Məhkəmə qərarları › İş №2(006)-3291/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3291/2023

05.09.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3291/2023 05.09.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasov Nail İbad oğlunun sədrliyi, Tağıyev Emil Ağaveys oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X5, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili X6 iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmədə cavabdeh nümayəndəsi X2 barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, barışıq sazişini və iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin məhkəməyə təqdim etdikləri xx.xx.2023-cü il tarixli barışıq sazişinə əsasən: 1. Sazişin predmeti:Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, birbirini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər. 2. Sazişin icrası 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 5 iş günü ərzində İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir, 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 15 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023cü il tarixli k/14 nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən "işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək, b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq, 3. Tərəflərin digər öhdəlikləri 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək, 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq, 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək, 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq, cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək, 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək. 4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X8 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Nəsimi Rayon Məhkəməsinə təqdim edilir. Digər iki nüsxə isə hər bir Tərəfdə bir nüsxə olmaqla saxlanılır. Azərbaycan Respublikası MPM-in 52.3-cü maddəsinə əsasən, tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtara bilərlər. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış barışıq sazişi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, onlar arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının MPM-in 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162, 191, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh MMC-yə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma günləri üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı X4 ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunda barışıq sazişi təsdiq edilsin: Barışıq sazişinin şərtləri:

1. Sazişin predmeti:Tərəflər bu Sazişi imzalamaqla və onun məhkəmə qaydasında təsdiqini təmin etməklə aralarında olan bütün mübahisələri, o cümlədən Mübahisəni tamamilə və birdəfəlik qaydada bu Sazişdə göstərilən şərtlərlə həll edir, bir-birini hər hansı mövcud və ya gələcək tələblərdən, iddialardan, etirazlardan və ya narazılıqlardan azad edirlər.

2. Sazişin icrası 2.1. Bu Saziş qüvvəyə mindikdən sonra onun icrası üçün Tərəflər aşağıdakı hərəkətləri edəcəklər: 2.1.1. bu Saziş qüvvəyə mindikdən sonra ən gec 5 iş günü ərzində İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən “öz təşəbbüsü ilə” xitam verilməsi barədə ərizəsini (əmək müqaviləsinə xitam verilmə tarixi həmin ərizənin imzalanma tarixi olmaqla) cavabdehə təqdim etməlidir, 2.1.2. Cavabdeh bu Sazişin 2.1.1-ci bəndində göstərilən ərizəni aldıqdan sonra 15 iş günü ərzində aşağıdakıları etməlidir: a) iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair xx.xx.2023-cü il tarixli k/14 nömrəli əmrini ləğv etmək və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən "işçinin öz xahişi əsasında” xitam vermək və bu barədə əmrin surətini İddiaçıya təqdim etmək, b) İddiaçının əmək kitabçasında xitam əmrinin ləğv edildiyini və əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən İddiaçının öz xahişi ilə xitam verildiyi barədə qeyd aparmaq c) əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən iddiaçının öz təşəbbüsü ilə xitam verildiyi barədə müvafiq icra hakimiyyətinin elektron sistemində müvafiq qeyd aparmaq;

3. Tərəflərin digər öhdəlikləri 3.1. Bu Saziş üzrə cavabdehin aşağıdakı öhdəlikləri vardır: 3.1.1. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək, 3.1.2. bu Sazişin mövcudluğunu, onun şərtlərini məxfi saxlamaq, 3.2. Bu Saziş üzrə İddiaçının aşağıdakı öhdəlikləri vardır: 3.2.1. bu Saziş qüvvəyə mindikdən sonra cavabdehə qarşı əmək müqaviləsindən və ya aralarında mövcud olmuş əmək münasibətlərindən irəli gələn və ya onlarla bağlı hər hansı dövlət orqanında, məhkəmələrdə və ya hər hansı digər müstəvilərdə hər hansı iddia, tələb, etiraz və ya şikayət irəli sürməmək, 3.2.2. bu Saziş qüvvəyə mindikdən sonra bütün müddət ərzində Cavabdehin kommersiya sirlərini, məxfi və özəl xarakterli bütün məlumatlarını mümkün ən güclü səylə qorumaq, cavabdehin nüfuzuna xələl gətirə biləcək hər hansı məlumatı hər hansı formada yaymamaq və ya Cavabdehə hər hansı digər formada zərər vura biləcək hərəkət etməmək, 3.2.3. bu Sazişin 2-ci hissəsi ilə həyata keçirməli olduğu hərəkətləri vaxtında və lazımı qaydada icra etmək və bu Sazişin icrası üçün Cavabdehə lazımı dəstəyi göstərmək.

4. Digər müddəalar 4.1. Bu Saziş onun təsdiqi və mübahisəyə Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən xitam verildiyi barədə məhkəmə qərardadının qanuni qüvvəyə mindiyi tarixdən qüvvəyə minir. 4.2. Bu Sazişin imzalanması Cavabdeh tərəfindən hər hansı pozuntunun və ya İddiaçının hər hansı hüququnun pozuntusunun etirafı demək deyildir və bu cür təfsir oluna bilməz. 4.3. X8 3 nüsxədə imzalayır. Nüsxələrdən biri Nəsimi Rayon Məhkəməsinə təqdim edilir. Digər iki nüsxə isə hər bir Tərəfdə bir nüsxə olmaqla saxlanılır. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Nail Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar