Məhkəmə qərarları › İş №2(006)-3292/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-3292/2023

17.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-3292/2023 17.10.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyeva Natavan Tağı qızının sədrliyi, Quluzadə Sevil Zakir qızının katibliyi, Ərizəçi nümayəndəsi (vəkili) Nümayəndə2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsna qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “miras qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun tərəfindən mərhum həyat yoldaşı X1 miras qalmış Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Əliheydər Qarayev küçəsi, 11D ünvanında yerləşən qeyri-yaşayış binasının-miras əmlakın qəbul edilməsi müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Nümayəndə2 ərizəni müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə iclasa çağrılmış, lakin əvvəlcədən məhkəməyə heç bir məlumat vermədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə hazırki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin nümayəndəsinin və vəkilinin izahatını dinləyib, ərizəni ona əlavə edilmiş sənədlərlə birlikdə nəzərdən keçirib hesab edir ki, mülki iş aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilən Çıxarışdan görünür ki, mərhum X2 məxsus qeyri-yaşayış binasının ünvanı ünvan 1can Respublikası Mülki-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizəçinin məqsədi mərhum yoldaşından miras qalmış əmlaka mülkiyyət hüququnu əldə etməkdir. Məhkəmə hesab edir ki, miras qalmış əmlak Bakı şəhəri, Xəzər rayonu ərazisində yerləşdiyindən ərizə ərazi yurisdiksiyası üzrə Xəzər Rayon Məhkəməsinə verilməlidir. Eyni zamanda, məhkəmə qeyd edir ki, ərizənin mahiyyətindən göründüyü kimi ərizə xüsusi icraat qaydasında baxılan işlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizədən isə görünür ki, ərizəçi ünvan 2 ünvanda yaşayır. Ərizəçinin maraqlı şəxs qismində qoyduğu Bakı şəhəri Maraqlı şəxs isə Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşir. Mülki Prosessual Məcəllənin 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-ci maddəsinə əsasən “işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 2(006)-3292/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi maraqlı şəxs Bakı şəhəri 14 saylı Notariat ofisinə qarşı “mirasın qəbulu müddətinin ötürülməsinin üzrlü sayılması və uzadılması” tələbinə dair ərizəsi üzrə 2(006)- 3292/2023 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Natavan Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar