı üzrə bağlanmış 30 noyabr 2017-ci il tarixli, İ-TB-821 nömrəli “Ticarət yerinin ayrılması haqqında” müqavilənin 4-cü bəndinə əsasən fəaliyyəti ilə əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş özünə aid vergi, rüsum, dövlət sosial sığorta haqqı və digər məcburi ödənişlərin ödənməsi, iribuynuzlu heyvan cəmdəyini sağlamlığı təsdiq edən baytarlıq sənədi (baytarlıq şəhadətnaməsi) və baytarlıq nəzarətindən keçməsini təsdiq edən nişan (damğa) ilə təmin edilməsi, qüvvədə olan sanitariya, əməyin mühafizəsi, əhalinin sağlamlığının və ətraf mühitin qorunması, yanğından mühafizə, texniki təhlükəsizlik, fəaliyyət sahəsinə uyğun olaraq ayrı-ayrı malların istehsalı, saxlanılması və satılması, habelə ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahəsi üzrə qanunvericiliklə müəyyən edilmiş norma və tələblərə əməl edilməsi və sair səlahiyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə gətirən cavabdeh vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və qabaqcadan əlbir olduğu Azərbaycan Respublikasının X1 tabeliyində olan Azərbaycan Qida Təhlükəsizliyi İnstitu publik hüquqi şəxsin Milli İstinad Laboratoriyasının 5 saylı Heyvan mənşəli məhsullar üzrə qida təhlükəsizliyi məntəqəsinin baytar həkimi X5, fərdi qaydada ət satışı ilə məşğul olan X14, X9, X6 və X7 üçün qanunsuz üstünlük əldə etmək məqsədilə səlahiyyətlərindən istifadə edərək vahid niyyətlə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirtmək məqsədilə onun və X.Mirimovun əlbir olmaqla at məhsullarının keyfiyyətliyinə qəsdən lazımi nəzarəti həyata keçirmədən malın rahatlıqla satışa buraxılmasına razılıq vermələrindən əvvəlcədən məlumatı olan fərdi qaydada ət satışını həyata keçirən X14 tərəfindən 300 kq çəkidə 03 baş iribuynuzlu, cəmi 1950 manat dəyərində, X9 tərəfindən 180 kq çəkidə 02 baş iribuynuzlu, cəmi 1.170 manat və 42 kq çəkidə, 02 baş xırda buynuzlu cəmi 336 manat dəyərində, iri və xırda buynuzlu olmaqla cəmi 1.506 manat dəyərində, X6 tərəfindən 600 kq çəkidə 06 baş iribuynuzlu, cəmi 3.900 manat dəyərində, X7 tərəfindən 530 kq çəkidə 05 baş iribuynuzlu cəmi 3.445 manat dəyərində, ümumilikdə 16 baş iribuynuzlu, 02 baş xırdabuynuzlu olmaqla cəmi xeyli miqdar təşkil edən 10.801 manat dəyərində 2018-ci ilin sentyabr ayının sonu oktyabr ayının əvvəllərində Respublikanın müxtəlif rayonlarında ağır xəstə, aqoniya və ya tələf olduqdan sonra kəsilmiş, qaramtıl, kəskin qoxulu, köhnəlmiş, pH- normadan artıq, Mezofil aerob və fakültativ anaerob mikroorqanizimlərin miqdarı (ümumi bakterioloji çirklənmə) normadan artıq, bağırsaq çöpü qrupundan olan bakteriyalar, həmçinin Pasteurella multocida, Clostridium septicum, Clostridium Perfingens, Chlamydia psittaci, E-coli aşkar edilmiş, fiziki-kimyəvi göstəricilərinə görə DÖST 31747-2012 saylı standartın tələblərinəcavab verməyən, keyfiyyətsiz və istehlaka yarasız heyvan cəmdəklərinin 05 oktyabr 2018-ci il tarixdə, saat 02:00 radələrində “Təzə Bazar” əmlak kompleksinə gətirildikdən sonra əvvəlcədən aralarında olan cinayətkar sövdələşməyə əsasən qabaqcadan əlbir olduğu X.Mirimov tərəfindən həmin ət məhsullarının ət satışını və alışını həyata keçirən istintaqla müəyyən edilməmiş ayrı-ayrı çoxsaylı fiziki və hüquqi şəxslərə guya baytarlıq qaydalarına uyğun qəbulu həyata keçirilməklə tam keyfiyyətli, buna dair normativ aktların tələblərinə və sanitar-gigiyenik qaydalara cavab verən satışa və istehlaka hazır yararlı məhsul qismində ünvan 2 ünvanda yerləşən “Təzə Bazar” adlanan ticarət obyektində və ətrafında qabaqcadan əlbir olduğu həmin şəxslərlə birlikdə satışa çıxaılmasına nail olmuş, lakin Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və X1 əməkdaşlarının birgə həyata keçirdikləri tədbir zamanı 16 baş iribuynuzlu, 02 baş xırdabuynuzlu olmaqla cəmi 10.801 manat dəyərində heyvan cəmdəkləri aşkar olunaraq götürüldüyündən, o öz iradəsindən asılı olmayan səbəbdən qabaqcadan əlbir olan bir qrup şəxs qismində qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə aldatmavə etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməyə nail olmayıb dələduzluğa, Azərbycan Respublikası Vergilər Nazirliyində (VÖEN: **********) qeydiyyatdan keçmiş mal satan təşkilatın inzibati təsərrüfat funksiyalarını həyata keçirən vəzifəli şəxs kimi qabaqcadan əlbir olan bir qrup şəxs halında malın keyfiyyətinə dair istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatmağa cəhd etməkdə təqsirli bilinmişdir. Ona elan edilmiş ittiham istər ibtidai istintaq zamanı toplanmış, istərsə də, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamış, hüquqları əvvəlcə ibtidai istintaq orqanı tərəfindən, sonradan isə Nəsimi rayon məhkəməsində kobud şəkildə pozulmuş, daha sonra isə hüquqlarının tapdalanması Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramov tərəfindən davam etidirilmişdir. Faktiki olaraq ona istinad edilən cinayət əməllərini törətmədiyi halda ibtidai istintaq orqanı tərəfindən əsassız və qanunsuz olaraq tutulmağı, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi verilməməsi onun barəsində ittiham hökmünün çıxarılması ilə nəticələnmişdir. Hesab edir ki, ibtidai-istintaq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Belə ki, Binəqədi rayon məhkəməsi tərəfindən 05 oktyabr 2018-ci il tarixdə qanunsuz olaraq barəmdə həbs qətimkan tədbiri seçilmişdir. Göründüyü kimi, faktiki olaraq əsassız və qanunsuz şəkildə 4 ay 07 gün müddətində ibtidai istintaq və birinci instansiya məhkəməsində aparılan icraat dövründə həbsdə saxlanılmışdır. Hesab edir ki, bu dövr ərzində ona eləcə də, ailə üzvlərinə sarsıdıcı maddi və mənəvi ziyan dəymişdir. Belə ki, tutulana qədər «Təzə Bazar» adlanan ərazidə işləyib ailəsini saxlayırmışdır. Həyat yoldaşı işləmir. Uşaqları azyaşlıdır. O həbsdə olarkən oğlu xəstələnmiş, həyat yoldaşı onun xəstəliyi ilə çarəsiz şəkildə təkbaşına məşğul olmaq məcburiyyətində qalmışdır. Həbsdə olduğu üçün əli onlara çatmadığından, ailənin yanında ola bilmədiyindən özünü çox çarəsiz hiss edirdim. Dəfələrlə ibtidai istintaq orqanına müraciət edib barəmdə qətimkan tədbirinin dəyişdirilməsini xahiş etsəm də hər həfə rədd cavabı alırmışdır. İş materiallarından da aydın olduğu kimi Bakı şəhərində «Təzə Bazar» adlanan ərazidə ayda 300 manat maaş alaraq ailənin dolanışığını birtəhər təmin etdirmişdir. Lakin əsassız və qanunsuz olaraq tutulmağı bu müddət ərzində əmək fəaliyyəti ilə məşğul olmaqdan məhrum etmişdir. Nəticədə bütün bunlar ona və ailəsinə çox böyük mənəvi sarsıntılar yaşatmışdır. Həbsdə olarkən ailənin neçə çətin vəziyyətdə qalmasını düşündükcə ağlını itirmək səviyyəsinə gəlmişdir. Həbsdən çıxdıqdan sonra da qohum-əqrəba, qonşular və yaxınların arasında etibarımı itirdiyimi hiss edirdim. Hamı mənimlə ünsiyyətdən yayınır, danışarkən isə ciddiyə almırdılar. Bu hissin ona verdiyi əzablar səhhətimdə problemlərin yaranmasına gətirib çıxardı. Təmiz adını itirmişmişdir. İbtidai istintaq orqanının və məhkəmənin səhv qərarları ona dələduz damğasını vurmuşdur. Həbsdən çıxdıqdan sonra əvvəlki iş yerinə «Təzə Bazar»a gedib ailənin maddi durumunun çox ağır olduğunu, azyaşlı uşağının ağır xəstə olduğunu bildirib yenidən onu işə götürmələrini xahiş etsə də, onun dələduzluq cinayətinə görə məhkum olunduğunu bildirmişdir, işə götürməkdən imtina etdilər. Dövlət orqanının yol verdiyi səhvin nəticəsində aldığı dələduz damğası həyatın bütün sahələrində mənə mane olurdu. Onu da qeyd edir ki, istər “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi” haqqında Azərbaycan Respublikasının 29 dekabr 1998-ci il Qanunda, istərsə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 56-cı maddəsində vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslər təsbit olunmuşdur ki, onlardan biri də bəraət almış təqsirləndirilən şəxslərdir. CPM-nin 57-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 185-ci maddəsinə əsasən işə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-85/2019 saylı, 11.02.2019cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 29, 178.2.1, 29, 178.2.3 və 29, 178.2.4-cü maddələrində nəzərdə tutulmuş əməllərinin törədilməsində təqsirli bilinirək 4000 manat məbləğində, həmin Məcəllənin 29,200.2.2 və 29, 200.2.2 və 29,200.2.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin törədilməsində təqsirli bilinərək 5000 manat məbləğində cərimə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası CM-nin 66.1 və 66.2-ci maddələrinə əsasən İddiaçı oğluna təyin edilmiş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq ona 6000 manat məbləğində cərimə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə müvafiq olaraq İddiaçı hökm çıxarılan anadək həbsdə saxlanıldığı 04 ay 06 gün müddət nəzərə alınmış və ona təyin olunmuş cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 manat məbləğində cərimə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 308.1-ci maddəsi ona verilmiş ittihamdan xaric edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 178.2.1, 29, 178.2.3., 29, 18.2.4, 29, 200.2.2., 29, 200.2.3. maddələri ilə təqsirli bilinib 1000 manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materialarında olan Bakı Apelyasiya Məhkəməsinin 1(103)-698/2019 saylı, 01 oktyabr 2019-cu il tarixli qərarından görünür ki, apelyasiya şikayəti və apelyasiya protestləri təmin edilməmişdir. İş materialarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 23.06.2020-ci il tarixli, 1(102)-422/2020 saylı qərarından görünür ki, kassasiya şikayətləri qismən təmin edilmiş, Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərarı X5 və İddiaçı aid hissədə ləğv edilmiş, cinayət işi həmin hissədə apelyasiya instansiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilmişdir. İş materialarında olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04.02.2021-ci il tarixli, 1(103)-48/2021 saylı hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası CM-nin 29,178.2.1, 29,178.2.3, 29,178.2.4, 29,200.2.2 və 29,200.2.3-cü maddələri ilə bəraət verilmişdir. İddiaçı barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Qanunvericiliyin qeyd edilən müddəalarından görünür ki, məhkəmə müdafiəsi hüququna malik olan şəxslərin dairəsi ümumi formada müəyyən edilmişdir. Buraya, hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”a görə insanın şərəf və ləyaqəti onun iqtisadi, sosial və mədəni hüquqlarının mənəvi əsasını təşkil edir. Azərbaycan Respublikası MPM-nin 82.4-cü maddəsinə əsasən, cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 68-ci maddəsində qeyd olunur ki, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin tələbinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququ bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.1-ci maddəsinə əsasən, fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin.Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir.Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23.2-ci maddəsinə əsasən, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir.Əgər göstərilən məlumatlar rəsmi sənədə daxil edilmişdirsə, həmin sənəd dəyişdirilməli və bu barədə marağı olan şəxslərə məlumat verilməlidir.Digər hallarda təkzib qaydasını məhkəmə müəyyənləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinin tələblərinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarına əsasən, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilir ki, “İnsan Hüquqlarının və X4 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən ) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qəti imkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində qeyd edilir ki, Bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində barəsində məhkəmənin bəraət hökmü çıxarılan şəxsin cinayət təqibinə məruz qalması nəticəsində vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. Həmin Qanunun 5-ci maddəsində qeyd edilir ki, Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş hallarda hər bir şəxsə məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər, müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı, ödənilmiş məhkəmə xərcləri, habelə hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə, hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödənilmiş məbləğlər və vurulmuş fiziki və mənəvi ziyan ödənilməlidir. Həmin Qanunun 6-cı maddəsinin 1-ci bəndində qeyd edilir ki, Bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 09 fevral 2009-cu il tarixli, 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra — Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır. Odur ki, məhkəmə iddia tələbini əsaslı sayır və işin hallarını nəzərə alaraq hesab edir ki, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qanunsuz həbs etməyə görə vurulmuş mənəvi ziyana görə ona 1.000.000 manat məbləğində kompensasiya ödənilməsi barədə tələbi qismən təmin edilməlidir. İddia məbləği qalan hissədə sübuta yetirilmədiyinə görə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək və qüvvədə olan mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutaraq məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə 1.500 (bir min beş yüz) manat maddi ziyan məbləğində kompensasiya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirlindən İddiaçı xeyrinə 1.500 (bir min beş yüz) manat maddi ziyan məbləğində kompensasiya ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3272/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3272/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver