Məhkəmə qərarları › İş №2(006)-3275/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3275/2021

16.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3275/2021 16.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, Tağıyeva Ofelya Telman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeydə alınma faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “doğumun qeydə alınma faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, onun doğum haqqında şəhadətnaməsinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, 1988-ci il tarixdə Ermənistandan məcburi köçkün düşməsi ilə əlaqədar özünə məxsus olan doğum haqqında şəhadətnaməsini itirmişdir. Ərizəçinin qızlıq soyadı Əsgərova, ailə qurduqdan sonra isə Süleymanova olmuşdur. 03.05.2014-cü il tarixdə ərizəçinin anası İmmi Əsgərova, 05.04.2018-ci il tarixdə isə atası Hüseyn Əsgərov ölmüş, lakin ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığına görə valideynlərinin ölüm haqqında şəhadətnamələrini ala bilməyərək vəsiyyətnaməni qəbul edə bilmir. Ərizəçi hazırda Süleymanova soyadından ata soyadına Əsgərova soyadına keçmək istəsə də müvafiq şəhadətnamə olmadığından mümkün deyil. Belə ki, ərizəçi yenidən doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də ona imtina cavabı verilmiş, ona görə də hazırki ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Ərizəçi dəqiqləşdirmə barədə ərizə təqdim edərək, adının Gülbəniz, soyadının Əsgərova, atasının X17, anasının isə X18 olması, onun xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda doğulması barədə doğum akt qeydinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də Maraqlı şəxs nümayəndənin iştirakını təmin etməmiş, ərizə ilə məhkəməyə müraciət edərək işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X8 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi həqiqətən xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, atası X17, anası X14r. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan həmin sənədi itirmişdir. Məhkəmə iclasında şahid X12 ifadəsində göstərdi ki, ərizəçi onun bacısıdır. Ərizəçi həqiqətən xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, atası X17, anası X14r. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan həmin sənədi itirmişdir. Məhkəmə iclasında şahid X13 ifadəsində göstərdi ki, ərizəçi onun bacısı qızıdır. Ərizəçi həqiqətən xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, atası X17, anası X14r. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan həmin sənədi itirmişdir. Mülki işin materiallarında olan AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuşdur. Mülki işin materiallarında olan AZ-İ seriyalı 948013 №-li nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Əhliman Vəli oğlu ilə nikaha daxil olmuş, nikahdan X1 qəbul etmişdir. Mülki işin materiallarında olan AZ-İ seriyalı 679581 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 03.05.2014-cü il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan AZ-İ seriyalı 941115 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 05.04.2018-ci il tarixdə ölmüşdür. Mülki işin materiallarında olan Maraqlı şəxs ərizəçiyə ünvanladığı 13.02.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ərizəçinin “doğum haqqında akt qeydinin bərpa edilməsinə dair müraciətinə baxılmış, lakin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 152-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbəsi tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbəsi tərəfindən bərpası mümkün olmadıqda vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı məhkəmə qaydası ilə müəyyən edilir. Ərizəçi tərəfindən itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpa edilməsi mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.3-cц maddяsinя яsasяn doğumun, övladlığa götürmяnin, nikahın, boşanmanın, ölümün qeyd edilmя faktı mяhkяmя tяrяfindяn müяyyяn edilir. Mülki Prosessual Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə baxışında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olmuş, atası X17, anası X14r. Ərizəçinin doğum haqqında şəhadətnaməsi olmuş, lakin sonradan həmin sənədi itirmişdir. Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, doğum haqqında akt qeydinin bərpa edilməsini xahiş etmiş, lakin Bakı şəhəri Maraqlı şəxs bundan imtina edərək, məhkəməyə müraciət edilməsini tövsiyə etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsi). Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X5 xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olması, atasının X17, anasının X18 olması faktı müəyyən edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizəçi «doğum akt qeydinin bərpa edilməsinə dair» ərizəsi təmin edilsin. X5 xx.xx.1977-ci il tarixdə Ermənistan Respublikasının Masis rayonunda anadan olması, atasının X17, anasının X18 olması faktı müəyyən edilsin. Hazırkı qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar