Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-3282/2022 10.08.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, məhkəmə iclas katibi Quluzadə Sevil Zakir qızının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin 172 K saylı xx.xx.2022-ci il tarixli əmrinin ləğv edilməsini, sonuncu çalışdığı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti Nəqliyyat Hadisələri Departamentində qəza komissarı vəzifəsinə bərpa olunmağı, ona məcburi işdən çıxarıldığı xx.xx.2022-ci il tarixindən başlanaraq işə bərpa olunacağı günə qədər əmək haqqının ödənilməsi, işdən artıq iş vaxtı üçün ona ödənilməli olan 71.280 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1995-ci ildən 2003-cü ilə qədər daxili işlər orqanında müxtəlif dövlət yol polisi vəzifəsində işləmişdir. Dövlət əhəmiyyətli tədbir zamanı dövlət başçısının təhlükəsizliyini təmin edən zaman xəsarət alaraq 2-ci qrup əlil olmuşdur. Xüsusi xidməti vəzifəsini yerinə yetirməklə əlaqədar prezident təqaüdünə layiq görülmüşdür. Bundan sonra 24 yanvar 2020-ci ildə Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə Nəqliyyat Sığortası Departamentinə qəza komissarı vəzifəsinə təyin edilmişdir. Bundan sonra baş qəza mütəxəssisi vəzifəsinə, daha sonra isə qəza komissarı vəzifəsinə keçirilmişdir. Əmək fəaliyyəti ilə məşğul olduğu müddətdə işini doğru yerinə yetirmişdir. Hətta iş vaxtından əlavə də işləmişdir. Onun əmək funksiyası yol nəqliyyat hadisəsi baş verdikdə şirkətin nümayəndəsi olaraq baş vermiş yol nəqliyyat hadisəsinin uçotunu aparmaq və aktlaşdırmaq olmuşdur. Bu baxımdan o əksər hallarda iş vaxtından əlavə işə cəlb olunmuşdur. Belə ki, yol nəqliyyat hadisəsi iş vaxtından başqa vaxtlarda baş verdikdə o, əmək funksiyasının tələbinə əsasən yol nəqliyyat hadisələri baş verən yerlərə getmişdir (buna dair cavabdehə yol nəqliyyat hadisələrinin aktlaşdırılmış sənədlərində məlumatlar mövcuddur). Nəticə etibarilə o, faktiki olaraq gün ərzində 15-16 saat işləmək məcburiyyətində qalmışdır. Bununla bağlı ona əlavə əmək haqqı ödənişləri edilməmişdir və hüquqları pozulmuşdur. Hələ bu azmış kimi cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xüsusi xidmətləri və əlil olmağı nəzərə alınmadan xx.xx.2022-ci il tarixdə xitam vermişdir. Xitam verilmənin səbəbi kimi ixtisar göstərilmiş və əsas kimi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsi b bəndi qeyd edilmişdir. Bu əsas qəbul edilməzdir. Belə ki, o, işdən çıxarıldıqdan sonra həmin vəzifə üzrə 2 nəfər işçi ilə əmək müqaviləsi bağlanmışdır. Burada sual ortaya çıxır? Əgər, ixtisar gedirsə, eyni vəzifəyə yenidən 2 nəfər işçi necə qəbul edilir? Yox, əgər işçiyə ehtiyac var idisə, niyə onlarla ixtisar adı ilə müqavilələrə xitam verilir? Bütün qeyd edilənləri nəzərə aldıqda onun əmək hüquqlarının pozulması göz qabağındadır. Odur ki, məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd olunanları nəzərə alaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia ərizəsinə etiraz edərək izahatında bildirdi ki, iddiaçı 24.01. 2020-ci ildə işəgötürənlə əmək müqaviləsi bağlayaraq Şirkətin Nəqliyyat Sığortası Departamentinə qəza komissarı vəzifəsinə götürülmüşdür. Daha sonra xx.xx.2020-ci il tarixli əmrlə iddiaçı, ərizəsi əsasında sözügedən Departamentin baş qəza mütəxəssisi vəzifəsinə keçirilmişdir. Şirkətdə aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq, İdarə Heyətinin müvafiq qərarı ilə Nəqliyyat Sığortası Departamenti ləğv edilərək onun bazasında Sığorta Hadisələri Departamenti yaradılmış və iddiaçı, öz ərizəsinə əsasən, xx.xx.2020-ci il tarixində yeni yaradılmış sözügedən Departamentin Qəza Komissarları Şöbəsinə qəza komissarı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Məcəllə) 11-ci maddesinin "ə” bəndinə əsasən, əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əmək etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etməkdir. Müəssisənin təsərrüfat fəaliyyətinin yaxşılaşdırılması, həmçinin vətəndaşlara daha yüksək keyfiyyətdə xidmət göstərilməsi məqsədilə Şirkətdə bir sıra islahatlar aparılmış, o cümlədən bir sıra Departament və Şöbələr ləğv edilmiş, buna uyğun olaraq işçilərin ştatları ixtisar edilmişdir. İş üzrə İddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilərkən Şirkətin Sığorta Hadisələri Departamentinin Qəza Komissarları Şöbəsində çalışmışdır. Lakin, sözügedən Departamentin, o cümlədən Şöbənin ləğv edilməsi ilə əlaqədar həmin struktur bölmədə çalışan işçilərlə bağlanmış əmək müqavilələrinə Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə (xitam verilmişdir). Məcəllənin 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1baqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X3 bu təqdimatın daxil olduğu gündən ən gec on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İstinad olunan maddələrin tələblərinə uyğun olaraq, Şirkətin İnsan Resursları Departamenti tərəfindən xx.xx.2022ci il tarixli məktubla Şirkətin X3na müraciət edilərək Şirkətdə aparılacaq struktur dəyişikliyi ilə əlaqədar məktubda adları qeyd olunan işçilərin ixtisar olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. Şirkətin X3 tərəfindən verilmiş cavab məktubuna əsasən, Təşkilatın keçirilmiş iclasında sözügedən siyahıdakı işçilərin Ştatlarının ixtisar edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Məcəllənin 77-ci maddəsinin 3-cü hissəsinə əsasən, əmək müqaviləsi bu Məcəllənin 70ci maddəsinin "a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinatı ödənilir: bir ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı 1, 7 misli miqdarında; on ildən çox əmək stajı olduqda - orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin maddənin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatlar ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda-azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqdaazı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda - azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda - azı doqquz təqvim həftəsi. Həmin maddənin 4-cü hissəsinə əsasən, işəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmakhaqqının 1 ,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə (xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Şirkət tərəfindən iddiaçıya verilmiş xx.xx.2022-ci il tarixli məktubla Məcəllənin istinad olunan maddələrinə uyğun olaraq işdənçıxarma müavinəti və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müvafiq misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməsi ilə onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə xitam veriləcəyi bildirilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixli ərizə ilə işəgötürənə müraciət edərək işdənçıxarma müavinətinin və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müvafiq misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Buna uyğun olaraq, işçiyə Məcəllə ilə müəyyən edilmiş müavinətlər, o cümlədən son haqq-hesab ödənildikdən sonra onunla bağlanmış əmək müqaviləsinə Məcəllənin 70-ci maddəsinin "b” bəndi ilə (xitam verilmişdir). İddiaçının hazırda işə bərpa olunması və məcburi işburaxma müddətinə görə ona əmək haqqının ödənilməsini tələb etməsi tam əsassızdır. İşçi ştatının ixtisar edilməsi ilə əlaqədar heç bir narazılıq bildirməmiş, hətta yazmış olduğu ərizəsi ilə xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının müvafiq misli miqdarında əməkhaqqının bir dəfəyə ödənilməsini xahiş etmişdir. Bildirilir ki, Məcəllənin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən, iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin maddənin 2-ci hissəsinə əsasən, təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. Eyni zamanda qanunverici işçinin iş vaxtından artıq işə cəlb edilə biləcəyi halların dairəsini konkret olaraq müəyyən etmişdir. Qanunvericiliyə əsəsən, işçi yalnız qeyd olunan hallarda iş vaxtından artıq işə cəlb edilə bilər. Hazırkı iş üzrə iddiaçının çalışmış olduğu vəzifə Məcəllə ilə müəyyən edilmiş hallara və şərtlərə uyğun olmadığından onunla işəgötürən arasında iş vaxtından artıq işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı rəsmiləşdirmə olmamış, habelə işçi iş vaxtından artıq işə cəlb edilməmişdir. Buna görə də iddiaçının iş vaxtından artıq işlədiyini iddia etməsi və buna görə əlavə əmək haqqı tələb etməsi tam əsassızdır. Mülki iş üzrə İddiaçı məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 05 aprel 2022-ci il tarixli, 07/93 №-li Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən xəbərdarlıq məktubundan görünür ki, Şirkətin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 09 saylı Protokoluna əsasən, Sığorta Hadisələri Departamenti ləğv edilmiş və yeni struktur təsdiq edilmişdir. Bununla əlaqədar işçi İddiaçı ştatı ixtisar edildiyindən ona əmək stajınıza uyğun olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxarılma müavinəti ödənilməsi, eyni zamanda işdən çıxarılma müavinəti ilə yanaşı razılığı əsasında xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 mislini bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 06 iyun 2022-ci il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” Arayışdan görünür ki, bu Arayış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin İddiaçı tərəfindən təsvir edildiyi kimi əlavə iş saatlarının ödənilməsi və işə bərpa tələbinə dair əmək mübahisəsi üzrə 06 iyun 2022-ci il tarixdə saat 17:30 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilmiş, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir (Mediator: R.Məmmədova). İş materiallarında olan İddiaçı məxsus İT № ******* seriyalı Trudovaya knijka (əmək kitabçası) görünür ki, o, xx.xx.2020-ci il tarixdə Dövlət Sığorta Kommersiya Şirkətinə Nəqliyyat Sığortası Departamentinə 15 №-li əmrlə qəza komissarı vəzifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə 49 №-li əmrlə departamentin baş qəza mütəxəssisi vəzifəsinə keçirilmiş, xx.xx.2020-ci il tarixdə 97 №-li əmrlə şirkətin Sığorta Hadisələri Departamenti X5 Şöbəsinin qəza komissarı vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə isə 172 K saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən 16 mart 2022-ci il tarixli, 07/66/1 №-li təqdimatdan görünür ki, Şirkətin İdarə Heyətinin 19 saylı 16 mart 2022-ci il tarixli qərarına əsasən, Şirkətin strukturunda dəyişiklik edilərək, bəzi ştatların ixtisarı nəzərdə tutulmuşdur. Bununla əlaqədar olaraq işçilərin, həmçinin İddiaçı ixtisar olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, xx.xx.2022-ci il tarixli, 07/66/1 saylı təqdimata cavab olaraq bildirilmişdir ki, şirkətdə çalışan işçilərin ixtisar olunması ilə bağlı müraciətə baxılmış, ixtisar olunan zaman işdə saxlanılmasına üstünlük verilən hər hansı əsas olmadığı üçün sözügedən əməkdaşların, həmçinin İddiaçı tutduğu vəzifələrin ixtisarı məqsədəuyğun hesab edilmişdir (iş materiallarına əlavə edilmiş 16 mart 2022-ci il tarixli, 6 №-li Protokola əsasən). İş materiallarında olan xx.xx.2022-ci il tarixli İddiaçı tərəfindən verilən ərizədən görünür ki, o, işçilərin ixtisarı ilə bağlı xəbərdarlıq əvəzinə ona düşən əmək haqqı və işdən çıxarkən müavinəti birdəfəlik ödənilməklə tutduğu vəzifədən azad edilməsi üçün sərəncam verilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilən xx.xx.2022-ci il tarixli, 172K №-li Əmrdən görünür ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndini rəhbər tutaraq, Şirkətin Sığorta Hadisələri departamentinin Qəza komissarları şöbəsinin qəza komissarı İddiaçı 12 aprel 2022-ci il tarixindən tutduğu vəzifədən azad edilmiş, istifadə edilməmiş əmək məzuniyyətinə görə 36 təqvim günü pul əvəzi və Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü və 4-cü bəndinə uyğun olaraq əmək haqqının 2,3 misli miqdarında son haqq-hesabın ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 2022-ci il aprel ayı ə/h, son haqq müavinət xəbərdarlıq və mükafat verilməsi üçün cədvəldən və kütləvi ödənişin təsdiqi barədə çıxarışdan görünür ki, İddiaçı işdən çıxma xəbərdarlığı ilə bağlı 879,20 manat, müavinat üçün 1367,65 manat, son haqq-hesab üçün 1061,28 manat, ümumilikdə isə 3373,73 manat (tutulmalarla birgə) məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə əsasən tərəflərin birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir; 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, əmək müqaviləsi işəgötürən tərəfindən işçilərin sayı və ya ştatları ixtisar edildikdə ləğv oluna bilər; 71-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür; 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz; 78-ci maddəsinin 1-ci hissəsinə əsasən müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşənin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işə götürən müəyyən edir; 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən X1baqcadan razılığı alınmaqla ləğv edilir; 80-ci maddəsinin 2-ci hissəsinə əsasən, həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin X3na əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. X3 bu təqdimatın daxil olduğu gündən ən gec on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən də göründüyü kimi 16 mart 2022-ci il tarixli Dövlət Sığorta Kommersiya Şirkətinin İnsan Resursları Departamenti Şirkətin X3na təqdimatla müraciət edərək, şirkətdə aparılacaq struktur dəyişikliyi ilə əlaqədar məktubda adları qeyd olunan işçilərin ixtisar olunmasına münasibət bildirilməsi xahiş olunmuşdur. X3 tərəfindən verilən cavab məktubundan isə görünür ki, ixtisar olunan zaman işdə saxlanılmasına üstünlük verilən hər hansı əsas olmadığı üçün sözügedən əməkdaşların tutduğu vəzifələrin ixtisarı məqsədəuyğun hesab edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 77-ci maddəsinə əsasən, işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və "xxxx" bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Həmin Məcəllənin 99-cu maddəsinə əsasən, iş vaxtından artıq iş - işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır; təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. İş materiallarında olan 05 aprel 2022-ci il tarixli, 07/93 №-li Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən iddiaçıya verilən xəbərdarlıq məktubundan göründüyü kimi, Şirkətin İdarə Heyətinin xx.xx.2022-ci il tarixli 09 saylı Protokoluna əsasən, Sığorta Hadisələri Departamenti ləğv edilmiş və yeni struktur təsdiq edilmişdir. Bununla əlaqədar işçi İddiaçı ştatı ixtisar edildiyindən ona əmək stajına uyğun olaraq orta aylıq əmək haqqının 1,4 misli miqdarında işdən çıxarılma müavinəti ödənilməsi, eyni zamanda işdən çıxarılma müavinəti ilə yanaşı razılığı əsasında xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının 0,9 mislini bir dəfəyə ödəməklə onunla bağlanmış əmək müqaviləsinə müvafiq əsasla (Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi) xitam veriləcəyi bildirilmişdir. İddiaçı isə xx.xx.2022-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, işdənçıxarma müavinətinin və xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında əmək haqqının birdəfəyə ödənilməsi ilə əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Göründüyü kimi, iddiaçı onun əmək müqaviləsinə müvafiq əsasla xitam veriləcəyi barədə qabaqcadan xəbərdar edilmiş, hətta o, ərizə ilə müraciət edərək, xəbərdarlıq müddəti əvəzinə orta aylıq əmək haqqının müvafiq misli miqdarında əmək haqqının birdəfəyə ödənilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı xx.xx.2020-ci ildə işəgötürənlə əmək müqaviləsi bağlayaraq Şirkətin Nəqliyyat Sığortası Departamentinə qəza komissarı vəzifəsinə təyin edilmişdir. Daha sonra xx.xx.2020-ci il tarixli əmrlə iddiaçı, ərizəsi əsasında sözügedən Departamentin baş qəza mütəxəssisi vəzifəsinə keçirilmişdi. Şirkətdə aparılmış struktur dəyişikliyi ilə əlaqədar olaraq, İdarə Heyətinin müvafiq qərarı ilə Nəqliyyat Sığortası Departamenti ləğv edilərək onun bazasında Sığorta Hadisələri Departamenti yaradılmış və iddiaçı, öz ərizəsinə əsasən, xx.xx.2020-ci il tarixində yeni yaradılmış sözügedən Departamentin Qəza Komissarları Şöbəsinə qəza komissarı vəzifəsinə keçirilmişdi. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "xxxx" bəndinə əsasən, İddiaçı tutduğu vəzifədən azad edilmişdi. Vəzifədən azad edildiyi vaxt o, Şirkətin Sığorta Hadisələri Departamentinin Qəza Komissarları Şöbəsində çalışmışdır. Həmin Departamentin, o cümlədən Şöbənin ləğv edilməsi ilə əlaqədar həmin struktur bölmədə çalışan işçilərlə bağlanmış əmək müqavilələrinə Məcəllənin 70-ci maddəsinin "xxxx" bəndi ilə xitam verilmişdir. Göründüyü kimi, iddiaçı əvvəlcədən əmək müqaviləsinə müvafiq əsasla xitam verilməsi barədə qabacadan xəbərdar edilmiş və bağlanmış əmək müqaviləsinin işəgötürən tərəfindən birtərəfli şəkildə ləğv edilməsinə razılıq vermişdir. İş materiallarına əlavə edilmiş 2022-ci il aprel ayı ə/h, son haqq müavinət xəbərdarlıq və mükafat verilməsi üçün cədvəldən və kütləvi ödənişin təsdiqi barədə çıxarışdan da göründüyü kimi, İddiaçı işdən çıxma xəbərdarlığı ilə bağlı 879,20 manat, müavinət üçün 1367,65 manat, son haqqhesab üçün 1061,28 manat, ümumilikdə isə 3373,73 manat (tutulmalarla birgə) məbləğində ödəniş edilmişdir. Bundan başqa iddiaçı iş vaxtından artıq işlədiyini də iddia edərək, işdən artıq iş üçün ona ödənilməli olan 71.280 manat pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. Qanunun müddəalarından göründüyü kimi qanunverici işçinin iş vaxtından artıq işə cəlb edilə biləcəyi halların dairəsini konkret olaraq müəyyən etmişdir. Məhkəmə hesab edir ki, işçinin çalışmış olduğu vəzifə Məcəllə ilə müəyyən edilmiş hallara və şərtlərə uyğun olmadığından onunla işəgötürən arasında iş vaxtından artıq işin yerinə yetirilməsi ilə əlaqədar hər hansı rəsmiləşdirmə olmamış, həmçinin işçi iş vaxtından artıq işə cəlb edilməmişdir. İddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı isə heç bir sübut iş materiallarına əlavə etməmişdi. Bundan başqa iddiaçı iddia ərizəsində onun İİ qrup əlil olduğunu, xəsarəti hərbi xidməti vəzifələri yerinə yetirərkən alınmasını nəzərə alaraq, bu baxımdan onun işdə saxlanmasına üstünlük verilməli olduğunu iddia edir. Bununla bağlı, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci bəndinə əsasən, işəgötürən ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda aşağıdakı şəxslərin işdə saxlanmasına üstünlük verir: şəhid ailəsinin üzvlərinə; müharibə iştirakçılarına; əsgər və zabitlərin arvadına (ərinə); öhdəsində iki və daha çox 16 yaşınadək uşağı olanlara; həmin müəssisədə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində əlilliyi olan şəxslərə; xüsusi məcburi köçkün onlara bərabər tutulan şəxs və qaçqın statusu olan şəxslərə; kollektiv müqavilələrdə və ya əmək müqavilələrində nəzərdə tutulan digər şəxslərə. Lakin, məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı yuxarıda göstərilən şəxslərin kateqoriyasına aid deyil. Bütün yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxmağa görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Natavan Tağıyeva
Məhkəmə qərarları › İş №2(006)-3282/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-3282/2022
10.08.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver