Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3281/2021 25.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon məhkəməsinin hakimi Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi MƏmmədova Şəbnəm Hikmət qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “11 yanvar 2021-ci il tarixli 007/Ş saylı əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi barədə” iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı “11 yanvar 2021-ci il tarixli 007/Ş saylı əmrin ləğv edilməsi, işə bərpa olunma və əmək haqqının ödənilməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 11 yanvar 2021-ci il tarixli 007/Ş saylı əmrin ləğv edilməsi, onun əvvəlki vəzifəsinə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ona cavabdehlə bağlanmış 25 noyabr 2020-ci il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 25 noyabr 2020-ci il tarixdə Cavabdeh MMC-yə anbardan vəzifəsinə işə qəbul olunmuşdur. Cavabdeh onlayn qaydada alış-veriş saytlarından sifarişlərin Azərbaycana çatdırılması və sürətli karqo xidmətləri göstərir. İşə qəbul olunan vaxtanda öz işinə məsuliyyətlə yanaşmış və rəhbərliyin verdiyi tapşırıqları vaxtı vaxtında yerinə yetirmişdir. Qəbul olunduğundan təxminən 20 gün sonra məlum olmuşdur ki, şirkətdə oğurluq hadisəsi baş verib və 40 ədəd qol saatları oğurlanaraq şirkətə külli miqdarda ziyan vurulub. 24 dekabr 2020-ci il tarixdə oğurluq hadisəsi ilə əlaqədər o, öz hesabına məzuniyyətə göndərilmişdir. Oğurluq hadisəsi ilə bağlı cavabdeh Daxili İşlər Nazirliyinin müfaviq Polis Şöbəsinə müraciət etmişdir. Polis araşdırması nəticəsində oğurluq hadisəsin törədən şəxs müəyyən edilmiş və cavabdehə dəymiş ziyan tam ödənilmişdir. Lakin buna baxmayaraq cavabdeh tərəfindən qəbul edilmiş 11 yanvar 2021-ci il tarixli, 007/Ş №-li əmrlə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, qanunsuz olaraq Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad olunmuşdur. Hesab edir ki, Cavabdeh MMC-nin əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilməsi əsassız və qanunsuzdur. Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və heç bir üzrlü səbəbinin olmasını məhkəməyə bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh MMC və İddiaçı arasında bağlanmış 2020/139 saylı 25 noyabr 2020-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də anbardar vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi 01 ay müddətinə bağlanmış, işin ilk 01 ayı sınaq müddəti hesab edilmişdir. İşçi 25.11.2020-ci il tarixdən işə başlayır. İşçiyə hər ay 431,28 manat əmək haqqı ödənilir. İş materiallarında olan İddiaçı verilmiş ******* saylı əmək kitabçasının surətindən görünür ki, İddiaçı 298 saylı, 25 noyabr 2010-cu il tarixli əmrlə Cavabdeh MMC-də “anbardar” vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, 11 yanvar 2021-cı il tarixli 007/Ş saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən, a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi.işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: Həmin Məcəllənin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 298 saylı, 25 noyabr 2010-cu il tarixli əmrlə Cavabdeh MMC-də “anbardar” vəzifəsinə qəbul edilmişdir. 11 yanvar 2021-cı il tarixli 007/Ş saylı əmrə əsasən, İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən, 11 yanvar 2021-cı il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinə əsasən, işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər:a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Həmin Məcəllənin 187-ci maddəsinin 2-ci hissəsinə əsasən, intizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Cavabdeh MMC-nin 11 yanvar 2021-cı il tarixli 007/Ş saylı əmri ilə İddiaçı işdənçıxarılmasına əsas göstərilməmişdir. Bundan başqa Cavabdeh MMC məhkəməyə nümayəndəsini göndərmədiyinə görə iddiaçının bildirdiklərinin məhkəmə iclasında da araşdırılması mümkün olmayıb. Odur ki, məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin əmək müqaviləsinə xitam verilməsi barədə 11 yanvar 2021-cı il tarixli əmri əsassızdır. Belə ki, cavabdeh tərəfindən Əmək Məcəlləsinin 71-ci maddəsinin 3-cü hissəsinin tələbləri pozularaq əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi əsaslandırılmamışdır. Bundan başqa, Əmək Məcəlləsinin 187-ci maddəsinin 2-ci hissəsinə zidd olaraq işçi tərəfindən əmək intizamının pozulduğunun aşkar edildiyi ehtimal edilən gündən 3 aydan artıq müddətdən sonra əmək müqaviləsinə xitam verilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 11 yanvar 2021-ci il tarixli 007/Ş saylı əmrin ləğv edilməli, İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməli, məcburi iş buraxma müddəti üçün İddiaçı cavabdehlə bağlanmış 25 noyabr 2020-ci il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqının ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Cavabdeh MMC ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 11 yanvar 2021-ci il tarixli 007/Ş saylı əmrin ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilsin. Məcburi iş buraxma müddəti üçün İddiaçı cavabdehlə bağlanmış 25 noyabr 2020-ci il tarixli əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdə əmək haqqı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3281/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3281/2021
25.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver